Meyyit qüslu
- Bu məqalə meyyit qüslu haqqındadır. Ölü bir adama toxunmaq qüslu ilə tanış olmaq üçün "Məss-meyyit qüslu" (ölü bir adama toxunmaq) məqaləsinə baxın.
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Meyyit qüslu (ərəbcə: غسل الميت) vacib qüsllardan biridir ki, müsəlmanın meyyitini xüsusi qaydalarla yumağa işarə edilir. Bu qüsldə ölü üç dəfə sidrlə, kafurla qarışdırılmış və pak su ilə yuyulmalıdır. Əgər sidr və kafur yoxdursa, meyyitə xalis su ilə qüsl verilməlidir. Əgər su ilə də qüsl vermək mümkün deyilsə, Təyəmmümlə qüsl vermək lazımdır.
Dörd aylıq və yaşı daha çox olan meyyitə qüsl vermək vacibdir. Əlbəttə ki, şəhid bu hökmdən istisnadır və o, qüsl verilmədən dəfn olunur.
Meyyitə qüsl vermək kifai vacibdir və bunun müqabilində muzd almaq haramdır.
Mövzunun əhəmiyyəti
Meyyit qüslü müsəlmanın vəfatından sonra başqalarının ona qüsl verməli olması kifai vaciblərdəndir. Onu qüsl verməmişdən əvvəl dəfn etmək olmaz.[1] Buna görə də adətən qəbiristanlıqlarda ölülərə qüsl vermək üçün yer ayrılır[2] ki, ora "Qəssalxana"[3] deyirlər. Ölüləri qüsl edənə isə qəssal və ya ölü yuyan deyirlər.[4]
Hədis və fiqh kitablarında bu bəhs ölülərin hökmləri haqqındakı fəsildə qeyd edilmişdir.[5] "Vəsailuş-Şiə" kitabında meyyit qüslu fəslində ölülərin qüsl edilməsi haqqında 175 hədis nəql edilmişdir.[6] Rəvayətlərdə meyyitə qüsl vermək odun hərarətinin qüsl edəndən uzaqlaşmasına və cənnətə daxil olmaq üçün nurun ona yoldaşlıq etməsinə səbəb olduğu bildirilir.[7] Həmçinin İmam Baqirdən (ə) nəql edilən rəvayətə əsasən, mömin meyyitə qüsl vermək qüsl verən şəxsin bir illik böyük olmayan günahlarının bağışlanmasına səbəb olur.[8]
Meyyit qüsldən əvvəl nəcisdir, ona görə də soyuduqdan sonra ona toxunmaq məss-meyyit qüslunun vacib olmasına səbəb olur. Lakin meyyitə qüsl verildikdən sonra meyyitin nəcasəti aradan gedir və meyyitə toxunmaq məss-meyyit qüslunun vacib vacib olmasına səbəb olmur.[9]
Meyyit qüslunun necəliyi
Ana bətnindən siqt (qadının uşaq salması) olan cəninə dörd aylıqdan əvvəl meyyit qüslu verilməsinə ehtiyac yoxdur. Əgər ana bətnindəki cəninin dörd aylığı tamam olubsa, ona mütləq meyyit qüslu verilməlidir.[10]
Mərcəyi-təqlidlərin fətvasına əsasən, yə üç dəfə aşağıdakı ardıcıllıqla qüsl verilməlidir: Sidrlə qarışdırılmış su ilə, kafurla qarışdırılmış su ilə və xalis su ilə. Meyyit qüslündə də niyyətdən sonra digər qüsllər kimi əvvəlcə meyyitin baş və boyunu, sonra sağ tərəfi, sonra isə sol tərəfi yuyulmalıdır.[11]
Əgər sidr və ya kafur yoxdursa, meyyiti adi su ilə qüsl etmək lazımdır. Lakin bir qüsl kifayət olması, yoxsa üç qüslun verilməsi barədə fikir ayrılığı vardır.[12] Həmçinin meyyitə su ilə qüsl vermək mümkün olmadıqda, təyəmmümlə qüsl verilməlidir. Lakin bu halda təyəmmümün də qüsl kimi üç dəfə verilməsi lazımdır və ya bir dəfə kifayətdir, ixtilaf vardır.[13]
Müharibə meydanında şəhid olan şəxsin meyyit qüslu yoxdur
Şiə fəqihlərinin fikrinə əsasən, müharibə meydanında şəhid olan şəxsə meyyit qüslu verilməz.[14] Lakin müharibədə yaralanan və müharibə bitdikdən sonra şəhid olan şəxsə qüsl vermək lazımdır.[15]
Digər hökmlər
Qüsl verən müsəlman, on iki imamçı şiə, həddi-büluğa çatmış və ağıl sahibi olmalıdır.[16] Həmçinin kişi meyyitə kişi, qadın meyyitə isə qadın qüsl verməlidir.[17] Əlbəttə ki, bir-birlərinə məhrəm olanlar və ər-arvad bu hökmdən istisna olublar. Baxmayaraq ki, ehtiyata əsasən, onlar da eyni cinsdən olmadıqda bir-birlərinə paltarlarının altından qüsl verməlidirlər.[18]
- Əksər mərcəyi-təqlidlərin fətvalarına əsasən, meyyitin qüslü üçün muzd almaq haramdır. Bəzilərinin fətvasına görə, bu iş (qürbət) yaxınlıq niyyəti ilə uyğun gəlməsə, qüslu da batil hesab edirlər. Əlbəttə ki, ilkin iş və təmizlik üçün əmək haqqı almaq caizdir.[19]
- Ölümə məhkum edilmiş şəxs edam edilməmişdən əvvəl özü meyyit qüslu versə, sonra ona qüsl vermək lazım deyil.[20]
