İlahi hökmdən başqa hökm yoxdur
İlahi hökmdən başqa hökm yoxdur (ərəbcə: لا حُكْمَ إِلّا لِلّه) ifadəsi Siffeyn müharibəsində həkəmiyyətə qarşı Xaricilərin etiraz şüarı idi. Xaricilər bu şüarla, ilk mərhələdə öz etirazlarını insanın hakimiyyət etmısinə qarşı bildirdilər; yəni imam Əli (ə) və Müaviyə tərəfindən təyin edilmiş Əbu Musa Əşəri və Əmr Asın həkəmiyyətini qəbul etməyib dedilər, hakimiyyət yalnız Allaha məxsusdur və Allahdan başqa heç bir kəs hakimiyyət haqqına malik deyildir.
İmam Əli (ə) bu sözü haqq biliridi, lakin batil mənada istifadə edilirdi. O həzrət cəmiyyyət üçün istər xeyirxah istərsədə cinayətkar rəhbərin lazım olduğunu bildirirdi.
Nəhrəvan döyüşündən snra da bu şüar davam etdi və onların təfəkkür əsaslarından biri hesab edilirdi, bu şüar sonrakı qiyamlarında da istifadə olunurdu. Bəzi tədqiqatçılar səhv nəticə alaraq və xaricilərin bədəvi olmaları üzündən imamət və siyasəti olduğu kimi dərk etmədikləri üçün “لا حُكْمَ إِلّا لِلّه” şüarından yanlış mövqedə istifadə etdilər.
Məna
“لا حُكْمَ إِلّا لِلّه” (İlahi hökmdən başqa hökm yoxdur) şüarı, xaricilərin imam Əliyə (ə) qarşı müxalifət və etiraz etdikləri zaman verdikləri şüar idi[1] ki, bu şüardan istifadə etdikləri üçün “Mühəkkəmə” adı ilə məşhur oldular.[2] Bu şüarda, hökmdən məqsəd “iqtidar” deməkdir; yəni Allahdan başqa heç bir kəsi -hakim seçmək olmaz.[3] Bu şüar Qurani-Kərimdən “ان الحکم الا لله” götürülmüşdür ki, bir neçə ayədə təkrar edilmişdir.[4] Sonralar Xaricilərin nitqindəki bu ifadə Allahdan başqa hər hansı bir hökmranlığın inkarı demək idi.[5]
İlk tətbiqlər
“لا حکم الا لله” -La hökmə illəllah- (İlahi hökmdən başqa hökm yoxdur) şüarını ilk dəfə Siffeyn döyüşündə həkəmiyyətin (rəhbər və hakimiyyətin) qəbul edilməsinə etiraz edənlər istifadə etmişlər; Şam ordusu məğlub olmaq ərəfəsində Əmr Asın hiyləsi ilə döyüşdə, Quranları nizəyə vurub Quranın rəhbərlik etməsini tələb edirdilər.[6] İmam Əli (ə) ətrafındakıların təkidi ilə həkəmiyyəti qəbul etdi və Müaviyəyə yazdığı məktubda bu məsələni bildirdi.[7] Nəhayət fərman yazılıb hər iki tərəfin hakimi və onun şərtləri müəyyən edildi.[8]
Əşəs ibn Qeys Kindi ilk razılaşmanın mətnini müxtəlif qəbilələrə oxuduğunda, "La hökmə illəllah" əsasında etirazlar yarandı; Ənzə qəbiləsindən olan iki gənc “La hökmə illəllah” şüarını verərək Müaviyə ordusuna hücum etidilər və Müaviyənin xeyməsi yaxınlığında öldürüldülər.[9] Bəzilərinin fikrincə “La hökmə illəllah” şüarını verən ilk şəxslər bu iki cavan olmuşdur.[10] Bu hadisədən sonra, Əşəs Murad qəbiləsinin yanına gedib bu əhdnaməni onlar üçün də oxudu. Qəbilə başçılarından olan Saleh ibn Şəqiq, bu əhdnaməyə reaksiyasında, “La hökmə illəllah” şüarından istifadə etdi.[11] Bu hadisənin oxşarı Bəni Rasib qəbiləsində də baş vermişdir.[12]
Həkəmiyyətə qarşı çıxanlar, “La hökmə illəllah” sözü ilə təkcə dildə şüar verib dil etirazları ilə məhdudlaşmırdı; Əşəs, Bəni-Təmim qəbiləsinə çatdığında, bu qəbilədən olan bir dəstə insan “La hökmə illəllah” şüarı ilə ona hücum edərək onun atını vurdular.[13] “Ənsabul-Əşraf” kitabının müəllifi, Bəlazurinin fikrincə işarə olunan şüar ilk dəfə bu qəbilə tərəfindən eşidilmişdir;[14] Hicri tarixinin üçüncü əsrinə aid olan tarixyazar Yəqubinin fikrincə bu şüar ilk dəfə, həkəmiyyətdən əvvəl Ürvə ibn Ədiyyə Təmimi adlı şəxs tərəfindən verilmişdir.[15]
Xaricilərin şüarına çevrilməsi
