Məzmuna keç

Əqəbə ibn Əmrin qızı Ümmü Bəşir

wikishia saytından
(Əqəbə ibn Əmrin qızı Ümmi-Bəşir səhifəsindən yönləndirilmişdir)

Əqəbə ibn Əmrin qızı Ümmü Bəşir, (ərəbcə: أم بشير بنت عقبة بن عمرو) İmam Həsən Müctəbanın (ə) həyat yoldaşı olub. Onların üç övladı olmuşdur: Zeyd, Ümmül-Həsən və Ümmül-Hüseyn. O, Peyğəmbər Əkrəmin (s) səhabələrindən biri olan Əqəbə ibn Əmrın qızı idi.

Həyatı

Ümmü Bəşirin əsl adı Fatimə idi.[1] O, Peyğəmbər (s) səhabələrindənƏnsardan olan Əqəbə ibn Əmr ibn Sələbənin qızı idi.[2]

İmam Həsənlə (ə) evlənməzdən əvvəl o, Səid ibn Zeyd ibn Ömər ibn Nufeyl ilə evli idi. İmam Həsəndən (ə) sonra isə Əbdür-Rəhman ibn Abdullah ibn Əbi Rəbiə ilə ailə qurmuşdur.[3]

Övladları

Ümmü Bəşirin İmam Həsən Müctəba (ə) ilə evliliyindən üç övladı olmuşdur: Zeyd və iki bacısı Ümmül-Həsən və Ümmül-Hüseyn.[4] Bəzi mənbələrdə Ümmül-Həsənin adı Nəfisə kimi qeyd edilmişdir[5] ki, o, Abdullah ibn Zübeyrin həyat yoldaşı olmuşdur.[6] Bəzi müəlliflər Ümmül-Hüseynin əvəzinə Ümmül-Xeyr adını qeyd etmişlər.[7]

Əbu Nəsr Buxarinin yazdığına görə, Zeyd, İmam Həsənin (ə) digər oğlu olan Həsən Müsənnadan böyük idi.[8]

Ümmü Bəşirin üç həyat yoldaşından da övladları olmuşdur.[9] Tarixçi İbn Səd (hicri 230-cu ildə vəfat etmişdir) onun Səiddən olan qızının Ümmü Zeyd Suğra olduğunu və onun Muxtar ibn Əbi Übeydlə evləndiyini yazmışdır.[10] Yusif ibn Əbdür-Rəhman Muzzi isə Zübeyr ibn Bəkkardan nəql edərək, Ümmü Bəşirin Səiddən olan övladının Ümmü Səid, Əbdür-Rəhmandan olan övladının isə Ömər olduğunu bildirmişdir.[11]

İstinadlar

  1. İbn İnəbə, Umdətut-talib, h.q 1417, s.65
  2. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.19, s.377
  3. İbn Həcər Əsqəlani, Fəthul-bari, c.7, s.319; Bədruddin Eyni, Ümdətul-qari, c.17, s.112
  4. Şeyx Mufid, Əl-irşad, h.q 1413, c.2, s.20
  5. Zübeyr ibn Bəkkar, Cümhurətu nəsəbi Qüreyş və əxbariha, h.q 1419, c.1, s.97
  6. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.73
  7. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.19, s.377
  8. Buxari, Sirrus-silsilətil-Ələviyyə, h.q 1413, s.20
  9. Bədruddin Eyni, Ümdətul-qari, c.17, s.112
  10. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410. c.3, s.292
  11. Mizzi, Təhzibul-kəmal, h.q 1400, c.10. s.52

Ədəbiyyat

  • İbn Səd Katib Vaqidi, Ət-Təbəqatul-kübra, h.q 1410, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap
  • İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn İnəbə Həsəni, Seyyid Əhməd ibn Əli, Umdətut-talib, Qum, Ənsariyan nəşriyyatı, h.q 1417
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Fəthul-bari, Mühəqqiq: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut, Darul-mərifə, h.q 1379
  • Buxari, Səhl ibn Abdullah, Sirrus-silsilətil-Ələviyyə, h.q 1413
  • Bədruddin Eyni, Mahmud ibn Əhməd, Ümdətul-qari, Beyrut
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
  • Zübeyr ibn Bəkkar, Cümhurətu nəsəbi Qüreyş və əxbariha, Mühəqqiq: Mahmdu Məhəmməd Şakir, Riyad, 2-ci çap, h.q 1419
  • Şeyx Mufid, Əl-irşad, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1413
  • Mizzi, Yusif ibn Əbdür-Rəhman, Təhzibul-kəmal, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1400