Müstəbsir

wikishia saytından
(Şiyə olmaqlıq səhifəsindən yönləndirilmişdir)

Müstəbsir (farsca: مستبصر) başqa bir məzhəb ya dindən çıxaraq on iki imamçı şiə məzhəbini qəbul etmiş şəxsdir. Hədis kitablarında və fiqh kitablarının müxtəlif bölmələrində müstəbsir məsələsi çox müzakirə edilmiş və onun barəsində bir sıra hökmlər bəyan edilmişdir. O cümlədən, şiə fəqihlərinin fətvasına əsasən, müstəbsirin şiə olduqdan sonra əvvəlki məzhəbinə görə yerinə yetirdiyi ibadətləri təkrar etməsi lazım deyil. Malın zəkatıfitrə zəkatı istisna olmaqla ki, əgər onları şiə olmayan bir şəxsə veribsə, onu yenidən ödəməlidir.

Tanınmış müstəbsirlərdən bəziləri bunlardır: Əli ibn Məhziyar Əhvazi, Məhəmməd ibn Məsud Əyyaşi (Əyyaşi təfsirinin müəllifi), Məhəmməd Xudabəndə Hakim İlxani, Seyid Məhəmməd Ticani və Nigeriya şiələrinin lideri İbrahim Zəkzaki.

Müstəbsirin tərifi və onun fiqh və hədis kitablarında tətbiqi

Müstəbsir, şiə mədəniyyətində o şəxsə deyilir ki, araşdırma və dəlillə dinini və ya etiqad bəslədiyi İslam məzhəblərindən birini[1] və ya ilahi dinlərdən birini[2] on iki imamçı şiə məzhəbi ilə dəyişdirir. Şiə təfsirçilərindən Fəzl ibn Həsən Təbərsi “Məcməul-Bəyan” əsərində müstəbsiri müdrik, ağıl və təfəkkürlə haqqı batildən ayırmaq qabiliyyətinə malik olan şəxs kimi tərif edir.[3] “İstibsar” dində agah və bəsirətli olmaq deməkdir.[4]

Namaz,[5] oruc,[6] zəkat,[7] həcc,[8] irs,[9]qisas[10] kimi fiqhin müxtəlif fəsillərində müstəbsirin hökmlərindən bəhs edilmişdir. Müstəbsir hökmlərinin müzakirəsi kiçik qeybət dövrünü dərk edən İbn Əbi Əqil Ummaninin (hicri 329-cu ildə vəfat edib)[11] və dördüncü qəməri əsrin fəqihlərindən olan İbn Cüneydin[12] fətvalarında qeyd edilmişdir. Dörd hədis kitablarında zəkat və həcc kimi fəsillərdə müstəbsirlə bağlı hədislər gəlmişdir.[13] Həmçinin bir çox fiqhi mənbələrdə Müstəbsirin yerinə yetirdiyi ibadətlərin qəzasının olmadığından bəhs edilmişdir.[14]

Sahibi-Cəvahirin fətvasına əsasən, “istibsar”ın hökmləri bütün müsəlman məzhəblərini, hətta Nasibilər və Qüluvv edənlər kimi küfrlə məhkum edilmiş məzhəbləri də əhatə edir;[15] amma yəzdli Seyid Məhəmməd Kazim Təbatəbai, “Ürvətül-Vüsqa” kitabında “istibsar”ın hökmlərinin “qüluvv edənlərə” şamil olmadığını bildirir.[16]

Müstəbsirin əvvəlki ibadətlərinin hökmü

Şiə fəqihlərinin Müstəbsirin əvvəlki ibadətləri ilə bağlı fətvalarından bəziləri bunlardan ibarətdir:

