Məzmuna keç

Taslim:Qızların yetkinlik yaşına çatması

wikishia saytından


Qızların yetkinlik yaşına çatması (ərəbcə: بلوغ الفتيات) onların həyatında elə bir inkişaf mərhələsidir ki, bu vaxtdan etibarən dini vəzifələrin yerinə yetirilməsi onlara vacib olur. Fiqh alimlərinin fətvasına əsasən, yetkinlik yaşına çatmağın beş nişanəsi vardır: hicri təqvimi ilə müəyyən edilmiş yaş həddinə çatmaq, heyz (aybaşı) qanının görülməsi, ihtilam (yuxuda spermanın xaric olması ilə boynuna qüsl gəlməsi), qarnın aşağı hissəsində sərt tüklərin bitməsi və hamilə qalmaq. Bu əlamətlərdən biri baş verdikdə, qızlar artıq yetkinlik yaşına çatmış hesab olunurlar.

Yetkinlik yaşı barədə fiqh alimləri arasında fikir ayrılığı mövcuddur: Şiə fiqh alimlərinin əksəriyyəti qızların hicri təqvimi ilə doqquz yaş tamam olanda yetkinlik yaşına çatdıqlarını qəbul edirlər. Digər bir qrup isə bu yaşı on üç hesab edir. Bəzi alimlər isə dini vəzifələri fərqləndirərək, bəzi vəzifələr üçün on yaşını, bəziləri üçün isə on üç yaşını yetkinlik yaşı kimi müəyyənləşdirirlər.

Tərifi və mövqeyi

Əsas məqalə: Yetkinlik yaşı

“Buluğ” fiqhi bir termin olub, insanın elə bir yaşa və mərhələyə çatmasını bildirir ki, bu vaxtdan etibarən ona dini hökmlərə əməl etmək vacib olur və onun şəriət qaydalarına tabe olması lazım olur.[1]

Əksər fiqh alimləri qızların doqquz yaşında yetkinlik yaşına çatdıqlarını bildiriblər. Buna görə də bu gün, yəni miladi təqvimi ilə iyirmi birinci əsrdə (müasir dövrdə), qızların bu yaşda evliliyə, məsuliyyət daşımağa və dini vəzifələrə cəlb olunması məsələsi müxtəlif qruplar tərəfindən diqqət və tənqid mövzusu olmuşdur.[2] Elə bu səbəbdən də müasir dövrün fiqh alimləri bu mövzuya yenidən baxaraq, qədim alimlərin görüşlərini və rəvayət mənbələrini bir daha araşdırıblar.[3]

Qızlarda yetkinlik yaşına çatmağın təbii nişanələri

Yetkinlik yaşına çatmağın təbii nişanələri dedikdə, qızların bədənində baş verən fizioloji dəyişikliklər nəzərdə tutulur ki, bu dəyişikliklər məsum imamların (ə) rəvayətlərində yetkinlik yaşına çatmağın əlaməti kimi göstərilmişdir.[4] Bu nişanələr bunlardır:

Heyz ya aybaşı

Həmçinin baxa bilərsiniz: HeyzHeyz qanı

Şiə fiqh alimləri rəvayətlərə əsaslanaraq, qızlarda heyzin ya aybaşı halının meydana gəlməsini yetkinlik yaşına çatmağın nişanələrindən biri sayıblar.[5] Bəzi alimlər hesab edirlər ki, heyz doqquz yaşında baş verir,[6] buna görə də bu yaşdan əvvəl görülən qan, hətta heyz qanının xüsusiyyətlərinə malik olsa belə, heyz qanı sayılmır. Yalnız doqquz yaşından sonra görülən qan heyz qanı hesab olunur və onun hökmləri tətbiq edilir. Bu alimlər heyz qanını yalnız yaşın dəqiq bilinmədiyi hallarda yetkinlik yaşına çatmağın nişanəsi kimi qəbul edirlər.[7]