Hicrətin 37-ci ili səfər ayının 17-də Siffeyn döyüşündə həkəmiyyət müqaviləsi bağlandıqdan sonra,[16] imamın qoşunu Küfəyə qayıtdı; amma sonralar Xaricilər adı ilə məşhur olan bir dəstə, “La hökmə illəllah” şüarı verərək imamın qoşunundan ayrılaraq Küfənin yaxınlığında yerləşən Hərura məntəqəsində qaldılar və Küfəyə qayıtmağa hazır olmadılar[17] və hətta hədələdilər ki, əgər imam həkəmiyyəti qəbul etməkdən qayıtmasa, onunla ağır davranıb döyüşəcəklər.[18]
Onlar “La hökmə illəllah” şüarına əsaslanaraq din məsələsində insanların həkəmiyyətdən əl çəkməsini,[19] Müaviyə ilə əhdin pozması və onunla müharibənin davam etdirilməsini tələb etdilər.[20] Onlar iddia edirdilər ki, həkəmiyyəti qəbul etmək günahından tövbə etmişlər, imam Əli və digər müsəlmanlar günah əhlidirlər odur ki, onları kafir bilirdilər; onların tövbə etmələrini istəyirdilər, əks təqdirdə onlarla müharibə edəcəklərini bildirdilər.[21] Bu o zaman idi ki, İmam Əli (ə) əvvəldən həkəmiyyəti qəbul etməyin əleyhinə idi, lakin ətrafında olanların, o cümlədən sonradan xaricilərə qoşulanların israr və təhdidlərinə məruz qalaraq, həkəmiyyəti qəbul etmək məcburiyyətində qaldı və həkəmiyyəti qəbul etdikdən sonra da vədindən dönmək istəmirdi.[22] Xaricilərin rəhbərlərindən olan ibn Kəva, əvvəlcə həkəmiyyətin tərəfdarı idi və Abdullah ibn Abbasın Kufə ordusunun komandanı olmasının əleyhinə etirazını bildirmiş və Əbu Musa Əşərini İmamın (ə) üzərinə qaldıran şəxs olmuşdur.[23] Lakin sonradan Şəbs ibn Rəbi Təmimi ilə birlikdə “La hökmə illəllah” şüarı verərək ilahi həkəmiyyəti müdafiə edən ilk şəxslərdən olmuşdur.[24]
İmam Əli (ə) ilə mübahisə
Xaricilər müxtəlif yerlərdə bu şüara əsasanaraq, imamla qarşı-qarşıya durmuşdurlar. Misal üçün Əbu Musa Əşəri hakim olaraq təyin edildiyində, xaricilərdən Zərə ibn əl-Bərc Tai və Hurqus ibn Zuheyr Sədi adlarında iki nəfər imam Əlinin hüzuruna gəlib “La hökmə illəllah” şüarını xatırladaraq, imamdan istədilər, etdiyi əməlinə görə tövbə etsin və Müaviyə ilə müharibəyə qalxsın. İmam isə əhdə vəfalı olmağı xatırladaraq, onların istəklərini qəbul etmədi.[25]
Xaricilər bundan əlavə bir neçə yerdə də imamı bu şüarla narahat etmişdirlər; imam Xütbə etmək üçün Kufə məscidinə getdiyində, bir nəfər məscidin kənarında “La hökmə illəllah” şüarını verdi və bir neçə nəfər də ona qoşularaq bu cümləni təkrar etdilər.[26] Həmçinin imam kufə məsçidində xütbə (söhbət) edirdi, xaricilər dəfələrlə bu şüarı verərək imamın söhbətinə mane aldular.[27] Bu hadisə sonralar da dəfələrlə təkrar edilmişdir.[28]
Şüar qavranışında dəyişiklik
İlk mərhələdə “La hökmə illəllah” şüarı altında həkəmiyyət və qəzavəti Allaaha məxsus bilən xaricilər, bir müddətdən sonra ondan başqa bir mənanın daşıdığını nəzərdə tutaraq, bildirdilər ki, hökumət və rəhbərlik də yalnız Allaha məxsusdur və heç bir kəs istər Əli (ə) olsun istərsə də Müaviyə, heç birinin hakimiyyət etməyə haqları yoxdur. Onlar bu işlə, cəmiyyətin hakimiyyətsiz olduğunu tələb etdilər.[29]
Ayətullah Cəfər Sübhani “əl-İnsaf fi məsaili dami fiha əl-xilaf” adlı kitabında, yazır: Hakimiyyətin zəruriliyi üçün dəlil və sübutun gətirilməsinə ehtiyac yoxdur; o cür ki, onun əhəmmiyyət daşıması peyğəmbər (s) və əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə bəyan edilmişdir.[30] Xaricilər tövhid və İlahi hakimiyyətin qorunması üçün, səhv düşüncə sayəsində, insanın hakimiyyət etməsini yanlış bilərək, hökmranlığın yalnız Allaha məxsus olduğunu bildirdilər.[31] Bəzi tədqiqatçılar inanırlar ki, xaricilərin əksəriyyəti bədəvi Ərəblərdən təşkil olunurdu, odur ki, imamətin və siyasətin əsl və həqiqətini qəbilələr çərçivəsindən kənar görmürdülər, odur ki, öz inanclarını səhv qavrama dairəsi daxilində “La hökmə illəllah” şüarında, yanlış qavranışın olduğunu göstərdilər.[32]
