Kutubud dəlal
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Kutubud dəlal (ərəbcə: كتب الضلال) və ya azdırıcı kitablar oxucuların azmasına səbəb olan yazılara deyilir. Bəzi fəqihlər azdırıcı olmasında əlavə, azdırmaq məqsədilə yazılan yazıların "kutubu dallə" olduğunu bildirirlər. Kutubu dallə təkcə kitablara şamil olmur, əksinə azdırıcı məqalə, məktub, qəzet və jurnallara da şamil olur. Həmçinin "daləl" (zəlalət və azğınlıq) yalnız etiqadi azğınlıq deyil, şəri hökmlərə də şamil olur.
Azdırıcı kitablar məsələsini Şeyx Mufid şiə fiqhinə daxil edib. Ondan sonra digər fəqihlərin kitablarına yol taparaq şəri hökmləri araşdırılıb. Şiə fəqihlərinin fətvalarına əsasən, məlumatlarından haqqın sübut olunması və batilin rədd olunması üçün istifadədən başqa, azdırıcı kitabların saxlanılması, alışı və satışı, kopyalanması və nəşr olunması, oxunması və təlimi haram, onların aradan aparılması vacibdir.
Fiqhi tərifi
"Kutubu dallə" yaxud "kutubu daləl" ümumi mənada oxucuların azmasına səbəb olan yazılara deyilir.[1] Amma fiqh kitablarında bundan fərqli təriflər də deyilib: Bəzi fəqihlər elə bu ümumi mənanı seçiblər.[2] Bir qrup alim onların azdırmaq məqsədilə yazılan kitablar olduğunu bildiriblər. [3] Digərlərinin fikrincə isə, azdırıcı kitablar həm azdırmaq məqsədilə yazılan, həm də azdırıcı olan kitablardır.[4]
"Kutubu daləl" ifadəsindəki "kutub" (kitablar) sözü hər bir yazıya şamil olur; istər adi mənada kitab olsun, istərsə də məqalə və məktub mənasında.[5]
Məsələnin tarixi və əhəmiyyəti
Bəzi tədqiqatçıların sözlərinə əsasən, "azdırıcı kitablar" ifadəsi ilk dəfə olaraq Şeyx Mufid tərəfindən "əl-Muqniə"[6] kitabında "küfr kitabları" və "azdırıcı kitablar" başlığı altında bəyan olunub.[7] Ondan sonra digər fəqihlər, o cümlədən Şeyx Tusi,[8] İbn Bərrac,[9] İbn İdris[10] və Əllamə Hilli[11] bu iki ünvanı işlədiblər.
"Kutubu dallə" yaxud "kutubu daləl" ünvanları daha çox işləndiklərinə görə,[12] tədricən fiqhi əsərlərdə, xüsusən də müasir fiqhi əsərlərdə yer almışdır.[13]
Fiqh kitablarında azdırıcı kitablar və onunla bağlı hökmlər barəsində müstəqil şəkildə söhbət olunmayıb. Əksinə, ticarət, vəqf, icarə, vəsiyyət və ariyə fəsillərindəki bəhslər arasında o haqda danışılıb. Şeyx Ənsari "əl-Məkasib" kitabında" haram olduqlarına görə, onlarla gəlir əldə edilməsi haram olan şeylər" başlıqlı yazının bir hissəsində "azdırıcı kitabların qorunub-saxlanılması" adlı bölmə təqdim etmişdir.[14]
Azğınlıq hansı sahələrdə və kimlər üçün ?