  • Müstəbsir olmaqdan qabaqkı qılınan namaz və tutulan orucların hökmü: Şiə fəqihlərinin fətvasına əsasən, müstəbsirin zəkat istisna olmaqla, “istibsar”dan əvvəl etdiyi ibadətləri təkrar etməsi lazım deyil. Bir şərtlə ki, edilən ibadət müstəbsirin əvvəlki məzhəbinə əsasən, düzgün olsun.[17]
  • Qılmamış namazlar və tutlmamış oruclar: Əksər şiə fəqihlərinin fətvasına əsasən, müstəbsir olan şəxsə “istibsar”dan əvvəl yerinə yetirmədiyi və ya məzhəbinə zidd olaraq əncam verdiyi namaz və orucları yenidən etmək vacibdir.[18] Fəqih və mühəddis olan Hüseyn Ali Usfur (h.q. 1216-cı ildə vəfat edib) hesab edir ki, onların qəzasını yerinə yetirmək vacib deyil.[19]
  • Həcc: Müstəbsirin öz məzhəbinə uyğun olaraq yerinə yetirdiyi həcci təkrar etməsi vacib deyil.[20] Əlbəttə, Sahibi-Cəvahir,[21] Şeyx Tusi[22]Əllamə Hilli[23] bəzi fəqihlər, onun yerinə yetirdiyi həcc əməlində şiə məzhəbinə[24] görə həccin rüknlarından bir rüknun pozulmamasını şərt qoymuşlar.
  • Malın zəkatıfitrə zəkatı: Müstəbsir, əgər öz malının zəkatını “istibasar”dan əvvəl öz məzhəbindən olan şəxslərə veribsə, onu yenidən verməsi vacibdir.[25] Amma əgər onu şiələrə veribsə, onu yenidən verməsi lazım deyildir.[26] Əlbəttə, Məhəmməd Təqi Amuli bu halda da zəkatın yenidən verilməsinin lazım olduğunu vurğulamışdır.[27] Şəhid Əvvəlin “Əl-Bəyan” kitabında verdiyi fətvasına əsasən, əgər zəkatını şiə olmayana versə və sonra müstəbsir olsa və eyni zəkat qalsa, onu geri ala bilər.[28] Fitrə zəkatının hökmü də malın zəkatı ilə eynidir.[29]

Müstəbsirin qeyri-ibadi işlərinin hökmü

Şiə fəqihlərinin nəzərinə görə, müstəbsirin qeyri-ibadi işlərinin şəri hökmü belədir:

  • Müstəbsirin “istibsar”dan sonra (Nisa təvafını yerinə yetirmədiyinə görə) yeni evlənməsinə heç bir maneə yoxdur və səhihdir.[30]
  • Müstəbsirin boşanmasının hökmü: Müstəbsir həyat yoldaşını “istibsar”dan əvvəl öz məzhəbinə uyğun boşarsa, bu talaq şiə baxımından doğru olmazsa, Seyid Möhsün Həkimin (hicri 1390-cı ildə vəfat edib) fətvasına əsasən, onun boşanması düzgün deyil və müstəbsir olduqdan sonra yeni nikah oxumadan o qadına qayıda bilər.[31] Amma Şeyx Tusiyə görə onun boşanması səhihdir və ayrılıq hasil olur.[32]
  • Nəzr etmək, əhd bağlamaq, and içməkvəqflərin hökmü: Müstəbsirin “istibasar”dan əvvəl etdiyi nəzr, bağladığı əhd və vəqflər şiə məzhəbinə görə səhih olmasa, onlara əməl etmək lazım deyil. Amma şiə məzhəbinə görə düzgün olsa, həttə əgər öz məzhəbinə görə batil olsa belə, onlara əməl etmək lazımdır.[33]
  • İstibsarın paklıq və ya nəcis olmağa təsiri: Sahibi-Cəvahirin fətvasına əsasən, “müstəbsir” istibsar”dan əvvəl nəcis bir əşyanı şiə məzhəbinə görə yuyubsa, müstəbsir olduqdan sonra onu yenidən yumağa ehtiyac yoxdur. Amma əgər onu öz məzhəbinə uyğun və şiə məzhəbinə zidd olaraq yumuşsa, “güclü nəzərə əsasən” onu yenidən yumaq vacibdir.[34]

