Məzmuna keç

Ğəriq duası

wikishia saytından
İmam Sadiqdən (ə) nəql olunan Ğəriq duası

Ğəriq duası, İmam Sadiqin (ə) Abdullah ibn Sinana öyrətdiyi duadır ki, qeybət dövründə dinin qəlbdə sabit qalması üçün oxunur. İmam Sadiq (ə) buyurdu: “Tezliklə bir şübhəyə düşəcəksiniz və aydın bir nişanə və sizə yol göstərəcək bir imam olmadan qalacaqsınız. Bu şübhədən yalnız “Ğəriq duası”nı oxuyan şəxs nicat tapacaq.” Abdullah ibn Sinan soruşdu: “Ğəriq duası” necədir?

İmam (ə) buyurdu:

«یا أللّٰهُ یا رَحمٰنُ یا رَحیمُ! یا مُقَلِّبَ القُلوبِ! ثَبِّت قَلبی عَلیٰ دینِکَ»
“Ya Allah! Ya Rəhman! Ya Rəhim! Ya Müqəllibəl-qulubi! Səbbit qəlbi alə dinik!"

Tərcüməsi: “Ey Allah! Ey Rəhman! Ey Rəhim! Ey qəlbləri dəyişdirən! Qəlbimi dinində sabit et!”

Abdullah dedi:

«یا أللّٰهُ یا رَحمٰنُ یا رَحیمُ! یا مُقَلِّبَ القُلوبِ وَ الأَبصارِ! ثَبِّت قَلبی عَلیٰ دینِکَ»
"Ya Allah! Ya Rəhman! Ya Rəhim! Ya Müqəllibəl-qulub vəl-əbsar! Səbbit qəlbi alə dinik!"

Lakin İmam Sadiq (ə) onu "vəl-əbsar" (və gözlər) ifadəsini əlavə etməkdən çəkindirdi və duanı olduğu kimi oxumağı tövsiyə etdi.[1]

Seyyid ibn Tavus ehtimal edir ki, İmam (ə) onu "vəl-əbsar" deməkdən bu səbəblə çəkindirdi ki, qiyamətdə həm qəlblər, həm də gözlər dəyişəcək.[2] Başqa bir ehtimal isə odur ki, bu dua yalnız bu formada oxunduqda təsirlidir.

Bu duanın “Ğəriq duası” adlanması ehtimal verilir ki, o dövrün təhlükəli olması ilə bağlıdır, çünki insan hər an fəsada qərq ola bilər. Digər bir ehtimal isə budur ki, bu duanı oxumağın qaydasına işarə edir. Yəni duanı oxuyarkən insan sanki boğulmaq üzrə olan bir şəxs kimi yalvarmalıdır.

Hədislərdə “duaul-ğəriq” ifadəsi bir neçə dəfə qeyd olunub, lakin xüsusi bir duaya işarə etmir. Burada məqsəd insanın boğulmaq üzrə olan bir şəxs kimi dua etməsidir. Necə ki, bu rəvayətdə deyilir:

“Ya İsa uduni duaəl-həzinil-ğəriq əlləzi ləysə ləhu muğisun”.
“Ya İsa! Məni elə bir insanın duası ilə çağır ki, o, qəmli və boğulmaq üzrədir, onun heç bir yardımçısı yoxdur!”[3]

“Ğəriq duası”nı təlim verməkdən qabaq Peyğəmbər (s) bu duaya bənzər duanı çox oxuyardı: Ya Müqəllibəl-qulub! Səbbit qəlbi alə dinik![4]

İstinadlar

  1. Şeyx Səduq, Kəmaluddin, h.ş 1363, s.351, hədis 49
  2. Seyid ibn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.333
  3. Əbu Bəsir, Musnədu Əbi Bəsir, h.q 1425, c.1, s.239
  4. Tirmizi, Sunənut-Tirmizi, Beyrut, c.4, s.448

Ədəbiyyat

  • Əbu Bəsir Əsədi, Abdullah ibn Məhəmməd, Musnədu Əbi Bəsir, Qum, Darul-hədis, 1-ci çap, h.q 1425
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənut-Tirmizi, Beyrut, Təhqiq: Əhməd Məhəmməd Şakir
  • Seyid ibn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Təhqiq: Kermani, Əbu Talib, Qum, Daruz-zəxair, 1-ci çap, h.q 1411
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.ş 1363