İstihlal

wikishia saytından
İranda ayı müşahidə edən mütəxəssislər

İstihlal (ərəbcə: الاستهلال ) - hicri-qəməri ayının ilk gecəsində hilal axtarışı. İstihlal müstəhəbdir və bəzi hallarda isə kifayi vacibdir. Müsəlmanların bəzi fərdi-ictimai ibadətlərinin, məsələn, ramazan ayının başlanğıcının və sonunun və eləcədə haram ayların müəyyən edilməsi, habelə bəzi həcc əməllərinin icrası qəməri təqvimi ilə ayın əvvəlini dəqiqləşdirməkdən aslıdır. Bir sıra İslam ölkələrində hilalın müəyyən edilməsi üzrə qərargahlar yaradılmışdır.

Əksər fəqihlərə görə, ayın başlanğıcını müəyyən etmək üçün hilalı adi gözlə (durbinsiz) görmək şərtdir. Lakin Ayətullah Seyid Əli Xameneiyə görə, hilalı cihazla (durbinlə) görmək də kifayət edir.

Məfhumu və əhəmiyyəti

Qəməri ayının ilk gecəsində hilalı görmək məqsədi ilə göyə baxmağa istihlal deyilir.[1] İstihlal sözünün leksik mənası səsi yüksəltməkdir.[2] Şeyx Müfidin bildirdiyinə görə, hilalının belə adlandırılmasının səbəbi, onu görən zaman insanların ucadan təkbir deməsi və eləcədə ona işarə edərkən səslərini ucaltmaları ilə əlaqədardır.[3]

Müsəlmanların bir sıra dini ritualları və ibadətləri hicri-qəməri aylarına əsaəsn icra edilir və qəməri ayının başlanğıcını müəyyən və sübut etməyin qaydalarından biri isə hilalı görməkdir.[4]

İstihlal müstəhəb və bəzən isə kifayi vacib əməldir.[5] Rəvayətlərə əsasən, ramazan ayında orucun vacib olması və fitr bayramında başa çatması hilalı görməkdən asılıdır.[6] Eləcədə, şəriətə əsasən, həcc rituallarını icra etməyin, Ərəfatda, MəşərdəMinada dayanmağın vaxtı zilhiccə hilalını görməklə müəyyənləşdirilir.[7] Bunu nəzərə alaraq, bir sıra şiəsünni fəqihləri bildirirlər ki, ramazan, şəvvalzilhiccə aylarında hilalı görmək kifayi vacibdir.[8]

Hilalı cihaz və ya cihazsız görmək

Fəqihlər hilalı görmə forması haqqında fərqli fikirlərə malikdirlər.[9] Əksər şiə fəqihlərinə görə, hilalı mütləq adi gözlə (cihassız) görmək lazmdır və onu durbin və ya teleskopla görmək yetərli deyil.[10] Lakin şiə mərcəyi-təqlərindən biri olan Ayətullah Seyid Əli Xamenei hilalı cihazla görməyi də kafi hesab edir. Bu fətva əsas tutlaraq, İranda hilalı görmək məqsədi ilə optik durbinlərdən (binokl) istifadə edilir.[11] Buna görə də hilalın cihazla görünüb, lakin cihazsız görünməməsi, qəməri aylarının başlanğıcının və ya sonunun, xüsusi ilə Fitr bayramının elan edilməsi ilə əlaqədar adətən mərcəyi-təqlidlər arasında fikir ayrılığı yaradır.[12] Habelə, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrində yaşayan sünni fəqihləri hilalın cihassız görünməsini şərt hesab edirlər.[13]

İstihlal qərargahı

İstihlalla əlaqədar Ayətullah Seyid Əli XameneininAyətullah Seyid Əli Sistaninin qərargahları fəaliyyət göstərir.[14]

Azərbaycanda bu işlə Şamaxı Astrofizika Rəsədxanası məşğul olur.

İstinadlar

  1. Umeyd, Fərhənge farsi, "İstihlal" sözünün şərhi
  2. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, s.499
  3. Müfid, Cəvabatu əhlil-Musuli fil-ədədi vər-royət, h.q 1413, s.16
  4. Cəlili, Bərresiye fiqhiye istihlal dər nəzde firqeyn, s.97
  5. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.1, s.493; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.17
  6. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.77
  7. Xorasani və Muxtari, İstihlal, s.389
  8. Xorasani və Muxtari, İstihlal, s.389
  9. Cəlili, Bərresiye fiqhiye istihlal dər nəzde firqeyn, s.103
  10. Cəlili, Bərresiye fiqhiye istihlal dər nəzde firqeyn, s.103
  11. هلال ماه نو چگونه رؤیت می‌شود؟, farsi.khamenei.ir saytı
  12. Cəlili, Bərresiye fiqhiye istihlal dər nəzde firqeyn, s.99
  13. Cəlili, Bərresiye fiqhiye istihlal dər nəzde firqeyn, s.100
  14. «گزارش ماهانه استهلال», leader.ir saytı

Ədəbiyyat

  • Cəlili, Abbasi, بررسی فقهی استهلال در نزد فریقین, ensani.ir saytı
  • Hilli, Həsən ibn Yusif, Təhriruı-əhkam, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Xorasani, Həmid Rza və Rza Muxtari, "İstihlal", Qum, h.q 1392
  • Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Tehran, Mürtəzəviyyə, 3-cü çap, h.ş 1375
  • Umeyd, Həsən, Fərhənge farsi, Tehran, Əşcə nəşri, h.ş 1389
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Nəcəfi, Cəfər ibn Xızır, Kəşful-ğita, Qum, Təbliğat dəftəri, h.q 1422
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Cəvabatu əhlil-Musuli fil-ədədi vər-royət, h.q 1413