Yəvmul-Hüseyn (ayin)
![]() İran İslam Respublikasının İsfahan şəhərində keçirilən Hüseyn günü mərasimi | |
Keçirilmə zamanı | Məhərrəm və Səfər ayları |
---|---|
Keçirilmə məkanı | Məscidlər - Təkyələr - Üniversitetlər |
Tarixinin mənşəyi | Kərbəla hadisəsində İmam Hüseynin (ə) şəhadəti |
Əşyalar və simvollar | Qara geyinmək |
Yəvmul-Hüseyn (azərbaycanca: Hüseyn günü, ingiliscə: Hussain Day) dünyadakı şiələrin adətən İmam Hüseynin (ə) şəhadətini anmaq üçün keçirdiyi mərasim və toplantılara verilən addır. Bu mərasimlər müxtəlif ölkələrdə təşkil olunur və bu tədbirlərdə İmam Hüseynin (ə) şəxsiyyəti, Kərbəla şəhidləri və şəhadət anlayışı barədə çıxışlar edilir.[1] Bəzi hədislərdə də Kərbəla hadisəsi Yəvmul-Hüseyn adı ilə qeyd olunmuşdur.[2] İranda İsfahan və Burucerd kimi şəhərlərində də Aşura günü günortadan sonra Yəvmul-Hüseyn adı ilə toplantılar keçirilir.[3] Hindistanın Banqalor şəhərində də hər il məhərrəm və səfər aylarının əzadarlıq günlərində bu adla konfrans təşkil olunur. Bu tədbirdə müxtəlif məzhəb və dinlərdən olan natiqlər ərəb, urdu və ingilis dillərində İmam Hüseyn (ə) haqqında çıxışlar edirlər.[4] Bu konfransın təşkilatçıları onu bərabərliyin genişləndirilməsi və müsəlmanlara, eləcə də digər dinlərə qarşı zorakı əməllərin pislənməsi üçün bir çağırış kimi təqdim edirlər.[5] Həmçinin bu tədbir zamanı Hindistanın müxtəlif qurumlarına əzadarlıq bayraqları təqdim olunur və ölkənin bəzi şəhərlərində bu bayraqlar ucaldılır.[6]
Pakistan İmamiyyə Universitet Tələbə Təşkilatı hər il Məhərrəm ayının üçüncü ongünlüyündə Pakistan universitetlərində "Yəvmul-Hüseyn" adlı konfrans təşkil edir.[7] Pakistan yerli rəsmilərinin bu tədbirə qarşı çıxdığına dair xəbərlər var.[8] Bununla belə, bəzi məlumatlardan belə görünür ki, Pakistanda İmam Hüseynin (ə) mövludu münasibətilə keçirilən bayramlara da "Yəvmul-Hüseyn" deyilir.[9]
"Hüseyn günü" tədbiri Nyu-Yorkda da keçirilir. Amerikadakı şiələr hər il Aşuraya ən yaxın bazar günü yürüş edirlər və iştirakçılara qırmızı gül budaqları və Kərbəla hadisəsi haqqında broşürlər paylayırlar.[10] Britaniyada da bu tədbirlərin keçirilməsi ilə bağlı məlumatlar var. 2013-cü ildə İngiltərənin Əl-Mehdi Mərkəzində Vesseks şiə icması xristianların, yəhudilərin və İngiltərənin digər İslam məzhəblərinin iştirakı ilə eyni adlı bir konfrans təşkil etmişdir.[11] Şotlandiyadakı Əhli-Beyt Cəmiyyəti də hər il 12 oktyabrda "Hüseyn Günü" adlı və İmam Hüseynin (ə) şəhadəti, şəhadət anlayışı və ədalət axtarışı mövzularında mühazirələrdən ibarət bir tədbir keçirir.[12]
Qalareya
-
ABŞ-ın Nyu York şəhərində Hüseyn günü
-
ABŞ-ın Salt Lake City şəhərində Hüseyn günü
-
İranın Burucerd şəhərində Hüseyn günü
-
İranın İsfahan şəhərində Hüseyn günü
-
Pakistanın Keraçi şəhərində Hüseyn günü
-
Pakistanın Keraçi şəhərində Hüseyn günü
-
İngiltərənin Wessex şəhərində Hüseyn günü
-
Şotlandiyada Hüseyn günü mərasimi
-
Hindistanda Bengaluru şəhərində Hüseyn günü mərasimi
-
Hindistanda Bengaluru şəhərində Hüseyn günü mərasimi
İstinadlar
- ↑ «Hussain Day International Convention», International Media Center (IMC); Call for social equality at Hussain Day event; deccanherald.com; اقامة مؤتمر يوم الحسين بمشاركة العتبة الحسينية»، مركز الاعلام الدولي.
