Xorasaninin qiyamı

wikishia saytından
(Seyyid Xorasaninin qiyamı səhifəsindən yönləndirilmişdir)

Xorasani qiyamı (ərəbcə: خروج الخراساني) zühurun əlamətlərindən biridir. Xorasani qiyamı Xorasandan olan bir nəfər tərəfindən başladılacaqdır. Bu qiyam Süfyaninin ortaya çıxmasıYəmən qiyamı ilə eyni zamanda baş verəcəkdir. Bəzi tədqiqatçılar bu şəxsin qara bayraqlılar ordusunun sahibi olduğunu və onun ordusunun Şüeyb ibn Salehin komandanlığı altında Süfyani ordusunu məğlub edəcəyini bildiriblər.

Təbii ki, qara bayraqlıların qiyamı ilə bağlı məhdəviyyət mövzusunda araşdırma aparan alimlər arasında fikir ayrılığı var. Bəziləri bu qiyamın Əməvi hakimiyyətinə qarşı üsyan etmiş Əbu Müslim Xorasaninin qiyamı olduğunu hesab edir. Bəziləri isə, bu qiyamın İmam Mehdinin (ə.c) zühurundan əvvəl baş verəcək qiyam olduğunu bəyan etmişlər.

Seyyid Xorasani

Zühurun əlamətlərindən bəhs edən rəvayətlərdə xorasandan olan bir şəxsin qiyamı, zühurun əlaməti kimi qeyd edilir.[1] Rəvayətlərdən götürülmüş Xorasani ləqəbi əslində Xorasanla, şərqlə, habelə Xorasan camaatı ilə birlikdə qiyam edəcək şəxslə əlaqəlidir.[2]

Sözügedən rəvayətlərdə Xorasaninin xüsusiyyətləri, o cümlədən seyid olması qeyd olunmur.[3] Ancaq, Əli Quraninin “Zühur Əsri” kitabında, sünni mənbələrində[4] və həmçinin müasir şiə mənbələrində verilən məlumatlara əsasən, Cənab Xorasani İmam Həsənin (ə) və ya İmam Hüseynin (ə) nəslindəndir və bu mənbələrdə o, Xorasani Haşimi kimi təqdim edilir.[5] Buna görə də, Xorasani Seyid Xorasani kimi də təqdim edilir.[6] Həmçinin bu mənbələrdə onun başqa xüsusiyyətləri də bəyan olunmuşdur. O cümlədən, onun sağ yanağında və sağ əlində xal olduğu bildirilmişdir.[7]

Xorasani qiyamı zühur əlamətidirmi ?

Xorasaninin qiyamı, Asimandan gələn səs, Nəfsi Zəkiyənin öldürülməsi, Süfyaninin ortaya çıxmasıBeyda çölünün qəzəbi vəd olunmuş Mehdinin (ə.c) zühurunun əlamətləri kimi təqdim edilmişdir.[8] İmam Sadiqə (ə) nisbət verilmiş hədisə əsasən Xorasani, Süfyani və Yəmani eyni il, eyni ay və eyni gündə qiyam edəcəklər.[9] Rəvayətlərdə Xorasani qiyamının şərqdən (İslam ölkələrinin şərq hissələri) başlayaraq İraqa doğru hərəkət edəcəyi bildirilir.[10] Ancaq, İmam Mehdi ensiklopediyasında bu iki rəvayətin səhihliyinə şübhə edilmişdir.[11]

Qara bayraqlılar və Seyyid Xorasani

Qara bayraqlıların qiyamı dedikdə Şərqdə qara bayraqlı bir dəstənin qiyamı nəzərdə tutulur ki, bu da bəzi rəvayətlərdə zühurun əlaməti kimi təqdim edilmişdir.[12] Bir sıra rəvayətlərə görə, bu bayraqlar Xorasandakı Bəni Haşimdən olan bir gəncə məxsusdur. O, ortaya çıxdığı zaman Şüeyb İbn Saleh onunla birlikdə olacaqdır.[13] Bəzi şiə tədqiqatçıları qara bayraqlıları Əbu Müslim Xorasaninin Əməvi hökumətinə qarşı[14] baş vermiş qiyamı hesab etsələr də, bəziləri bu qiyamın İmam Mehdinin (ə.c) zühurundan əvvəl baş verəcək qiyam olduğunu bildirmişlər.[15]

