İmam Əlinin (ə) əlifsiz xütbəsi

wikishia saytından

İmam Əlinin (ə) əlifsiz xütbəsi (ərəbcə: خطبة الإمام علي عليه السلام الخالية من الألف) və ya muniqə xütbəsi, İmam Əlinin (ə) əlif hərfindən istifadə etmədən bəyan etdiyi bir çıxışıdır. Bu xütbə danışıqda hərflərin rolundan bəhs edən Həzrət Peyğəmbərin (s) bir qrup səhabəsinin toplantısında İmam Əli (ə) tərəfindən bədahətən bəyan olunub.

Xütbənin mətni “Biharul-ənvar” və “Minhacul-bəraə” kitablarında ixtilaflarla nəql edilmişdir. Allaha həmd-səna etmək, Peyğəmbərin (s) bəzi fəzilətlərindən və o Həzrətin besətinin məqsədlərini zikr etmək, təqvaaxirət səfərinin mərhələlərinin mücəssəm olması bu xütbədə bəhs edilən mövzulardandır.

Bu xütbənin və İmam Əlinin (ə) nöqtəsiz xütbəsinin şərhində “Ələvi iki şah əsəri” kitabı yazılmışdır.

Xütbənin bəyan olunma yeri

Əlifsiz xütbə İmam Əlinin (ə) əlif hərfindən istifadə etmədən bəyan etdiyi nitqdir. “Mənaqib” kitabında İmam Rzadan (ə) nəql olunan rəvayətə əsasən, Həzrət Əli (ə) hərflərin nitqdəki rolundan bəhs edən Peyğəmbərin (s) bir qrup səhabəsinin toplantısında bu xütbəni söylədi. Onlar Əlif hərfini ən çox istifadə olunan hərf hesab edirdilər. Bu zaman İmam Əli (ə) ərəb dilində əlifsiz, sonra isə nöqtəsiz bir xütbə oxudu.[1]

Xütbələrin bədahətən bəyan olunmaları, Qurana əsaslandırılmaları, fəsahət və bəlağətli olmaları yüksək qiymətləndirmişdir.[2]

Xütbənin məzmunu

"Do şahkare Ələvi" kitabı

Əlifsiz xütbə Allaha həmd-səna ilə başlayır və Peyğəmbərin (s) bəzi fəzilətlərini və besətinin məqsədlərini qeyd etməklə davam edir. Bundan sonra təqvadan və axirət səfərinin mərhələlərinin mücəssəm olmasından söhbət gedir. Bu xütbə bağışlanma diləməklə bitir.[3]

Xütbənin sənədi

“Əlifsiz xütbə” İbn Əbil-Hədidin “Nəhcül-bəlağəyə şərhi”,[4] “İlamud-din fi Sifatil-möminin”,[5] Misbah Kəfəmi,[6]Biharul-Ənvar[7] və Minhacul-Bəraə”[8] kimi kitablarda nəql edilmişdir. “Biharul-ənvar” kitabındakı xütbə “Misbah Kəfəmi”dəki xütbədən fərqlidir və Məclisi bu fərqlərdən bəzilərini saymışdır.[9] Seyid Rəzi “Nəhcül-bəlağə”də bu xütbəni nəql etməmişdir.

Monoqrafiya

Məhəmməd İhsanifər Ləngərudinin “Ələvi iki şah əsəri” kitabı nöqtəsiz xütbə və əlifsiz xütbəni şərh edir və fars dilində yazılıb. Bu kitabın xülasəsi “Bir məqalədə bir kitab (ələvi iki şah əsəri) Əmirəl-mömininin (ə) əlifsiz və nöqtəsiz xütbələri haqqında araşdırma” başlığı ilə məqalə şəklində çap edilmişdir”.[10]

İstinadlar

  1. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.48
  2. Ehsanifər, Du şahkare Ələvi, s.19
  3. Ehsanifər, Du şahkare Ələvi, s.55-140
  4. İbn Əbil-Hədid, Nəhcül-bəlağəyə şərhi, h.q 1404, c.19, s.140-143
  5. Deyləmi, İlamud-din fi Sifatil-möminin, h.q 1408, s.72-73
  6. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.741-745
  7. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.74, s.341-343
  8. Xoyi, Minhacul-Bəraə, h.q 1400, c.1, s.210-215
  9. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.74, s.343
  10. Ehsanifər, Du şahkare Ələvi, s.106

Ədəbiyyat