Əyyub ibn Nuh ibn Dərrac

wikishia saytından
Əyyub ibn Nuh ibn Dərrac
KünyəsiƏbul-Hüseyn
LəqəbiNəxəi - Məvlən-Nəxə
Doğum yeriKufə
Yaşadığı yerKufə
Səhabəsiİmam Hadi (ə) - İmam Həsən Əskəri (ə)
Qohum əqrəba arasında tanınmış şəxslərNuh ibn Dərrac (atası) - Cəmil ibn Dərrac (əmisi)
Şöhrət tapmasının səbəbiRəvayət nəql etməsi
Məsumun ravisiİmam Rza (ə) - İmam Cavad (ə) - İmam Hadi (ə) - İmam Həsən Əskəri (ə)
ŞeyxləriMəhəmməd ibn Əbi Ümeyr - Abdullah ibn Sinan - Abdullah ibn Muskan - Həsən ibn Məhbub
Ondan rəvayət edənlərSəd ibn Abdullah Əşəri Qumi - Abdullah ibn Cəfər Himyəri - Əban ibn Osman Əhməri - Məhəmməd ibn Həsən Səffar Qumi...
EtibarıSiqə (mötəbər)
Önəmli işləriİmam Hadinin (ə) və İmam Həsən Əskərinin (ə) vəkili
Başqa fəaliyyətləriMəzhəbi şiədir


Əyyub ibn Nuh ibn Dərrac Nəxəi Kufi (ərəbcə: أيوب بن نوح بن دراج نَخَعی کوفی) hicri 3-cü əsrin imami fəqihi və mühəddisidir. O, İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə)İmam Əskəridən (ə) rəvayət nəql etmişdir. Əyyub İmam Hadi (ə) və İmam Əskərinin (ə) vəkili idi və bu iki imamın yanında xüsusi mövqeyə malik olub. Rical alimləri onu pərhizkar və çox ibadət edən bir insan hesab edirdilər. Əyyubun atası Nuh ibn Dərrac İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən biri və Kufə qazısı idi. Həmçinin deyilib ki, Əyyubun əmisi Cəmil ibn Dərrac etibarlı bir şəxs, İmam Sadiqin (ə) vəkil və səhabələrindən biri idi.

Rical alimləri baxımından mövqeyi

Əbülhüseyn ləqəbli imami fəqih və mühəddis Əyyub ibn Nuh ibn Dərrac Nəxəi Kufə şəhərində anadan olub.[1] Şiə Rical alimlərinin dediyinə görə, Əyyub ibn Nuh dörd məsum İmam (ə), yəni İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə)İmam Həsən Əskərinin (ə) səhabəsi idi və onlardan rəvayət nəql etmişdir.[2] Nəcaşi və Kəşşi onu əmanətdar, vəkil və İmam Hadi (ə) və İmam Əskəri (ə) yanında xüsusi mövqeyə malik bir şəxs bilirlər.[3] Həmçinin onun İmam Hadi (ə) ilə yazışmalarının olduğunu da nəql etmişlər.[4] Nəcaşinin dediyinə görə, Əhməd ibn Məhəmməd Bərqi “Nəvadir” kitabını Əyyub ibn Nuha aid etmişdir.[5] Məsum İmamın (ə) ziyarətinin savabı haqqında, həmçinin təharət, təlaq, namaz, nikahirs kimi fiqh fəsillərində ondan rəvayətlər nəql olunmuşdur.[6] Ayətullah Xoinin (şəmsi 1371-ci ildə vəfat edib) dediyinə görə, 251 rəvayətin sənədində Əyyubun adı çəkilmişdir.[7] Şiə Rical alimlərindən Nəcaşi, Kəşşi, Tusi və Bərqi onu siqə (etibarlı) hesab edirlər.[8]

İmam Həsən Əskəridən (ə) gələn bir rəvayətə görə Əyyub cənnət əhlidir.[9] Nəcaşinin dediyinə görə o, təqvalı və çox ibadət edən bir şəxs idi.[10]

Məşayix (hədis nəql etdiyi şəxslər)

Əyyub ibn Nuh aşağıdakı şəxslərdən hədis nəql etmişdir:

Ondan rəvayət edənlər

Əyyub ibn Nuhdan hədis nəql edən rəvayətçilərin bəziləri bunlardır:

Ailəsi

Əyyub ibn Nuhun ailəsi Kufədə yaşayırdı və Nəxə qəbiləsi ilə möhkəm əlaqəyə malik idi. Bu səbəbdən ona Nəxəi və ya Məvlən-Nəxə də deyirdilər.[13] Şiə Rical alimləri Əyyubun atası Nuh ibn Dərracı Kufənin qazisi, İmam Sadiqin (ə)İmam Kazimin (ə) səhabələrindən və əqidəsi doğru hesab etmişlər.[14] Nuhun məzarı Kərbəla ətrafında və ali Məsud qəbiləsinin torpaqlarındakı xurma bağlarının arasında yerləşir.[15] Həmçinin Əyyubun əmisi Cəmil ibn Dərracı siqə (etibar sahibi), vəkil və İmam Sadiqin (ə) səhabələrindən hesab edirlər.[16] Əli Namazi Şahrudinin (şəmsi 1364-cü ildə vəfat edib) “Müstədrəkatu ilmi Ricalil-hədis” kitabında dediyinə görə, Əyyubun oğulları Həsən və Məhəmməd, həmçinin nəvəsi Əhməd ibn Qasim ibn Əyyub hədis ravilərindən olublar.[17]

İstinadlar

  1. Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
  2. Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331; Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.527
  3. Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.2, s.842; Mamaqani, Tənqihul-məqal, Nəcəf, c.1, s.159
  4. Namazi Şahrudi, Mustədrəkatu elmir-rical, h.q 1414, c.1, s.714
  5. Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
  6. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263; Rəbbani Səbzivari, Əyyub ibn Nuh
  7. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
  8. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.264
  9. Şüştəri, Qamusur-rical, h.q 1410, c.2, s.242
  10. Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102
  11. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
  12. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.263
  13. Tusi, Ricalu Tusi, h.q 1427, c.1, s.352; İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64
  14. Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64; Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331
  15. Fəqih Bəhrul-ulum, Ziyarətqahhaye İraq, c.1, s.262
  16. İbn Davud Hilli, Ricalu İbn Davud, h.ş 1342, s.64; Nəcaşi, Ricalu Nəcaşi, h.ş 1365, c.1, s.102; Bərqi, Ricalu Bərqi, h.q 1430, c.1, s.331
  17. Namazi Şahrudi, Mustədrəkatu elmir-rical, h.q 1414, c.1, s.714

Ədəbiyyat

  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1403
  • İbn Davud Hilli, Həsən ibn Əli ibn Davud, Ricalu İbn Davud, Tehran, Tehran universiteti, h.ş 1342
  • Bərqi, Əhməd ibn Məhəmməd, Ricalu Bərqi, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1430
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.q 1410
  • Rəbbani Səbzivari, Əbül-Həsən, Əyyub ibn Nuh, h.ş 1386
  • Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalu Tusi, Qum, İslami nəşr müəssisəsi, h.q 1427
  • Fəqih Bəhrul-ulum, Məhəmməd Mehdi, Ziyarətqahhaye İraq, Tehran
  • Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mərifətir-rical, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1404
  • Mamaqani, Abdullah, Tənqihul-məqal, Nəcəf
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalu Nəcaşi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365
  • Namazi Şahrudi, Əli, Mustədrəkatu elmir-rical, Tehran, Şəfəq, h.q 1414