Məzmuna keç

Əllahummə kun li vəliyyikə duası

wikishia saytından
İmam Mehdi (ə.f) üçün salamatçılıq duası
Mövzuİmam Zamanın (ə) salamatlığı üçün dua
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Baqir (ə)İmam Sadiq (ə)
RaviMəhəmməd ibn İsa ibn Ubeyd
Şiə mənbələriƏl-Kafi - Təhzibul-əhkam - Misbahul-mütəhəccid - İqbalul-əmal
MonoqrafiyalarŞərhe duaye səlamətiye İmam Zaman (ə.f) (Möhsin Qiraəti)
ZamanQədr gecəsi - Ramazan ayının bütün günlərində - Qeybət dövründə


Əllahummə kun li vəliyyikə duası (farsca: دعای اللهم کن لولیک) və ya İmam Mehdi (ə.f) üçün salamatçılıq duası, şiələrin on ikinci imamı olan İmam Mehdinin (ə.f) salamatçılığı üçün oxunan bir duadır. Bu dua, "Əllahummə kun li vəliyyikə" ifadəsi ilə başlayır və "Təhzibul-əhkam" kitabında İmam Baqir (ə)İmam Sadiqdən (ə) nəql olunmuşdur.

Bu duada müxtəlif ifadələrlə İmam Mehdinin (ə.f) sağlamlığı üçün dua edilir. Dua Qədr gecəsinin (Ramazan ayının 23-ü) əməlləri arasında qeyd edilsə də, hər zaman oxuna bilər. Duanın sənədi mürsəldir, lakin etibarlı hədis mənbələrində və dua kitablarında yer aldığı üçün onun səhih və mötəbər olduğuna hökm vermək olar.

Duanın gəldiyi əksər mənbələrdə İmam Mehdinin (ə.f) adı əvəzinə "Fulan ibn Fulan" ifadəsi işlədilmişdir. Buna görə də, bəziləri ehtimal edirlər ki, bu dua yalnız İmam Mehdiyə (ə.f) deyil, hər bir imam üçün onların imamət dövründə oxuna bilər.

Bu dua haqqında "İmam Zaman (ə.f) üçün sağlamlıq duasının şərhi" adlı kitab Möhsün Qiraəti tərəfindən qələmə alınmışdır.

Duanın mətni

"Əllahummə kun li vəliyyik" duası müxtəlif ifadələrlə mənbələrdə nəql edilmişdir. Şeyx Tusinin "Misbahul-Mutəhəccid" adlı əsərində bu dua belə nəql olunmuşdur:

«اللَّهُمَ کُنْ لِوَلِیکَ فُلَانِ بْنِ فُلَانٍ فِی هَذِهِ السَّاعَةِ وَ فِی کُلِّ سَاعَةٍ وَلِیاً وَ حَافِظاً وَ قَائِداً وَ نَاصِراً وَ دَلِیلًا وَ عَیناً حَتَّی تُسْکِنَهُ أَرْضَکَ طَوْعاً وَ تُمَتِّعَهُ فِیهَا طَوِیلًا»

Oxunuşu:

Əllahummə kun li vəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvaa və tuməttiəhu fiha təvila.

Tərcüməsi:

İlahi! Sənin vəlin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), Öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol![1] Bu dua "İqbalul-əmal" kitabında bəzi əlavələrlə nəql olunmuşdur.[2]

"Təhzibül-əhkam" kitabında isə bu dua İmam Baqir (ə)İmam Sadiqdən (ə) nəql edilmişdir.[3] Lakin digər mənbələrdə "əs-salihin" ifadəsi mövcuddur və hansı imamdan nəql edildiyi dəqiqləşdirilməmişdir.[4]

Bu duanı nəql edən əksər mənbələrdə "Fulan ibn Fulan" ifadəsi qeyd olunmuşdur.[5] Hicri 6 və 7-ci əsrlərdə yaşamış şiə mühəddisi, Seyid İbn Tavus "İqbal" kitabında "Fulan ibn Fulan" yerinə belə yazmışdır: "Əllahummə kun li vəliyyikə əl-Qaimi bi əmriki əl-Höccəti Muhəmməd ibnil-Həsəni əl-Mehdi, əleyhi və əla abaihi əfzəlus-salati vəs-səlam".[6] "Misbahu Kəfəmi" kitabında da "Muhəmməd ibnil-Həsəni əl-Mehdi" ifadəsi qeyd edilmişdir.[7]

Hicri 11-ci əsrin şiə mühəddisi Məhəmməd Təqi Məclisi isə bildirmişdir ki, duanın ifadəsinin zahirindən isitfadə olunur ki, İmam Zamanın (ə.f) adını "Fulan ibn Fulan" əvəzinə çəkmək caizdir. Əlbəttə, o Həzrətin ləqəblərindən istifadə edilməsi daha yaxşıdır.[8]