Məşhur müstəbsirlər

  • Əli ibn Məhziyar Əhvazi: İmam Cavad (ə)İmam Hadinin (ə) yaxın səhabələrindəndir ki, ilk vaxtlar xristian olub, amma sonra şiə məzhəbini qəbul edib.[35]
  • Məhəmməd ibn Məsud Əyyaşi: O, dördüncü qəməri əsrində şiə təfsirçilərindən biridir və Əyyaşi təfsirinin müəllifidir. O, başlanğıcda sünni olub.[36]
  • Mühəqqiq Dəvani kimi tanınan Cəlaləddin Məhəmməd ibn Səd Dəvani: O, 9-cu hicri əsrinin filosofumütəkəllimidir ki, əvvəl əhli-sünnə ardıcılı olub, amma sonradan şiə olub. O, şiə olduğunu “Nurul-hidayə” kitabında bəyan etmişdir.[37]
  • Rifaə ibn Musa Nəxxas Əsədi Kufi: İmam Sadiq (ə)İmam Kazimin (ə) səhabələrindən və ravilərindən idi. Şeyx Tusinin fikrinə görə o, “Vaqifi” məzhəbində idi,[38] sonra isə şiə oldu.[39]
  • Əhməd ibn Davud ibn Səid Fəzari: Şeyx Tusi öz “Rical” kitabında onu İmam Hadinin (ə) səhabələrinin sırasında qeyd etmişdir.[40] O, əhli-sünnənin hədis böyüklərindən idi və sonra şiə oldu.[41]
  • Ulcayto ləqəbi ilə tanınan Qiyasəddin Məhəmməd Xudabəndə (h.q. 716-cı ildə vəfat edib): O, İranın İlxanlı sülaləsinin hökmdarlarından biri idi[42] və hakimiyyəti dövründə İranda şiə məzhəbini rəsmi olaraq tanıyan ilk şəxs idi.[43] O, əvvəlcə xristian olub[44] və sonra “Budda” dinini qəbul etdi.[45] Bir az sonra “Hənəfi” məzhəbini,[46] daha sonra isə “Şafii” məzhəbini[47] qəbul etdi. Nəhayət, o, şiə alimlərindən təsirlənərək şiə məzhəbini seçdi.[48] Şiə mərcəyi-təqlidlərindən olan Şübeyri Zəncaninin (şəmsi 1306-cı ildə doğulub) dediyinə görə, o, ömrünün sonuna qədər şiə məzhəbində qaldı.[49]
  • Məhəmməd Mərii Əl-Əmin Əl-Əntaki (vəfatı: 1383 h.q.): O, sünni məzhəbindən olan misirli alim idi. Həmçinin Əl-Əzhərdə oxumuş və baş qazi vəzifəsində çalışmışdı ki, şiə məzhəbini seçdi.[50] O, “Əş-Şiətu və höcəcuhum fit-təşəyyu” kitabının müəllifidir.[51]
  • Seyid Məhəmməd Ticani Səmavi (miladi təqvimi ilə 1936-cı ildə doğulub): Tunisli alim və “Sümməh-tədəytu” (Sonra hidayət oldum) kitabının müəllifidir və əvvəlcə “Maliki” məzhəbində[52] olub, sonra isə şiə[53] məzhəbini seçib.
  • İbrahim Zəkzaki (şəmsi təqvimi ilə 1332-ci ildə doğulub): Nigeriyada İslam hərəkatının rəhbəri əslən “Maliki” məzhəbində idi və İmam Xomeyni (r.ə) ilə görüşdükdən sonra şiə oldu.[54]
  • Həsən Şəhatə (şəmsi təqvimi ilə 1392-ci ildə vəfat edib): O, misirli və “Hənəfi” məzhəbindən olan alimlərdən biri idi ki, miladi 1996-cı ildə (şəmsi 1375-ci ildə) şiə oldu.[55]
  • Eduardo Agnelli (şəmsi 1379-cu ildə vəfat edib): O, İtaliyadan idi və məşhur italyan sərvət sahiblərindən birinin oğlu idi. Quranın təsiri ilə xristianlıqdan şiəliyə keçdi.[56]

Monoqrafiya

“Mövsuətun min həyatil-müstəbsirin” kitabı “Əl-əbhasul-əqaidiyyə Araşdırma Mərkəzi”nin əsərlərindən biridir ki, on dörd cilddə müxtəlif ölkələrdən olan bir sıra müstəbsirləri tanıtdırmışdır.[57]