Hamiləlik

Həmçinin baxın: Hamiləlik

Bəzi fiqh alimləri hamiləliyi – spermanınheyz (aybaşı) qanının xaric olmasının göstəricisi kimi – qızlarda yetkinlik yaşına çatmağın əlamətlərindən sayıblar.[8] Şeyx Tusi deyir ki, qadın təbii halda heyz olmadan hamilə qalmır. Digər tərəfdən, hamiləlik qadın və kişinin spermasının qarışmasından yaranır. Buna görə də, hamiləlik – heyz və spermanın xaric olması ilə bağlı olduğuna görə – yetkinlik yaşına çatmağın əlamətlərindən hesab olunur.[9]

İhtilam və sərt tükün çıxması

Həmçinin baxın: İhtilam

İhtilam və ya spermanın xaric olması qızlar və oğlanlarda yetkinlik yaşına çatmaq üçün ortaq əlamətlərdəndir.[10] Lakin bəzi alimlər hesab edirlər ki, qadınlar kişilər kimi ihtilam olmazlar və buna görə də, ihtilam və məninin çıxması yalnız kişilərə məxsusdur.[11] Bunun əksinə olaraq, “Sahibi Ürvə” kimi fiqh alimləri qadınların da ihtilam ola biləcəyini bildirmiş və qadınlarda ihtilamın mümkünsüzlüyünü iddia edən fikri zəif saymışlar.[12] Qarnın aşağı hissəsində sərt tükün çıxması da həm qız, həm də oğlanlarda yetkinlik yaşına çatmaq üçün ortaq nişanədir.[13]

Qızlarda yetkinlik yaşı

Əsas məqalə: Mükəlləf olma yaşı

Bəzi fiqh alimləri yaşı büluğun əsas nişanələrindən biri hesab etmişlər;[14] lakin qızların hansı yaşda büluğa çatdığı barədə müxtəlif fikirlər mövcuddur:

Doqquz yaş

Şiə fiqh alimlərinin məşhur rəyinə görə, qızlarda büluğ yaşı doqquz hicri ilinin (təxminən səkkiz il, səkkiz ay, iyirmi gün günəş ili ilə) tamamlanmasıdır.[15] Bu rəyin əsası müstəfiz rəvayətlərdir[16] ki, İmamlar (ə) tərəfindən nəql olunub.[17] Sahibi Hədaiq adı ilə tanınan alim Yusif ibn Əhməd Bəhrani (1107–1186 h.q.), qızların doqquz yaşında büluğa çatmasını göstərən rəvayətlərin çoxluğunu qeyd etmiş,[18] Seyid Əhməd Xansari də bu məsələ haqqında çoxsaylı rəvayətlər nəql edildiyinə görə onu qüsursuz və iradsız hesab etmişdir.[19]

Bununla belə, bəzi tədqiqatçılar bu rəvayətlərin xüsusi şəraitə aid olduğunu hesab edirlər; yəni, həmin dövrdə qızlar təbii və fiziki şəraitə görə doqquz yaşında büluğa çatırdılar.[20] Məsələn, Cənnatiyə görə, rəvayətlərdə müəyyən bir yaş ümumi qanun kimi təqdim edilməyib, və orada qeyd olunan müxtəlif yaşlar mühit, genetik, fiziki və qidalanma fərqlərindən qaynaqlanır.[21]

Yusif Sanei də qeyd edir ki, bu rəvayətlər dində asanlıq prinsipinə ziddir, çünki doqquz yaşlı qızlara ağır dini məsuliyyətlər və cəza hökmləri yükləyir; halbuki bu yaşdakı qızlar zəif, bədəncə yetkin olmayan və evliliyə hazır olmayan fərdlərdir.[22]

On yaş

Şeyx TusiMəbsut” kitabında[23] və 6-cı əsr fiqh alimi İbn Həmzə “Əl-Vəsilə” adlı əsərində qızların büluğ yaşını on yaş göstərmişlər.[24] Bu fikrin əsası isə şaz (az sayda) rəvayətlərdir[25] ki, on yaşa işarə edirlər.[26]

Sahibi Cəvahirin bildirdiyinə görə, Şeyx Tusi və İbn Həmzə digər əsərlərində bu fikirdən dönmüş və məşhur rəyə (doqquz yaş) uyğun fətva veriblər.[27] Bəzi alimlər də bu rəvayətləri təvil edərək deyiblər ki, on yaşdan məqsəd doqquz yaşın sonudur, yəni məşhur rəylə ziddiyyət təşkil etmir.[28]

