Mənzurun qızı Xulə
Mənzurun qızı Xulə, (ərəbcə: خولة بنت منظور) Mənzur ibn Zəbban Fəzarinin qızı, İmam Həsən Müctəbanın (ə) həyat yoldaşı və Həsən Müsənnanın anasıdır. O, əvvəlcə “Cəməl” döyüşündə həlak olan Məhəmməd ibn Təlhənin həyat yoldaşı idi. Bundan sonra İmam Həsən Müctəba (ə) ilə evləndi.[1] Xulənin anası Xaricə ibn Sinan qızı Məlikə idi.[2]
Bir rəvayətə görə, Xulənin ilk həyat yoldaşı Məhəmmədin ölümündən sonra onun bacısının əri Abdullah ibn Zübeyr, Xulənin atasından xəbərsiz İmam Həsənə (ə) onunla evlənməyi təklif etdi və İmam (ə) da bunu qəbul etdi. Deyilir ki, Xulənin atası bu məsələdən xəbər tutduqda əvvəlcə narahat oldu, lakin sonda razılıq verdi.[3] Lakin tarix araşdırmaçısı Baqir Şərif Qərəşi (h.q. 1433-cü ildə vəfat edib) bu rəvayətin doğruluğuna şübhə ilə yanaşmış və bunu İmam Həsənin (ə) şəninə uyğun hesab etməmiş və onun səhv olduğunu sübut edən dəlillər irəli sürmüşdür.[4] Bəzi mənbələr Xulənin İmam Həsənin (ə) şəhadətindən əvvəl vəfat etdiyini və ya o Həzrətdən boşandığını,[5] digərləri isə onun İmamın (ə) şəhadətindən sonra Abdullah ibn Zübeyrlə evləndiyini bildiriblər.[6] Lakin Baqir Şərif Qərəşinin dediyinə görə, Xulə ömrünün sonuna qədər İmam Həsənin (ə) həyat yoldaşı olmuş və onun şəhadətindən sonra evlənməmişdir.[7]
Əbdür-Rəhman ibn Qasimin (h.q. 339-cu ildə vəfat edib) “Əl-Əmali fil-müşkilatil-Quraniyyə vəl-hikəm vəl-əhadisin-Nəbəviyyə” kitabında qeyd olunur ki, Xulə İmam Həsənin (ə) şəhadəti zamanı çox narahat olmuş və səbirsizlənmişdir. Onun atası Mənzur, ona təsəlli vermək üçün bu şeirləri söyləmişdir:
Tərcüməsi: “Dünən xəbər tutdum ki, Xulə zamanın gətirdiyi müsibətlərə görə ağlayıb fəryad edir. Ey Xulə! Ağlama və səbir et, çünki böyüklər səbrə söykəniblər”.[8]
Xulənin Məhəmməd ibn Təlhədən İbrahim, Davud və Ümmü Qasim adlı üç övladı da olmuşdur.[9]
İstinadlar
- ↑ Əbul-Fərəc İsfahani, Əl-Əğani, h.q 1415, c.12, s.408
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.72
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.24-25
- ↑ Qərəşi, Həyatul-imamil-Həsən, Darul-bəlağə, c.2, s.457
- ↑ Baxın: Əbul-Fərəc İsfahani, Əl-Əğani, h.q 1415, c.12, s.409
- ↑ Baxın: Qərəşi, Həyatul-imamil-Həsən, Darul-bəlağə, c.2, s.457
- ↑ Qərəşi, Həyatul-imamil-Həsən, Darul-bəlağə, c.2, s.457
- ↑ Zucac, Əl-Əmali, h.q 1354, s.7
- ↑ Əbul-Fərəc İsfahani, Əl-Əğani, h.q 1415, c.12, s.408
Ədəbiyyat
- Əbul-Fərəc İsfahani, Əli ibn Həsən, Əl-Əğani, Beyrut, h.q 1415
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darut-taaruf, h.q 1397
- Zucac, Əbdür-Rəhman ibn Qasim, Əl-Əmali, Misir, Əl-Məktəbətul-Mahmudiyyə h.q 1354
- Qərəşi, Baqir Şərif, Həyatul-imamil-Həsən, Darul-bəlağə