İstinadlar

  1. Məri, Əl-Qamusul-fiqhi, h.q 1413, c.1, s.191; Ğədiri, Əl-Qamusul-cameu lil-mustələhatil-fiqhiyyə, h.q 1418, c.1, s.534; Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1385, c.1, s.411
  2. https://www.she3a-alhsen.com/showthread.php?t=39440).
  3. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.8, s.444
  4. Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, h.q 1423, c.11, s.9
  5. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.460
  6. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.56
  7. Mərkəzul-mucəmil-fiqhi, Həyatu ibn Əbi Əqil və fiqhuhu, h.q 1413, s.398
  8. İştihardi, Məcmueye fətavaye İbn Cüneyd, h.q 1416, s.122
  9. Hürr Amili, Vəsailuş-şiə, c.17, s.475
  10. Hürr Amili, Vəsailuş-şiə, c.17, s.205
  11. Mərkəzul-mucəmil-fiqhi, Həyatu ibn Əbi Əqil və fiqhuhu, h.q 1413, s.398
  12. İştihardi, Məcmueye fətavaye İbn Cüneyd, h.q 1416, s.122
  13. Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.4, s.54; Şeyx Tusi, Əl-İstibsar, h.ş 1363, c.2, s.145; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.429; Kuleyni, Əl-Kafi, h.q 1429, c.7, s.139
  14. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.56; İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.460; Əllamə Hilli, Muntəhul-mətləb, h.q 1412, c.13, s.97; Şəhid Əvvəl, Əd-Durusuş-şəriyyə, h.q 1417, c.1, s.243
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.17, s.307
  16. Məhəmməd Kazim Təbatəbai, Ürvətül-Vüsqa, h.q 1404, c.4, s.450
  17. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.460; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.6-9; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.314; Vəhid Xorasani, Minhacus-salihin, h.q 1428, c.2, s.222
  18. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.56; İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.460; Qumi, Əl-Ğayətul-Qusva, c.1, s.377; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.314
  19. Ali Əsfur, Sədadul-ibad və rəşadul-ubbad, h.q 1421, s.200
  20. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.404
  21. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.17, s.305
  22. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.303
  23. Əllamə Hilli, Təzkirətul-füqəha, c.1, s.400
  24. Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1497, c.2, s.765, Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.1, s.413
  25. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.247; İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.129; Məhəmməd Kazim Təbatəbai, Ürvətül-Vüsqa, h.q 1404, c.4, s.127
  26. Məhəmməd Kazim Təbatəbai, Ürvətül-Vüsqa, h.q 1404, c.4, s.127
  27. Amuli, Misbahul-Hüda, h.q 1380, c.10, s.257
  28. Şəhid Əvvəl, Əl-Bəyan, h.q 1412, s.315
  29. Mirzaye Qumi, Ğənaimul-əyyam, h.q 1417, c.4, s.162; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1412, c.4, s.508
  30. Bəhrani, Ər-Rəsailul-Əhmədiyyə, h.q 1419, c.2, s.307
  31. Həkim, Mustəmsəkul-ürvətil-vüsqa, h.q 1416, c.14, s.524
  32. Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.4, s.57
  33. İbn Fəhd Hilli, Ər-Rəsailul-əşir, h.q 1409, s.410; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1412, c.4, s.513
  34. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.9
  35. Kəşşi, İxtiyaru mərifətir-rical, h.ş 1363, c.2, s.825
  36. Nəcaşi, Ricalun-nəcaşi, h.q 1427, s.350
  37. Qumi, Əl-Kuna vəl-əlqab, h.ş 1368, c.2, s.230
  38. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1425, s.71
  39. Şəbustəri, Əl-Faiqu fi rüvatin və əshabil-İmam Sadiq (ə), h.q 1418, c.1, s.567
  40. Şeyx Tusi, Ricalu Tusi, h.q 1381, c.1, s.426
  41. Hilli, Kitabur-rical, h.ş 1383, s.27
  42. Kaşani, Tarixe Olcaytu, h.ş 1348, s.28-29
  43. Kaşani, Tarixe Olcaytu, h.ş 1348, s.99-101
  44. Eşpuler, Tarixe məğul dər İran, h.ş 1351, s.195
  45. Eşpuler, Tarixe məğul dər İran, h.ş 1351, s.195
  46. Kaşani, Tarixe Olcaytu, h.ş 1348, s.96
  47. Kaşani, Tarixe Olcaytu, h.ş 1348, s.96-99
  48. Kaşani, Tarixe Olcaytu, h.ş 1348, s.99-101
  49. Şübeyri Zəncani, Cəreye əz dərya, h.ş 1393, c.2, s.303
  50. https://rahyafteha.ir/7807/
  51. https://rahyafteha.ir/7807/
  52. Ticani, Sümməh-dətəytu, s.28-29
  53. https://article.tebyan.net/141814
  54. https://www.shamstoos.ir/fa/news/46853/
  55. https://ahlolbait.com/content/
  56. Zəmani, Aşinayi ba istişraq və İslamşenasiye ğərbiyan, h.ş 1394, s.175
  57. https://aqaed.net/book/468/