On üç yaş

14-cü hicri-şəmsi əsr (milady təqvimi ilə 20-ci əsr) şiə fiqh alimlərindən Məhəmməd İshaq Fəyyaz[29] və Yusif Sanei[30] qızların dini və hüquqi cəhətdən məsuliyyət yaşını on üç yaş hesab edirlər. Onların əsas dəlili, Əmmar Sabatinin İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətdir,[31] bu rəvayətdə həm qız, həm də oğlan üçün büluğ yaşı on üç göstərilmişdir.[32]

Fərqli dini və hüquqi məsələlərdə fərqli yaş

Qum elmi hövzəsinin ustad və araşdırmaçı alimi Seyid Müctəba Nurmüfidinin bildirdiyinə görə, bəzi fiqh alimləri müxtəlif rəvayətləri uzlaşdırmaq üçün müxtəlif dini məsələlərdə fərqli büluğ yaşları nəzərdə tutublar.[33] Məsələn, Feyz Kaşani (vəfatı. 1091 h.q.) qızların büluğ yaşını: Namazoruc kimi fərdi ibadətlərdə on üç yaş, cəza hökmləri üçün doqquz yaş, azad etmə, vəsiyyət və s. kimi hüquqi məsələlərdə on yaş qəbul etmişdir.[34] Şiənin fiqh və təfsir alimi Sadiqi Tehraninin fikrincə, namaz və digər ağıl əsaslı ibadətlərdə həm qız, həm oğlan üçün büluğ yaşı on yaş, oruc kimi bədən gücü tələb edən ibadətlərdə isə on üç yaşdır.[35]

İstinadlar

  1. Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, h.ş 1387, c.2, s.135
  2. Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.20
  3. Nümunə üçün baxın: Məhrizi, Buluğe doxtəran, h.ş 1376, s.10-18
  4. Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.149-158 və 175-182; Sübhani, Əl-Buluğ: Həqiqətuhu, Əlamatuhu və əhkamuhu, h.q 1439, s.15-18 və 72-78
  5. Nümunə üçün baxın: Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.282; Mühəqqiq Hilli, Məcməul-faidə vəl-burhan, Muəssisətun-nəşril-islami, c.9, s.191
  6. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.14, s.198; Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.163
  7. Nümunə üçün baxın: Şəhid Sani, Məsalikul-əfham,h.q 1413, c.1, s.57 və c.4, s.146; Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.175
  8. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.1, s.254; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.26, s.45
  9. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.283
  10. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.84; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lumətiid-Dəməşqiyyə, h.q 1410, c.2, s.144; Mühəqqiq Ərdəbili, Məcməul-faidə vəl-burhan, Muəssisətun-nəşril-İslami, c.9, s.185; İmam Xomeyni, Təhrirul-vəsilə, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.2, s.14
  11. Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.154
  12. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, c.1, s.505
  13. Nümunə üşün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.84; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lumətiid-Dəməşqiyyə, h.q 1410, c.2, s.144; Mühəqqiq Ərdəbili, Məcməul-faidə vəl-burhan, Muəssisətun-nəşril-İslami, c.9, s.185; İmam Xomeyni, Təhrirul-vəsilə, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.2, s.14
  14. Muəssisətu dairəti məarifil-fiqhil-İslami, Musuətul-fiqhil-İslami, m.2011, c.21, s.210
  15. Nümunə üçün baxın: Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.20, s.348
  16. Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.159
  17. Nümunə üçün baxın: Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.20, s.101
  18. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.13, s.182
  19. Xansari, Cameul-mədarik, h.q 1405, c.3, s.365
  20. Nümunə üçün baxın: Cənnati, Buluğ əz didqahe fiqhe ictihadi, s.42; Mərifət, Buluğe doxtəran, s.172-173
  21. Cənnati, Buluğ əz didqahe fiqhe ictihadi, s.42
  22. Sanei, Buluğe doxtəran, h.ş 1386, s.35
  23. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.266
  24. İbn Həmzə Tusi, Əl-Vəsilətu ila neylil-fəzilə, h.q 1408, s.137
  25. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.13, s.182
  26. Nümunə üçün baxın: Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.20, s.101-102
  27. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.26, s.38
  28. Şüştəri, Ən-Nəcətu fi şərhil-Lümə, h.q 1406, c.4, s.411; Sübhani, Əl-Buluğ: Həqiqətuhu, Əlamatuhu və əhkamuhu, h.q 1439, s.39
  29. «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», hawzahnews.com
  30. Sanei, Buluğe doxtəran, h.ş 1386, s.35-36
  31. Rəcayi, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.168
  32. Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1415, c.1, s.353
  33. Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.252-253
  34. Feyz Kaşani, Məfatihuş-şəraye, Mərəşi Nəcəfi adına kitabxana, c.1, s.14
  35. Sadiqi Tehrani, Risaleye tozihul-məsail noin, h.ş 1384, s.36

