Əmr ibn Əbduvəd

wikishia saytından
Əmr ibn Əbduvəd
Nəsəb / QəbiləBəni Amir bin Lua nəsli-Qüreyş
Ölüm günü və məkanıMədinə-Xəndək döyüşü
Ölüm halıİmam Əlinin (ə) əli ilə
İştirak etdiyi döyüşlərBədr döyüşü (bəzi rəvayətlərə əsasən)
Şöhrət tapmasının səbəbiİmam Əli (ə) tərəfindən öldürülməsi
Başqa fəaliyyətləriDöyüşçü


Əmr ibn Əbduvəd (ərəbcə: عمرو بن عبد ود) və ya Əmru bin Əbduvud (miladi 5-də öldürülmüşdür) Əməvi döyüşçüsü Xəndək döyüşündə İmam Əli (ə) tərəfindən öldürülən Qureyşin ən görkəmli döyüşçülərindən biri idi. Bəzi rəvayətlərə görə, Peyğəmbər (s) İmam Əlinin (ə) Əmr bin Əbduvədi zərbəsini bu müharibədə cin və insanların ibadətindən üstün hesab etmişdir. Sünni alimi və sələfi hərəkatının banisi İbn Teymiyyə Əmr bin Əbduvədin varlığını inkar edirdi.

Bəzi tədqiqatçılar İbn Teymiyyənin bu istəyini İmam Əlinin (ə) fəzilətlərini inkar etmək kimi qiymətləndirmişlər. İbn Şəhraşubun “Mənaqibu Ali Əbi Talib” kitabına görə, İmam Əli (ə) Əmr bin Əbduvədlə döyüşərkən, Əmr onun üzünə tüpürdüyü zaman bir müddət döyüşü dayandırdı və qəzəbini cilovladıqdan sonra Əmri öldürdü.


Xəndək döyüşündə öldürülməsi

Əmr bin Əbdüvədin doğulması və həyatı haqqında tarixi və rəvayət olunan mənbələrdə heç bir məlumat yoxdur, yalnız onun Qureyşdən olan Bəni Amir bin Lua nəslindən olduğu bildirilir.[1] Şiə və sünni mənbələrində deyildiyi kimi, Əmr bin Əbduvəd Əkrimə bin Əbi Cəhl, Hubeyrə bin Ebi Vəhb, Nufel bin Abdullah bin Meğira və Zərrar bin Xəttab ilə birlikdə hicri 5-ci ildə Xəndək döyüşündə (Əhzab döyüşü) , çətinliklə müsəlmanların qazdıqları səngərdən çıxdı.[2] Amr bin Əbduvəd Qüreyşin üçüncü ən yaxşı döyüşçüsü sayılırdı[3] və min döyüşçü ilə bərabər tutulurdu.[4] O, müsəlmanları aşağıladı və dedi: “Mənim qışqırmaqdan səsim batdı, neçə dəfə sizin aranızda müharibə tələbi ilə fəryad etdim ki (aranızdan döyüşməyə cəsarəti olan qabağa gəlsin).”[5] Mənbələrə görə, Əmr bin Əbdüd hər dəfə döyüş tələb etdikdə Əli bin Əbi Talib ayağa qalxardı, ancaq peyğəmbərin istəyi ilə oturardı. O vaxta qədər ki, peyğəmbər imam Əliyə döyüşmək icazəsi verib öz əmmaməsini onun başına bağladı, qılıncını ona verdi və Əmrlə döyüşməyə icazə verdi.[6]

İmam Əli (ə) zərbəsi

İmam Əli (ə) əvvəlcə Əmr ibn Əbduvədi Allahın birliyinənübüvvət şəhadətinə dəvət etdi və əgər qəbul etməsə, ondan gəldiyi yolla qayıtmasını istədi. Qəbul etmədikdə ona atından enib döyüşməsini dedi və Əmr razılaşdı. İbn Əbil-Hədidin rəvayət etdiyinə görə, o, öz atına zərbə vurdu və at qaçdı.[7] Yaxud bəzi mənbələrdə deyildiyi kimi, o atının üzünə qılıncı ilə zərbə vurdu və atı qaçdı.[8] İmam Əlinin yanında olan şahid Cabir bin Abdullah Ənsari deyir ki, Əli ibn Əbi Taliblə Əmr ibn Əbduvəd arasında müharibə getdikcə şiddətlənirdi. Birdən İmam Əli (ə)-ın “təkbir” səsini eşidildi və müsəlmanlar Əmr bin Əbduvədin öldüyünü başa düşdülər.[9] Cabir ibn Abdullah bu mənzərəyə şahid olan digər müşriklərin qaçmasını Davudun Calutun öldürülməsi və Calutun ordusunun məğlubiyyətinə bənzətdi.[10] Tarixi mənbələrə görə, Əmr bin Əbduvəddən başqa onun oğlu Hesl də İmam Əli tərəfindən öldürülmüşdür.[11] Bəzi məlumatlara görə, İmam Əli Əmr bin Əbduvədi öldürdükdən sonra onun başını həzrəti Məhəmməd (s.a.s.) qarşısına qoydu, Əbu BəkrÖmər ayağa qalxıb Əlinin üzündən öpdülər və Peyğəmbər(s) üzündə açıq aydın sevinclə (s) açıq şəkildə ifadə etdi. “Bu qələbə (həqiqətən) böyük bir qələbədir” və ya “Bu, ilk qələbədir” ki, bunu və müşriklərin qorxusu və ya onların əzəmtli görünmələri aradan qalxdı və bundan sonra onlar bizimlə vuruşmayacaqlar bəlkə biz də onlarla vuruşacağıq.[12]

