Qadınların makiyaj etməsi

wikishia saytından

Qadınların makiyaj etməsi (ərəbcə: زينة المرأة) dedikdə, yəni qadın üz, bədən, saç və yaxud dırnaqlarını bəzəyir və buna aid fiqh elmində, onun üçün məxsus hökmlər sadir olmuşdur. Qadınların makiyaj etməsi icazəlidir; amma öz həyat yoldaşı üçün, əgər əri ondan bəzənməsini istəyərsə vacib və istəmədiyi halda qadının bəzənməsi müstəhəbdir. Qadınların ehram halında və yaxud həyat yoldaşı vəfat etiyin zaman, qadının iddə saxladığı müddətdə makiyaj etməsi icazəli deyildir.

Şiə fəqihləri, makiyaj etmiş qadının naməhrəmdən makiyajını gizlətməsini vacib bilirlər. Qadınların makiyajı qarşılığında zəhmət haqqı almaq halal və icazəlidir. Namazda makiyajın gizlədilməsi lazım deyil; əksinə bəzi fəqihlərin fətvasına əsasən namaz üçün qadının bəzənib makiyaj etməsi müstəhəbdir.

Məna və mövqe

Makiyaj, kosmetik vasitələrlə üzün gözəlləşdirilməsi, artıq tüklərin təmizlənməsi, və yaxud saç düzümünün buruq və gözəl şəkildə düzəldilməsi və o cümlədən dırnaqların düzəldilməsi nəzərdə tutulur.[1]

Fiqh kitablarında makiyajdan, zinət ibarətilə yad edilmişdir;[2] əlbəttə qeyd etmək lazımdır zinət sözü makiyaj sözündən daha geniş mənanı əhatə edir və başqa gözəlliklərə də şamil olur.[3] Lüğət kitablarında, “zinət” hər bir şey ki, ondan gözəllik üçün istifadə edilir, şamil edilmişdir.[4]

Rəvayətlərdə qadınların zinətlərdən istifadə etmələrinə tövsiyə edilir.[5] Misal üçün, imam Baqirdən (ə) nəql olunan rəvayətə əsasən, qadın əllərinə həna qoymaması bəyinlən iş deyi.[6] Başqa bir rəvayətə əsasən, yaxşı qadının xüsusiyyətlərindən biri də budur ki, əri üçün bəzənməli və zinətlərini naməhrəmdən gizlətsin.[7]

Fiqh kitablarında, müxtəlif bablarda (fəsillərdə) o cümlədən Nikah,[8] Həcc,[9] Namaz[10] və Məkasibi mühərrəmə (haram ticarətlər) (Tədlis maşitə)[11] qadınların makiyaj etmələri mövzusundan söz açmışdır.

Nümunələr

Şiə fiqh kitablarında, sürmə çəkmək, qaş almaq (rənglənməsi),[12] saç qaynağı,[13] xal döydürmək,[14] paltarların rəngi,[15] ətir istifadəsi[16] və üzü gözəlləşdirən hər bir vasitə[17] zinət sayılır. Bunlardan bəzilərinin o cümlədən saç qaynağı[18] və libasın rəngi[19] kimi halların zinət sayılması haqda fəqihlər arasında fikir ayrılığı vardır.

Hicrətin on üçüncü əsrində yaşamış şiə fəqihi “Cəvahir” kitabının müəllifinin fikrincə, bir şeyin zinət sayılması ürfə (cəmiyyətə) bağlıdır; misal üçün o, libasın rəngini öz dövrü üçün zinət bilmir.[20] hicrətin 13-14 cü əsrlərində yaşamış şiə alimi, “Ürvə” kitabının müəllifi (vəfat 1337 h.q) bəzənən və yaxud zinət edən şəxsin özünə nisbət və yaxud onun dövrü və yaşadığı mühütlə bağlı fərqli olduğunu bildirmişdir.[21]

Həmçinin, seyyid Əli Xameneinin fətvasına əsasən, qadının qaşlarına döydürmə (tato) etməsinin zinət sayılması ürfün nəzərinə bağlıdır.[22]

Şəri hökmü

Orta Asiya və İrana bağlı hicrətin IV-VI-cı əsrinə aid daş növündən olan sürmədan.