"Məfatihul-cinan" kitabında isə "Fulan ibn Fulan" yerinə "əl-Höccət ibnil Həsən" deməyin tövsiyə edildiyi bildirilmişdir.[9] Bəzi alimlər isə duada "Fulan ibn Fulan" ifadəsinin işlədilməsinə əsaslanaraq, bu duanın yalnız İmam Zamana (ə.f) deyil, hər dövrün imamı üçün ola biləcəyini ehtimal etmişlər.[10]

Duanın oxunma vaxtı

Rəvayətin əvvəlindəki ifadələrə əsasən, bu dua hər nə qədər Ramazan ayının 23-cü gecəsinə məxsus olsa da, onu hər zaman və hər vəziyyətdə oxumaq olar. Çünki bu duanı hər vəziyyətdə (ayaq üstə, oturaraq və səcdədə), Ramazanın 23-cü gecəsində, hətta bütün Ramazan ayında və həyatın bütün anlarında təkrar oxumaq tövsiyə olunub.[11] Buna əsasən, bu duanın hər gün və namazlardan sonra oxunmasının da gözəl olduğu bildirilmişdir.[12] Həmçinin duanın Allaha həmd və Peyğəmbərə (s) salavat göndərdikdən sonra oxunması tövsiyə edilib.[13]

Duanın məzmunu

"Əllahummə kun li vəliyyikə" duasında müxtəlif ifadələrlə İmamın (ə) salamatlığı üçün dua edilir.[14] Bu duada altı sözlə – "vəliyyən" (vəli), "hafizən" (qoruyucu), "qaidən" (rəhbər), "nasirən" (yardımçı), "dəlilən" (bələdçi) və "əynən" (göz, nəzarətçi) – Allahdan İmamın (ə) vəlisi, qoruyucusu, rəhbəri, yardımçısı, bələdçisi və nəzarətçisi olması istənilir.[15]

Duanın "fi hazihis-saəh" (bu saatda) ifadəsi Qədr gecəsinə (Ramazanın 23-cü gecəsinə) işarə edir. "Fi kulli saəh" (hər saatda) isə İmam Mehdi (ə.f) üçün daim dua etməyin və ona diqqət yönəltməyin vacibliyini göstərir.[16]

8-ci əsrin şiə alimlərindən olan Həsən ibn Süleyman Hillinin nəzərində "hətta tuskinəhu ərzəkə təvaa" ifadəsindən məqsəd, İmam Mehdinin (ə.f) zühur vaxtı və güc sahibi olduğu dövrdür. Çünki qeybət dövründə onun haqqı əlindən alınmışdır və o, haqqı açıq şəkildə insanlara bəyan edə bilmir.[17]

Həmçinin o, "tuməttiəhu fiha təvila" ifadəsindən məqsədin "rəcrət" (geri qayıdış) və İmam Mehdinin (ə.f) şəhadətindən sonrası olduğunu bildirir.[18] Möhsün Qəraətinin nəzərinə əsasən isə "tuməttiəhu fiha təvila" ifadəsindən məqsədin İmam Mehdi (ə) tərəfindən qurulacaq dünya hökumətinin uzun müddət davam etməsi arzusuna işarə etdiyini bildirir.[19]

Sənəd və etibarlılıq

"Əllahummə kun li vəliyyikə" duası rəvayət və dua mənbələrində yalnız Məhəmməd ibn İsa ibn Übeyd vasitəsilə nəql olunmuşdur.[20] Onun vəsaqət (etibarlılığı) barəsində fikir ayrılığı mövcuddur.[21] Nəcaşi[22] onu siqə (etibarlı) hesab etmiş, Şeyx Tusi[23] isə zəif saymışdır. Əllamə Hilliyə görə güclü rəy Məhəmməd ibn İsanın etibarlılığını qəbul etməkdir.[24]

Əllamə Məclisinin dediyinə görə, bu duanın sənədi mürsəldir.[25] Bununla belə, Möhsün Qiraətinin fikrincə, bu duanın "Kafi"[26] və "Təhzibul-Əhkam"[27] kimi mənbələrdə və İbn Məşhədinin "Əl-Məzarul-Kəbir"[28], Kəfəminin "əl-Misbah"[29]Seyid ibn Tavusun "İqbalul-Əmal"[30] əsərləri kimi etibarlı kitablarda yer alması, həmçinin duanın məzmununun ağıl və nəqlə uyğun olması, bu duanın bütün ifadələrinin digər dualarda gəlməsi onun etibarlılığına və düzgünlüyünə dəlalət edir.[31]

İmam Zamanın (ə.f) sağlığı üçün dua etməyin səbəbi

Möhsün Qiraətinin dediyinə görə, On ikinci İmam (ə.f) digər məsum imamlar kimi təbii həyat yaşayır və xəstəliklərə, problemlərə məruz qala bilər. Buna görə onun sağlığı üçün dua etmək və sədəqə vermək gözəl bir işdir.[32] O, İmam Mehdinin (ə.f) sağlığı üçün dua etməyin başqa bir səbəbini onun missiyasını yerinə yetirməsi və imamət yükünü – istər qeyb dövründə, istərsə də zühur zamanı – daşıması ilə bağlıdır. Çünki belə bir ağır yükü daşımaq Allahın xüsusi qorumasına və lütfünə ehtiyaclıdır.[33] Həmçinin İmamlardan (ə) nəql edilən dualarda da İmam Zamanın (ə.f) sağlığı üçün dua edilmişdir.[34]