Bu səbəbdən, İmam Əlinin şəninə (ə) İbn Şəhraşub əl-Mazandəraninin (vəfatı 588) “Mənaqibu Ali Əbi Talib” kitabında deyildiyi kimi, İmam Əli (ə) Əmr bin Əbduvədlə döyüşərkən, Əmr bin Əbduvəd onun üzünə tüpürdü və Əli bin Əbi Talib Əbduvədi qəzəblə öldürməsin deyə bir müddət əl saxlayıb buraxdı və qəzəbini cilovladıqdan sonra Allah yolunda Əmri öldürdü.[13]

Mövlananın (ö. 672) bir şeirində belə başlayır “Səmimiyyəti Əlidən öyrən ki əməlin ixlası onda görünür... [14]

از علی آموز اخلاص عمل *** شیر حق را دان مطهّر از دغل
در غزا بر پهلوانی دست یافت *** زود شمشیری بر آورد و شتافت
او خدو انداخت در روی علی *** افتخار هر نبی و هر ولی
آن خدو زد بر رخی که روی ماه *** سجده آرد پیش او در سجده‌گاه
در زمان انداخت شمشیر آن علی *** کرد او اندر غزااَش کاهلی
گشت حیران آن مبارز زین عمل *** وز نمودن عفو و رحمت بی‌محل
گفت بر من تیغ تیز افراشتی *** از چه افکندی مرا بگذاشتی
آن چه دیدی؟ بهتر از پیکار من *** تا شدی تو سست در اِشکار من
آن چه دیدی؟ که چنین خشمت نشست *** تا چنان برقی نمود و باز جست
گفت من تیغ از پی حق می‌زنم *** بندهٔ حقم نه مأمور تنم
شیر حقم، نیستم شیر هوا *** فعل من بر دین من باشد گوا[15]

Rəvayətlərə görə, Həzrət Peyğəmbər (s) buyurur: “Əlinin (ə) Əmr bin Əbduvədə vurduğu zərbə cin və insanların ibadətindən daha üstündür.”[16] Bəzi sünni mənbələrində Peyğəmbər (s) buyurur: “Ya Əli, bu gün vurduğun zərbə mənim ümmətimin əməlləri üzərində üstünlük və ağırlıq daşıyır.”[17] Başqa bir rəvayətdə Hakim Nişaburi Peyğəmbərin (s) “Əl-Mustədrək ələs-Səhiheyn” kitabında belə dediyini nəql edir: “ Əlinin zərbəsi, ümmətimin Qiyamət qədər etdiyi əməllərdən daha üstündür.”[18] İmam Əli (ə) Əmr ibn Əbduvədi öldürdükdən sonra onun şəxsi əşyalarından heç nə götürmədi. Niyə belə etdiyini (onun zirehi ərəblər arasında ən qiymətli zerehlərdən sayılırdı) soruşduqda “əmi oğlumun pisliklərini ifşa etməyə həya edirəm cavabını verib.

« إنّي استحيتُ أن أكشِفَ عن سوأة ابن عمّي »[19]

Əmrin bacısı bu hadisədən xəbər tutduqda dedi: "Qardaşımın öldürülməsinə heç vaxt təəssüflənmərəm, çünki onu kərim və səxavətli biri öldürdü. Başqası olsaydı, ölənə kimi göz yaşı tökərdim".[20]