Əraf surəsinin 32-ci ayəsinə əsasən, şiə fəqihləri makiyaj olunmağın özü özlüyündə icazəli olduğunu bildirirlər;[23] əlbəttə qadınların makiyaj etməsinin şəraitini nəzərə alsaq, vacib, müstəhəb və yaxud da haramdır.

Makiyajın vacib olması

Şiə fəqihlərinin fətvasına əsasən, qadının öz həyat yoldaşı üçün makiyaj edib bəzənməsi vacibdir.[24] Bunun dəlili isə ərindən itaət etməsinin vacib olması və onun öhdəsinə düşən haqq hesab olunur.[25]

Makiyajın müstəhəb olması

Fiqh alimlərinin fikrincə, ərin istəmədiyi zaman qadının makiyaj etməsi müstəhəbdir.[26]

Qadının rici təlaq müddətində makiyaj edib bəzənməsi də müstəhəb sayılmış[27] və rəvayətlərə əsasən onun hikməti, ərin ona dönməsi və ailə həyatının dağılmaması kimi bildirilmişdir.[28]

Makiyajın haram olması

Şiə fiqh alimlərinin fətvasına əsasən, ehram halında[29] qadının makiyaj etməsi haram və həyat yoldaşı vəfat etmiş qadın iddə zamanında makiyaj etməsi icazəli deyil.[30]

Şeyx Mufid (vəfat 413 h.q) və “Cəvahir” kitabının müəllifi Məhəmməd Həsən Nəcəfi (1266 h.q) kimi şiə fəqihlərinin fətvasına əsasən qadının naməhrəmləri cəlb etməsi üçün etdiyi makiyaj haramdır.[31] Tədlis (elçiləri aldatmaq məqsədi ilə olunan makiyaj) də, şiə fəqihlərinin fətvasına əsasən haramdır.[32]

Sadə makiyaj

Ayətullah Nasir Məkarim Şirazinin fətvasına əsasən, üz və əllərin biləyə kimi sadə makiyaj edilməsi və fəsada yol açmayacaq həddə olması icazəlidir.[33] Ayətullah seyyid Əli Xameneinin fətvasına əsasən, sadə makiyajın naməhrəmdən gizlədilməsi, əgər ürfün nəzərində zinət və makiyaj hesab olunursa, vacibdir.[34] Ayətullah Cəfər Sübhaninin fətvasına əsasən, makyaj hesab olunan hər bir zinətin naməhrəmdən gizlədilməsi vacibdir.[35] Məhəmməd Sadiq Ruhani, naməhrəmi cəlb edəcək həddə makiyajın icazəli olmadığını bildirir.[36]

Ayətullah seyyid Əli Sistani,[37] seyyid Əbulqasim XoyiMirza Cavad Təbrizinin[38] fətvalarına əsasən, makiyajın sadə və zinət az bir həddə olsa da naməhrəmdən gizlədilməsi vacibdir.

Əlaqəli hökmlər

Miladdan 100 il əvvələ aid kosmetik qutu

Qadınların makiyaj etməsi ilə əlaqədar bəzi hökmlər ibarətdir:

Makiyaj vasitəsilə əldə edilən qazanc

Makiyaj qarşılığında alınan müzd (zəhmət haqqı), halal iş (misal üçün qadın öz əri üçün bəzənərsə) üçün olarsa, icazəlidir.[39] Ayətullah seyyid Əli Xameneinin fətvasına əsasən, haram işə kömək məqsədi (makiyajını namaəhrəmə göstərmək kimi) ilə qadının makiyaj etməsi icazəli deyil. Onun fətvasına əsasən, saçların kafirlərin saç düzümü formasında düzəldilməsi və onun qarşılığında alınan məbləğ halal deyildir.[40]

Makiyajlı halda dəstəmaz və namazın hökmü

Müctəhidlərin fətvalarına əsasən, makiyaj məlzəmələri ki, üz dərisin örtür, dəstəmaz suyunun dəriyə çatmasına mane olduğu üçün dəstəmazdan öncə yuyulması lazımdır.[41] Makiyaj üçün istifadə edilən məlzəmələrdən sadəcə rəngi olan və dərinin üzərini örtməyənlər[42] mümkündür dərinin alt hissəsində olsun və dəstəmaz suyuna mane olmasın, belə bir şəraitdə dəstəmaz düzgündür.[43]

