Məzmuna keç

Taslim:Təbərra

wikishia saytından

Təbərra, (ərəbcə: التبري) Allahın və Onun övliyalarının düşmənlərindən uzaq durmaq və onlardan bizar olmaq mənasına gəlir. Şiə məzhəbində təbərra firuiddindən (İslam dininin əməl edilməsi vacib olan şərtləri) biri sayılır və etiqadi‑əxlaqi təlimlərdə xüsusi yerə malikdir. Şiə alimləri bəzi ayərəvayətlərə əsaslanaraq müşriklərdən və kafirlərdən, Əhli‑beyt düşmənlərindən, onları qətlə yetirənlərdən, həmçinin zülm və azğınlıq rəhbərlərindən təbbəra etməyi vacib bilmişlər.

Bir çox şiə Əhli‑beyt düşmənlərindən və onların xilafət haqqını qəsb edənlərdən təbərra etməyin üsulu barədə belə düşünmüşlər ki, bu cür ifadələr müsəlmanlar arasında birliyi, yaxınlaşmanı və məzhəblərarası həmrəyliyi zədələyə bilər.

Tərifi

“Təbərra” termində Allahın və Onun dostlarının düşmənlərindən uzaqlaşmaq və bizar olmaq mənasında işlədilir.[1] Bu söz “bür’” kökündən gəlir və “bəraət” kimi sözlərlə eyni ailədəndir. Lüğətdə isə, yaxınlığı xoş olmayan bir şeydən uzaq durmaq mənasını bildirir.[2]

Yeri və əhəmiyyəti

Təbbəra şiə etiqadının əsas təlimlərindən biridir[3] və şiə məzhəbində təvəlla ilə yanaşı firuiddindən sayılır.[4] Şiə rəvayətlərində təbərranın əhəmiyyətinə çox böyük vurğu edilmişdir.[5] Küleyniəl‑Kafi” əsərində “Babul‑hubb fillah vəl‑buğz fillah” adlı bir bölmə ayırmış və təvəlla və təbərraya dair on altı hədis toplamışdır.[6]

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə Allah üçün təbərra və düşmənçilik imanın ən möhkəm və etibarlı tutacaqlarından biri kimi təqdim edilir.[7] İmam Rzadan (ə) nəql olunan başqa bir hədisdə isə Allahın, Peyğəmbərin (s) və Əhli‑beytin düşmənlərindən təbərra etmək, Əhli‑beytin vilayətini qəbul etməklə yanaşı, dinin kamalı kimi göstərilir.[8]

Təbərranın vacibliyi

Şiə məzhəbində təbərra dini vaciblərdən sayılır.[9] Şiə fəqihi və mütəkəllimi Şeyx Səduq bildirir ki, şiələrin etiqadına görə təbərra və zalımlardan bizar olmaq vacibdir.[10] Hürr AmuliVəsailüş‑şiə” əsərində “möminə məhəbbətin və kafirə nifrət bəsləməyin vacibliyi” adlı bölümdə bir sıra rəvayətlər toplamış və bu rəvayətlərdən təbərranın vacibliyini çıxarmışdır.[11]

Təbərranın qanuniliyinə və vacibliyinə “Mümtəhinə” surəsinin 1-ci ayəsi də dəlil gətirilmişdir.[12] Əllamə Təbatəbai bu ayənin möminləri Allahın düşmənləri ilə dostluqdan ciddi şəkildə çəkindirdiyini bildirir.[13] Seyid Əbdülhüseyn Lari Şeyx Ənsarinin “Məkasib” kitabına şərhində qeyd edir ki, bu ayə və rəvayətlər açıq şəkildə təbərranın vacibliyinə dəlalət edir.[14]

Kimlərdən təbərra vacibdir?

Şiə alimləri ayə və rəvayətlərə əsaslanaraq bir neçə qrupdan təbərra etməyi vacib bilirlər:

Təvəlla və təbərra arasındakı ayrılmaz bağlılıq

Bəzi hədis mənbələrində qeyd olunur ki, təvəlla, yəni Əhli‑beyti sevmək və onların vilayətini qəbul etmək[21] yalnız o zaman qəbul olunur ki, həmin şəxs təbərra da etmiş olsun. Məsələn, İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətdə buyurulur ki, “Bizi sevdiyini iddia edən, lakin düşmənlərimizdən təbərra etməyən şəxs yalan danışır”.[22] İmam Rzadan (ə) nəql olunan başqa bir rəvayətdə isə bildirilir ki, Əhli‑beytin vilayəti təbərra olmadan tamamlanmır və onların məhəbbəti düşmənlərindən təbərra və bizarlıq etmək vasitəsilə xalis və sabit olur.[23]

Mürtəza Mütəhhərinin yazdığına görə, təbərra o deməkdir ki, bir şəxs İmam Əlinin (ə) vilayətinə inanmaqla yanaşı, onun və yolunun əksinə olan hər şeyi də rədd və inkar etməlidir. Başqa sözlə, burada təkcə Allaha iman kifayət etmir; tağutu inkar etmək də bunun yanında olmalıdır.[24] Hicri 6-cı əsrin alimlərindən olan şiə müfəssiri Əbul‑Futuh Razi də təbərranı təvəllanın şərti və onun müqəddiməsi saymış və demişdir ki, müvəhhid insanlar əvvəlcə tövhid kəlməsini söyləməklə küfr və şirkin təzahürü olan hər bir şeydən təbərra və bizarlıq etməli, sonra iman meydanına daxil olmalıdırlar.[25]