- ↑ Səduq, Əmali, h.ş 1376, s.128
- ↑ اجتماع یوم الحسین در بروجرد برگزار شد»; «اجتماع یوم الحسین در اصفهان»؛ Mizan xəbər agentliyi
- ↑ «Hussain Day International Convention», International Media Center (IMC); Call for social equality at Hussain Day event; deccanherald.com; اقامة مؤتمر يوم الحسين بمشاركة العتبة الحسينية»، مركز الاعلام الدولي.
- ↑ 26th Annual Hussain Day Convention; International Media Center (IMC).
- ↑ «اقامة مؤتمر يوم الحسين بمشاركة العتبة الحسينية»imhussain.com saytı
- ↑ «هدف از برگزاری «یوم الحسین (ع)» در پاکستان تبیین اهداف عاشورا است»؛ خبرگزاری حوزه؛ ملتان-میں-سالانه-یوم-حسین-کا-انعقاد، رسا نیوز؛ «آئی ایس او کی جانب سے جامعہ کراچی میں سالانہ یوم حسین (ع) کا انعقاد»Hövzənin rəsmi internet saytı«پشاور، امامیہ اسٹوڈنٹس آرگنائزیشن کے زیر اہتمام سالانہ یوم حسینؑ»؛، اسلامتایمز؛ YOUM-E-HUSSAIN; Institute of Business Administration.
- ↑ «برگزاری همایش «یوم الحسین» باوجود اعلام ممنوعیت دولت ایالتی پاکستان»Təsnim xəbər agentliyi
- ↑ Youm-e-Hussain; thenews.com
- ↑ «روز حسین در آمریکا به کنگره میرفتیم»Məşriq niyuz; Mourning rituals held in New York on Hussain Day; iranpress.
- ↑ Husayn Day at Wessex Jamaat | 8th December 2013; Al Mahdi Center.
- ↑ The launch event of ‘Imam Hussain Day’ in Scotland; scottish ahlulbayt society.
Ədəbiyyat
- «اجتماع یوم الحسین در بروجرد برگزار شد» etelayeiran.ir saytı
- «اجتماع یوم الحسین در اصفهان» mizanonline.ir saytı
- «اقامة مؤتمر يوم الحسين بمشاركة العتبة الحسينية» imhussain.com saytı
- «آئی ایس او کی جانب سے جامعہ کراچی میں سالانہ یوم حسین (ع) کا انعقاد» hawzahnews.com saytı
- «برگزاری همایش «یوم الحسین» باوجود اعلام ممنوعیت دولت ایالتی پاکستان» tasnimnews.com saytı
- «پشاور، امامیہ اسٹوڈنٹس آرگنائزیشن کے زیر اہتمام سالانہ یوم حسینؑ»؛ , islamtimes.org saytı
- «روز حسین در آمریکا به کنگره میرفتیم» mashreghnews.ir saytı
- Səduq, Məhəmməd ibn əli, Əmali, Tehran, Ketabçi, h.ş 1376
- «ملتان میں سالانه یوم حسین کا انعقاد» rasanews.ir saytı
- «هدف از برگزاری «یوم الحسین (ع)» در پاکستان تبیین اهداف عاشورا است» hawzahnews.com saytı
- 26th Annual Hussain Day Convention; International Media Center (IMC).
- Call for social equality at Hussain Day event; deccanherald.com.
- Husayn Day at Wessex Jamaat | 8th December 2013; Al Mahdi Center.
- Hussain Day International Convention, International Media Center (IMC).
- Mourning rituals held in New York on Hussain Day; iranpress.
- The launch event of ‘Imam Hussain Day’ in Scotland; scottish ahlulbayt society.
- Youm-e-Hussain; thenews.com