Məzmuna keç

Zul-Südəyyə (ləqəb)

wikishia saytından

Zul-Südəyyə "sinə sahibi" mənasını verir. O, bədən üzvlərində qadın sinəsinə bənzər çıxıntıların olması səbəbindən bir neçə nəfərə şamil edilən bir ləqəbdir. Bu şəxslərin ortaq cəhəti İmam Əliyə (ə) qarşı Nəhrəvan döyüşündə xəvariclərlə bərabər iştirak etmələri və bu döyüşdə öldürülmələridir. Həzrət Əli (ə) onun öldürülməsinə görə şükür səcdəsi etdi. Peyğəmbərdən (s) nəql olunan hədislərdə belə xüsusiyyətlərə malik olan şəxsin adı çəkilir və Peyğəmbər (s) onu lənətləyir. Nafi Muxdəc, Hurqus ibn Züheyr və Zul-Xuveysirə Təmimi, Zul-Südəyyə adı ilə təqdim olunublar.

Zül-Südəyyə ləqəbi haqqında

"Süd vəzisi sahibi" mənasını verən Zül-Südəyyə ləqəbi, bədənində qadın sinəsinə bənzər bir çıxıntı olan kişilərə aid edilir. Hədis və tarixi mənbələrdə bu ləqəb bir neçə şəxs üçün işlədilmişdir. Lakin bu ləqəbin konkret bir şəxsə aid edilməsi barədə yekdil fikir yoxdur. Bununla belə, bütün mənbələr bu şəxsin xəvaricdən olduğunu və Nəhrəvan döyüşündə iştirak etdiyini bildirirlər.

Şeyx Müfidin (h.q. 413-ci ildə vəfat etmişdir) nəql etdiyinə görə, Həzrət Əli (ə) xəvarici vəsf edərək onların gündüzlər oruc tutduqlarını, gecələri ibadətlə keçirdiklərini və İmam Əliyə (ə) qarşı çıxdıqlarını, onlardan birinin də Zul-Südəyyə olduğunu bildirmişdir.[1] Həmçinin Salman Farsi, Peyğəmbərin (s) Zul-Südəyyənin tərəfdarlarını (xəvarici) lənətlədiyini İmam Əlidən (ə) nəql etmişdir.[2]

İbn Əbi Cümhur (h.q. 880-ci ildə vəfat etmişdir) İmam Sadiqdən (ə) nəql edərək bildirib ki, Novruz günü İmam Əlinin (ə) Nəhrəvan əhli üzərində qələbə çaldığı və Zul-Südəyyənin öldürüldüyü gündür.[3] Bəzi tarixçilərin verdiyi məlumata görə, Nəhrəvan döyüşü bitdikdən sonra Zul-Südəyyənin cəsədi tapıldıqda, İmam Əli (ə) sevincindən[4] şükür səcdəsi etmiş[5] və ona xitab edərək buyurmuşdur: "Allaha həmd olsun ki, səni tezliklə oda apardı".[6]

İbn Şazanın "Əl-İzah" kitabında qeyd etdiyinə görə, İmam Əlinin (ə) Zul-Südəyyəni öldürdüyü xəbəri Aişəyə çatanda, o, Əmr ibn Ası lənətləmişdir. Çünki Əmr ibn As ona yalan söyləyərək[7] Zul-Südəyyəni İsgəndəriyyədə[8] öldürdüyünü bildirmişdi.[9] Bundan sonra Aişə Peyğəmbərdən (s) belə bir hədis nəql etmişdir: "Onlar Allahın ən pis yaratdıqlarıdır və Allahın ən yaxşı yaratdığı şəxs tərəfindən öldürüləcəklər".[10] Bəzi tarixçilər Zul-Südəyyənin Misirdə öldürüldüyünü də qeyd etmişlər.[11]

Zul-Südəyyə kimdir?

Tarixdə "Zul-Südəyyə" ləqəbi bir neçə şəxs üçün işlədilmişdir: Nafi Muxdəci, Hurqus ibn Züheyr, Zul-Xuveysirə Təmimi[12] və həmçinin Peyğəmbər (s) dövründə yaşamış Əmr ibn Əbdəvud.[13]

Tarixi mənbələrin bildirdiyinə görə,[14] Nəhrəvan döyüşündə üç nəfər "Zul-Südəyyə" ləqəbi ilə tanınmışdır: Biri Hurqus ibn Züheyr[15] və digəri Zul-Xuveysirə Təmimi[16] ki, xəvaricin başçısı olub.[17] Üçüncüsü isə Nafi adlı şəxs olmuşdur.[18] Onların hamısı bu döyüşdə öldürülmüşdür.[19] İbn Əbdülbər qeyd edir ki, bəziləri də Zul-Xuveysirə və Zul-Südəyyənin fərqli şəxslər olduğunu bildiriblər.[20]