- Meyyit qüslunü irtimasi formada vermək düzgün deyil.[21]
- Qüsldan əvvəl meyyit nəcasətlərdən təmizlənməlidir. Əlbəttə, bəziləri bədənin hər bir nahiyəsinə qüsl veməzdən əvvəl onu təmizləməyin kifayət etdiyini bildirirlər.[22]
- Meyyitə qüsl verən şəxs onun vəlisindən icazə almalıdır.[23]
- Kafirə meyyit qüslu vermək caiz deyil.[24]
İmamların (ə) qüslu
Bəzi hədislərə görə, hər imama yalnız ondan sonrakı imam tərəfindən qüsl verilir.[25] Hədis kitablarında "İmamdan başqa imam ona qüsl verməz" başlığı ilə fəsil bu mövzunun hədislərinə həsr edilmişdir.[26] İmam Mehdinin (ə.f) vəfatından sonra İmam Hüseyn (ə) ricət edib o həzrətin cənazəsinə qüsl verər və namaz qılar.[27]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Təbatəbai Yəzdi, Əl-ürvətul-vusqa, h.q 1419, c.2, s.30
- ↑ غسالخانهBəhrami, Ğəssalxane
- ↑ Dəhxoda, Lüğətname, Mordeşurxane kəlməsi
- ↑ Dəhxoda, Lüğətname, Mordeşur sözü
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.2, s.477-544
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.2, s.477-544
- ↑ Şeyx Mufid, Əl-ixtisas, h.q 1413, s.40
- ↑ Şeyx Səduq, Səvabul-əmal və iqabul-əmal, h.q 1406, s.195
- ↑ Təbatəbai Həkim, Mustəmsəkul-urvətul-vusqa, Daru ehyait-terasil-ərəbi, C.1, S.336
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.32
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.46-47
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, Muəssisətun-nəşril-İslami, c.3, s.455
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419,c.2, s.47
- ↑ Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.399
- ↑ Əllamə Hilli, Nəhayətul-Əhkam, h.q 1419, c.2, s.235
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.38-39
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.32
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.33-35
- ↑ Bəni Haşimi Xomeyni, Tozihul-məsail Mərace, Dəftəre nəşre İslami, c.1, s.222-223
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.41
- ↑ Xoyi, Muəssisətul-İmamil-Xoyi, Muəssisətu ehyai asaril-İmamil-Xoyi, c.9, s.9
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.47
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.22
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vusqa, h.q 1419, c.2, s.30
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.1, s.384
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.1, s.384
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.8, s.206
Ədəbiyyat
- Bəhrani, Yusub ibn Əhməd, Əl-hədaiqun-nazirə fi əhkamil-itrətit-Tahirə, Düzəliş: Muhəmməd Təqi İrəvani, Qum, Muəssisətun-nəşril-İslami
- Bəni Haşimi Xomeyni, Muhəmməd Həsən, Risalə Tozihul məsaile mərace, Qum, Dəftəre nəşre İslami
- Bəhrami, Fereşte, «غسالخانه», Dər dayrətul-məarife bozorqe İslami
- Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Muəssisətu Alil-Beyt, h.q 1409
- Xoyi, Seyyid Əbul-Qasim, Muəssisətul-İmamil-Xoyi, Muəssisətu ehyai asaril-İmamil-Xoyi
- Dəhxoda, Əli Əkbər, Lüğətname, Tehran, Enteşarate daneşqahe Tehran, h.ş 1377
- Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, Konqreye cəhani bozorqdaşte Şeyxe Əzəm Ənsari, h.q 1415
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Qum, Daruş-şərifir-riza lin-nəşr, 2-ci çap, h.q 1406
- Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-ixtisas, Düzəliş: Əli Əkbər Ğəffari və Məhmud Muhərrəmi, Qum, Əl-mutəmərul-aləmi lə-əlfiyyətiş-Şeyx Mufid, h.q 1413
- Təbatəbai Həkim, Seyyid Möhsin, Mustəmsəkul-urvətul-vüsqa, Daru ehyait-terasil-ərəbi
- Təbatəbai Yəzdi, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vüsqa, Qum, Darut-təfsir, İsmailiyan, 5-ci çap, h.q 1419
- Əllamə Hilli, Həsən ibn Yusuf, Nəhayətul-əhkam fi mərifətil-əhkam, Qum, Muəssisətu Alil-Beyt, h.q 1419
- Kuleyni, Muhəmməd ibn Yəqub, Əl-kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407