Fəqihlərin fətvalarına görə, azğınlıq həm məzhəbin beş əslinə, həm də şəri hökmlərə şamil olur; yəni, məzhəb əsilləri yaxud şəri hökmlər zəminində azğınlığa səbəb olan hər bir kitab azdırıcı kitab hesab edilir.[15] Həmçinin Ayətullah Müntəziri yazmışdır ki, azğınlıqdan məqsəd oxucuların çoxunun azmasıdır; yəni, əgər bir nəfər bir kitabı oxumaqla azarsa, bu o demək deyil ki, o kitab azdırıcı kitabdır. Çünki, bütün kitablar, hətta Quran və hədis kitabları da sadə, məlumatsız insanlar üçün azdırıcı ola bilər.[16]
Azdırıcı olmağın nümunələri
Fiqhi yazılarda azdırıcı kitablar üçün nümunələr qeyd olunub. Amma bu sahədə fəqihlər arasında fikir ayrılığı mövcuddur. Məsələn, Əllamə Hilli (648-726 q.), Mühəqqiq Kərəki (vəfatı: 940 q.) təhrif olunduqlarına görə, Tövrat və İncili azdırıcı kitablar sayıblar.[17] Amma Şeyx Ənsarinin inancına görə, bu kitabların nəsx olunması müsəlmanlara bəllidir. Buna görə də, onların azmasına səbəb olmaz.[18]
Həmçinin şiənin əxbari alimlərindən olan Şeyx Bəhrani (1107-1186 q.) Əhli-sünnənin üsuli-fiqh elmində yazdıqlarını və Əhli-sünnəyə tabe olan şiə alimlərinin üsuli-fiqh elmindəki bəzi yazılarını azdırıcı kitablardan saymışdır. Amma "Miftahul- Kəramət" kitabının müəllifi Seyid Cavad Amili (1160-1226 q.) Bəhraninin bu sözünü azğınlıq nümunəsi sayıb.[19]
Şeyx Ənsari də yazıb: Azdırıcı kitabların qorunub-saxlanılmasının haram olmasına dair dəlillər yalnız azğınlığa səbəb olan kitablara şamil olur və şiələrə müxalif olanların kitablarının bir çoxu belə deyil.[20] O, yalnız, Əhli-sünnənin, məcburiyyətin sübütu və xəlifələrin üstünlüyünün sübutu kimi etiqadaları özündə ehtiva edən kitablarını azdırıcı kitablara nümunə hesab edib.[21] Bəzi fəqihlər də deyiblər ki, məlumatları haqq olsa belə, azğınlığa səbəb olan fəlsəfə və irfan kitabları azdırıcı kitablara nümunədirlər.[22] Müasir təqlid müctəhidlərindən olan Ayətullah Məkarim Şirazi və Ayətullah Safi Gülpəyqani pozğunluq və pisliyi özündə ehtiva edən, cəmiyyətdə fəsad və azğınlığa səbəb olan qəzet və jurnalları azdırıcı kitablardan sayıblar.[23]
Hökmləri
Fəqihlərin fikrincə, azdırıcı kitabları aradan aparmaq vacibdir.[24] Azdırıcı kitablarla bağlı aşağıdakı bəndlər də haramdır:
- Azdırıcı kitabların saxlanılması və onların vasitəsilə gəlir əldə edilməsi;[25]
- Kopyalanması və nəşr olunması;[26]
- Azdırıcı kitabların nəşri və yayılması üçün mal bağışlanması;[29]
- Bu kitabların cildlənməsi və səhifələnməsi üçün pul alınması.[31]
Fəqihlərin fətvalarına əsasən, bacarığı olan və onun vasitəsiylə haqqın sübut olunması, batilin rədd edilməsi ilə məşğul olan şəxsə (azdırıcı kitabları) oxumaq, öyrənmək və öytərmək haram deyil.[32] Həmçinin Ayətullah Vəhid Xorasaninin fətvasına əsasən, azdırıcı kitabların alışı və satışı azma ehtimalı verdiyimiz təqdirdə haramdır.[33]
Fərqli fətva