Nafi Muxdəci

"Zul-Südəyyə" ləqəbi ilə tanınan şəxslərdən biri də Nafi[21] və ya Sərmələ[22] adlanan şəxsdir. Onun künyəsi Muxdəc[23] olub və Həbəşistandan idi.[24] Tarixi mənbələrə görə, Nafi Muxdəcinin[25] əlində qadın sinəsinə bənzər bir çıxıntı var idi, buna görə də ona "Zul-Südəyyə" deyirdilər.[26] Şiə ricalşünası Məhəmmədtəqi Şuştəri araşdırmalar apararaq Zul-Südəyyə ləqəbinin məhz Nafi Muxdəciyə aid olduğunu bildirmişdir.[27]

İbn Kəsir (h.q. 774-cü ildə vəfat edib) və İbn Əşəs Səcistani (h.q. 275-ci ildə vəfat edib) kimi tarixçilərin verdikləri məlumata görə, Nafi Muxdəci yoxsul bir adam idi və daim məsciddə olurdu. O, digər kasıblarla birlikdə həmişə İmam Əlinin (ə) yemək süfrəsində otururdu.[28] O, xalq arasında Hurqus adı ilə tanınırdı.[29] Bəlazuri (h.q. 279-cu ildə vəfat edib) qeyd edir ki, deyilənə görə Nəhrəvan döyüşü bitdikdən sonra İmam Əli (ə) şəxsən Zul-Südəyyənin cəsədini axtarmış və onu bir çuxurda tapmışdır. O, "Muxdəc" adlanır və "Nafi" kimi tanınırdı.[30] İbn Əbi Asim (h.q. 287-ci ildə vəfat edib) də Peyğəmbərin (s) bir hədisini nəql edərək, dindən çıxanlar arasında qadın sinəsinə bənzər bir çıxıntısı olan bir şəxsin olacağını bildirib. O, həmçinin İmam Əlinin (ə) Nafi Muxdəcinin cəsədini tapdıqdan sonra təkbir (Allahu əkbər) söylədiyini qeyd edir.[31]

Hurqus ibn Züheyr

Nəhrəvan döyüşündə Xəvaric ordusunda olan digər bir şəxs də Hurqus ibn Züheyr[32] idi və o da "Zul-Sudəyyə" adlandırılmışdır.[33] Hurqus, Siffeyn döyüşündə İmam Əlinin (ə) ordusunda vuruşmuşdu.[34] Əllamə Hilli qeyd edir ki, Hurqus, "həkəmiyyət" hadisəsindən sonra İmam Əliyə (ə) qarşı çıxmışdır.[35] Nəhrəvan döyüşü bitdikdən sonra İmam Əli (ə) səhabələrindən Hurqusun cəsədini tapmalarını istəmiş və cəsədi tapıldıqdan sonra səcdə edərək buyurmuşdur: "Siz ən şər adamı öldürdünüz".[36]