İmam Əlinin (ə) reaksiyası
İmam Əli (ə), İlahi dində insanların həkəm təyin edilməsi iddaiasına cavabında, buyurdu: Elə bir şəxsləri təyin etməliyik ki, Quran əsasında hökm versinlər, bu da insanların İlahi dində həkəm təyin edilməsi deyil.[33] O, Həmçinin bu işin olacağına inanırdı və başqa çıxış yolu yox idi; çünki Quran özü dil açıb danışa bilməzdi. O həzrət bir gün xaricilərlə mübahisəsində, bir Quranı özü ilə aparıb ona xitab edərək dedi “ey Quran, hökm ver” Xaricilər dedilər, Quran ki, danışa bilmir. İmam cavab verdi, bəs sizin necə intizarınız vardır ki, insan dəxalət etmədən Quran insanlar arasında hökm versin.[34]
İmam Əli (ə) “La hökmə illəllah” şüarını haqq söz bilirdi, lakin ondan batil məna nəzərdə tutulurdu. (Batil üçün istifadə edilən haqq söz) həzrət, xaricilərin “hökm Allaha məxsusdur” təfəkkürünü, bu cür sual altına apardı ki, insanların hakimiyyətə ehtiyacı vardır, istər xeyir iş sahibi olsun sitərsə də pis iş sahibi. O həzrət, cəmiyyətdə nəzm-intizamın olması, mömin və kafirin ondan bəhrələnməsi və yollarda əmniyyətinin təmin olunması kimi məsələlərin zəruri olmasına işarə edirdi.[35] İmamın “La hökmə illəllah” şüarına reaksiyası Nəhcül-Bəlağənin 40-cı xütbəsində gəlmişdir.[36]
Baxmayaraq ki, imam Əlinin (ə) xaricilərlə mübahisə və söhbətləri,[37] xaricilərdən dörd min nəfərin[38] və ya onların hamısının qayıtması ilə nəticələndi;[39] lakin onlar həkəmiyyət məsələsində nəticəsiz qaldıqları üçün, imam Əlini (ə) günah əhli və kafir bilməkdə israrlı olduar. Bunun üçün də, imam Əli (ə) və Kufə qoşunu ilə birlikdə Müaviyəyə qarşı müharibə etməkdən boyun qaçırdılar.[40] Onlar Abdullah ibn Vəhəb Rasi-nin[41] evində bir araya gəlib imam ilə müharibə etməyə qərar verdilər ki, Nəhrəvan müharibəsi ilə nəticələndi.[42]
Nəhrəvan müharibəsindən sonrakı istifadəsi
“La hökmə illəllah” şüarı, xaricilərin ən mühüm simvolu kimi qalmışdı, sonralar “İbn Mülcəm Muradi” həzrət Əliyə (ə) zərbə vurduğunda bu şüara əsaslandı.[43] İllər sonra da, bu şüar onların təfəkkür və inancları kimi tanınır[44] və qiyam etdiklərində istifadə edilirdi.[45]
İstinadlar
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.6; Əşəri Qumi, Əl-Məqalat, h.q 1360, s.5
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.32, s.523
- ↑ Fərahidi, Kitabul-eyn, Qum, c.3, s.67; Əzhəri, Təzhibul-luğət, Beyrut, s.70-71
- ↑ Ənam surəsi, ayə 57; Yusif surəsi, ayə 40, 67
- ↑ Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), c.2, s.432
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.48
- ↑ Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.493-494
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.53-54
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.196; Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.512
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.196; Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.512
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.197
- ↑ Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.513
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.49; Bəlazuri, Ənsabul-əşraf, c.2, s.336; Məsudi, Murucuz-zəhəb, c.2, s.393
- ↑ Bəlazuri, Ənsabul-əşraf, c.2, s.336
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.190
- ↑ Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.508
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.191
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.72; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.1, s.555-556
