Ələyhis-səlam
Ələyhis-səlam (ərəbcə: عليه السلام) ibarəti, dua və ehtiram məfhumlu “ona salam olsun” mənasını bildirir və imamlar (ə), peyğəmbərlər (ə), o cümlədən bəzi imamzadələr və mələklərin adlarından sonra istifadə olunur.
İmamlara və möminlərə salam göndərmiyin Quran-Kərim nəzərindən icazəli olması üçün Bəqərə surəsi ayə 157, Əhzab surəsi ayə 43 və Ənam surəsinin 54-cü ayələrinə istinad olunmuşdur; bu ayələrdə bütün möminlərə salavat (salam) göndərilir. Şəhid Sani, İslam elmləri təlifinin qayda-qanunlarına əsasən, imamların adlarından sonra (ələyihis-salam) ibarətini yazmağa təkid edir.
Əhli-Sünnə məzhəbi, səhabələrin və Şiələrin imamlarının adlarından sonra “Rəziyəllahu ənh” (Allah ondan razı olsun) ibarətindən istifadə edirlər və bu ibarəti digər xəlifələr üçün istifadə etməmişlər. Amma İbn Teymiyyənin şagirdi, İbn Kəsirin fikrincə bu ibarəti imam Əliyə (ə) ixtisas verib digər xəlifələr üçün istifadə etməməyi münasib olmadığını bildirir.
Şiələr, həzrət Zəhra (s.ə), Zeynəb (s.ə), və Xədicə (s.ə) kimi qadınlara ehtiram olaraq, “ələyhis-salam” ibarətindən deyil, “salamulah ələyha” və peyğəmbər (s) üçün “səlləllahu ələyh və alih” (Allahın salavat - salamı ona və əhli-beytinə olsun) ibarətinədən istifadə edirlər.
“Ələyihis-səlam” ibarəti, ixtisar olaraq (ə) və “Salamullah ələyh” ibarəti isə (s.ə) şəklində yazılır.
Oxşar ibarətlər və istifadə olunacaq yerlər
“Ələyhis-səlam” ibarəti, dua və ehtiram məfhumlu “ona salam olsun” mənasını bildirir və imamlar (ə), peyğəmbərlər (ə),[1] bəzi imamzadələr, o cümlədən həzrət Abbas (ə),[2] Əliəkbər (ə),[3] Əliəsgər (ə)[4] və Cəbrayıl[5] kimi bəzi mələklərin adlarından sonra istifadə olunur.
Adları zikr olunan imamlar və yaxud peyğəmbərlərin sayı iki nəfər olduqda, “ələyhima salam” (o ikisinə salam olsun);[6] əgər sayları iki nəfərdən çox olarsa, “ələyhimus-salam” (onlara salam olsun) ibarətindən istifaə olunur.[7] Şiələr, imamların adlarından sonra, “ələyis-salam” ibarətindən əlavə, bu mənanı daşıyan “salamullah ələyh”, “salavatullah ələyh”,[8] “ələyhis-səlatu vəs-səlam”[9] kimi, və yaxud “ələyhi əfzəlus-səlatu vəssəlam” (ən üstün salavat və salam olsun ona) və “ələyhi alafut-təhiyyəti vəssəna” (minlərlə səna və salam olsun ona)[10] ibarətlərindən istifadə edilir.