İstinadlar

  1. Şeyx Mufid, Əl-İxtisas, h.q 1414, s.179
  2. Xətib Bağdadi, Tarix-Bağdad, h.q 1417, c.13, s.284; Baxın: Təbərani, Əl-Mucəmul-əvsət, h.q 1415, c.4, s.34; Təbərani, Əl-Mucəmus-səğir, Darul-kutubil-elmiyyə, c.1, s.155
  3. İbn Əbi Cümhur, Əvaliyul-ləali, h.q 1404, c.3, s.41
  4. İbn Əbi Şeybə Kufi, Əl-Musənnəf, h.q 1407, c.2, s.368
  5. İbn Səd, Ət-Təbəqatul-kübra, Daru sadir, c.6, s.230; Mühəqqiq Hilli, Əl-Motəbər, Seyyidüş-şühəda müəssisəsi, c.2, s.270; Əllamə Hilli, Nəhayətul-əhkam, h.q 1410, c.1, s.498; Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.3, s.463
  6. Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.1, s.227
  7. İbn Şazan, Əl-İyzah, h.ş 1363, s.86
  8. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1378, c.2, s.268
  9. İbn Şazan, Əl-İyzah, h.ş 1363, s.86
  10. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.ş 1378, c.2, s.268; Qumi, Əl-Əqdun-nəzid, h.q 1423, s.131
  11. İbn Şəhraşub, Mənaqib, h.q 1376, c.1, s.5
  12. İbn Əbdül-Birr, Ət-Təmhid, h.q 1387, c.23, s.332
  13. Bəlazuri, Əl-Əşraf, h.q 1394, c.2, s.375
  14. İbn Səd, Ət-Təbəqatul-kübra, Daru sadir, c.3, s.33; Ziyəli, Nəsbur-rayə, h.q 1415, c.2, s.372
  15. Hairi Tehrani, Təfsiru Muqtəniyatid-durər, h.ş 1337, c.11, s.268
  16. Şeyx Tusi, Əl-Xilaf, h.q 1417, c.6, s.462; İbn Həmdun, ət-Təzkirətul-Həmduniyyə, m.1966, c.8, s.295; İbn Əbil-Fida, Əl-Muxtəsəru fi əxbaril-bəşər, Darul-mərifə, c.1, s.148; Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.436; Hələbi, əs-Sirətul-Hələbi, h.q 1400, c.3, s.89; Namazi, Mustədrəkatu elmi ricalil-hədis, h.q 1415, c.8, s.533
  17. Nəhcül-bəlağə, Saleh Sübhi, s.579; Namazi, Mustədrəkatu səfinətil-bihar, h.q 1418, c.2, s.260
  18. Əl-Eyni, Ümdətul-Qari, c.16, s.143 və c.18, s.8
  19. Bəlazuri, Əl-Əşraf, h.q 1394, c.2, s.362; Məsudi, Murucuz-zəhəb, h.q 1404, c.2, s.406; Amuli, Təfsirul-muhit, h.q 1428, c.4, s.331
  20. İbn Əbdül-Birr, Ət-Təmhid, h.q 1387, c.23, s.332
  21. İbn Əşəs Sicistani, Sünənu Əbi Davud, h.q 1410, c.2, s.430; Bəlazuri, Əl-Əşraf, h.q 1394, c.2, s.375; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.7, s.325; Əl-Eyni, Ümdətul-Qari, c.15, s.230; Şukani, Neylul-əvtar, m.1973, c.7, s.343; Tustəri, Qamusur-rical, h.q 1422, c.11, s.509
  22. İbn Qütbiyyə Deynəvəri, Əl-Məarif, m.1969, s.421; Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.1, s.227
  23. Əl-Eyni, Ümdətul-Qari, c.15, s.230
  24. Məsudi, Murucuz-zəhəb, h.q 1404, c.2, s.406
  25. Bədri, Nuzhətun-nəzər, h.q 1421, s.221
  26. İbn Əşəs Sicistani, Sünənu Əbi Davud, h.q 1410, c.2, s.430; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1408, c.7, s.325; İbn Həcər, Fəthul-Bari, Darul-mərifə, c.12, s.265; Tustəri, Qamusur-rical, h.q 1422, c.11, s.509
  27. Tustəri, Qamusur-rical, h.q 1422, c.12, s.107
  28. İbn Əşəs Sicistani, Sünənu Əbi Davud, h.q 1410, c.2, s.430; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1408, c.7, s.325; İbn Həcər Fəthul-Bari, Darul-mərifə, c.12, s.265; Şukani, Zeylul-əvtar, m.1973, c.7, s.343
  29. İbn Əşəs Sicistani, Sünənu Əbi Davud, h.q 1410, c.2, s.430; Tustəri, Qamusur-rical, h.q 1422, c.11, s.509
  30. Bəlazuri, Əl-Əşraf, h.q 1394, c.2, s.375
  31. Bəlazuri, Əl-Əşraf, h.q 1394, c.2, s.375; İbn Əbi Asim, Əs-Sünnə, h.q 1413, s.432
  32. İbn Əbdül-Birr, Ət-Təmhid, h.q 1387, c.23, s.332
  33. Hairi Tehrani, Təfsiru Muqtəniyatid-durər, h.ş 1337, c.11, s.268
  34. Bələmi, Tarixnameye Təbəri, h.ş 1378, c.5, s.1537
  35. Əllamə Hilli, Kəşful-yəqin, h.q 1411, s.165
  36. Məclisi, Biharul-ənvar, h.q 1403, c.41, s.283

