Dörd naib

wikishia saytından

Dörd naib (ərəbcə: النواب الأربعة) və ya canişin- Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn RuhƏli ibn Məhəmməd Səmuri- Kiçik Qeyb dövründə xüsusi nümayəndə olaraq İmam Mehdi (ə.f) ilə şiələr arasında vasitəçilik edirdilər. Dörd naib imamların təcrübəli və etibarlı səhabələri idilər. Onlar İmam Zamanın əmrinə əsasən və əvvəlki naibin iştiraki ilə ard-arda cəmiyyətə təqdim edilirdi. Bu dörd nəfər yetmiş iş il İmamın naiblik vəzifəsini icra ediblər. Onlar hətta ən uzaq ilsam şəhərlərində yaşayan öz vəkillərinin vasitəsi ilə şiələrin söz və istəklərini İmam Mehdiyə (ə) və İmamın (ə) cavablarını isə onlara çatdırırdılar. Sözükeçən naiblərin digər vəzifələri İmam Zaman (ə) haqqında olan tərdidləri aradan qaldırmaq və o Həzrətin (ə) yerini və şəxsi əlamətlərini gizli saxlamaq idi.

Xüsusi naiblik

Xüsusi naib məfhumu İmamın (ə) şəxsi canişini anlamına gəlir. Belə ki, İmam öz şiələri ilə birbaşa təmas qura bilməyəndə, bu naiblər vasitəsi ilə onlarla əlaqə yaradırmış. Bu naibin birincisini İmam özü cəmiyyətə təqdim etməlidir, sonra isə yeni naibi əvvəlki naibi təqdim edir.[1]

Naiblər və onların naiblik müddəti

İmam Zamanın (ə.f) xüsusi naiblərinin fəaliyyəti təqribən 70 il- 260-cı ildən 329-cu ilədək- çəkdi. Bu dövr Kiçik Qeyb dövrü adlanır. İşarə edilən illər ərzində şiələrdən dörd nəfər- onlardan bəziləri onuncuon birinci imamların səhabələri və cəmiyyətdə tanınmış şəxslər idilər- İmam Zamanın naibliyi və nümayəndəliyi vəzifəsini öhdəyə alaraq İmamla şiələr arasında vasitəçilik edirdilər. Bu illər ərzində İslam ərazi və şəhərlərində fəaliyyət göstərən digər vəkillər də var idi, lakin onlar bu dörd nəfərin nümayəndələri idilər.[2]

  • Osman ibn Səid Əmri (hicri-qəməri təqvimi ilə 267-ci ildən qabaq vəfat edib) İmam Zamanın (ə) ilk xüsusi naibidir. Rəvayətdə qeyd edilir ki, İmam Həsən Əskəri (ə) övladı İmam Mehdini (ə) öz səhabələrindən olan qırx nəfərə göstərdi və onlara dedi ki, on ikinci imamın qeyb dövründə Osman ibn Səidə itaət etsinlər.[3] Habelə, İmam Zaman (ə) Qum əhalisi ilə görüşəndə Osman ibn Səidin naibliyinə işarə edir və onları bu naibinə yönəldir.[4] Osman ibn Səid vəfat edənədək (təxminən 6 il) İmamın nabilik vəzifəsini icra edir.
  • Məhəmməd ibn Osman ibn Səid Əmri (305-ci ildə vəfat edib) birinci naibin oğlu, İmam Zamanın (ə) ikinci xüsusi naibidir. Birinci naib vəfat edəndə, İmam Zaman (ə) onun oğlu Məhəmməd ibn Osmana məktub yazaraq ona baş sağlığı verir və həm də onu öz canişini təyin edir.[5] Bundan əvvəl İmam Həsən Əskəri (ə) də Məhəmməd ibn Osmanı İmam Zamanın (ə) vəkili təyin etmişdi.[6] Məhəmməd ibn Osman Əmri təqribən qırx il İmamın naibi olub.[7]
  • Hüseyn ibn Ruh Nobəxti (v. 326) İmam Mehdinin üçüncü naibi, Məhəmməd ibn Osmanın etimad etdiyi və Bağdadda yaşayan yaxınlarından olub. Məhəmməd ibn Osman ömrünün son günlərində onu İmam Mehdinin (ə) tapşırığı ilə öz canişini təyin edir.[8]

O, əvvəllər Əbbasilər hökümətində xüsusi nüfuz və mövqeyə malik idi. Lakin sonra bəzi çətinliklərlə qarşılaşdı, hətta bir müddət gizli yaşadı və daha sonra beş il zindanda həbs edildi.[9] O, təqribən 21 il İmam Zamanın (ə) naibi oldu.