Təbərra edənlər

Əsas məqalə: Təbərrailər

Səfəvilər dövründə “Bəraitian” adlanan bir qrup şiə belə hesab edirdi ki, Əhli‑beyt düşmənlərindən və xilafəti qəsb edənlərdən təbərra etmək və onları lənətləmək açıq şəkildə ifadə olunmalıdır.[26] Onlar küçə və bazarlarda uca səslə İmam Əlinin (ə) vilayətini iqrar edir, onun düşmənlərini, həmçinin Bəni‑ÜməyyəBəni‑Abbas xəlifələrini lənətləyirdilər.[27]

Bu yanaşmanın qarşısında isə bir çox şiələr hesab edirdilər ki, bu cür açıq təbərra və digər müsəlman firqələrinin müqəddəslərini lənətləmək birliyin gücləndirilməsini, müsəlmanlar arasında münasibətlərin möhkəmləndirilməsini və məzhəblərarası yaxınlaşmanı zədələyir və İslam ümmətinin həmrəyliyinə ziddir.[28]

Əlaqəli Məqalələr

İstinadlar

  1. Mütəhhəri, Məcmue asar, c.26, s.133; Ələvi, Əqaidul-muminin, s.214
  2. Rağib İsfahani, Əl-Müfrədat, Bərə sözünün şərhi
  3. Mütəhhəri, Məcmue asar, c.26, s.133
  4. Mütəhhəri, Məcmue asar, c.26, s.133; Ələvi, Əqaidul-muminin, s.214
  5. Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, c.2, s.337
  6. Kuleyni, Əl-Kafi, c.2, s.124-127
  7. Kuleyni, Əl-Kafi, c.2, s.125; Əllamə Məclisi, Miratul-uqul, c.8, s.260
  8. Əllamə Məclisi, Biharul-ənvar, c.27, s.58
  9. Lari, Ət-Təliqətu ələl-məkasib, c.1, s.232; Ələvi, Əqaidul-muminin, s.217
  10. Şeyx Səduq, Əl-Etiqadat, s.102
  11. Hürr Amili, Vəsailuş-şiə, c.16, s.176
  12. Lari, Ət-Təliqətu ələl-məkasib, c.1, s.232
  13. Təbatəbai, Əl-Mizan, c.19, s.226
  14. Lari, Ət-Təliqətu ələl-məkasib, c.1, s.232
  15. Təbatəbai, Əl-Mizan, c.9, s.146
  16. Təbatəbai, Əl-Mizan, c.9, s.146-147 və 149
  17. Nümunə üçün baxın: Şeyx Səduq, Əl-Etiqadat, s.102-103; Mühəqqiq Lahici, Sərmayeye iyman, s.154-155; Nəcəfi, Cəvahirul-kəlam, c.6, s.64-67
  18. Şeyx Səduq, Əl-Xisal, s.153
  19. İsmaili, Təvəlla və təbərra əz neqahi digər, s.75
  20. İsmaili, Təvəlla və təbərra əz neqahi digər, s.75
  21. Nümunə üçün baxın: Təbrizi, Siratun-nəcat, c.3, s.452; Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, c.2, s.667
  22. Əllamə Məclisi, Biharul-ənvar, c.27, s.58
  23. Əllamə Məclisi, Biharul-ənvar, c.27, s.58
  24. Mütəhhəri, Məcmue asar, c.26, s.133
  25. Əbul-Futuh Razi, Rəvzul-cina, c.2, s.283
  26. Xani Arani, şaxisehaye fikri və ruykərdhaye əməli cərəyane şie vəhdətsetiz, s.14-15
  27. Ravəndi, Tarixe ictimai İran, c.8, s.136
  28. Səlmani, Təbərra, s.378

Ədəbiyyat

  • Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, Dairətul-məarif fiqhe İslami, m.2008
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan və ruhul-cinan fi təfsiril-Quran, Düzəliş: Məhəmməd Cəfər Yahiqi, Məşhəd, Astane qodse Rəzəvi, m.1997
  • Ələvi, Seyid Adil, Əqaidul-muminin, Qum, İslami təbliğ və irşad müəssisəsi, m.2015
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, m.1992
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi Alir-Rəsul, Tehran, Darul-kutubil-İslamiyyə, m.1993
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Düzəliş: Seyid Məhəmməd Rza Hüseyni Cəlali, Alul-beyt (ə) müəssisəsi, m.1995
  • İsmaili, Mehdi, Təvəlla və təbərra əz neqahi digər, Qum, İslam araşdırma mərkəzi, m.2005
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, m.1986
  • Lari, Seyid Əbdül-Hüseyn, Ət-Təliqətu ələl-məkasib, Qum, İslami məarif mərkəzi, m.1997
  • Mühəqqiq Lahici, Əbdür-Rəzzaq, Sərmayeye iyman, Tehran, Əz-Zəhra nəşriyyatı, m.1993
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı, m.2011
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyait-turasil-ərəbi, m.1984
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat fi ğəribil-Quran, Beyrut, Darul-qələm, m.1994
  • Ravəndi, Mürtəza, Tarixe ictimai İran, Tehran, Neqah nəşriyyatı, 2-ci çap, m.2003
  • Şeyx Səduq, Məhəmməd ibn Hüseyn, Əl-Etiqadat, Qum, Şeyx Mufid konqresi, m.1993
  • Şeyx Səduq, Məhəmməd ibn Hüseyn, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin nəşriyyatı, 1-ci çap, m.1983
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, Əl-Ələmi lil-mətbuat müəssisəsi, m.1973
  • Təbrizi, Mirza Cəvad, Siratun-nəcat, Qum, Salman Farsinin nəşriyyatı, m.1995
  • Xani Arani, İlahə, şaxisehaye fikri və ruykərdhaye əməli cərəyane şie vəhdətsetiz, İslamda siyasi fikir fəsli, nömrə 31, m.2022 \ Bahar