Əyyub ibn Nuh ibn Dərrac
Künyəsi | Əbul-Hüseyn |
---|---|
Ləqəbi | Nəxəi - Məvlən-Nəxə |
Doğum yeri | Kufə |
Yaşadığı yer | Kufə |
Səhabəsi | İmam Hadi (ə) - İmam Həsən Əskəri (ə) |
Qohum əqrəba arasında tanınmış şəxslər | Nuh ibn Dərrac (atası) - Cəmil ibn Dərrac (əmisi) |
Şöhrət tapmasının səbəbi | Rəvayət nəql etməsi |
Məsumun ravisi | İmam Rza (ə) - İmam Cavad (ə) - İmam Hadi (ə) - İmam Həsən Əskəri (ə) |
Şeyxləri | Məhəmməd ibn Əbi Ümeyr - Abdullah ibn Sinan - Abdullah ibn Muskan - Həsən ibn Məhbub |
Ondan rəvayət edənlər | Səd ibn Abdullah Əşəri Qumi - Abdullah ibn Cəfər Himyəri - Əban ibn Osman Əhməri - Məhəmməd ibn Həsən Səffar Qumi... |
Etibarı | Siqə (mötəbər) |
Önəmli işləri | İmam Hadinin (ə) və İmam Həsən Əskərinin (ə) vəkili |
Başqa fəaliyyətləri | Məzhəbi şiədir |
Əyyub ibn Nuh ibn Dərrac Nəxəi Kufi (ərəbcə: أيوب بن نوح بن دراج نَخَعی کوفی) hicri 3-cü əsrin imami fəqihi və mühəddisidir. O, İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskəridən (ə) rəvayət nəql etmişdir. Əyyub İmam Hadi (ə) və İmam Əskərinin (ə) vəkili idi və bu iki imamın yanında xüsusi mövqeyə malik olub. Rical alimləri onu pərhizkar və çox ibadət edən bir insan hesab edirdilər. Əyyubun atası Nuh ibn Dərrac İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən biri və Kufə qazısı idi. Həmçinin deyilib ki, Əyyubun əmisi Cəmil ibn Dərrac etibarlı bir şəxs, İmam Sadiqin (ə) vəkil və səhabələrindən biri idi.
Rical alimləri baxımından mövqeyi
Əbülhüseyn ləqəbli imami fəqih və mühəddis Əyyub ibn Nuh ibn Dərrac Nəxəi Kufə şəhərində anadan olub.[1] Şiə Rical alimlərinin dediyinə görə, Əyyub ibn Nuh dörd məsum İmam (ə), yəni İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) səhabəsi idi və onlardan rəvayət nəql etmişdir.[2] Nəcaşi və Kəşşi onu əmanətdar, vəkil və İmam Hadi (ə) və İmam Əskəri (ə) yanında xüsusi mövqeyə malik bir şəxs bilirlər.[3] Həmçinin onun İmam Hadi (ə) ilə yazışmalarının olduğunu da nəql etmişlər.[4] Nəcaşinin dediyinə görə, Əhməd ibn Məhəmməd Bərqi “Nəvadir” kitabını Əyyub ibn Nuha aid etmişdir.[5] Məsum İmamın (ə) ziyarətinin savabı haqqında, həmçinin təharət, təlaq, namaz, nikah və irs kimi fiqh fəsillərində ondan rəvayətlər nəql olunmuşdur.[6] Ayətullah Xoinin (şəmsi 1371-ci ildə vəfat edib) dediyinə görə, 251 rəvayətin sənədində Əyyubun adı çəkilmişdir.[7] Şiə Rical alimlərindən Nəcaşi, Kəşşi, Tusi və Bərqi onu siqə (etibarlı) hesab edirlər.[8]
İmam Həsən Əskəridən (ə) gələn bir rəvayətə görə Əyyub cənnət əhlidir.[9] Nəcaşinin dediyinə görə o, təqvalı və çox ibadət edən bir şəxs idi.[10]
Məşayix (hədis nəql etdiyi şəxslər)
Əyyub ibn Nuh aşağıdakı şəxslərdən hədis nəql etmişdir:
- Məhəmməd ibn Əbi Umeyr
- Abdullah ibn Sinan
- Abdullah ibn Məskan
- Həriz ibn Abdullah Sacistani
- Həsən ibn Əli əl-Vəşşa
- Həsən ibn Məhbub
- Hüseyn ibn Osman
- Səfvan ibn İsa
- Əli ibn Numan Razi
- Məhəmməd ibn Sinan
- Həsən ibn Əli ibn Fəzzal
- Səfvan ibn Yəhya
- Məhəmməd ibn Yəhya Əs-Səyrəfi
- Mehran ibn Məhəmməd
- Nəzr ibn Suveyd
- Məhəmməd ibn Əbi Həmzə
- Məhəmməd ibn Füzeyl
- Abbas ibn Amir
- Abdullah ibn Muğeyrə[11]
Ondan rəvayət edənlər
Əyyub ibn Nuhdan hədis nəql edən rəvayətçilərin bəziləri bunlardır:
- Məhəmməd ibn Əli ibn Məhbub Qummi
- Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi Qummi
- Səd ibn Abdullah Əşəri Qummi
- Abdullah ibn Cəfər Himyəri
