Məfatihul-cinan (ərəbcə: مفاتيح الجنان) - (Cənnətlərin açarları) Şeyx Abbas Quminin (h. q. 1294-1359) şiələr arasında ən geniş yayılmış dua kitabıdır. Bu kitab duaları, minacatları, ziyarətləri, ilin və ayın günlərinə məxsus əməlləri və dini adət-ənənələri özündə ehtiva edən topludur. Hansı ki, İslam peyğəmbərindən (s), şiə imamlarından (ə) (və alimlərdən) nəql olunub. “Məfatihul-cinan”ın müəllifi bu kitabın böyük bir hissəsini sələflərinin kitablarından, məsələn, Seyid ibn Tavusun “İqbal”, Kəfəminin “Misbah” və Əllamə Məclisinin “Zadul-məad” kitabından iqtibas edib. Duaların və ziyarətlərin mətni ərəb dilində yazılıb. Müəllif bəzi duaların əvvəlində farsca izahlar verib.

Məfatihul-cinan
MüəllifŞeyx Abbas Qumi (vəfat: h.q 1395)
MövzuDua və ziyarət
ÜslubRəvayət
DilƏrəbcə, azəricə, farsca və s.
Cild sayı1 cild
Nəşr tarixiH.q 1344

“Məfatihul-cinan” hicri-qəməri 1344-cü ildə Məşhəd şəhərində nəşr olunub və qısa müddətdə hər yerə yayılıb. Bu kitaba İran şiələrinin evlərində və müqəddəs məkanlarında rast gəlmək olar. Əksər hallarda dünya şiələrinin müstəhəb əməllər üçün və dini əlamətdar günlərdə müraciət etdiyi yeganə ədəbiyyatdır. Onun farscaya ən geniş yayılmış tərcüməsi Mehdi İlahi Qumşei tərəfindən edilib. Mühəddis Qumi duaları, ziyarətləri və namazları ehtiva edən “Baqiyatus-salihat” kitabını da “Məfatihul-cinan”a əlavə edib.

Əksər nüsxələrdə “Məfatihul-cinan”ın haşiyəsinə daxil edilib. “Məfatihi-novin” və “Minhacul-həyat” kitabları “Məfatihul-cinan”ı əsaslandırmaq və “Məfatihul-həyat” kitabı isə onu təkmilləşdirmək məqsədi ilə nəşr edilib. “Məfatihul-cinan”ın çox sayda fərqli adlarla xülasələri çap olunub.

Məfatihul-cinanın əhəmiyyəti və təqdimatı

“Məfatihul-cinan” hicri-qəməri 14-cü əsrin hədisşünası Şeyx Abbas Quminin tərtib etdiyi kitabdır. Hicri-qəməri 14 və 15-ci əsrdə şiələr arasında ən məşhur və ən geniş yayılmış dua və ziyarət kitablarından biridir. Şiələr, xüsusilə İranda müxtəlif əlamətdar günlərdə dini ayinlərin icrası üçün bu kitabdan istifadə edirlər. “Məfatihul-cinan” Qurandan sonra ən çox tirajla çap olunan kitabdır.[1] İran İslam Respublikasının mədəniyyət nazirinin sözlərinə görə, İranda bu kitabdan 45 il ərzində 28 milyon nüsxə çap edilib[2] və buraya digər naşirlərin seçmə məzmunlarla, “Məfatihdən seçmələr” və s. adlarla nəşr etdiyi müxtəlif nüsxələr daxil deyil.[3]

Müəllif haqqında

Əsas məqalələr: Şeyx Abbas Qumi

“Məfatihul-cinan”ı təlif edən Abbas ibn Məhəmmədrza Qumidir (h. q. 1294-1359). O, Şeyx Abbas Qumi və Mühəddis Qumi kimi məşhurdur. Hədis, tarix və natiqlik sahəsində görkəmli şiə alimlərindən olub. O, çox kitablar qələmə alıb. “Məfatihul-cinan”dan sonra ən məşhur əsərləri “Səfinətül-bihar” və “Muntəhəl-amal”dır. Mühəddis Qumi Nəcəfdə İmam Əlinin (ə) hərəmində (türbəsində) dəfn olunub.[4] Mühəddis Quminin oğlundan nəql edilir ki, atası bütün kitabı dəstəmazla yazıb.[5] Şeyx Abbas Qumi “Məfatihul-cinan”ı “Miftahul-cinan” kitabına düzəliş etmək məqsədilə yazıb. O dövrdə “Miftahul-cinan” kitabı geniş yayılmışdı və orada sənədsiz dualar yer alırdı. Bir çoxları ondan istəmişdilər ki, “Miftahul-cinan”ın sənədli dualarını ayırıb, digər mötəbər dualarla bir yerə toplasın.[6]

