Məni
![]() | Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Məni, (ərəbcə: المني ) bədəndən çıxan zaman cənabətə səbəb olan, ağ rəngli və qatı bir mayedir. Şiə fəqihlərinin və bəzi sünni fəqihlərin fətvasına görə, məni nəcis sayılır. Məninin ixtiyari şəkildə bədəndən çıxması orucu batil edir. Həmçinin bədənindən məni çıxan şəxs namaz qılmaq üçün qüsl etməlidir.
Şübhə halında məninin müəyyən edilməsi üçün bəzi əlamətlər mövcuddur. Bu əlamətlər bunlardır: şiddətli cinsi ləzzət, sıçrayaraq çıxması və bədənin süstləşməsi.
Sperma ilə bağlı bəzi hökmlər var ki, bu məsələlər “məsaili-müstəhdəsə” (yeni məsələlərdən) sayılır. Şiə fəqihlərinin fikrincə, ərindən başqa bir kişinin spermasının qadının uşaqlıq yoluna yeridilməsi haramdır. Onlar, kişinin ölümündən sonra onun saxlanılmış spermasının həyat yoldaşının uşaqlığına yeridilməsi məsələsində ixtilaf edirlər. Bu ixtilaf, onların sözügedən məsələdəki əsas baxışına dayanır: O da budur ki, qadın və ya kişidən biri öldükdə onların ailə bağları (zövcəlik) qırılır, yoxsa yox? Həmçinin spermanın alqı-satqısı məsələsində də fikir ayrılığı var ki, bu da onun maddi dəyərə sahib olub-olmamasına bağlıdır.
Tərifi
Sperma nisbətən qalın, bir qədər ağ mayedir[1] və adətən intensiv cinsi həzz zamanı cinsiyyət orqanından çıxır.[2]
Fiqhi hökmü
Şiə fəqihlərinin fətvalarına əsasən, insanın mənisi (sperması) nəcis sayılır.[3] Bədəndən məninin axmasına inzal (boşalma) deyirlər.[4] Fiqhdə cənabətin səbəblərindən biri də boşalmadır.[5] Məhəmməd Həsən Nəcəfinin dediyinə görə, şiə fəqihləri atıcı qanı olan heyvanların mənisini də nəcis hesab edirlər.[6]
Bədənindən məni çıxan şəxs namaz kimi paklıq tələb edən işlərə görə qüsl etməlidir.[7] Bədəndən spermanın qəsdən çıxarılması (istər yaxınlıq, istərsə də istimna yolu ilə) orucu batil edir.[8]
Əhli-sünnənin baxışı
Sünni fəqihləri spermanın nəcis olub və ya olmaması haqqında eyni fikirdə deyillər. Əbu Hənifə və Malik ibn Ənəs spermanı nəcis hesab edirlər[9] bu fərqlə ki, Əbu Hənifə inancına əsasən əgər sperma qurudursa, sürtməklə təmizlənir və yuyulmağa ehtiyac yoxdur.[10] Şafiilər[11] və hənbəlilər insanın spermasını pak hesab edirlər.[12]
Məninin əlamətləri
Fiqhdə, əgər bir şəxsdə məninin (spermanın) xaric olub-olmadığına dair şəkk yaranarsa, onu digər mayelərdən ayırmaq üçün bəzi əlamətlər qeyd olunmuşdur. Şiə fəqihlərinin çoxuna görə, kişidə məninin çıxması üç xüsusiyyətlə müşayiət olunur: Cinsi həzz, sıçrayaraq çıxmaq və bədənin süstləşməsi.[13] Əlbəttə, xəstə olan şəxs üçün sıçrayaraq çıxmaq şərt deyil; yəni əgər maye şəhvətlə və bədənin süstləşməsi ilə çıxarsa, o məni hökmündə sayılır.[14]
Bəzi fəqihlər demişlər: Əgər bədəndən çıxan maye cinsi həzz və sıçrayaraq çıxmaqla və ya sıçrayaraq çıxmaq və bədənin süstləşməsi ilə müşayiət olunarsa, bu mənidir.[15]
Qadınlarda məni əlamətləri fərqlidir. Şiə fəqihlərinin çoxunun fikrincə, qadının cinsiyyət orqanından çıxan maye əgər cinsi həzzlə müşayiət olunarsa, məni hökmündədir. Onların fikrincə, qadınlarda sıçrayaraq çıxmaq və bədənin süstləşməsi məninin əlaməti sayılmır.[16]
Məzi, vəzi və vədi ilə fərqi
Fəqihlər məni ilə insanın cinsi orqanından çıxan digər mayeləri fərqləndirirlər. Onlar mənidən başqa üç mayeni qeyd edirlər:
- Məzi: Zəif cinsi həzz və ya mazaqlaşmaq nəticəsində insandan çıxan incə maye.[17] Bu maye yapışqandır, lakin məninin xüsusiyyətlərinə malik deyil və qadınlarda kişilərə nisbətən daha çox olur.[18]
