Ğərra xütbəsi
Mövzu | İnsan və onun həyat hekayəsi - Dünyaya bağlılığın məzəmmət edilməsi - Təqvaya dəvət və pərhizkarların xüsusiyyətlərinin bəyan edilməsi - Ölümdən sonrakı hadisələrin təsviri |
---|---|
Nəql olunub | İmam Əli (ə) |
Sənədin mötəbərliyi | Mötəbər |
Şiə mənbələri | Nəhcül-bəlağə - Tuhəful-uqul |
Sünni mənbələri | Hilyətul-övliya və təbəqatul-əsfiya |
Ğərra xütbəsi, (ərəbcə: الخطبة الغراء) Nəhcül-Bəlağənin məşhur xütbələrindən biridir.[1] Bu xütbə yüksək bəlağət və fəsahətinə görə "Ğərra xütbəsi" (yəni nur saçan, parlaq xütbə) adlanır.[2] İbn Əbil-Hədid bu xütbəni İmam Əlinin (ə) möcüzələrindən biri sayır.[3] Sadə sözlərdən ibarət olan bu xütbədə təşbeh, səc, istiarə və kinayə kimi bir çox bədii ifadələr işlədilmişdir.[4] Nəhcül-Bəlağəni tərtib edən Seyid Rəzi nəql edir ki, insanlar bu xütbəni eşidəndən sonra qorxudan titrəyir və göz yaşı axıdırdılar.[5]
Bu xütbənin əsas mövzusu dörd hissədən ibarətdir: 1. İnsan və onun həyat hekayəsi 2. Dünyaya bağlılığın məzəmmət edilməsi 3. Təqvaya dəvət və pərhizkarların xüsusiyyətlərinin bəyan edilməsi 4. Ölümdən sonrakı hadisələrin təsviri
İnsan və onun həyat hekayəsi bu xütbənin ən mühüm mövzusu hesab edilir. Bu mövzu ilə bağlı insanın ölümü, ona verilən nemətlər, onun qafilliyi, dünyəvi həyat, insanın ibrət alan olması və dünyanın faniliyi kimi məsələlər izah olunur.[6] Əbu Nəim İsfahani "Hilyətul-Övliya və Təbəqatul-Əsfiya" kitabında qeyd edir ki, İmam Əli (ə) bu xütbəni bir nəfərin cənazəsi "ləhəd"ə (qəbrə) qoyulduğu və ailəsi fəryad edib ağladığı zaman oxumuşdur.[7]
"Məsadiru Nəhcül-Bəlağə və Əsaniduhu" kitabının müəllifi Seyid Əbdüz-Zəhra Hüseyni Xətib inanır ki, bu xütbənin sənədini araşdırmağa ehtiyac yoxdur. Çünki xütbə elə bir fəsahət və bəlağətə malikdir ki, onu yalnız məsumlar bəyan edə bilər.[8] Bu xütbənin bəzi hissələri Nəhcül-Bəlağədən əlavə, "Tuhəful-Uqul",[9] "Hilyətul-Övliya və Təbəqatul-Əsfiya"[10] kimi kitablarda da nəql olunmuşdur.[11]
Seyid Əbdüz-Zəhra Hüseyni Xətibin dediyinə görə, "İqdül-Fərid"[12] kitabında səhvən İmamın (ə) başqa bir xütbəsi "Ğərra xütbəsi" adlandırılmışdır.[13] Eləcə də "Təysirul-Mətalib" kitabında da Nəhcül-Bəlağənin 185-ci xütbəsi "Ğərrā xütbəsi" kimi qeyd edilmişdir.[14] Seyid Sadiq Musəvi "Təmamu Nəhcül-Bəlağə" kitabında Nəhcül-Bəlağənin 237-ci xütbəsini "Ğərrā xütbəsi"nin bir hissəsi kimi göstərmişdir.[15]
Bu xütbənin Nəhcül-Bəlağənin müxtəlif nüsxələrində sıra nömrəsi fərqli şəkildə qeyd olunmuşdur.[16]
Məktubun nömrəsi[17] | Nüsxənin adı |
---|---|
83 | Əl-Mucəmul-müfəhrəs, Saleh Sübhi |
82 | Feyzul-İslam, Xoi, Molla Saleh, İbn Əbil-Hədid |
80 | İbn Meysəm |
79 | Əbdəh |
84 | Molla Fəthullah |
81 | Fi zilal |
Ğərra xütbəsinin mətni və tərcüməsi
İstinadlar
- ↑ Hüseyni Xətib, Məsadiru Nəhcil-bəlağə, h.q 1409, c.2, s.103
- ↑ Məkarim Şirazi, Peyame Əmirəl-möminin (ə), h.ş 1386, c.3, s.459
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.6, s.243
- ↑ Hüseyni Xətib, Məsadiru Nəhcil-bəlağə, h.q 1409, c.2, s.104
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, h.q 1414, Xütbə 83. s.114
- ↑ Əmin Naci və Zəhra Əmini, bərrəsiye inzar və təbşir dər xütbeye Ğərra, s.81
- ↑ İsfahani, Hilyətul-əvliya, c.1, s.77-78
- ↑ Hüseyni Xətib, Məsadiru Nəhcil-bəlağə, h.q 1409, c.2, s.107
- ↑ İbn Şobə Hərrani, Tuhəful-uqul, h.q 1404, s.210
- ↑ İsfahani, Hilyətul-Övliya. c.1, s.77-78
- ↑ Bu xütbənin digər mənbələrdə baxmaq üçün: Dəşti, İsnad və mədarike Nəhcül-bəlağə, h.ş 1378, s.137-138
- ↑ İbn Əbd Rəbbəh, İqdül-Fərid, h.q 1407, c.4, s.163
- ↑ Hüseyni Xətib, Məsadiru Nəhcil-bəlağə, h.q 1409, c.2, s.107
- ↑ Haruni, Təysirul-mətalib, h.q 1422. s.273
- ↑ Musəvi, Təmamu Nəhcül-Bəlağə, h.q 1426, c.2, s.367
- ↑ Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs, h.ş 1375, s.509
- ↑ Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs li-əlfazi Nəhcül-bəlağə, h.ş 1375, s.515
Ədəbiyyat
- İbn Şobə Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul ən Alir-Rəsul (s), Qum, Dəftəre enteşarate İslami, h.q 1404
- İbn Əbd Rəbbəh, Əhməd ibn Məhəmməd, İqdül-Fərid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1407
- İsfahani, Əhməd ibn Abdullah, Hilyətul-əvliya, Qahirə
- Əmin Naci və Zəhra Əmini, bərrəsiye inzar və təbşir dər xütbeye Ğərra, h.ş 1402
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbulfəzl İbrahim, Qum, h.q 1404
- Hüseyni Xətib, Seyyid Əbdüz-Zəhra, Məsadiru Nəhcil-bəlağə, Beyrut, Daruz-Zəhra, h.q 1409
- Dəşti və Kazim Məhəmmədi, Əl-Mucəmul-müfəhrəs, Qum, h.ş 1375
- Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, hq 1414
- Məkarim Şirazi, Nasir, Peyame Əmirəl-möminin (ə), Tehran, Darul-kutubil-elmiyyə, h.ş 1386
- Musəvi, Seyyid Sadiq, Təmamu Nəhcül-Bəlağə, Beyrut, h.q 1426
- Haruni, Yəhya ibn Səid, Təysirul-mətalib, Səna, h.q 1422