Addımları və fəaliyyətləri

İmam Zamanın (ə) Əli ibn Məhəmməd Səmuriyiə məktubu: "Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mömin qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin təyin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur."

Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.516


Naiblər bütün fəaliyyətlərini İmam Zamanın (ə) tapşırığına uyğun icra edirdilər.[12] Bu fəaliyyətləri bir neçə qismə bölmək olar:

Fəaliyyətləri gizli saxlamaq

İmam Həsən Əskərinin (ə) şəhadətindən və İmam Mehdinin (ə) qeybindən sonra dörd naib şiələrin işlərini həll edən yeganə şəxslər idilər. Abbasilər hakimiyyəti dövrü olmasını nəzərə alsaq, gizlilik və təqiyyə, xüsusi ilə ikinci, üçüncü və dördüncü naiblərin vaxtında ən yüksək həddə çatmışdı.[13] [14] Hətta Hüseyn ibn Ruh bir müddət gizlə şəkildə yaşayır və 5 il də həbs olur. Onun belə addım atmasının səbəbi o idi ki, on iki imam şiələri Abbasi xilafətində öz mövqelərini qoruyub, rəsmi və tanınmış azlıq olaraq özlərini Abbasi hökümətinə və Bağdadda nüfuz sahibi olan ifratçı sünnülərə diktə etsinlər.[15]

Xilafətlə əlaqə qurmaq

O dövrdə bəzi şiələrin, xüsusi ilə dörd naibin yürütdüyü və eyni zamanda məsum imamların da dəstək verdiyi siyasətlərdən biri Abbasi xilafətinə nüfuz etmək və hətta vəzirlik məqamlarını ələ keçirmək idi.[16] Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Muqtədirin dönəmində şiələrin həvadarlarından sayılan Nobəxti xanədanının və vəzir İbn Furat xanədanının nüfuzu hesabına Abbasilər xilafətinddə xüsusi mövqeyə və ehtirama malik idi.[17][18]

Ğuluvv əhli ilə mübarizə

Ğuluvv problemi xüsusi naiblərin dövründə mühüm məsələlərdən sayılırdı. Belə ki, imamların övladlarından bəziləri, məsələn, İmam Hadinin (ə) oğlu, Kəzzab (yalançı) kimi tanınan Cəfər ğalilərlə (ğuluvv edənlərlə) bərabər idi və bəzi tanınmış şiə simaları da ğaliləri dəstəkləyirdi.[19] Dörd naibin vəzifələrindən biri bu yalançı iddiaçıları rüsvay etmək, həmçinin onları lənətləmək və bu düşüncədən uzaq durmaq üçün İmamın göstərişlərini şiələrə çatdırmaq idi.[20] Misal olaraq, Nusəyriyyə firqəsinin banisi Məhəmməd ibn Nəsir ğalilərdən sayılırdı və imamların rəbb olmasına inanırdı və məhrəmlərlə evlənməyin düz olduğunu rəvac verirdi. Məhəmməd ibn Osman ona lənət və qarqış edir və ondan bezar olduğunu bildirirdi.[21]

İmamların vəkillərindən olan Məhəmməd ibn Əli ibn Əbil-Əzaqir Şəlməğani Hüseyn ibn Nuhun vaxtında vəzifə sahibi olmasına baxmayaraq, mənsəbpərəst olduğuna görə, mövqeyindən sui-istifadə edib, ğuluva yönəldi. Hüseyn ibn Ruh onu öz yanından qovdu və İmam Zaman (ə) onun haqqında lənət məktubu yazdı.[22]

İmam Mehdiyə (ə) dair şübhələri aradan qaldırmaq

Şeyx Tusinin nəql etdiyinə görə, İbn Əbi Ğanim Qəzvini ilə bir qrup şiələr arasında İmam Həsən Əskərinin (ə) övladı olub olmaması haqqında mübahisə yaranır. Buna görə də şiələr İmam Mehdiyə (ə) məktub yazıb ondan istəyirlər ki, bu mübahisəyə xitam versin. İmam (ə) da cavab yazaraq bildirir ki, Allah on birinci imamdan sonra dinini batil etməyib, Özü ilə insanlar arasında vasitəsini kəsməyib, bu, Qiyamətə qədər belə davam edəcək.[23]