Namaz qıldıqda üzdə olan makiyajın,[44] zinət əşyalarının və qaynaq edilmiş saçın örtülməsi (naməhrəm olmadığı hallarda) və gizlədilməsi lazım deyil;[45] əksinə qadınların namazda zinət əşyalarını taxmaları və hənadan istifadə etmələri müstəhəbdir.[46] Bəzi təfsir alimləri, Əraf surəsinin 31-ci ayəsinə əsaslanaraq, kişi və qadınların namaz üçün bəzənmələrini müstəhəb bilirlər.[47]

Makiyaj və zinəti başqalarına göstərmək

“Öz zinətlərinizi aşkar etməyin, yalnız...” (Nur surəsi, ayə 31) əyəsində,[48] qadınları zinətlərini naməhrəmə göstərmələrini qadağan etmişdir. Şiə fəqihlərinin fətvalarına və bu ayəyə əsasən qadınlar makiyajlarını naməhrəmdən örtmələri vacibdir.[49] Fiqh kitablarında zinətin və makiyajın naməhrəm kişilərə göstərilməsi “Təbərrüc” ünvanı ilə qeyd edilmişdir.[50]

Həmçinin rəvayətlərdə, qadının öz zinətlərini naməhrəm kişilərə göstərməsi məzəmmət edilmişdir.[51] “Təhzibul-əhkam” kitabında, rəvayət rəvayət olunur, qadının şəhadətinin qəbul olunacaq şərtlərdən biri, onun zinətlərini gizlətməsi və kişi məclislərində hazır olmamasıdır.[52]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ənvəri, Fərhənge bozorqe soxən, h.ş 1381, c.1, s.77
  2. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.264
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.76
  4. Fərahidi, Kitabul-eyn, h.q 1409, Zeyn sözünün şərhində; Sahib, Əl-Muhitu fil-luğət, h.q 1414, Zeyn sözünün şərhində
  5. Kuleyni, Əl-Kafi, h.q 1429, c.13, s.141; Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.2, s.97
  6. Kuleyni, Əl-Kafi, h.q 1429, c.13, s.509
  7. Məclisi, Biharul-ənvar, h.q 1403, c.100, s.235
  8. Bəhrani, Əl-Urvətul-vüsqa (nikah), h.q 1429, c.1, s.89
  9. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.373
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.175
  11. Şeyx Ənsari, Məkasib, h.q 1410, c.2, s.159
  12. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.264
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.175
  14. Mufid, Əhkamun-nisa, h.q 1413, s.57
  15. İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.2, s.330
  16. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.264; Bəhrani, Sənədul-urvətil-vüsqa, h.q 1429, c.1, s.93
  17. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.264
  18. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.317
  19. İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.2, s.330; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.280
  20. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.280
  21. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.6, s.96
  22. لباس شهرت و احکام پوشش, khamenei.ir saytı
  23. Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.73; Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.5, s.133
  24. Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.25, s.218; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.328; Sistani, Minhacus-salihin, h.q 1415, c.3 s.106; Lənkərani, Cameul-məsail, h.q 1425, s.428
  25. Fəllah, Hokme arayeşe zənan dər fiqhe şiə, s.121, 122
  26. İbn Əbi Cümhur, Əl-İqtarul-fiqhiyyə, h.q 1410, s.100; Həkim, Əl-Fətava, h.q 1433, s.291
  27. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.25, s.476; Xoyi, Minhacus-salihin, h.q 1410, c.2, s.303
  28. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.32, s.354
  29. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.373
  30. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, s.263 və 264; İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.2, s.330; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.276; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.6, s.99; https://www.leader.ir/fa/book/155, Ayətullah Xameneinin rəsmi internet saytı
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.85; Mufid, Əhkamun-nisa, h.q 1413, s.57
  32. Şeyx Ənsari, Məkasib, h.q 1410, c.2, s.159; Ruhani, Minhacul-fəqahət, h.q 1429, c.1, s.242
  33. حکم آرایش زنان در مقابل نامحرم, Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet saytı
  34. آرایش ملایم با حفظ حجاب, Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  35. آرایش صورت در مقابل نامحرم, Ayətullah Cəfər Sübhaninin dəftərinin rəsmi internet saytı
  36. Ruhani, İstiftaat, h.ş 1382, s.202
  37. زینت و آرایش کردن, Ayətullah Seyyid Əli Hüseyni Sistaninin rəsmi internet saytı
  38. Xoyi, Əhkame şəriye banovan, h.ş 1391, s.439
  39. Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.16, s.77; Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace mutabiq ba fətavaye sizdəh mərcə, h.ş 1385, s.1941
  40. احکام آرایش زنانه, Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  41. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace mutabiq ba fətavaye sizdəh mərcə, h.ş 1385, s.1941; Behcət, İstiftaat, h.q 1386, c.1, s.173; «پرسش و پاسخ، غسل», Ayətullah Seyyid Əli Hüseyni Sistaninin rəsmi internet saytı
  42. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace mutabiq ba fətavaye sizdəh mərcə, h.ş 1385, s.1941; Behcət, İstiftaat, h.q 1386, c.1, s.173; «پرسش و پاسخ، غسل», Ayətullah Seyyid Əli Hüseyni Sistaninin rəsmi internet saytı
  43. Behcət, İstiftaat, h.q 1386, c.1, s.173; «احکام وضو», Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  44. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.319
  45. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.175
  46. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.614
  47. Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.7, s.307
  48. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.5, s.492
  49. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.319; Kaşiful-ğita, Kəşful-ğita, s.198
  50. Bəhrani, Əl-Urvətul-vüsqa (nikah), h.q 1429, c.1, s.89
  51. Məclisi, Biharul-ənvar, h.q 1403, c.100, s.235
  52. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.242