Əmrin olması şübhəsi

İbn Teymiyyə sünni alimlərinin aparıcı simalarından biri və sələfi cərəyanının banisidir.[21] O, Əmr bin Əbdivədin varlığına şübhə ilə yanaşdı. Onun sözlərinə görə, Bədr, Uhud və digər müharibələrdə Əmr bin Əbduvədin adından əsər-əlamət yoxdur. Bundan əlavə, Xəndək müharibəsində Əmr bin Əbduvədlə bağlı hekayətlər əhli sünnənin mötəbər hesab etdikləri “Səhih-Müslim”“Səhihi Buxari” kimi mühüm hədis kitablarında yer almayıb.[22] Lakin Əmr bin Əbduvədin Xəndək döyüşündə iştirakı Təbərinin “Tarix-Təbəri”[23] və “Zəhəbinin “Tarixi əl-İslam”[24] kimi tarixi mənbələrdə qeyd olunur. Hakim Nişaburi kimi sünni alimləri Əmr bin Əbduvədin Bədr döyüşündə iştirak etdiyi və "Əl-Mustədrək ələs-Səhiheyn" adlı əsərində yaralandığı barədə şayiədən sitat gətirmişlər.[25] Bundan əlavə, şair Həsən bin Sabitin Əmrin qətli ilə bağlı tərifləri[26] və Əmr bin Əbduvədin yoldaşları ilə Xəndəq yolunda qarşılaşan[27] səhabələrdən Məsafi bin Əbdümənafın[28] şeirləri həmçinin Əmrin bacısı[29] ilə bağlı məlumatlar mənbələrdə yer alır. Bəzi tədqiqatçılar İbn Teymiyyənin bu şübhələrini Əlinin (ə) fəzilətlərini inkar etmək istəyi və meyli ilə əsaslandırmışlar.[30]

İstinadlar

  1. İbn Hişam, Siyrətun-Nəbi, h.q 1383, c.3, s.732; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.78; İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.2, s.181
  2. Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.3, s.573-574; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.100
  3. Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.34, hədis 4329
  4. İbn Şəhraşub, Mənaqibu Ali Əbi-Talib, h.q 1375, c.2, s.324
  5. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.100
  6. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.100
  7. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.19, s.64
  8. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.100-101
  9. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.102
  10. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.102
  11. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.4, s.116; Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426, c.11, s.160
  12. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.19, s.62
  13. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1375, c.1, s.381
  14. Humayi, Movləvinamə, h.ş 1385, c.1, s.52-54
  15. Mövləvi, [1], ganjoor.net saytı
  16. Əllamə Hilli, Nəhcül-həqq, m. 1982, s.234
  17. Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c.1, s.284
  18. Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.3, s.34
  19. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.104
  20. Sübhani, Furuğu Əbədiyyət, h.ş 1385, c.1, s.628
  21. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.qq 1406, c.8, s.105-110
  22. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.qq 1406, c.8, s.109
  23. Təbəri, Tarix-Təbəri, h.q 1387, c.2, s.573
  24. Zəhəbi, Tarixi əl-İslam, h.q 1410, c.2, s.290
  25. Hakim Nişaburi, Əl-Mustədrək ələs-Səhiheyn, h.q 1411, c.3, s.34, hədis 4329
  26. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.268-269
  27. Təbəri, Tarix-Təbəri, h.q 1387, c.2, s.573-574
  28. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.266-267
  29. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.106-109
  30. Yazıçılardan bir qrup, İmam Əli (ə), Sazmane Həcc və ziyarət, c.2, s.148

Ədəbiyyat

  • İbn Əbil Hədid, Əbdül-Həmid ibn Hibbətullah, Nəhcül-bəlağənin şərhi, Düzəliş: İbrahim Məhəmməd Əbül-fəzl, Qum, 1-ci çap, h.q 1404
  • İbn Əsir, Əli ibn Məhəmmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir və daru Beyrut, h.q 1385\m.1965
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, Camiətul-İmami Muhəmməd ibn Səudil-İslamiyyə, h.q 1406\m.1986
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Nəcəf, h.q 1375\m.1956
  • İbn Əsakir, Əli ibn Həsən, Tarux Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415\m.1995
  • İbn Hişam, Əbdül-Məlik, Siyrətun-Nəbi, Təhqiq: Muhəmməd Muhyiddin Əbdül-Həmid, Qahirə, h.q 1383\m.1963
  • İbn Hişam, Əbdül-Məlik, Siyrətun-Nəbəviyyə, Təhqiq: Mustafa Səqa, Beyrut, Darul-mərifə
  • Yazıçılardan bir qrup, İmam Əli (ə), Qum, Sazmane Həcc və ziyarət
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrəku ələs-səhiheyn, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411\m.1990
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kutbil-ərəbi, h.q 1410\m.1990
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarix-Təbəri, Beyrut, Darut-teras, h.q 1387
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, Qum, h.q 1426\h.ş 1385
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, Təhqiq: Əli Əşrəf, Qum, h.q 1422
  • Mövləvi, Cəlalud-din Məhəmməd, Məsnəvi mənəvi, Gəncur saytı
  • Humayi, Cəlaluld-din, Mövləvinamə, Mövləvi çe mi quyəd ?, Tehran, h.ş 1385