Rəvayətlərdə İmam Mehdidən (ə) nəql edilən başqa bir məktub da qeyd edilmişdir. Sözü ötən məktub, Cəfər Kəzzab özünü İmam Əskərinin (ə) canişini olduğunu iddia edəndə yazılıb. İmam Zaman (ə) bu məktubda imamlıq və imamların məsumluq məsələsinə toxunaraq, Cəfər Kəzzabın halal-haramı tanımamasına, haqqla batili ayırd edə bilməməsinə işarə edir. O Həzrət (ə) bu məktubda soruşur ki, o, belə olan halda necə imamlıq iddiasına düşə bilər?[24] Atası İmam Həsən Əskərinin (ə) vəkili olan Məhəmməd ibn İbrahim ibn Məhziyarın şəkk-şübhəsi İmam Zamandan (ə) məktub alandan sonra aradan qalxır.[25] Habelə, İmam Mehdi (ə) bir məktubda şəkk edənlərə öz varlığını isbat edərək bəzi fiqhi məsələləri də cavablandırmışdır.[26]

Vəkillərin təşkilatlandırılması

Müxtəlif ərazilərin işlərini idarə etmək və şiələrlə imamlar arasında əlaqə yaratmaq məqsədi ilə vəkillərin təyin edilməsi ən azı İmam Kazimin (ə) dövründən sonra adiləşmişdi. Qeyb dövrü başlayandan sonra, vəkillərin İmam Mehdi ilə birbaşa təması kəsildi. Şiələrlə əlaqə ancaq xüsusi naiblər vasitəsi ilə gerçəkləşirdi. Vəkillər topladıqları dini vergiləri müxtəlif vasitələrlə Bağdad şəhərində olan xüsusi naiblərə göndərirdilər. Onlar da aldıqları bu dini vergiləri İmam Mehdinin (ə) tapşırığı ilə lazımi yerlərdə məsərəf edirdilər.[27] İraqın Əhvaz, Samirra şəhərlərində, Misirdə, Hicazda, Yəməndə, həmçinin İranın Xorasan, Rey və Qum şəhərlərində vəkillər var idi. Onlar haqqında rəvayət kitablarında az da olsa məlumatlar mövcuddur.[28]

İmam Mehdini (ə.f) gizli saxlamaq

İmam Mehdini və onun əlamətlərini gizli saxlamaq xüsusi naiblərin əsas vəzifələrindən biri olub. Tarixi məlumatlardan və rəvayətlərdən belə anlaşılır ki, İmam adətən İraq, Məkkə və Mədinədə yaşayıb və ancaq xüsusi naiblər onunla görüşə bilirmişlər.[29]

Huseyn ibn Ruh Nobəxti xüsusi naib olanda Əbu Səhl Nobəxti onun haqqında belə deyir: “Əgər mən İmam Mehdinin yerini (ə) Əbul Qasım bildiyi kimi bilsəydim, bəlkə də mübahisə zamanı çətinə düşəndə onun yerini rəqibə göstərərdim. Lakin Əbul Qasım İmam Mehdini öz əbası altında gizlətsə belə, qayçı ilə tikə-tikə doğransa da, onu heç kəsə göstərməz.[30]

Xüsusi naiblər İmam Zamanın (ə) varlığını sübut etməyə israrlı olmalarına rəğmən şiələrdən istəyirdilər ki, İmam Zamanın (ə) şəxsi əlamətlərini öyrənməyə təkid etməsinlər və bu, İmamın (ə) təhlükəsizliyini qorumaq naminə idi.[31]

Fiqhi və etiqadi suallara cavab vermək

Dörd naib şiələrin fiqhi və etiqadi suallarını İmam Mehdiyə (ə) bildirir və sonra cavabları insanlara çatdırırdılar. Bu, təkcə fiqhi məsələlərlə məhdudlaşmırdı, naiblər camaatın elmi, etiqadi çətinliklərini həll etmək və kütləni istiqamətləndirmək üçün mübahisələrdə, münazirələrdə də iştirak edirdilər.[32] İshaq ibn Yaqubun[33] və həmçinin Məhəmməd ibn Cəfər Əsədinin[34] ciddi fiqhi mövzuları əhatə edən məktubları və Hüseyn ibn Ruhun elmi-etiqadi münazirələrdə iştirakı, dörd naibin bu yöndə fəaliyyətlərini əks edir.[35]

