Həl min nasirin yənsuruni

wikishia saytından

Həl min nasirin yənsuruni (ərəbcə: هل من ناصر ينصرني) “mənə kömək edəcək bir şəxs varmı?” deməkdir. Bu cümlə, Aşura günü İmam Hüseynin (ə) həyatının son dəqiqələrində buyurduğu məşhur cümlədir. Cavad Mühəddisinin dediyinə görə, Aşura ədəbiyyatında bu cümlənin mənası nəql olunub və tarixi kitablarda qeyd olunan formada yer almamışdır,[1] lakin Kərbəla hadisəsi ilə bağlı mənbələr ona oxşar və eyni məzmunlu ifadələri nəql ediblər.[2]

Aşura yazarlarının dediyinə görə, İmam Hüseyn (ə) səhabələri şəhadətə çatdıqdan sonra və tək qalanda bu cümlələri söyləyib: «هَلْ مِنْ ذَابٍّ يَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللَّهِ هَلْ مِنْ مُوَحِّدٍ يَخَافُ اللَّهَ فِينَا هَلْ مِنْ مُغِيثٍ يَرْجُو اللَّهَ بِإِغَاثَتِنَا هَلْ مِنْ مُعِينٍ يَرْجُو مَا عِنْدَاللَّهِ فِي إِعَانَتِنَا» “Allah Rəsulunun hərəmini müdafiə edən müdafiəçi varmı? Bizim haqqımızda Allahdan qorxan bir müvəhhid varmı? Bizim fəryadımıza səs verən varmı ki, bu işlə Allaha ümid bəsləsin? Bizə kömək edən bir şəxs varmı ki, bu işlə Allahın yanında olana ümid bəsləsin?”[3]

İmam Hüseyn (ə) Bəni-Müqatil məntəqəsində Ubeydullah ibn Hürr Cofini kömək etməyə çağırdı və o, bir bəhanə gətirdi. O Həzrət Übeydullah ibn Hürr Cofidən istədi ki, oradan uzaqlaşsın. Çünki Allah İmamın (ə) fəryad səsini eşidib ona cavab verməyən şəxsi məhv edər.[4] Bəziləri “ləbbəykə ya Hüseyn (ə)” şüarını İmam Hüseynin (ə) Aşura günü köməyə çağırışına cavab hesab edir.[5]

Şəhram Əsədinin Kərbəla hadisəsindən bəhs edən “Vaqiə günü” filmində filmin baş rol oyunçusu təzə müsəlman olmuş bir cavandır ki, qulağında qeybdən “mənə kim kömək edəcək?” - deyə təkrarlanan bir səs eşidir. O, bu səsə əsasən, yola düşür və Aşura günü gönortadan sonra Kərbəlaya çatır.[6]

İstinadlar

  1. Mühəddisi, Fərhənge Aşura, h.ş 1376, s.471
  2. Seyyid ibn Tavus-Əl-Luhuf, h.ş 1348, s.116; İbn Nəma Hilli, Musirul-əhzan, h.q 1406, s.70
  3. Seyyid ibn Tavus-Əl-Luhuf, h.ş 1348, s.116
  4. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.407
  5. «شعار «لبیک یا حسین» به معنای اجابت دعوت سیدالشهدا(ع) است», mehrnews.com saytı, farsca
  6. «نگاهی به فیلم روز واقعه», hawzah.net saytı, farsca

Ədəbiyyat