- ↑ Bəlazuri, Ənsabul-əşraf, c.2, s.330
- ↑ Cəfəriyan, Həyate fikriye siyasi imamane şie, h.ş 1390, s.100-101
- ↑ İsmail ibn Hüseyn, Əl-Fəxri, h.q 1418, s.99
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.49
- ↑ Minqəri, Vəqəətus-Siffeyn, h.q 1382, s.502
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.3, s.554
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.72; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.1, s.555-556; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.32, s.529
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.73
- ↑ İbn Şazan, əl-İyzah, h.ş 1363, s.474
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.74; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.1, s.555-556; İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, c.1, s.393
- ↑ Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), c.2, s.432
- ↑ Sübhani, Əl-İnsaf, h.ş 1381, c.3, s.433
- ↑ Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), c.2, s.432
- ↑ Cəfəriyan, Həyate fikriye siyasi imamane şie, h.ş 1390, s.100-101
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.192
- ↑ İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.279
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.33, s.358
- ↑ Nəhcül-bəlağə, h.q 1414, s.82
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.191; Bəlazuri, Ənsabul-əşraf, c.2, s.353; İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.280
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.3, s.591
- ↑ İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.635
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.206
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.202
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.192-193
- ↑ İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.326
- ↑ İbn Əsəm Əl-Kufi, h.q 1411, c.7, s.63
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.6, s.276; İbn Əsəm Əl-Kufi, h.q 1411, c.7, s.61
Ədəbiyyat
- İbn Əsəm Əl-Kufi, Əbu Məhəmməd Əhməd, Təhqiq: Əli Şiri, Beyrut, 1-ci çap, h.q 1411
- İsmail ibn Hüseyn, Əl-Fəxri, Təhqiq: Əbdül-Qadir Məhəmməd Mayu, Beyrut, Darul-qələm, h.q 1418
- İbn Həyyun, Numan ibn Məhəmməd Məğribi, Dəaimul-İslam, Qum, Alul-beyt (ə) müəssisəsi, 2-ci çap, h.q 1385
- İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu ibn Xəldun, Darul-fikr, Beyrut, 2-ci çap, h.q 1408
- İbn Şazan, Fəzl ibn Şazan, əl-İyzah, Tehran, h.ş 1363
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.q 1407
- İbn Miskəveyh, Əbu Əli Miskəveyh, Təcaribul-uməm, Tehran, h.ş 1379
- Əzhəri, Məhəmməd ibn Əhməd, Təzhibul-luğət, Beyrut
- Əşəri Qumi, Səd ibn Abdullah, Əl-Məqalat, Tehran, h.q 1360
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr
- Cəfəriyan, Rəsul, Həyate fikriye siyasi imamane şie, Tehran, h.ş 1390
- Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Qum, h.ş 1368
- Zəhəbi, Şəmsuddin Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1413
- Sübhani, Cəfər, Əl-İnsaf, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1381
- Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387
- Fərahidi, Xəlil ibn Əhməd, Kitabul-eyn, Qum, Hicrət nəşri, 2-ci çap
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin (ə), Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1385
- Minqəri, Nəsr ibn Muzahim, Vəqəətus-Siffeyn, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Qahirə, 2-ci çap, h.q 1382
- Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir