Fitr bayramı
Fitr bayramı (ərəbcə: عيد الفطر) şəvval ayının birinci günü qeyd olunan müsəlmanların ən mühüm bayramlarından biridir. İmamlardan nəql olunan hədislərə əsasən, Fitr bayramı orucu və ibadətləri qəbul olmuş şəxslərin bayramıdır. Buna görə də, Fitr bayramı müsəlmanların bir araya gələrək Allaha ibadət etməsi üçün qərar verilmişdir. Fitr bayramında oruc tutmaq haram olduğu kimi, o gündə fitrə zəkatı vermək bütün müsəlmanlara vacibdir.
Fitr bayramının günü və gecəsi barəsində bir çox hökmlər və ibadətlər nəzərdə tutulmuşdur. O cümlədən, gecə oyaq qalmaq, namaz qılmaq, münacat etmək və həmin günə xas təkbirləri dilə gətirmək o günə xas əməllərdəndir. İslam ölkələri Fitr bayramı münasibətiylə iki gün və ya daha çox tətil elan edirlər. Müsəlmanlar Fitr bayramının namazını camaatla qılırlar və öz adət-ənənələrinə uyğun olaraq bayram qeyd edirlər. Farsdilli şairlər, o cümlədən Sədi Şirazi, Əbdül Rəhman Cami və Qeysər Əminpur Fitr bayramı haqqında şeirlər yazıblar.
Fitr bayramının əhəmiyyəti
Fitr bayramı Şəvval ayının ilk günüdür və islami rəvayətlərdə bu bayram Allahın mükafat günü,[1] yaxşı əməl sahiblərinin mükafatlandırıldığı gün[2] və günahların bağışlanması günü[3] kimi tanıdılır. İmam Əlidən (ə) nəql edilən bir rəvayətə görə, Fitr bayramı orucu və ibadəti Allah dərgahında qəbul olunmuş birinin bayramıdır.[4]
İmam Rzadan (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir ki, Fitr bayramı müsəlmanlar həmin gündə bir yerə toplaşıb Allaha verdiyi nemətlərə həmd-səna etməsi üçün təyin olunmuşdur və buna görə də həmin günün namazında deyilən təkbirlər digər günlərin namazlarından daha çoxdur.[5]
Adlandırılması
“Fitr” sözü “fətərə” sözündən götürülmüşdür ki, bu da açmaq, başlanğıc və icad mənasını verir.[6] “Fitr" sözünün də eyni söz kökündən olduğu deyilir, çünki oruc tutan insanın ağzı fitr bayramında yeyib-içmək üçün açılır.[7]
Hökmləri
- Fitr zəkatı: Fəqihlərin məşhur nəzərinə görə, fitrə zəkatının vacib vaxtı Fitr bayramı gecəsinin başlanğıcıdır, lakin Seyyid Əbdülqasim Xoyi onun vacib vaxtının bayram gününün sübh vaxtı hesab etmişdir.[9] Həmçinin, fəqihlərin fətvasına əsasən fitrə zəkatının verilmə vaxtı günortaya qədərdir.[10] Təbii ki, bunlardan Seyyid Musa Şübeyri Zəncani bütün bayram gününü fitrə zəkatını vermək vaxtı hesab edir.[11] Buna baxmayaraq, fətvalara əsasən, əgər kimsə Fitr bayramını qılarsa, zəkatını namazdan əvvəl verməlidir. Yaxud bəzilərinin fətvasına əsasən, fitrə zəkatını malından ayırmalıdır.[12]
- Bayram namazı: İmam Mehdinin (ə) qeybi dövründə bayram namazı müstəhəbdir, İmamın (ə) hüzur və hakimiyyəti dövründə isə fərzdir.[13]
İstinadlar
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1429, c.7, s.650
- ↑ Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.174
- ↑ Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.6, s.154
- ↑ Nəhcül-bəlağə, hikmət 428
- ↑ Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.174; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.522
- ↑ İbn Mənzur, Lisanul-ərəb, Fitr sözünün şərhində
- ↑ İbn Mənzur, Lisanul-ərəb, Fitr sözünün şərhində
- ↑ «اقامه نماز عید سعید فطر به امامت رهبر معظم انقلاب اسلامی», leader.ir saytı
- ↑ Təbatəbai Yəzdi, Ürvətul-vüsqa, h.q 1419, c.4, s.222
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.2, s.180
- ↑ Seyyid Musa Şübeyr Zəncani, Risaleye tozihul-məsail, h.ş 1388, s.418
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.2, s.180
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.11, s.332-333
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.324
Ədəbiyyat
- Qurani-Kərim
- Nəhcül-bəlağə
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, 3-cü çap, h.q 1414
- Bəni Haşim Xomeyni, Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, h.ş 1381
- Seyyid Musa Şübeyr Zəncani, Risaleye tozihul-məsail, Qum, Səlsəbil, h.ş 1388
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
- Təbatəbai Yəzdi, Seyyid Kazim, Ürvətul-vüsqa, Qum, h.q 1419
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, h.q 1429
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404
- Nuri, hüseyn ibn Məhəmməd Təqi, Mustədrəkul-vəsail, Qum, h.q 1408