Xüsusiyyətləri

“Məfatihul-cinan” üç əsas hissədən ibarətdir: dualar, illik əməllər və ziyarətlər. Bundan başqa, bir hissəsi “Əlavələr” adı ilə, digər bir hissə də “Baqiyatus-salihat” adı ilə müəllifin öz qələmi ilə əlavə edilib. Şeyx Abbas Qumi duaları sənədlə birlikdə verməyib. Əksinə, yalnız hansı məxəzdən götürdüyünü nəql edib.[7] Həmçinin, “Məfatih”də qeyd olunan bəzi dualar məsumlara (ə) aid deyil, bəzi alimlərin yazdığı dualardır. Buna misal olaraq Ədilə duasını göstərmək olar.[8]

Məfatihə əlavələr

Şeyx Abbas Qumi kimsə “Məfatih”ə bir şey əlavə etməsin deyə, insanları Allahın lənətinə, Allah rəsulunun (ə) və imamların (ə) nifrininə həvalə edib.[9] Amma buna baxmayaraq, “Məfatih”in naşirləri sonralar ona müəyyən bir hissəni əlavə edib və “Məfatihin” ikinci əlavələri adlandırıblar. Bu əlavələrə nümunə olaraq, İmam Hüseynin (ə) namazını, İmam Cavadın (ə) namazını və Kəsa hədisini göstərmək olar.[10] Bəzi naşirlər “Baqiyatus-salihat” kitabına da iki hissə əlavə ediblər. Beləliklə, əlimizdə olan “Məfatih”lər altı hissədən ibarətdir. Onun Şeyx Abbas Qumi tərəfindən tərtib edilən üç hissəsi bunlardır: “Məfatih”in özü, “Məfatih”in əlavələri və “Baqiyatus-salihat”. Digər üç hissə isə sonralar zaman keçdikcə əlavə olunub və aşağıdakılardır: “Məfatih”in ikinci əlavələri, “Baqiyatus-salihat”ın birinci əlavələri və “Baqiyatus-salihat”ın ikinci əlavələri.[11]

Struktur və məzmun

Adətən, “Məfatihul-cinan”ın əvvəlində Quranın bir neçə böyük və kiçik surəsi çap olunur. “Məfatihul-cinan”ın mətləbləri bir neçə fəsildə tərtib edilib:

Birinci fəsil: Dualar

Bu fəsildə namazın təqibləri (namazdan sonra oxunan dua və zikrlər), gecə və gündüzün əməlləri, Allah rəsulunun (s) namazı, Əmirəlmömininin (ə) namazı, həzrət Fatimənin (ə) namazıCəfər Təyyar namazı kimi məşhur namazlar və həftənin günlərində imamların (ə) ziyarətləri yer alıb. Burada yer alan bəzi dua və minacatlar aşağıdakılardır:

İmam Səccadın (ə) on beş minacatı, İmam Əlinin (ə) Kufə məscidindəki minacatı, Səmat duası, Kumeyl duası, Cövşən-kəbir duası, Cövşən-səğir duası, Məkarimul-əxlaq duası və s.

İkinci fəsil: İllik əməllər

Bu fəsil hicri-qəməri ili boyu müstəhəb əməlləri bəyan etmək üçün tərtib edilib. Bu hissənin mətləbləri rəcəb ayından başlayır, cəmadiyəssani ayının əməlləri ilə davam edir, sonra Novruzun və Rum aylarının əməlləri ilə bitir. Şəbaniyyə minacatı şəban ayının əməllərində, Əbu Həmzeyi-Sumali duası, İftitah duası, məşhur Səhər duası və Qədr gecəsinin əməlləri ramazan ayında, İmam Hüseynin (ə) Ərəfə günündəki duası zilhiccə ayının əməllərində qeyd olunub və “Məfatih”in bu fəslinin ən məşhur hissəsi hesab olunur.