- Məhəmməd ibn Abdullah ibn Cəfər Himyəri
- Məhəmməd ibn Həsən Səffar Qummi
- Əban ibn Osman Əhməri
- Əli ibn Məhziyar
- Əhməd ibn Məhəmməd ibn Abdullah
- Hüseyn ibn Səid
- Hüseyn ibn Məhəmməd
- Həmdivəyh ibn Nəsir
- Səhl ibn Ziyad Adəmi
- Əli ibn Həsən ibn Fəzzal
- Əli ibn Həsən Ət-Timi
- Əli ibn Məhəmməd
- Məhəmməd ibn Əhməd
- Məhəmməd ibn Əhməd ibn Yəhya
- Məhəmməd ibn Cəfər Əbul-Abbas
- Məhəmməd ibn Həsən
- Məhəmməd ibn Həsən Səffar Qummi
- Məhəmməd ibn Hüseyn
- Məhəmməd ibn Əli ibn Məhbub
- Məhəmməd ibn İsa
- Məhəmməd ibn Musa Əs-Siman
- Məhəmməd ibn Yəhya Əl-Əttar
- Musa ibn Həsən[12]
Ailəsi
Əyyub ibn Nuhun ailəsi Kufədə yaşayırdı və Nəxə qəbiləsi ilə möhkəm əlaqəyə malik idi. Bu səbəbdən ona Nəxəi və ya Məvlən-Nəxə də deyirdilər.[13] Şiə Rical alimləri Əyyubun atası Nuh ibn Dərracı Kufənin qazisi, İmam Sadiqin (ə) və İmam Kazimin (ə) səhabələrindən və əqidəsi doğru hesab etmişlər.[14] Nuhun məzarı Kərbəla ətrafında və ali Məsud qəbiləsinin torpaqlarındakı xurma bağlarının arasında yerləşir.[15] Həmçinin Əyyubun əmisi Cəmil ibn Dərracı siqə (etibar sahibi), vəkil və İmam Sadiqin (ə) səhabələrindən hesab edirlər.[16] Əli Namazi Şahrudinin (şəmsi 1364-cü ildə vəfat edib) “Müstədrəkatu ilmi Ricalil-hədis” kitabında dediyinə görə, Əyyubun oğulları Həsən və Məhəmməd, həmçinin nəvəsi Əhməd ibn Qasim ibn Əyyub hədis ravilərindən olublar.[17]
İstinadlar
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
- ↑ Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331; Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.527
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.2, s.842; Mamaqani, Tənqihul-məqal, Nəcəf, c.1, s.159
- ↑ Namazi Şahrudi, Mustədrəkatu elmir-rical, h.q 1414, c.1, s.714
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263; Rəbbani Səbzivari, Əyyub ibn Nuh
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.264
- ↑ Şüştəri, Qamusur-rical, h.q 1410, c.2, s.242
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
- ↑ Tusi, Ricalu Tusi, h.q 1427, c.1, s.352; İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64; Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331
- ↑ Fəqih Bəhrul-ulum, Ziyarətqahhaye İraq, c.1, s.262
- ↑ İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64; Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331
- ↑ Namazi Şahrudi, Mustədrəkatu elmir-rical, h.q 1414, c.1, s.714
Ədəbiyyat
- Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1403
- İbn Davud Hilli, Həsən ibn Əli ibn Davud, Ricalu İbn Davud, Tehran, Tehran universiteti, h.ş 1342
- Bərqi, Əhməd ibn Məhəmməd, Ricalu Bərqi, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1430
- Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.q 1410
- Rəbbani Səbzivari, Əbül-Həsən, Əyyub ibn Nuh, h.ş 1386
- Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
- Tusi, Məhəmməd ibn Həsən, Ricalu Tusi, Qum, İslami nəşr müəssisəsi, h.q 1427
- Fəqih Bəhrul-ulum, Məhəmməd Mehdi, Ziyarətqahhaye İraq, Tehran
- Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mərifətir-rical, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1404
- Mamaqani, Abdullah, Tənqihul-məqal, Nəcəf
- Nəcaşi, Əhməd ibn Əli, Ricalu Nəcaşi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365
- Namazi Şahrudi, Əli, Mustədrəkatu elmir-rical, Tehran, Şəfəq, h.q 1414