Əbu Bəkr ibn Həsən ibn Əli

wikishia saytından
Əbu Bəkr ibn Həsən ibn Əli
Kərbəla şəhidlərinin pak məzarları
AdƏbu Bəkr ibn Həsən
VəfatıHicrətin 61-ci ili, 10 Məhərrəm
Dəfn edildiyi yerKərbəla
Yaşayış yeriMədinə
Atasıİmam Həsən (ə)
AnasıRəmlə


Əbu Bəkr ibn Həsən ibn Əli ibn Əbi Talib (ərəbcə: أبو بكر بن الحسن بن علي بن أبي طالب) (şəhadət tarixi: Aşura 61-ci qəməri ili) İmam Həsən Müctəbanın (ə) övladlarındandır ki, Aşura günü qardaşı Qasim ibn Həsəndən sonra Abdullah ibn Üqbə Ğənəvinin əli ilə şəhid oldu.

Adı və nəsli

Əbu Bəkr ibn Həsən, İmam Həsənin (ə) oğludur. Onun anası Ümmü Vələddir.[1] Bəziləri onun Qasim ibn Həsənlə eyni anadan olduğuna inanırlar[2] ki, adı Rəmlə idi.[3] O, Aşura günü qardaşları Abdullah və Qasımla birlikdə şəhid oldu.[4] Bəzi mənbələrdə Əbu Bəkrin, Hüseyn ibn Əlinin (ə) oğlu olduğu bildirilmişdir.[5]

Kərbəla hadisəsi

Aşura günü qardaşı Qasim ibn Həsəndən[6] sonra Abdullah ibn Üqbə Ğənəvi onu oxla şəhid etdi.[7] Onun adı Ziyarətüş-Şühədada (məşhur olmayan Nahiyə ziyarəti) və İmam Hüseynin (ə) Rəcəbiyyə ziyarətində çəkilir. Həmçinin "Nahiyə" ziyarətində onun qatili lənətlənmişdir.[8] Süleyman ibn Qətənin Kərbəla şəhidləri barədə dediyi mərsiyədəki şerlərində İmam Hüseynin (ə) səhabələrindən birinin Qənəvi qəbiləsindən olan bir şəxsin əli ilə şəhid edilməsinə işarə olunur. Habelə onun Abdullah ibn Üqbənin vasitəsi ilə şəhid edildiyi bildirilir:

[9]و عند غنيٍّ قطرة من دمائنا             سنجزیهم یوما بها حیث حلت
Tərcüməsi: "Zəngin qəbilədə bizim bir damla qanımız var və münasib gündə onlardan intiqam alacayıq".

Əlbəttə, bəzi mənbələrdə Hərmələ ibn Kahil Əsədi onun qatili kimi təqdim edilmişdir.[10]

İstinadlar

  1. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.468; Əbul-fərəc İsfahani, Məqalitut-talibin, s.92
  2. Əbul-fərəc İsfahani, Məqalitut-talibin, s.92
  3. Səmavi, İbsarul-eyn, h.q 1419, s.72
  4. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.468; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.61-62
  5. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.448; Əbul-fərəc İsfahani, Məqalitut-talibin, s.92; İbn Əsir, Əl-Kamil, m. 1965, c.4, s.75; ibn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, Xamisə 1, s.470, 476
  6. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.257; Əbul-fərəc İsfahani, Məqalitut-talibin, s.92
  7. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.257; Bəlazuri, Ənsabul-əşraf, m. 1977, c.3, s.201
  8. Məclisi, Biharul-ənvar, h.q 1404, c.45, s.65, c.98, s.269; Seyyid ibn Tavus, İqbalul-əmal, h.q 1367, s.574
  9. Bəlazuri, Ənsabul-əşraf, m. 1977, c.3, s.220; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, Xamisə 1, c.1, s.511
  10. İbn Əsir, Əl-Kamil, m. 1965, c.4, s.92

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, m. 1965
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq, Məhəmməd ibn Samil, h.q 1414
  • Əbul-fərəc İsfahani, Əli ibn Hüseyn, Məqalitut-talibin, Təhqiq: Seyyid Əhməd Səqər, Darul-mərifə
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Əl-Mahmudi, m. 1977
  • Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Təhqiq: Əbdül-Munim Amir, Qum, h.ş 1368
  • Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Qum, Daneşqahe Şəhid Məhəllati, h.q 1419
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1367
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, Darut-turas, m. 1967
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Təhqiq: Əsəd Dağir, Darul-hücrə, 2-ci çap, h.q 1409
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1404