Üçüncü fəsil: Ziyarətlər hissəsi

Bu fəsildə öncə səfərziyarət qaydaları haqqında, eləcə də hərəmlərə (türbələrə) daxil olma izni haqqında mətləblər qeyd olunub. İlk ziyarət Allah rəsulunun (s) ziyarətidir. Ondan sonra həzrət Fatimənin (ə) ziyarəti, daha sonra isə Bəqi imamlarının (ə) ziyarəti yer alıb. On iki imamın (ə) ziyarətindən başqa, bu fəsildə imamzadələrin, bəzi şiə alimlərinin və görkəmli şəxsiyyətlərin ziyarətinə də yer verilib. Məsələn, həzrət Həmzənin, Müslim ibn Əqilin, Fatimə bint Əsədin, Ühüd müharibəsinin şəhidlərinin və Salman Farsinin ziyarəti bu qəbildəndir. Burada Kufə və Səsəə məscidi kimi bəzi məşhur məscidlərin əməllərinə də rast gəlmək olar.

Bu fəslin ən uzun hissəsi İmam Hüseynin (ə) ziyarətinə həsr olunub. İmam Hüseynin (ə) ən məşhur ziyarətnamələri, məsələn, Aşura ziyarəti, Ərbəin ziyarəti və Varis ziyarəti bu fəsildə nəql olunub. Nüdbə duası, Əhd duası və Camieyi-kəbirə ziyarəti də bu fəsildə İmam Zamanın (əc.) ziyarəti ilə bağlı verilib. İmam Zamana (əc.) aid ziyarətlərdən sonra peyğəmbərlərin (ə) ziyarəti, həzrət Məsumənin (ə) ziyarəti, həzrət Əbdül-Əzim Həsəninin (ə) ziyarəti nəql olunub. Bu fəslin son mətləbi – “Məfatih”in ilkin nüsxəsində kitabın son mətləbi hesab olunur – möminlərin məzarlarının ziyarəti və ona aid dualardır.

Məfatihin əlavələri

Şeyx Abbas Qumi ikinci çap üçün “Məfatih”ə əlavələr adı ilə bir hissə əlavə edib.[12] Bu hissədə “Məfatih”ə səkkiz mətləb artırılıb ki, müəllifin fikrincə, camaatın bu duaları daha çox ehtiyacı olub. Sözügedən səkkiz mətləb bunlardır:

Baqiyatus-salihat

 
Məfatihdə Tahir Xoşnevisin xətti ilə Kumeyl duası

“Baqiyatus-salihat” həmin müəllifin əsəridir. O, bu kitabı “Məfatih”in haşiyəsinə yazıb və nəşr etdirib.[13] Şeyx Abbas Quminin sözlərinə görə, bu hissənin yazılışı hicri-qəməri 1345-ci ildə, məhərrəm ayının 19-da, cümə günü sona çatıb.[14] Bu kitab “Məfatihul-cinan”ın müxtəlif çaplarında onunla birlikdə təqdim olunub. Kitab altı fəsildən və “Əlavələr” adlanan ayrıca bir hissədən ibarətdir:

Birinci fəsil: Bu fəsildə gecə və gündüzün əməlləri qısa şəkildə verilib, gündəlik həyat ərkanı, günün saatlarının duaları və Gecə namazının qılınma qaydası bəyan olunub.

İkinci fəsil: Bəzi müstəhəb namazlar qeyd olunub. Məsumlara (ə) hədiyyə namazı, dəfn gecəsinin namazı, hacət namazları, istiğasə namazları və həftənin günlərinin namazları bu qəbildəndir. Şeyx Abbas Qumi istixarənin növlərini və qaydasını da bu fəsildə verib.

Üçüncü fəsil: Dərdlər və xəstəliklər üçün dualar və tilsimlər. Burada müxtəlif dərdlərin və xəstəliklərin aradan qaldırılması üçün dualar bəyan olunub.

Dördüncü fəsil: “Kafi”dən seçmə dualar. Bu fəslin duaları da daha çox ruzi çatışmazlığı və dünyəvi ehtiyacların aradan qaldırılması üçün nəzərdə tutulub.

Beşinci fəsil: “Muhəcud-dəəvat” və “əl-Muctəna” kitabından seçilmiş qısa hirzlər və dualar. Bu fəsildə bəlalardan uzaq qalmaq üçün dualar (hirz), eləcə də ruzi üçün bir neçə minacat və dua nəql olunub.

Altıncı fəsil: Bu fəsildə bəzi surələrinayələrin xüsusiyyətləri bəyan olunub, bəzi dualar və müxtəlif mətləblər qeyd edilib. Gündəlik problemlərin həlli üçün istifadə olunan bəzi Quran surə və ayələrinin xüsusiyyətləri də bu fəsildə qeyd olunub. İnsanları yuxuda görmək üçün dua, mütaliə üçün dua, Əqiqə qaydaları və Quranla istixarə də bu fəsildə yer alıb.

