Məzmuna keç

İltimasi dua

wikishia saytından

İltimasi dua (ərəbcə: التماس الدعاء) başqalarından xeyir-dua diləməkdir.[1] İltimasi dua (dua istəmək) adətən ziyarətgahlara gedən və ya ibadətlə məşğul olan şəxslərdən istənilir.[2] Şiə fəqihləri bir rəvayətə əsaslanaraq[3] xəstəni ziyarət edən şəxsin ondan dua etməsini istəməsini müstəhəb hesab etmişlər.[4] Həmçinin tövsiyə olunub ki, kasıba kömək etdikdən sonra ondan xeyir-dua etməsi istənsin, çünki kasıbın ona kömək edən şəxs üçün etdiyi dua qəbul olunur.[5]

Bəzi şiə fəqihləri möminlərdən xeyir-dua istəməyi də müstəhəb hesab etmişlər.[6] Bəzi rəvayətlərə görə, Allah Həzrət Musaya (ə) günah etməmiş bir dillə Ona dua etməyi tövsiyə etmişdir. Musa (ə) bunun necə mümkün olduğunu soruşduqda, ona başqasının dili ilə dua etməsi deyilmişdir.[7] İltimasi dua edən şəxsin istəyini qəbul etmək vacib deyil.[8]

Bəzi fəqihlər "Yusif" surəsinin 97-ci ayəsinə əsaslanaraq "iltimasi dua"nın həm də Allahdan bağışlanma diləməyi əhatə etdiyini bildirmişlər.[9] Bu ayəyə görə, Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqlarına görə peşman olub ataları Yəqub peyğəmbərdən (ə) onlar üçün bağışlanma diləməsini istəmişlər.[10]

Ölülərdən dua istəmək

Şiələr dua istəməkdə dirilərlə ölülər arasında fərq qoymur və ölülərdən də "iltimasi dua"nı caiz bilirlər.[11] Əksinə, vəhhabilər ölülərdən, hətta Peyğəmbərdən (s) dua istəməyi caiz saymır və bunu bidət hesab edirlər.[12] Onların dəlili budur ki, ölülər dirilərin səsini eşitmir (səmau məvta)[13] və səhabələrin heç biri belə bir iş görməyib.[14] Şiə alimləri isə bildirirlər ki, ölülər Allahın izni ilə dirilərin səsini eşidirlər[15] və səhabələr Peyğəmbərin (s) vəfatından sonra da ondan dua etməsini istəmişlər.[16]

Əlaqəli məqalələr

İstinadlar

Ədəbiyyat