İmam Hüseynə (ə) ağlamaq

wikishia saytından
(Hüseyn (ə) üçün göz yaşı tökmək səhifəsindən yönləndirilmişdir)
İmam Hüseyn (ə) əzasında ağlamaq

İmam Hüseynə (ə) ağlamaq (ərəbcə: البكاء على الحسين(ع)), şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin (ə) və onun səhabələrinin məzlumiyyət və müsibətlərinə ağlamaqdır. İmamların (ə) hədislərində buna xüsusi diqqət yetirilir və onun üçün günahların bağışlanması və cənnət kimi savablardan bəhs edilir. Bəzi rəvayətlərdə mələklərinpeyğəmbərlərin də İmam Hüseynin (ə) müsibətinə ağladıqları qeyd olunur.

Şiə alimləri İmam Hüseynə (ə) ağlamağa təkid etmələrinin səbəbini azadlıq məktəbinin və zülmə qarşı mübarizənin daim yaşaması hesab ediblər. Həmçinin onun faydaları İmam Hüseynə (ə) məhəbbət bildirmək, ona və onun şəhadət arzusu kimi ideallarına beyəti yeniləmək olduğunu bildirib və bu işi İslamın yaşam səbəbi hesab ediblər.

Əhli-beyt (ə), İmamın (ə) əzadarlığında ağlamaqdan əlavə, ağlatmağı və təbakanı (yəni özünü ağlamağa vurmağı) da tövsiyə edib və bu əməllər üçün savablar da qeyd ediblər.

İmam Hüseynə (ə) ağlamağın fəziləti

İmam Rza (ə):

یَا ابْنَ شَبِیبٍ إِنْ کُنْتَ بَاکِیاً لِشَیْءٍ فَابْکِ لِلْحُسَیْنِ بْنِ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ(ع) فَإِنَّهُ ذُبِحَ کَمَا یُذْبَحُ الْکَبْشُ وَ قُتِلَ مَعَهُ مِنْ أَهْلِ بَیْتِهِ ثَمَانِیَةَ عَشَرَ رَجُلًا مَا لَهُمْ فِی الْأَرْضِ شَبِیهُون‏

Ey Şəbibin oğlu, əgər hər hansı bir şeyə ağlamaq istəsən, o zaman Huseyn ibn Əli ibn Əbi-Talibə ağla. Çünki onun başı qoçun başı kəsildiyi kimi kəsilib. Onunla birgə Əhli-beytindən yer üzərində tayı-bərabəri olmayan on səkkiz nəfər qətlə yetirilib.

İmam Hüseynə (ə) ağlamaq, Kərbəla hadisəsində İmam Hüseyn (ə) və onun səhabələrinin başına gələn məzlumiyyət və müsibətlərə ağlamaqdır.[1]

Bu işin fəziləti ilə bağlı Həzrət Peyğəmbər (s) və o Həzrətin Əhli-beytindən (ə) bir çox hədislər nəql olunmuşdur ki, burada İmam Hüseynin (ə) çəkdiyi müsibətlərinə ağlamaq vurğulanır[2] və bunun üçün bir çox savablar qeyd olunur:[3]

Şiə mühəddislərindən olan Şeyx Səduq, Rəyyan ibn Şəbibdən nəql edir ki, o, Məhərrəm ayının birinci günü İmam Rzanın (ə) hüzuruna getdi və o Həzrət, babasının çəkdiyi müsibətləri xatırlayaraq buyurdu: “Ey Şəbibin oğlu, əgər Hüseynə (ə) ağlasan və göz yaşların yanaqlarına süzülüb axsa, Allah etdiyin böyük və ya kiçik, az və ya çox günahlarını bağışlayar”.[4]

İmam Sadiqdən (ə) rəvayət olunur ki, Əli ibn Hüseyn (ə) atasının müsibətinə görə iyirmi il ağladı və hər dəfə qabağına yemək qoyulanda ağlayırdı.[5] Bəzi rəvayətlərdə deyilir ki, mələklər, peyğəmbərlər, yer və göy, səhra və dəniz heyvanları da İmam Hüseynin (ə) matəminə ağladılar.[6]

Həmçinin “Kamiluz-ziyarat” kitabında İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Hüseyn (ə) üçün göz yaşı tökmək milçək qanadı boyda olsa belə, onun üçün Allah yanında savab nəzərdə tutular. Habelə o bu iş üçün  cənnətdən aşağı bir şeyə razı olmaz.[7]

Əlbəttə ki, belə böyük savablardan bəhrələnməyin şərtini İmam Hüseynə (ə) və onun hədəflərinə etiqad və mərifət tapmaq[8] və həmçinin ilahi halalharamlara[9] əməl etmək biliblər.