Yekun: Ölülərin hökmlərinin icmalı.

Kitabın məxəzləri

Şeyx Abbas Quminin “Məfatihul-cinan”ın təlifində istifadə etdiyi və bu kitabda adını çəkdiyi bəzi məxəzlər aşağıdakılardır:

  1. “İsbatul-huda”, Şeyx Hürr Amili;
  2. “Əl-İhticac”, Əhməd ibn Əli Təbərsi;
  3. “Əl-İxtiyar, İbn Baqi;
  4. “Ərbəətu-əyyam, Mirdamad;
  5. “Əl-Uzriyyə” (“Haiyyə” kimi məşhurdur), Kazım Uzri;
  6. “İlamul-vəra”, Şeyx Təbərsi;
  7. “Əl-İqbal”, Seyid ibn Tavus;
  8. “Əl-Əmali”, Şeyx Tusi;
  9. “Əl-Əman”, Seyid ibn Tavus;
  10. “Biharul-ənvar”, Əllamə Məclisi;
  11. “Bələdul-əmin”, Kəfəmi;

Şeyx Abbas Qumi “Məfatih” kitabında digər məxəzləri də qeyd edib. Mirzə İskəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”, Əllamə Məclisinin “Tuhəfuz-zair”, Şeyx Tusinin “Təhzibul-əhkam”, “Camiul-əxbar” (müəllifi naməlumdur), Seyid ibn Tavusun “Cəmalul-usbu” əsəri bu qəbildəndir.[15]

Çap, nəşr və tərcümə

Şeyx Abbas Qumi “Məfatih”i hicri-qəməri 1344-cü ildə təlif edib, ilk dəfə Məşhəd şəhərində nəşr etdirdi.[16] Bu kitabı Tahir Xoşnevis,[17] Misbahzadə,[18] Mirzə Əhməd Zəncani,[19] Məhəmmədrza Əfşari[20] və başqa böyük xəttatlar nəsx və nəstəliq xətləri ilə yazıblar. Hazırda “Məfatihul-cinan” kitabı saysız tirajla, müxtəlif ölçü və formalarda nəşr olunur. Bu kitab irihəcmli olduğu üçün bəzi naşirlər onun mətləblərini seçib, “Məfatihdən seçmələr” adı ilə ayrıca nəşr ediblər.

Tərcümələr

Şeyx Abbas Quminin hər duanın və ya ziyarətin əvvəlində verdiyi izah farscadır. Amma duaların və ziyarətlərin mətni ərəbcədir və bəzi tərcüməçilər tərəfindən farscaya tərcümə edilib. “Məfatih”in fars dilinə ən məşhur və geniş yayılmış tərcüməsi Mehdi İlahi Qomşeinin tərcüməsidir. Seyid Haşim Rəsuli Məhəllati,[21] Hüseyn Usta Vəli,[22] Məhəmməd Baqir Kəmərei və başqaları tərəfindən digər tərcümələr də nəşr olunub. 30 may 2023-cü il tarixində (hicri-qəməri 10 zilqədə, 1444-cü il) “Məfatih”in qələmə alınmasının yüz illiyinə həsr edilmiş konfransda da yeni çap nüsxəsi təqdim edildi.[23] Bu nüsxə mərhum Tahir Xoşnevisin xətti əsasında verilib ki, mərhum Şeyx Abbas Qumi tərəfindən əlyazma şəklində təshih olunub. Nüsxə fərqləri tam izahatla haşiyədə qeyd olunub. Dualar frazalara ayrılıb və hər bir fraza üçün say nəzərdə tutulub. Həmçinin, ibarələr arasında nöqtə, vergül, nöqtəli vergül və s. kimi durğu işarələrindən istifadə edilib.[24] “Məfatih” ingilis (ən azı dörd tərcümə), fransız, türk, azəri, urdu və ispan dilləri də daxil olmaqla digər dillərə tərcümə edilmişdir.[25]