Naiblərin ziyarətnaməsi

Seyid ibn Tavusun “Misbahu əz-zair” kitabında nəql etdiyi bir ziyarətnaməni hər dörd naib haqqında oxumaq olar. Bu ziyarətnamənin mətni Hüseyn ibn Ruh Nobəxtinin atasına aid edilir.[36] Həmçinin, Əllamə Məclisi “Bihar əl-ənvar” kitabında Osman ibn Səid haqqında ziyarətnamə nəql edir və onu bir şiə aliminin qədim nüsxəsində gördüyünü məlumat verir.[37]

Biblioqrafiya

Əli Qəffarzadənin qələmə aldığı “Pejuheji piramune zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f)” dörd naib haqda müstəqil bir əsərdir ki, Ayətullah Cəfər Subhani ona müqəddimə yazıb və ilk dəfə 1375-ci ildə nəşr olunub.[38]

İstinadlar

  1. Əhmədi, Nuvvabe Ərbəə və şəxsiyyəte istimaiye anan, h.ş 1390
  2. Əhmədi, Nuvvabe Ərbəə və şəxsiyyəte istimaiye anan, h.ş 1390
  3. Tusi, Əl-Ğeybə, h.q 1411, s.231-232; Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.435
  4. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.476
  5. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.510
  6. Tusi, Əl-Ğeybə, h.q 1411, s.356
  7. Sədr, Tarixul-ğeybə, h.q 1412, c.1, s.404
  8. Tusi, Əl-Ğeybə, h.q 1411, s.371
  9. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.573
  10. Cabbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.480
  11. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.516
  12. Ğəffarzadə, Pejuheşi piramune zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), s.85
  13. Tusi, Əl-Ğeybə, h.q 1411, s.112
  14. Ğəffarzadə, Pejuheşi piramune zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), s.306
  15. Cabbari, Sazmane vəkalət, h.ş 1382, c.1, s.66
  16. Tusi, Əl-Ğeybə, h.q 1411, s.109
  17. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, h.ş 1385, s.198
  18. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.583
  19. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.585
  20. Cabbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.688
  21. Tusi, Əl-Ğeybə, h.q 1411, s.397
  22. Tusi, Əl-Ğeybə, h.q 1411, s.187, s252-253
  23. Tusi, Əl-Ğeybə, h.q 1411, s.285-286
  24. Tusi, Əl-Ğeybə, h.q 1411, s.287-289
  25. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.518
  26. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.176
  27. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.588
  28. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.588
  29. Casim Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, h.ş 1385, s.166
  30. Tusi, Əl-Ğeybə, h.q 1411, s.187, s.391
  31. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.588
  32. Ğəffarzadə, Pejuheşi piramune zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), s.86-87
  33. Tusi, Əl-Ğeybə, h.q 1411, s.290
  34. Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.520
  35. Tusi, Əl-Ğeybə, h.q 1411, s.324, 373, 378, 388, 390; Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.519; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.192
  36. İbn Tavus, Misbahuz-zair, h.q 1416, s.514
  37. Məclisi, Biharul-ənvar, c.99, s.293
  38. پژوهشى پيرامون زندگانى نواب خاص امام زمان(عج), Nur Rəqəmsal Kitabxanası

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, Misbahuz-zair, Qum, Alul-beyt, h.ş 1375
  • Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybə, Beyrut, h.q 1412
  • Əhmədi, Nuvvabe Ərbəə və şəxsiyyəte istimaiye anan, h.ş 1390
  • Cabbari, Məhəmməd Rza, Sazmane vəkalət, Qum, İmam Xomeyni müəssisəsi, h.ş 1382
  • Cəfəriyan, Rəsul, Həyate fikri və siyasi İmamane şiə, Qum, h.ş 1381,
  • Hüseyn, Casim, Tarixe siyasi ğeybəte İmame dəvazdəhhom, Tehran, h.ş 1385
  • Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Tehran, İslamiyyə, h.q 1395
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Darul-məarifil-İslamiyyə, h.q 1411
  • Ğəffarzadə, Əli, Pejuheşi piramune zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), Qum, h.ş 1379
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Usulu kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1388
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, h.ş 1363