İbn Rza
İbn Rza (ərəbcə: ابن الرضا) adı İmam Rzanın (ə) nəslindən olan oğlan övladları üçün ləqəbdir ki, onların ən məşhuru İmam Cavad (ə),[1] İmam Hadi (ə)[2] və İmam Həsən Əskəridir (ə).[3] İmam Cavadın (ə) oğlu Musa Mubərqə də bu ləqəbi daşıyan şəxslərdəndir.[4] Bu ləqəbi imamların səhabələri və başqaları, o cümlədən Abbasilər işlədirdilər.[5]
Bu ləqəbin işlənməsi barəsində bəziləri demişlər: Abbasilər İmam Rzanın (ə) övladlarını İbn Rza adlandıraraq demək istəyirdilər ki, bunlar vəliəhdliyi qəbul etməklə dünyapərəstliyə üz tutan şəxsin övladlarıdır.[6] Bu ləqəbin məşhurlaşması haqqında qeyd edilən başqa bir səbəb budur ki, İmam Rza (ə) bir sıra dinlərin və məzhəblərin nümayəndələri ilə elmi mübahisələr etməklə müxtəlif qruplar və məzhəblər arasında şöhrət qazandığına görə onun övladları “İbn Rza” adı ilə tanınmışlar.[7]
İstinadlar
- ↑ Mufid, Əl-irşad, h.q 1413, c.2, s.281; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.101
- ↑ Mufid, Əl-irşad, h.q 1413, c.2, s.301; Səffar, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.51 və 374
- ↑ Mufid, Əl-irşad, h.q 1413, c.2, s.321; Qutbuddin Ravəndi, Əl-xəraic vəc-cəraih, h.q 1409, c.1, 422 və 432
- ↑ Məclisi, Biharul-ənvar, h.ş 1363, c.50, s.3 pavərəqi
- ↑ Mufid, Əl-irşad, h.q 1413, c.2, s.281; Təbərsi, İlamul-vəra, h.q 1418, c.2, s.101
- ↑ پایگاهاندیشه قم Ayətullah Höccətdən nəql, Payeqah Əndişe Qum
- ↑ پایگاهاندیشه قم Ayətullah Şübeyri Zəncanidən nəql, Payeqah əndişe Qum
Ədəbiyyat
- Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Tehran, Nəşre İslamiyyə, 2-ci çap, h.ş 1363
- Mufid, Muhəmməd ibn Muhəmməd ibn Numan, Əl-irşad, Qum, Konqre Şeyx Mufid, 1-ci çap, h.q 1413
- http://www.andisheqom.com/public/application/index/viewData?c=9462&t=qa Payeqah əndişeye Qum, Niyə bəzi məsumlar İmam Cavadın (ə) nəslindən olmasına baxmayaraq İbn Rza deyilir ?