Tənqid

Tədqiqatçılar tərəfindən Şeyx Abbas Quminin “Məfatihul-cinan” kitabında yer verdiyi bir sıra mətləblərə və dualara iradlar tutulub. Onların bəzisinə səbəb güman ki, Mühəddis Quminin “Məfatih”i yenidən nəzərdən keçirə bilməməsi olub. Məsələn, o, Caminin “Əfsürdələr cərgəsində bir zindədil, ölülərə qonşu oldu. ...”[26] şerini Nizamiyə isnad edib.[27] Ayətullah Nasir Məkarim Şirazi də “Məfatihi-novin”in müqəddiməsində çatışmazlıqları aradan qaldırmaq, duaların və ziyarətlərin sənədlərini və məxəzlərini əlavə etmək, zaman və məkan şərtlərini nəzərə almaq, bədxahların iradlarına səbəb olan mətləbləri çıxarmaq kimi amilləri “Məfatih”ə yenidən baxış keçirilməsini zəruri edən amillər sırasında qeyd edib.[28]

Ayətullah Abdullah Cəvadi Amulinin “Məfatihul-həyat” kitabı Mühəddis Quminin “Məfatihul-cinan”ının ikinci cildi kimi təqdim edilsə də zamana uyğun baxış və dünyanın hazırki vəziyyətinə tətbiq olunma mümkünlüyü onun ən bariz xüsusiyyətləri kimi qeyd olunub.[29]

Əlaqəli kitablar

Məfatihi-novin

 
Məfatihul-novin kitabı

“Məfatihi-novin” Ayətullah Nasir Məkarim Şirazinin əsəridir. Bu kitab “Məfatihul-cinan”ı möhkəmlətmək və təkmilləşdirmək üçün toplanıb və nəşr edilib.[30] Ayətullah Məkarim Şirazinin öz sözlərinə görə, bu kitabı qələmə almaqda məqsədi müasir dövrə uyğunluğu nəzərə almaq və irada səbəb olan bir sıra mətləbləri çıxarmaq olub.[31]

“Məfatihi-novin” kitabının müqəddiməsində bu kitabın aşağıdakı özəllikləri qeyd olunub: 1. Dua və onun yeri, duanın qəbul olunub-olunmaması haqqında müqəddimə; 2. Hər bir dua və ziyarət hissəsinə müqəddimə əlavə olunması; 3. Duaların və ziyarətlərin sənədlərinin və məxəzlərinin haşiyədə qeyd olunması; 4. Bəzi bənzər əməllərin ixtisara salınması və ən yaxşısının seçilməsi; 5. Mətləblərin yeni tərtibatı; 6. Bəzi zəif mətləblərin çıxarılması; 7. Duaların və ziyarətlərin seçilməsində onların sənədi ilə kifayətlənməyib məzmunlarına da diqqət edilməsi.[32]

Minhacul-həyat

 
Məfatihul-həyat kitabı

Bu kitab Məhəmməd Hadi Yusifi Qərəvinin tədqiqi ilə yazılıb və Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin nəşriyyatında çap olunub. “Minhacul-həyat” “Məfatihul-cinan”da mövcud olan duaziyarətlərin sənəd baxımından tam tədqiqini verir.[33] Bu kitabın bəzi özəllikləri aşağıdakılardır:

  1. “Məfatihul-cinan”ın dua və ziyarətlərinin ələkdən keçirilməsi, ixtisara salınması və bəzilərinin əvəzlənməsi;
  2. Duaların və ziyarətlərin dəqiq sənədlərinin qeyd olunması;
  3. Bəzi hallarda tarixi mənbələrə yönləndirmə.[34]

Məfatihul-həyat

“Məfatihul-həyat” kitabını bir qrup tədqiqatçı Ayətullah Abdullah Cəvadi Amulinin nəzarəti altında yazıb. O, bu kitabın yazılma məqsədinin camaata İslam həyat tərzinin öyrədilməsi olduğunu bildirib. O, bu kitabı “Məfatihul-cinan”ın ikinci cildi adlandırıb.[35]

