Nəcmə-İmam Rzanın (ə) anası

wikishia saytından
Nəcmə-İmam Rzanın (ə) anası
İmam Kazimin (ə) həyat yoldaşı və İmam Rzanın (ə) anası Nəcmə Xatun. Mədinə şəhərində Nəcmə Xatuna mənsub hərəm, sökülməmişdən əvvəlki halı
İmam Kazimin (ə) həyat yoldaşı və İmam Rzanın (ə) anası Nəcmə Xatun. Mədinə şəhərində Nəcmə Xatuna mənsub hərəm, sökülməmişdən əvvəlki halı
LəqəbiŞəqra
Doğulduğu məkanNəubə şəhəri (Afrikanın şimalı) yaxud Marsi adası (Fransanın cənubu)
Dəfn olunduğu məkanİmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə qəbrinin yanında, Ummu-İbrahim Məşrəbəsi adlı yer, Mədinənin əl-Əvali məntəqəsi, Bəqi qəbristanlığının şərqi
Şöhrət tapmasının səbəbiİmam Sadiq (ə), İmam Kazim (ə), İmam Rzanın (ə) səhabələrindən


Nəcmə Xatun, (ərəbcə: نجمة) İmam Kazimin (ə) həyat yoldaşı, İmam Rza (ə)Fatimeyi-Məsumənin (s) anasıdır. Nəcmə, İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə tərəfindən alınaraq İmam Kazimə (ə) bağışlanmış bir kəniz idi. Bir sıra nəqllərə əsassən, Həmidə gördüyü yuxuya əsasən Peyğəmbərin (s) göstərişi ili Nəcməni İmam Kazimə (ə) bağışlamışdır. Nəcmənin qəbri Mədinədə “Ummu-İbrahim Məşrəbəsi” adlı məkandadır.

Soykökü

Nəcmə, İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə tərəfindən alınaraq İmam Kazimə (ə) bağışlanmış bir kəniz idi. O, İmam Kazim (ə) üçün İmam Rzanı (ə) dünyaya gətirdi.[1] Bəziləri onu Afrikanın şimalında yerləşən Naubə şəhərindən, bəziləri isə Fransanın cənubunda yerləşən Marsi adasından hesab etmişlər.[2] Bu baxımdan o, Xəyzurani-Mərsiyyə və Şəqrau-Nəubiyyə kimi də tanınmışdır.[3]

Adı və ləqəbləri

Onun ən tanınmış adı Nəcmə Xatundur. O, Səkəni-Nəubiyyə,[4] Ərva, səmanə, Tuktəm və Xəyzuran[5] olaraq da tanınmışdır. Şeyx Səduqdan nəql edilən rivayətə əsasən, Nəcmə, İmam Kazimə (ə) bağışlandıqda Tuktəm,[6] İmam Rzanı (ə) dünyaya gətirdikdə isə, Tahirə adlandı.[7]Ləqəbi Şəqra, künyəsi isə, Ummul-Bənindir.[8]

Məqam və dərəcəsi

İmam Sadiqin (ə) xanımı Hümeydə İmam Kazimə (ə) xitabən nəql edilmişdir ki, Nəcmədən daha fəzilətli bir kəniz görməmişdir.[9] Şeyx Səduqdan nəql edilmiş rivayətə əsasən, Həmidə, Hz. Muhəmmədi (s) yuxuda görür ki, Həzrət, Nəcməni övladı İmam Kazimə (ə) bağışlamağı istəyir; çünki o yer üzünün ən üstün məxluqunu dünyaya gətirəcəkdir. Beləliklə Həmidə, hələ subay qız olan Nəcməni Musa ibn Cəfərə (ə) bağışladı.[10] İmam Kazim də (ə) Nəcmənin alınmasının Peyğəmbərin (s) göstərişi ili olduğunu bildirmişdir.[11]

Nəcmədən belə nəql edilmişdir ki, mən İmam Rzaya (ə) hamilə qaldığım dövrdə, onun ağırlığını hiss etmirdim. Yuxuda isə ondan “təsbih və təhlil” (sübhənallah və la ilahə illəllah zikrləri) eşidirdim; ayıldıqda isə nəsə görmürdüm.[12] Bəzi nəqllərə əsasən, Nəcmə, İmam Rzaya (ə) baxmaq üçün dayə istəyir və bunu da namazla, ibadətlə məşğul olmaqla əlaqələndirir.[13]

Dəfn olunduğu yer

Muhəmməd Baqir Hüseyni Cəlalinin sözünə əsasən, Nəcmə Xatunun məzarı, İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydənin məzarının yanında, Ummu-İbrahim Məşrəbəsi adlı yerdə, Mədinənin əl-Əvali məntəqəsi və Bəqi qəbiristanlığının şərqində yerləşir.[14]

İstinadlar

  1. Səduq, Uyunu əxbarir-Riza, h.q 1378, c.1, s.14
  2. Qaimi, Dər məktəbe alime Ali Muhəmməd, h.ş 1378, s.30
  3. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.259
  4. Kuleyni, Əl-kafi, h.ş 1367, c.1, s.486; Mucməlut-təvarixi vəl-qisəsi, Tehran, s.457
  5. Mucməlut-təvarixi vəl-qisəsi, Tehran, s.457
  6. Səduq, Səduq, Uyunu əxbarir-Riza, h.ş 1378, c.1, s.14
  7. Səduq, Uyunu əxbarir-Riza, h.ş 1378, c.1, s.15
  8. Qummi, Tarixe Qum, h.ş 1361, s.199
  9. Səduq, Uyunu əxbarir-Riza, h.q 1378, c.1, s.15
  10. Səduq, Uyunu əxbarir-Riza, h.q 1378, c.1, s.17
  11. Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.202
  12. Səduq, Uyunu əxbarir-Riza, h.q 1378, c.1, s.20
  13. Səduq, Uyunu əxabirir-Riza,h.q 1378, c.1, s.15
  14. Hüseyni Cəlali, Fədək vəl-əvali, h.q 1426, s.55

Ədəbiyyat

  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Düzəliş: Rəsuli Məhəllati, Təbriz, Enteşarate Bəni Haşim,1-ci çap, h.q 1381
  • «تصاویری از مزار مادر امام رضا(ع) در مدینه»، همشهری آنلاینhamshahrionline.ir saytı, dərce mətləb, 7 Mehr, h.ş 1391
  • Hüseyni Cəlali, Muhəmməd Baqir, Fədək vəl-əvali, Məşhəd, Dəbirxane konqre mirase elmi və mənəvi Həzrət Fatimə (ə) h.q 1426
  • Səduq, Muhəmməd ibn Əli, Uyunu əxbarir-Riza, Düzəliş, Mehdi Lacəvərdi, Tehran, Nəşre cəhan, h.q 1378
  • Qaimi, Əli, Dər məktəbe alime Ali Muhəmməd (s), Tehran, Enteşarate Əmiri, h.ş 1378
  • Qummi, Huseyn ibn Muhəmməd ibn Həsən, Tərcümə: Həsən ibn Əli ibn Həsən Əbdül-məlik Qummi, Təhqiq: Seyyid cəlaləddin Tehrani, Tehran, Enteşarate Tus, h.ş 1361
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-kafi, Əli əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 3-cü çap, h.ş 1367
  • Mucməlut-təvarix vəl-qisəs, Məllif: məchul, Təhqiq: Məlikuş-şuəra Bəhar, Tehran
  • Məsudi, Əli ib Həsən, İsbatul-vəsiyyət, Qum, Enteşarate Ənsariyan, 3-cü çap, h.q 1426