Ayətullah Müntəzirinin fikrincə, günümüzdə çap və nəşriyyat vasitələri inkişaf etdiyindən, bir kitabı yox etmək nəinki onun məhv olmasına səbəb olur, əksinə insanların ona olan diqqət və rəğbətini artırır. Həmçinin xurafat və təxəyyülləri özündə ehtiva etdiyinə görə, azdırıcı kitabların saxlanılması və nəş olunmasının özü, bu kitablardakı məlumatların batil olmasına səbəb olur. Buna görə də onların saxlanılması haram olmayıb, onları aradan aparmaq da vacib deyil.[34]
Fiqhi dəlilləri
Fəqihlər azdırıcı kitablarla bağlı hökmləri ələ gətirmək üçün dörd dəlilə istinad ediblər: Quran ayələri, o cümlədən Loğman surəsinin 6-ci ayəsi[35] və Həcc surəsinin 30-cu ayəsi,[36] "Tuhəful-uqul" kitabında[37] [38] İmam Sadiqdən (ə) nəql olunan hədis kimi hədislər, icma,[39] fəsadın kökünün kəsilməsi[40] və ehtimal olunan zərərin dəf olunması kimi əqli dəlillər.[41]
Fəqihlər arasında Yusif ibn Əhməd Bəhrani (1107-1186 q.) azdırıcı kitabların saxlanılmasının haram olması və onları aradan aparmağın vacib olması hökmündə şəkk edib. Onun fikrincə, bu hökmlər üçün şəri dəlil yoxdur.[42]
İran qanunlarında azdırıcı kitablar
İran qanunlarında ilk dəfə olaraq 1906-cı ildə Məşrutə dönəminin konstitusiya dəyişikliyində "azdırıcı kitablar" ifadəsi işlənmişdir. [43] Bu qanunun 20-ci bəndində mətbuat və nəşriyyat azadlığı ilə əlaqədar olaraq deyilir: "Azdırıcı kitablar və nurani dinə zərər yetirən materiallar istisna olmaqla, bütün mətbuat azaddır və onlarda audit qadağandır."[44]
İİR-nın Konstitusiyasının 24-cü bəndində "azdırıcı kitablar" başlığı qeyd olunmadan deyilir ki, "nəşriyyat və mətbuat İslam əsaslarına və ümumi hüquqlara zərər yetirən materiallardan başqa digər məlumatları bəyan etməkdə azaddır.[45]
Azdırıcı kitablar və söz azadlığı
"Azdırıcı kitablar"-la bağlı fiqhi hökmlərin bəzilərini söz, fikir və tədqiqat azadlığına zidd hesab ediblər.[46] Bu şübhəyə belə cavab veriblər ki, İslam dini insanları elm axtarışına və elm əldə etməyə təşviq etmiş, söz və fikir azadlığına qarşı olmamışdır. Amma cəmiyyətin fikri və etiqadi baxımdan sağlamlığına da diqqət etmiş, cəmiyyətdə etiqadi və əxlaqi azğınlıqların qarşısını almaqdan ötrü, söz və fikir sahəsindəki azadlığın əhatə dairəsini müəyyən etmişdir.[47]
İstinadlar
- ↑ Qorci, Kutube dəlal; Didqahe fiqhi və hüquqi, s.45-46
- ↑ Qorci, Kutube dəlal; Didqahe fiqhi və hüquqi, s.46; Müntəziri, Dirasətun fil-məkasibil-muhərrəmə, h.q 1415, c.3, s.99; Sübhani, Əl-Məvahib, h.q 1416, c.1, s.443
- ↑ Ruhani, Minhacul-fəqahət, h.q 1429, c.1, s.443
- ↑ Xoyi, Misbahul-fəqahət, h.q 1429, c.1, s.401
- ↑ Qorci, Kutube dəlal; Didqahe fiqhi və hüquqi, s.46
- ↑ Şeyx Mufid, əl-Muqniə, h.q 1410, s.588-589
- ↑ Sanei, Hurriyyətul-elamil-fikr, s.59
- ↑ Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.367
- ↑ İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.1, s.314-345
- ↑ İbn İdris, Əs-Sərair, h.q 1410, c.2, s.225