İstinadlar

  1. چاپ نزدیک به ۲۸ میلیون جلد مفاتیح الجنان, farhang.gov.ir saytı
  2. چاپ نزدیک به ۲۸ میلیون جلد مفاتیح الجنان, farhang.gov.ir saytı
  3. Qumi, Məfatihul-cinan kitabından seçmələr, 2005-ci ildə Quran surələrindən başqa 40-a yaxın vacib dua və ziyarət tərtib edilib çap olunub.
  4. Talei, Salşomare həyat və asare Mühəddis Qumi, h.ş 1389, s.13-48
  5. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.28
  6. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.12
  7. Sultani, İşare be pareye əz mənabe Məfatihul-Cinan, h.ş 1389, s.450
  8. Sultani, İşare be pareye əz mənabe Məfatihul-Cinan, h.ş 1389, s.451
  9. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.869
  10. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.985
  11. Qumi, Məfatihul-cinan, h.ş 1387
  12. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.869
  13. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.903
  14. Qumi, Məfatihul-cinan, h.ş 1388, s.1115
  15. Sultani, İşare be pareye əz mənabe Məfatihul-Cinan, h.ş 1389, s.459-472
  16. Talei, Salşomare həyat və asare Mühəddis Qumi, h.ş 1389, s.31
  17. Qumi, Məfatihul-cinan, Tahir Xoşnevisin xətti ilə, h.ş 1385, s.28
  18. Qumi, Kulliyatu Məfatihil-Cinan, Abbas Misbahzadənin xətti ilə, h.ş 1375
  19. Qumi, Məfatihul-cinan, Mirzə Əhməd Zəncaninin xətti ilə, h.ş 1385, s.28
  20. Qumi, Kulliyatu Məfatihil-Cinan, Məhəmmədrza Əfşarinin xətti ilə, h.ş 1388
  21. Qumi Kulliyatu Məfatihil-Cinan, Seyid Haşim Rəsuli Məhəllatinin farsca mətni və şərhi, h.ş 1375
  22. Qənbəri, Nəhcül-bəlağənin tərcüməsini təqdimatı
  23. برگزاری همایش یکصدمین سال نگارش مفاتیح الجنان, sahebkhabar.ir saytı
  24. ویژگی‌های مفاتیج رونمایی‌شده در همایش یکصدمین سال., moshaf.org saytı
  25. Süleymani, Yek zikr be səd zəbane şeteften, h.ş 1389, s.32
  26. Cami, Həft övrəng
  27. “Məfatihul-cinan” kitabında möminlərin qəbirlərinin ziyarəti hissəsi
  28. مقدمه مفاتیح نوین حضرت آیت‌الله مکارم شیرازی, hadana.ir saytı
  29. "Ayətullah Ustadi ilə eksklüziv müsahibə", Beynəlxalq Vəhy Elmləri Fondunun saytı.
  30. سیری در کتاب مفاتیح نوین, makarem.ir saytı
  31. Məkarim Şirazi, Məfatihi-novin, h.ş 1390, s.16
  32. Məkarim Şirazi, Məfatihi-novin, h.ş 1390, s.2
  33. مصاحبه با آیت‌الله یوسفی غروی درباره کتاب منهاج الحیاة, maktabmofid.com saytı
  34. مصاحبه با آیت‌الله یوسفی غروی درباره کتاب منهاج الحیاة, maktabmofid.com saytı
  35. کتاب مفاتیح الحیات را باید جلد دوم مفاتیح الجنان بدانیم, esra.ir saytı

Ədəbiyyat

  • Talei, Əbdül-Hüseyn, Salşomare həyat və asare Mühəddis Qumi, Qum, 1-ci çap, h.ş 1389,
  • Qumi, Abbas, Məfatihul-cinan, Qum, h.ş 1388
  • Qumi, Abbas, Kulliyatu Məfatihil-cinan, Seyid Haşim Rəsuli Məhəllatinin farsca mətni və şərhi, h.ş 1375
  • Qumi, Abbas, Kulliyatu Məfatihil-Cinan, Məhəmmədrza Əfşarinin xətti ilə, h.ş 1388
  • Qumi, Abbas, Məfatihul-cinan, Mirzə Əhməd Zəncaninin xətti ilə, h.ş 1385
  • Qumi, Abbas, Kulliyatu Məfatihil-Cinan, Abbas Misbahzadənin xətti ilə, h.ş 1375
  • Qumi, Abbas, Məfatihul-cinan, Tahir Xoşnevisin xətti ilə, h.ş 1385,
  • Qənbəri, Bəxşəli, Nəhcül-bəlağənin tərcüməsini təqdimatı, h.ş 1384
  • Məkarim Şirazi, Nasir, Məfatihi-novin, Qum, 1-ci çap, h.ş 1390,
  • Sultani, Məhəmməd Əli, İşare be pareye əz mənabe Məfatihul-Cinan, Qum, h.ş 1389,
  • Süleymani, Mərziyə, «یک ذکر به صد زبان شنفتن: نگاهی کوتاه به ترجمه‌های مفاتیح الجنان», noormags.ir saytı
  • معرفی کتاب مفاتیح نوین, makarem.ir saytı

Xarici keçid