Məzmuna keç

Həzin duası

wikishia saytından
Həzin duası
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
Şiə mənbələriMisbahul-mütəhəccid - Məkarimul-əxlaq - Miftahul-Fəlah
ZamanGecə namazından sonra


Həzin duası, (ərəbcə: دعاء الحزين) İmam Səccada (ə) nisbət verilən münacatlardandır və gecə namazından sonra oxunması tövsiyə olunur.[1] Bu münacatda Allahın əfvi və böyüklüyü qarşısında insanın günah və pis əməllərindən peşman olması, ölüm sonrası tək qalmaq qorxusu və Allahdan bağışlanma diləmək kimi mövzulara toxunulur.[2] Bəzi tədqiqatçılar hesab edirlər ki, bu duanın məzmunu şiə dünyagörüşündə insanın kədəri və iztirabları, tənhalıq və başqa insanlardan ümidini itirmək, Allaha sığınmaq kimi bəzi fundamental anlayışları əks etdirir.[3]

Altıncı əsr mühəddislərindən olan Həsən ibn Fəzl Təbərsi bildirir ki, İmam Səccad (ə) bu duanı gecə namazından sonra oxuyardı.[4] Lakin Şeyx Tusi (vəfatı: 460 h.q) "Misbahul-Mutəhəccid" kitabında bu duanı İmam Səccada (ə) nisbət verməmişdir.[5] Bu dua "Səhifeyi-Səccadiyyə"də yer almır və bəzi tədqiqatçılara görə, 14-cü əsrə (şəmsi təqvimlə) qədər yazılmış "Səhifeyi-Səccadiyyə"nin heç bir "müstədrək"ində (bir kitabın təkmilləşməsi üçün yazılan kitablar) də qeyd olunmamışdır.[6]

Şeyx Bəhai "Miftahul-Fəlah" kitabında bu duanın bəzi hissələrini vitr namazının qaydaları çərçivəsində şərh etmişdir.[7] Hindistanlı fəqih Seyid Abbas Şuştəri Ləkhənoyi (vəfatı: 1306 h.q) də şeirlərində bu duadan alınmış münacatlar gətirmişdir.[8]

İstinadlar

  1. Qumi, Məfatihul-cinan, Müstəhəb namazlarının zikrində, s.873
  2. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.160
  3. Mehrvəş, "Həzin, dua", s.442
  4. Təbərsi, Məkarimul-əxlaq, h.ş 1379, s.295
  5. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.160
  6. Mehrvəş, "Həzin, dua", s.442
  7. Şeyx Bəhai, Miftahul-Fəlah, h.ş 1415, s.701
  8. Nuşahi, Ketabşenasiye asare şebhe qarre, h.ş 1391, c.3, s.1965

Ədəbiyyat

  • Şeyx Bəhai, Məhəmməd ibn Hüseyn, Miftahul-Fəlah, Qum, Came müdərrisin, h.ş 1415
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, Fiqhuş-şiə müəssisəsi, h.q 1411
  • Təbərsi, Həzən ibn Fəzl, Məkarimul-əxlaq, Qum, h.ş 1379
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Çape mərkəze təhqiqate Həzz
  • Mehrvəş, Fərhəng, "Həzin, dua", c.21, Tehran, Mərkəze dairətul-məarife bozorqe islami, h.ş 1391
  • Nuşahi, Arif, Ketabşenasiye asare şebhe qarre, Tehran, h.ş 1391