Ədəbiyyat

  • آرایش صورت در مقابل نامحرم, Ayətullah Cəfər Sübhaninin dəftərinin rəsmi internet saytı
  • آرایش ملایم با حفظ حجاب, Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  • احکام آرایش زنانه, Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  • «پرسش و پاسخ، غسل», Ayətullah Seyyid Əli Hüseyni Sistaninin rəsmi internet saytı
  • حکم آرایش زنان در مقابل نامحرم, Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet saytı
  • زینت و آرایش کردن, Ayətullah Seyyid Əli Hüseyni Sistaninin rəsmi internet saytı
  • کرم ضد آفتاب برای زن, Ali-rəhbər İmam Xameneinin dəftərinin rəsmi internet saytı
  • Ruhani, Məhəmməd Sadiq, İstiftaat, Qum, h.ş 1382
  • İbn Əbi Cümhur, Məhəmməd ibn Zeynuddin, Əl-İqtarul-fiqhiyyə, Qum, h.q 1410
  • İbn Bərrac, Əbdül-Əziz ibn Hərir, Əl-Muhəzzəb, Qum, h.q 1406
  • Ənvəri, Həsən, Fərhənge bozorqe soxən, Tehran, h.ş 1381
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.ş 1392
  • Bəhrani, Məəhəmməd Sənəd, Əl-Hədaiqun-nazirə, Qum, h.ş 1363
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Tozihul-məsaile mərace mutabiq ba fətavaye sizdəh mərcə, Qum, Dəftəre enteşarate İslami, h.ş 1385
  • Behcət, Məhəmməd Təqi, İstiftaat, Qum, h.q 1386
  • Həkim, Seyyid Məhəmməd Səid, Əl-Fətava, Darul-Hilal, Qum, h.q 1433
  • Xoyi, Seyyid Əbül-Qasim, Cəvad Təbrizi, Əhkame şəriye banovan, Qum, h.ş 1391
  • Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm, h.q 1410
  • Ruhani, Məhəmməd Sadiq, Minhacul-fəqahət, Qum, Ənvarul-hüda, h.q 1429
  • Səbzivari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, h.q 1413
  • Sistani, Seyyid Əli, Minhacus-salihin, Qum, h.q 1415
  • Şeyx Ənsari, Mürtəza ibn Məhəmməd Əmin, Məkasib, Qum, Darul-kitab, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Düzəliş: Həsən Musəvi Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, Məktəbətul-Mürtəzəviyyə, h.q 1387
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, h.q 1419
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1414
  • Fərahidi, Xəlil ibn Əhməd, Kitabul-eyn, Qum, Hicrət nəşri, h.q 1409
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita, İsfahan, Məhdəvi
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, h.q 1429
  • Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, Qum, h.q 1425
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əhkamun-nisa, Təhqiq: Mehdi Nəcəf, Qum, h.q 1413
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Abbas Quçani, Beyrut, h.ş 1362

Xarici keçid