Ədəbiyyat

  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əl-Vəsilətu ila neylil-fəzilə, Təhqiq və düzəliş: Məhəmməd Həsun, Qum, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1408
  • İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, Tehran, Tarixi məlum deyil
  • Bəhrani, Yusuf, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə, Qum, İslami nəşr müəssisəsi, h.ş 1363
  • Burucerdi, Seyid Hüseyn, Cameu əhadisiş-şiə, Qum, Mehr nəşri, h.q 1415
  • «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», hawzahnews.com saytı
  • Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, Dairətul-məarif fiqhe farsi, h.ş 1387
  • Cənnati, Məhəmməd İbrahim, Buluğ əz didqahe fiqhe ictihadi, nömrə 61, h.ş 1374
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Düzəliş: Seyid Məhəmməd Rza Hüseyni Cəlali, Alul-beyt müəssisəsi, h.q 1416
  • Xansari, Seyid Əhməd, Cameul-mədarik, Tehran, Məktəbətus-Sadiq, 2-ci çap, h.q 1405
  • Rəcayi, Seyid Məhəmməd, Əl-Məsailul-fiqhiyyə, Qum, Enteşarate elmiyyə, 1-ci çap, h.q 1421
  • Sübhani, Cəfər, Əl-Buluğ: Həqiqətuhu, Əlamatuhu və əhkamuhu, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1439
  • Şüştəri, Məhəmməd Təqi, Ən-Nəcətu fi şərhil-Lümə, Tehran, Ketabfuruşiye Səduq, h.q 1406
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lumətiid-Dəməşqiyyə, Düzəliş və təhqiq: Seyid Məhəmməd Kəlantər, Qum, Davəri nəşriyyatı, h.q 1410
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Bunyade məarife İslami, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut fi fiqhil-İmamiyyə, Mühəqqiq və düzəliş: Seyid Məhəmməd Təqi, Tehran, Əl-Məktəbətul-Mürtəzəviyyə li-ihyail-asaril-Cəfəriyyə, h.q 1387
  • Sadiqi Tehrani, Məhəmməd, Risaleye tozihul-məsail noin, Tehran, Omide fərda, h.ş 1384
  • Sanei, Yusuf, Buluğe doxtəran, Qum, Meysəm Təmmar, h.ş 1386
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Əllamə Hilli, Həsən ibn Yusuf, Təzkirətul-füqəha, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Məfatihuş-şəraye, Qum, Mərəşi Nəcəfi adına kitabxana, 1-ci çap, Tarixsiz
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita ən mübhəmatiş-şəriətil-ğərra, Dəftəre təbliğate İslami Hozeye elmiyyeye Qum, h.q 1422
  • Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə vəl-burhan, Qum, Muəssisətun-nəşril-İslami, Tarixsiz
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan nəşriyyatı, 2-ci çap, h.q 1408
  • Mərifət, Məhəmməd Hadi, Buluğe doxtəran, Məcəlleye kitabe nəqd, nömrə 12, h.ş 1378
  • Məhrizi, Mehdi, Buluğe doxtəran, Qum, Dəftəre təbliğate İslami Hozeye elmiyyeye Qum, h.ş 1376
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraii-İslam, Təhqiq və düzəliş: Abbas Quçani, Əli Axundi, Beyrut, Daru ihyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404
  • Nur Mofidi, Seyid Müctəba, Bərresiye fiqhi buluğe doxtəran, Qum, Mərkəze fiqhi əimmeye əthar (ə), h.ş 1395