İmam Hüseyn (ə) üçün ağlamağa tövsiyə edilməsinin səbəbi

Şiə alimlərindən olan Şəhid Mürtəza Mütəhhəri imamların (ə) İmam Hüseyn (ə) üçün ağlamağa çoxlu təkid etmələrinin səbəbinin bu olduğunu bildirir ki, onlar İmam Hüseynin (ə) qiyamının, azadlıq məktəbinin və o Həzrətin zülm ilə mübarizəsinin əbədi olaraq yaşamasını istəyirdilər. Onun sözlərinə görə, imamların bu əmri onların dövründə canlı və inqilabi bir cərəyanın yaranmasına səbəb olmuş və İmam Hüseynin (ə) adı zülmə qarşı inqilabın şüarına çevrilmişdir.[10]

Həmçinin İmam Hüseyn (ə)Kərbəla şəhidləri üçün ağlamağı Aşuraşəhadət mədəniyyəti ilə beyətin təzələnməsi və bu məktəbin vasitəsi ilə əqli və mənəvi qidalanmaq biliblər. Habelə deyiblər ki, bu ağlamaq Əhli-beyt (ə) ilə qəlb əlaqəsinin göstəricisi və İmam Hüseyn (ə) ilə bir növ məhəbbət və sədaqət müqaviləsidir.[11] İmam Xomeyni (r.ə) İmam Hüseyn (ə) üçün ağlamağı və əzadarlıq etməyi İslamı qoruyub saxlamaq üçün səbəb kimi təqdim etmişdir.[12]

Ağlatmaq və təbaka (özünü ağlamaqlığa vurmaq)

Şiə imamları (ə) İmam Hüseyn (ə) üçün ağlamaqdan əlavə, ağlatmağı və təbakanı (özünü ağlamaqlığa vurmağı) da tövsiyə etmiş və bunun üçün savablar qeyd ediblər. Şeyx Səduq İmam Rzadan (ə) nəql edir: “Hər kim bizim [Əhli-beytin (ə)] müsibətimizi yada salıb ağlasa və ağlatsa, gözlər ağlayacağı gün [Qiyamət günü] onun gözləri ağlamaz”.[13] Həmçinin İmam Baqir (ə)İmam Sadiqdən (ə) də nəql olunmuşdur: “Hər kim [Hüseynin (ə) əzadarlığında] ağlasa və ya başqasını hətta bir nəfər belə olsa, ağlatsa, ona behişti zəmanət veririk və hər kim ki, ağlamağı gəlməsə, amma özünü əzadar kimi göstərsə, həmin savaba sahib olacaq”.[14]

14-cü əsrin alimlərindən olan Şeyx Abbas Qumminin dediyinə görə, təbakadan (özünü ağlamaqlığa vurmaqdan) məqsəd riya ikiüzlülük deyil. Çünki İmam Hüseyn (ə) üçün ağlamaq ibadətdir və ibadətdə riya caiz deyil.[15] Təbaka, özünü ağlayanlara bənzətmək onlarla birlikdə olmaq məsədi ilə həyat keçirilir.[16] Bir halda ki, riyanı özlərini başqalarına nümayiş etdirmək üçün yaxşılığa təzahür edirlər.[17]

İstinadlar

  1. Tarixşünaslardan bir qrup, Tarixe qiyam və məqtəle came Seyyidüş-Şühəda, h.ş 1395, c.2, s.323
  2. Şeyx Səduq, Əl-Əmali, h.q 1376, s.130; Məclisi, Biharul-ənvar, h.q 1403, c.44, s.278
  3. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.14, s.501
  4. Şeyx Səduq, Əl-Əmali, h.q 1376, s.129 və 130
  5. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.ş 1378, c.4, s.165
  6. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.218-220
  7. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.100, hədis 3
  8. https://www.makarem.ir/maaref/fa Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet saytı
  9. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.14, s.334
  10. Mütəhhəri, Məcmue asar, Sədra nəşri, c.25, s.338
  11. Mühəddisi, Fərhənge Aşura, h.q 1417, s.382
  12. Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.8, s.527 və 529
  13. Şeyx Səduq, Əl-Əmali, h.q 1376, s.73
  14. İbn Nəma, Musirul-əhzan, h.q 1406, s.14
  15. Qumi, Muntəhul-amal, h.ş 1379, c.2, s.1060
  16. مبانی قرآنی گریه برای امام حسین (ع) (farsca)
  17. Qərəşi, Qamuse Quran, h.ş 1371, c.3, s.30

Ədəbiyyat

  • İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, 1-ci çap, h.ş 1378
  • İbn Qulaveyh, Cəfər ib Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, 1-ci çap, h.ş 1356
  • İbn Nəma, Cəfər ibn Məhəmməd, Musirul-əhzan, İmam Mehdi (ə.f) mədrəsəsi, Qum, 3-cü çap, h.q 1406
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, 5-ci çap, h.ş 1389
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.q 1376
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.ş 1371
  • Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, 1-ci çap, h.ş 1379-ci il
  • Tarixşünaslardan bir qrup, Mehdi Pişvayinin nəzarəti altında, Tarixe qiyam və məqtəle came Seyyidüş-Şühəda, Qum, İmam Xomeyni müəssisəsi, 1-ci çap, h.ş 1395
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, Məruf nəşri, 2-ci çap, h.q 1417
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin (ə), Tehran, 1-ci çap, h.ş 1386