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.9, s.127 və c.12, s.143; Əllamə Hilli, Muntəhul-mətləb, h.q 1316, c.2, s.1020
- ↑ Sanei, Hurriyyətul-elamil-fikr, s.59
- ↑ Xoyi, İstiftaat, c.1, s.260; Sistani, Minhacus-salihin, h.q 1414, c.2, s.14; Fəyyaz, Minhacus-salihin, c.2, s.113; Fazil Lənkərani, Cameul-məsail, h.ş 1383, c.1, s.592; Təbatəbai Qumi, Məbaniyu minhacis-salihin, h.q 1426, c.7, s.288
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ Müntəziri, Dirasətun fil-məkasibil-muhərrəmə, h.q 1415, c.3, s.99-100; Xoyi, Misbahul-fəqahət, h.q 1429, c.1, s.401
- ↑ Müntəziri, Dirasətun fil-məkasibil-muhərrəmə, h.q 1415, c.3, s.99
- ↑ Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.4, s.26
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.235-236
- ↑ Hüseyni Amili, Miftahul-kəramət, h.q 1426, c.12, s.209
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.236-237
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.237
- ↑ Ruhani, Minhacul-fəqahət, h.q 1429, c.1, s.343
- ↑ Məkarim Şirazi, İstiftaat, h.q 1427, c.2, s.265; Safi Qolpayqani, Hidayətul-ibad, h.q 1416, c.1, s.293
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.127
- ↑ Şeyx Mufid, əl-Muqniə, h.q 1410, s.589; Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.12, s.143; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.22, s.56; Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.365; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s. 127; Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.4, s.26; Hüseyni Amili, Miftahul-kəramət, h.q 1426, c.12, s.204; Mühəqqiq Ərdəbili, Məcməul-fayde vəl-bəyan, h.q 1403, c.8, s.75; Təbrizi, Siratun-nicat, h.q 1416, c.1, s.139
- ↑ Xoyi, Minhacus-salihin, c.2, s.10; Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.236
- ↑ Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.3, s.214; Təbatəbai, Riyazul-məsail, h.q 1412, c.1, s.503
- ↑ Xoyi, Minhacus-salihin, c.2, s.240
- ↑ Xoyi, Minhacus-salihin, c.2, s.217
- ↑ Şeyx Mufid, əl-Muqniə, h.q 1410, s.588
- ↑ Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.3, s.214; Təbatəbai, Riyazul-məsail, h.q 1412, c.1, s.503
- ↑ Vəhid Xorasani, Minhacus-salihin, c.3, s.15
- ↑ Müntəziri, Dirasətun fil-məkasibil-muhərrəmə, h.q 1415, c.3, s.104
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ İbn Şəbe Hərrani, Tuhəful-uqul, h.q 1404, c.1, s.335
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ Təbatəbai, Riyazul-məsail, h.q 1412, c.8, s.69
- ↑ Şeyx Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.233
- ↑ Təbatəbai, Riyazul-məsail, h.q 1412, c.8, s.69
- ↑ Bəhrani, Hədaiqun-nazirə, c.18, s.141
- ↑ Əbrişimirad, Şərhe məbsute qanune əsasi, h.ş 1394, s.6
- ↑ Əbrişimirad, Şərhe məbsute qanune əsasi, h.ş 1394, s.6
- ↑ «قانون اساسی جمهوری اسلامی ایران»، سایت مرکز پژوهشهای مجلس شورای اسلامی.