Ədəbiyyat

  • Ali Əsfur, Hüseyn ibn Məhəmməd, Sədadul-ibad və rəşadul-ubbad, Qum, h.q 1421
  • Amuli, Məhəmməd Təqi, Misbahul-Hüda, Tehran, h.q 1380
  • İbn İdris, Məhəmməd ibn Əhməd, Əs-Sərair, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • İbn Həmzə, Məhəmməd ibn Əli, Əl-Vəsilə, Qum, h.q 1408
  • İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Ər-Rəsailul-əşir, Qum, h.q 1409
  • Bertold Spuler, Tarixe məğul dər İran, Tehran, Mahmud Miraftabın səyi ilə, h.ş 1351,
  • İştihardi, Əli Pənah, Məcmueye fətavaye İbn Cüneyd, Qum, İslami nəşr müəssisəsi, h.q 1416
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.q 1434
  • Bəhrani, Əhməd ibn Saleh, Ər-Rəsailul-Əhmədiyyə, Qum, Darul-Mustafa, h.q 1419
  • Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, Qum, h.q 1423
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Beyrut
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvətil-vüsqa, Qum, Darut-təfasir, h.q 1416
  • Hilli, Əli ibn Davud, Kitabur-rical, Tehran, h.ş 1383
  • Zəmani, Məhəmməd Möhsin, Aşinayi ba istişraq və İslamşenasiye ğərbiyan, Qum, Əl-Mustafa (s) nəşri, h.ş 1394
  • Şəbustəri, Əbdül-Hüseyn, Əl-Faiqu fi rüvatin və əshabil-İmam Sadiq (ə), Qum, İslami nəşr müəssisəsi, h.q 1418
  • Şübeyri Zəncani, Seyyid Musa, Cəreye əz dərya, Qum, Ketabfuruşi müəssisəsi, h.ş 1393
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriyyə, Dəftəre enteşarate İslami, h.q 1417
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1408
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ricalu Tusi, h.q 1381
  • Məhəmməd Kazim Təbatəbai, Ürvətül-Vüsqa, Qum, h.q 1404
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420,
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhul-mətləb, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1412,
  • Ğədiri, Abdullah İsa İbrahim, Əl-Qamusul-cameu lil-mustələhatil-fiqhiyyə, Beyrut, h.q 1418
  • Qumi, Şeyx Abbas, Əl-Kuna vəl-əlqab, Tehran, Məktəbətus-Sədr, h.ş 1368
  • Kaşani, Abdullah ibn Əli, Tarixe Olcaytu, Tehran, h.ş 1348
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita, Qum, h.q 1412
  • Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mərifətir-rical, Qum, Alul-beyt (ə) müəssisəsi, h.ş 1363
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, h.q 1429
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Mutəbər, Qum, Seyyidüş-şühəda müəssisəsi, h.q 1407
  • Məri, Hüseyn Abdullah, Əl-Qamusul-fiqhi, Beyrut, Darul-Müctəba, h.q 1413
  • Mərkəzul-mucəmil-fiqhi, Həyatu ibn Əbi Əqil və fiqhuhu, Qum, h.q 1413
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-nəcaşi, Qum, İslami nəşr müəssisəsi, h.q 1427
  • Mirzaye Qumi, Əbül-Qasim ibn Məhəmməd Həsən, Ğənaimul-əyyam, h.q 1417
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: İbrahim Sultani Nəsəb, Beyrut, h.q 1404
  • Vəhid Xorasani, Hüseyn, Minhacus-salihin, Qum, Baqirul-ulum mədrəsəsi, h.q 1428
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, Qum, h.ş 1385

Xarici keçidlər