- Vəzi: Bu, bəzən məni xaric olduqdan sonra insandan çıxan mayedir.[19]
- Vədi: Bəzən sidik etdikdən sonra insanından çıxan mayedir.[20]
Şiə fəqihlərinə görə, məzi, vəzi və vədi nəcis deyil[21] və dəstəmazı batil etmirlər.[22] Mərcəyi-təqlidlərdən olan Məkarim Şirazi bu üç kəlmə və onların hökmlərini təyin edərkən deyir: İnsandan sidik və mənidən başqa çıxan mayelər bir neçə növdür: Birincisi, bəzən sidik etdikdən sonra çıxan və bir az ağ rəngli və yapışqan olan mayeyə “vədi” deyirlər. İkincisi, həyat yoldaşı ilə oynayan və mazaqlaşan zaman çıxan suya “məzi” deyirlər. Üçüncüsü bəzən mənidən sonra çıxan sudur ki, ona “vəzi” deyirlər. Bu suların hamısı, kanal, sidik və məni ilə bulaşmadığı zaman pakdır, həmçinin dəstəmaz və qüslü da batil etmir.[23]makarem.ir saytı
İstinadlar
- ↑ تفاوت تعاریف طبی و فقهی در مورد مایع منی, beytoote.com
- ↑ Əbdür-Rəhman, Mucəmul-müstələhat vəl-əlfazil-fiqhiyyə, c.3, s.369
- ↑ Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.96-97
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.3, s.3
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.3, s.3; Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.95
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.290
- ↑ Xomeyni, Təhrirul-vəsilə, c.1, s.39
- ↑ Baxın: Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.19, s.129-130
- ↑ Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1424, c.1, s.15; Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.96
- ↑ Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.96
- ↑ Şafei, Əhkamul-Quran, Darul-kutubil-elmiyyə, s.81-82
- ↑ Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1424, c.1, s.15; Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.96
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.3, s.8
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.3, s.12
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1392, c.1, s.265
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.3, s.13; Baxın: Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.q 1392, c.1, s.265 və 266
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.411
- ↑ Amili, Müstələhatul-fiqhiyyə, h.q 1413, s.196
- ↑ Amili, Müstələhatul-fiqhiyyə, h.q 1413, s.229; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.415
- ↑ Amili, Müstələhatul-fiqhiyyə, h.q 1413, s.229
- ↑ Nümunə üçün baxın: Məkarim Şirazi, Risaleye Tozihul-məsail, h.q 1429, s.31
- ↑ Nümunə üçün baxın: Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.119; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.414
- ↑ https://makarem.ir/main.aspx?typeinfo=21&lid=0&mid=255385&catid=44736
Ədəbiyyat
- Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, h.q 1405
- Bəni Haşim Xomeyni, Seyid Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, Dəftəre enteşarate İslami, h.q 1392
- Cəziri, Əbdür-Rəhman ibn Məhəmməd, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisar, Qum, h.q 1415
- Şafei, Məhəmməd ibn İdris, Əhkamul-Quran, Darul-kutubil-elmiyyə, Beyrut
- Amili, Yasin İsa, Müstələhatul-fiqhiyyə, Beyrut, Darul-bəlağə, h.q 1413
- Əbdür-Rəhman, Mahmud, Mucəmul-müstələhat vəl-əlfazil-fiqhiyyə
- Məkarim Şirazi, Nasir, Risaleye Tozihul-məsail, İmam Əli (ə) mədrəsəsinin nəşriyyatı, h.q 1429
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, h.q 1404
- https://makarem.ir/main.aspx?typeinfo=21&lid=0&mid=255385&catid=44736, makarem.ir saytı