Təqi (ləqəb)

wikishia saytından
(Təqi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə İmam Cavadın (ə) ləqəbi barəsindədir. İmamın şəxsiyyəti haqda məlumat üçün İmam Cavad (ə) məqaləsinə daxil olun.

Təqi (Ərəbcə: تَقی) adı[1] şiələrin 9-cu imamı İmam Cavadın (ə) ən məşhur ləqəblərindən biridir və təqvalı mənasını daşıyır.[2] İslam tarixi tədqiqatçıçı Baqir Şərif Qərəşi (vəf. 1433 h.q.) “Həyatul-İmam Muhəmməd əl-Cavad” kitabında bu ləqəbin şiələrin 9-cu imamına aid edilməsinin səbəbi haqqında yazır: “Çünki o, Allah dərgahında təqvalı və tövbəkar idi, həmişə Allahdan kömək diləyirdi, heç vaxt öz nə nəfsinin istəkləri, nə də xəlifə Məmunun istəkləri qarşısında təslim olmamışdır”.[3]

Şeyx Səduqun “Məanil-əxbar” kitabında nəql etdiyi bir hədisə əsasən, şiələrin 9-cu imamına ona görə bu ləqəb verilmişdir ki, təqvalı idi və Məmun onu öldürmək fikrində olduğu halda Allah onu Məmunun şərindən qorumuşdur.[4]

Əlaqəli məqalələr

İstinadlar

  1. Məclisi, Cəlaul-uyun, h.ş 1382, s.959
  2. İbn Mənzur, Lisanul-ərəb, h.q 1405, c.15, s.404
  3. Qərəşi, Həyatul-İmam Muhəmməd əl-Cavad (ə), h.q 1418, s.23
  4. Səduq, Məanil-Əxbar, h.q 1379, s.65

Ədəbiyyat

  • İbn Mənzur, Muhəmməd ibn Mukrim, Lisanul-ərəb, Qum, h.q 1405
  • Qərəşi, Baqiru Şərif, Həyatul-imam Muhəmməd Cavad (ə), Qum, Əmin nəşri, h.q 1418
  • Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Qum, Cameə Mudərrisin, h.q 1379
  • Məclisi, Muhəmməd Baqir, Cəlaul-uyun, Qum, h.ş 1382