“Zühur Əsri” kitabının müəlifi Seyyid Xorasanini qara bayraqların sahibi kimi təqdim etmiş və bu ordunun komandanının Şüeyb ibn Saleh olduğunu bildirmişdir. Onun yazdığına əsasən, bu ordu ilə Süfyani ordusu arasında müharibə baş tutacaq və Süfyani məğlub olacaqdır.[16] O, İmam Mehdiyə (ə.c) beyət edəcəkdir.[17]

Bəziləri bu fikrə irad bildirərək bəyan etmişlər ki, “Zühur Əsri” kitabında yer alan bu fikir əslində İbn Həmmadın yazdığı “əl-Fitən” kitabında yer alan hədislərə istinad edilmişdir. Bir halda ki, bu hədislərdə Xorasaninin adı keçməmişdir. Həmçinin, “Əl-Fitən” kitabı şiələr arasında mötəbər bir kitab hesab edilmir. Çünki onun bir çox hədisləri Məsumlar (ə) tərəfindən nəql edilməmişdir.[18]

Yeni tətbiqlər

2009-cu ildə "Zühur çox yaxındır" adlı sənədli film hazırlandı. Bu sənəfli filmdə filmin yaradıcıları İran İslam Respublikasının Ali Dini lideri Ayətullah-uzma Seyid Əli Xameneinin Seyid Xorasani və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın isə Yəmani olduğunu iddia edirlər. Həmçinin, o zaman İran prezidenti olmuş Mahmud Əhmədinejad Şueyb ibn Saleh kimi təqdim edilmişdi. Bu film yayıldıqdan sonra tənqidlərlə üzləşdi və məhdəviyyət mövzusu təhqiqatçıları bu müqayisələrin yanlış və dəlilsiz olduqlarını bildirdilər.[19]

Əlaqədar məqalə

İstinadlar

  1. Numani, Əl-Ğeybə, h.q 1408, s.290
  2. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), c.7, h.ş 1393, s.447; Kurani, Əsruz-zuhur, h.q 1408, s.243
  3. Kurani, Əsruz-zuhur, h.q 1408, s.243
  4. İbn Həmmad, Kitabul-fitən, s.214
  5. Kurani, Əsruz-zuhur, h.q 1408, s.242
  6. Kurani, Əsruz-zuhur, h.q 1408, s.234, 205, 147
  7. Kurani, Əsruz-zuhur, h.q 1408, s.242
  8. Numani, Əl-Ğeybə, h.q 1408, s.290
  9. Numani, Əl-Ğeybə, h.q 1408, s.255-256; Tusi, Əl-Ğeybə, h.q 1411, s.446-447
  10. Numani, Əl-Ğeybə, h.q 1408, s.255-256
  11. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), c.7, h.ş 1393, s.445-447
  12. Numani, Əl-Ğeybə, h.q 1397, s.251
  13. İbn Həmmad, Kitabul-fitən, s.214-216; İbn Tavus, Ət-Təşrif, h.q 1416, s.120
  14. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), c.6, h.ş 1393, s.64-65; Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.453
  15. Kurani, Əsruz-zuhur, h.q 1408, s.242-243
  16. Kurani, Əsruz-zuhur, h.q 1408, s.242
  17. Kurani, Əsruz-zuhur, h.q 1408, s.137
  18. Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), c.7, h.ş 1393, s.448
  19. شعیب بن صالح کیست؟, tebyan.net saytı

Ədəbiyyat

  • İbn Həmmad, Nəim ibn Həmmad, Litabul-fitən, Beyrut, Darul-kutubil-elmiyyə
  • İbn Tavus, Əli ibn Musa, Ət-Təşrif, Qum, Sahibul-əmr müəssisəsi, 1-ci çap, h.q 1416
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Təhqiq: Tehran İbadullah, NasihŞ Əli Əhməd, Qum, Darul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1411
  • Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybətil-kübra, Beyrut, h.q 1412
  • Kurani, Əli, Əsruz-zuhur, 1-ci çap, h.q 1408
  • Məhəmmədi Reyşəhri və başqaları, Daneşnameye İmam Mehdi (ə.f), c.7, h.ş 1393, Qum, Darul-hədis, s.447
  • Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, 1-ci çapŞ h.q 1397
  • Pişgər, Ümid, شعیب بن صالح کیست؟