Monoqrafiya

Möhsün Qiraətinin "İmam Zamanın (ə.f) sağlığı üçün duanın şərhi" adlı kitabı Həsən Səlimabadinin səyləri ilə yazılmışdır. O, "İmam Zamanın (ə.f) sağlığı üçün duanın sənədi və mətnini araşdırmış və şərh etmişdir. Müəllif giriş bəhslərindən və sənəd araşdırmasından sonra duanın sözlərini və ifadələrini tədqiq etmişdir.[35] Kitabın sonunda İmam Zamanın (ə.f) sağlığı üçün dua oxumağın faydaları və duanın qəbul olunma şərtləri qeyd edilmişdir.[36] Kitabın müəllifi bu duanın səhvən "Fərəc duası" adlandırıldığını bildirir.[37] Bu kitab Qum şəhərində Həzrət Mehdi (ə.f) Mədəniyyət Fondu tərəfindən nəşr edilmişdir.

İstinadlar

  1. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630 və 631
  2. Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  3. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.102-103
  4. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162; Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630 və 631; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612
  5. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.103; Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630-631; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612; Kəfəmi, Əl-Bələdul-əmin, h.q 1418, s.203
  6. Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  7. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.586
  8. Məclisi, Rəvzətul-müttəqin, h.q 1406, c.3, s.449
  9. Qumi, Məfatihul-cinan, s.307, (farsca), Ramazan ayının 23-cü gecəsinin duası
  10. Baxın: Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.48
  11. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.102-103; Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612; Kəfəmi, Əl-Bələdul-əmin, h.q 1418, s.203; Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  12. Baxın: Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.35-36
  13. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.102-103; Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612; Kəfəmi, Əl-Bələdul-əmin, h.q 1418, s.203; Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  14. Baxın: Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.61
  15. Baxın: Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.61
  16. Baxın: Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.57
  17. Hilli, Muxtəsərul-bəsair, h.q 1421, s.460
  18. Hilli, Muxtəsərul-bəsair, h.q 1421, s.460 və 461
  19. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.87-91
  20. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.102-103; Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.630; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612; Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  21. Baxın: Əllamə Hilli, Ricalul-Əllamətil-Hilli, h.q 1411, s.142
  22. Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.333
  23. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.391
  24. Əllamə Hilli, Ricalul-Əllamətil-Hilli, h.q 1411, s.142
  25. Məclisi, Miratul-uqul, h.q 1404, c.16, s.394; Məclisi, Məlazul-əxyar fi fəhmi təhzibil-əxbar, h.q 1406, c.5, s.106
  26. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.162, hədis 4
  27. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.102, hədis 37
  28. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.612
  29. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.586
  30. Seyid ibn Tavus, İqbalul-əmal, h.q 1419, c.1, s.85
  31. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.26-29
  32. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.62
  33. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.67
  34. Nümunə üçün baxın: Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.1, s.409 və 413 və c.2, s.405
  35. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.5 və 6
  36. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.93-103
  37. Qiraəti, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), h.ş 1393, s.7

Ədəbiyyat

  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Təhqiq və Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, Dəftəre nəşre İslami, 1-ci çap, h.q 1419
  • Hilli, Həsən ibn Süleyman ibn Məhəmməd, Muxtəsərul-bəsair, Təhqqi: Muştaq Müzəffər, Dəftəre nəşre İslami, 1-ci çap, h.q 1421
  • Seyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1419
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, Fiqhuş-şiə müəssisəsi, 1-ci çap, h.q 1411
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Təhqiq və Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, Dəftəre nəşre İslami, 3-cü çap, h.ş 1373
  • Əllamə Hilli, Həsən ibn Yusif ibn Mütəhhər, Ricalul-Əllamətil-Hilli, Təhqiq: Məhəmməd Sadiq Bəhrul-ulum, 2-ci çap, h.q 1411
  • Qiraəti, Möhsin, Şərhe duaye səlamətiye İmam Zaman (ə.f), Qum, h.ş 1393
  • Kəfəmi, İbrahim ibn Əli Amili, Əl-Misbah, Qum, Darur-Rəzi, 2-ci çap, h.q 1405
  • Kəfəmi, İbrahim ibn Əli Amili, Əl-Bələdul-əmin, Beyrut, Əl-Ələmi müəssisəsi, 1-ci çap, h.q 1418
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Rəvzətul-müttəqin, Təhqiq və düzəliş: Hüseyn Musəvi Kermani və Əli Pənah İştihardi, Qum, 2-ci çap, h.q 1406
  • Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi əxbari Ali Rəsul, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1404
  • Məclisi, Məhəmməd Baqir, Məlazul-əxyar fi fəhmi təhzibil-əxbar, Təhqiq: Mehdi Rəcai, Qum, 1-ci çap, h.q 1406
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, Dəftəre nəşre islami, 6-cı çap, h.ş 1365
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Məcməu ihyais-səqafətil-islamiyyə

Xarici keçidlər