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, h.ş 1378
  • İbn Əbi Cümhur, Əvaliyul-ləali, Təhqiq: Müctəba İraqi, Qum, Seyyidüş-şühəda, h.q 1404
  • İbn Əbi Şeybə Kufi, Abdullah, Əl-Musənnəf fil-əhadisi vəl-asar, Beyrut, Darul-fikr, h.q 1407
  • İbn Əbi Asim, Əmir, Əs-Sünnə, Təhqiq: Məhəmməd Nasiruddin, Beyrut, Əl-Məktəbul-İslami, h.q 1413
  • İbn Əşəs Sicistani, Əbi Davud Süleyman, Sünənu Əbi Davud, Darul-fikr, h.q 1410
  • İbn Həcər, Əhməd, Fəthul-Bari, Darul-mərifə, Beyrut
  • İbn Həmdun, Məhəmməd ibn Həsən, ət-Təzkirətul-Həmduniyyə, Təhqiq: Ehsan Abbas və Bəkir Abbas, Beyrut, Daru sadir, m.1966
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru sadir
  • İbn Şazan, Fəzl, Əl-İyzah, Təhqiq: Cəlaluddin Hüseyni, Tehran, Nəşriyyat müəssisəsi, h.ş 1363
  • İbn Şəhraşub, Məhəmməd, Mənaqibu Ali Əbi Talib, Nəcəf, Əl-Heydəriyyə, h.q 1376
  • İbn Əbdül-Birr, Ət-Təmhid, Təhqiq: Mustafa ibn Əhməd, Əl-Məğrib, h.q 1387
  • İbn Qütbiyyə Deynəvəri, Abdullah, Əl-Məarif, Qum, m.1969
  • İbn Kəsir, İsmail, Əl-Bidayə vən-nəhayə, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1408
  • Əl-Eyni, Mahmud ibn Əhməd, Ümdətul-Qari, Beyrut
  • Amuli, Heydər, Təfsirul-muhitil-əzəm, Təhqiq: Möhsin Musəvi, h.q 1428
  • Bədri, Adil Əbdür-Rəhman, Nuzhətun-nəzər, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1421
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-Əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, h.q 1394
  • Tustəri, Məhəmməd Təqi, Qamusur-rical, Təhqiq: İslami nəşr müəssisəsi, Qum, h.q 1422
  • Hairi Tehrani, Əli, Təfsiru Muqtəniyatid-durər, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1337
  • Hələbi, Əli ibn İbrahim, əs-Sirətul-Hələbi, Beyrut, Darul-mərifət, h.q 1400
  • Xətib Bağdadi, Əhməd, Tarix-Bağdad, Təhqiq: Mustafa Əbdül-Qadir, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1417
  • Ravəndi, Qütbuddin, Əl-Xəraicu vəl-cəraih, Qum, Əl-İmam Mehdi Müəssisəsi, h.q 1409
  • Ziyəli, Cəmaluddin, Nəsbur-rayə, Qahirə, Darul-hədis, h.q 1415
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Zikruş-şiə, Təhqiq: Alul-beyt müəssisəsi, Qum, Alul-beyt müəssisəsi, h.q 1419
  • Şeyx Tusi, Məhəmməd, Əl-Xilaf, Təhqiq: Əli Xorasani, Cavad Şəhristani və Məhəmməd Mehdi Nəcəf, Qum, İslami nəşr, h.q 1417
  • Şeyx Mufid, Məhəmməd, Əl-İxtisas, Təhqiq: Əli Əkbər Ğəffari və Mahmud Zirəndi, Darul-mufid, 2-ci çap, h.q 1414
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-əvsət, Təhqiq: İbrahim Hüseyni, Darul-hərəmeyn, h.q 1415
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmus-səğir, Darul-kutubil-elmiyyə, Beyrut, Darul-kutubil-elmiyyə
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhayətul-əhkam, Təhqiq: Mehdi Rəcai, Qum, İsmailiyyan müəssisəsi, h.q 1410
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-yəqin, Düzəliş: Hüseyn Dərqahi, Tehran, 1-ci çap, h.q 1411
  • Qumi, Məhəmməd ibn Həsən, Əl-Əqdun-nəzid, Qum, Darul-hədis, h.q 1423
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Motəbər, Qum, Seyyidüş-şühəda müəssisəsi
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Darul-hücrə, 2-ci çap, h.q 1404
  • Namazi, Əli, Mustədrəkatu səfinətil-bihar, Təhqiq: Həsən ibn Əli Namazi, Qum, İslami nəşr müəssisəsi, h.q 1418
  • Namazi, Əli, Mustədrəkatu səfinətil-bihar, h.q 1418
  • Nəhcül-bəlağə, Təhqiq: Saleh Sübhi, Beyrut, h.q 1387