- Bu məqalə İmam Cavadın (ə) ləqəbi barəsindədir. İmamın şəxsiyyəti haqda məlumat üçün İmam Cavad (ə) məqaləsinə daxil olun.
Təqi (Ərəbcə: تَقی) adı[1] şiələrin 9-cu imamı İmam Cavadın (ə) ən məşhur ləqəblərindən biridir və təqvalı mənasını daşıyır.[2] İslam tarixi tədqiqatçıçı Baqir Şərif Qərəşi (vəf. 1433 h.q.) “Həyatul-İmam Muhəmməd əl-Cavad” kitabında bu ləqəbin şiələrin 9-cu imamına aid edilməsinin səbəbi haqqında yazır: “Çünki o, Allah dərgahında təqvalı və tövbəkar idi, həmişə Allahdan kömək diləyirdi, heç vaxt öz nə nəfsinin istəkləri, nə də xəlifə Məmunun istəkləri qarşısında təslim olmamışdır”.[3]
Şeyx Səduqun “Məanil-əxbar” kitabında nəql etdiyi bir hədisə əsasən, şiələrin 9-cu imamına ona görə bu ləqəb verilmişdir ki, təqvalı idi və Məmun onu öldürmək fikrində olduğu halda Allah onu Məmunun şərindən qorumuşdur.[4]
Əlaqəli məqalələr
İstinadlar
Ədəbiyyat
- İbn Mənzur, Muhəmməd ibn Mukrim, Lisanul-ərəb, Qum, h.q 1405
- Qərəşi, Baqiru Şərif, Həyatul-imam Muhəmməd Cavad (ə), Qum, Əmin nəşri, h.q 1418
- Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Qum, Cameə Mudərrisin, h.q 1379
- Məclisi, Muhəmməd Baqir, Cəlaul-uyun, Qum, h.ş 1382