- ↑ Məkarim Şirazi, Pasox be porseşhaye məzhəbi, h.ş 1377, s.337
- ↑ Misbah Yəzdi, Pasoxe ustad be cəvanane porseşgər, h.ş 1394, s.58
Ədəbiyyat
- Əbrişimirad, Məhəmməd Əmin, Şərhe məbsute qanune əsasi, Tehran, h.ş 1394
- İbn Bərrac, Əbdül-Əziz, Əl-Muhəzzəb, Qum, İslami nəşr müəssisəsi, h.q 1406
- İbn İdris, Məhəmməd ibn Məhəmməd, Əs-Sərair, Qum, İslami nəşr müəssisəsi, 2-ci çap, h.q 1410
- İbn Şəbe Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Qum, İslami nəşr müəssisəsi
- Bəhrani, Yusif ibn Əhməd, Hədaiqun-nazirə, Qum, İslami nəşr müəssisəsi
- Təbrizi, Mirza Cəvad, Siratun-nicat, Qum, Salman Farsi nəşriyyatı, h.q 1416
- Hüseyni, Seyyid Məhəmməd Cavad, Miftahul-kəramət, 1-ci çap, h.q 1419
- Xoyi, Əbül-Qasim, Qum, Muəssisətul-Xoyil-İslamiyyə
- Xoyi, Əbül-Qasim, Minhacu-ssalihin, Muəssisətul-Xoyil-İslamiyyə, h.q 1417
- Xoyi, Əbül-Qasim, Misbahul-fəqahət, Qum, Ənsariyan nəşri, h.q 1417
- Ruhani, Seyyid Məhəmməd Sadiq, Minhacul-fəqahət, Qum, Ənvarul-hüda, 5-ci çap, h.q 1429
- Sübhani, Cəfər, Əl-Məvahibu fi təhriri əhkamil-məkasib, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1416
- Sistani, Seyyid Əli, Minhacus-salihin, Qum, h.q 1414
- Şəhid Sani, Zeynuddin Məhəmməd ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, h.q 1410
- Şeyx Ənsari, Mürtəza, Məkasib, Qum, 1-ci çap, h.q 1415
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, İslami nəşr müəssisəsi, h.q 1410
- Şeyx Tusi, Məhəmməd ibn Həsəb, Ən-Nəhayə, Darul-kitabil-ərəbi, Beyrut, h.q 1400
- Sanei, Yusif, Hurriyətul-elamil-fikri, h.q 1429
- Safi Qolpayqani, Lütfullah, Hidayətul-ibad, Qum, Darul-Quranil-kərim, h.q 1416
- Təbatəbai, Seyyid Əli, Riyazul-məsail, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1412
- Təbatəbai Qumi, Seyyid Təqi, Məbaniyu minhacis-salihin, Qum, h.q 1426
- Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1414
- Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhul-mətalib, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1316
- Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, Qum, Əmir nəşri, 11-ci çap, h.ş 1383
- Fəyyaz, Məhəmməd İshaq, Minhacus-salihin, Qum
- Qorci, Əbül-Qasim, Kutube dəlal; Didqahe fiqhi və hüquqi, h.ş 1382
- Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə, Qum, İslami nəşr müəssisəsi, h.q 1403
- Misbah Yəzdi, Məhəmməd Təqi, Pasoxe ustad be cəvanane porseşgər, Qum, 9-cu çap, h.ş 1394
- Mühəqqiq Kərəki, Şeyx Nurəddin Əli ibn Hüseyn, Cameul-məqasid, Qum, Alul-Beyt (ə) müəssisəsi, 2-ci çap, h.q 1414
- Məkarim Şirazi, Nasir, İstiftaate cədid, Qum, İmam Əli (ə) mədrəsəsi, 2-ci çap, h.q 1427
- Məkarim Şirazi, Nasir, Pasox be porseşhaye məzhəbi, Qum, İmam Əli (ə) mədrəsəsi, h.ş 1377
- Müntəziri, Hüseynəli, Dirasətun fil-məkasibil-muhərrəmə, Qum, Təfəkkur nəşri, h.q 1415
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
- Vəhid Xorasani, Hüseyn, Minhacus-salihin, Qum, İmam Baqir (ə) mədrəsəsi