Əhli-beyt (ə)[11] xanımları və qızlarının adlarından sonra, misal üçün həzrət Fatimə (s.ə),[12] Zeynəb (s.ə),[13] Məsumə (s.ə),[14] peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə),[15] İsa peyğəmbərin anası Məryəm (s),[16] və Fironun xanımı Asiyə (s.ə),[17] “salamullah ələyha” (Allahın salamı olsun ona) və ya “ələyha salam” ibarətlərindən istifadə olunur. Peyğəmbər (s) üçün isə, “ələyhis-salam” ibarətinin əvəzinə, “səlləllahu ələyhi və alih” (Allahın salamı ona və əhli beytinə olsun) ibarətindən istifadə olunur.[18]
Əhli-Sünnə də, peyğəmbərə (s)[19] və bəzi mələklərə[20] ehtiram olaraq “ələyhis-salam” ibarətindən istifadə edirlər; Şiə imamlarının və səhabələrin adlarından sonra “rəziyəllahu ənhu” (Allah ondan razı olsun)[21] ibarətindən istifadə edirlər; yalnız həzrət Əlinin (ə) adından sonra “Kərrəməllah vəchəh” ibarətindən də istifadə edirlər.[22] Əhli-Sünnə mənbələrində, çox yerlərdə imam Əlinin (ə) adından sonra “ələyhis-salam” ibarətindən istifadə edilmişdir.[23] Əhli-Sünnə tarixçisi və müfəssiri,[24] İbn Kəsir və Sələfi Alimi Məhəmməd Saleh Münəccid,[25] imam Əlinin (ə) adından sonra “ələyhis-salam” ibarətini, alimlərə deyil katiblərin (yazarların) yazdıqlarini bildirir.
Əhli-Sünnə, peyğəmbərin (s) adından sora, “səlləllahu ələyhi və səlləm”[26] və yaxud “səlləllahu ələyhi və alihi və səlləm”[27] və bəzi vaxtlar isə “ələyhis-salam” ibarətindən istifadə edirlər.[28] Qədimi(Xətti) nüsxə olan “Əl-İrşad” kitabında ki, hicrətin 566-cı ilində təlif olunmuşdur, imamların adları üçün “ələyhis-salam” ibarətindən istifadə olunmuşdur.[29]
Hökmləri və fəlsəfəsi
Şəhid Sani, hicrətin onuncu əsrinə aid Şiə fəqihi, İslam təlimlərində, imamların adlarından sonra “ələyhis-salam” ibarətinin yazılmasına təkid edir.[30] Hicrətin səggizinci əsrinə aid olan Fəxrul Mühəqqiqin dediklərinə görə, Şiə alimlərinin nəzərində möminlərə salam və salavat göndərmək icazəlidir.[31] Əlbətdə onun fikrincə, daha yaxşıdır ki, salavat və salam göndərmək, imamlara və peyğəmbərlərə ixtisas verilsin və digər möminlər haqqında istifadə edilməsin.[32]
Bu fikir müqabilində isə, ibn Teymiyyənin şagirdlərindən olan İbn Kəsir[33] və Əbdüləziz bin Baz (Vəhhabi muftisi)[34] “ələyhis-salam” ibarətini imam Əliyə (ə) ixtisas verib digər xəlifələr üçün istifadə etməməyi (o cür ki, bir çox Əhli-Sünnə mənbələrində müşahidə olunur) münasib bilmirlər.
İmamlara salam göndərməyin icazəli olması , Tövbə surəsi ayə 103,[35] Bəqərə 157, Əhzab 43 və Ənam surəsinin 54-cü ayələrinə istidnad edilmişdir ki, onlarda möminlərə salam və salavat göndərilmişdir.[36] Bu ayələrdən əlavə, “سَلَامٌ عَلیٰ اِلْ یاسِینَ” (Səlamun əla İl Yasin)[37] ayəsinə istinad etmişlər ki, təfsirlərdə[38] və rəvayətlərdə[39] “İl-Yasin”-dən məqsəd, Məhəmməd peyğəmbərin (s) əhli-beytidir (ə).[40]
Peyğəmbərlərə salam göndərməyin icazəli olması barədə isə, Qurani-Kərimdən bir sıra ayələrlə istidlal olunmuşdur ki, ümumi olaraq bütün peyğəmbərlərə[41] və bəzi peyğəmbərlərə isə adları deyildikdə[42] salavat və salam göndərilmişdir.[43] Qeyd etmək lazımdır, Şeyx Səduq[44] və Şeyx Tusinin “Əmali” kitablarında[45] bir rəvayətdə sifariş olunur, peyğəmbərlərdən hər hansı birinin adını dilə gətirdikdə, ilk öncə İslam peyğəmbəri (s) sonra isə o peyğəmbərə salavat göndərilsin. Vəsailuş-şiə kitabında, o rəvayətə oxşar digər bir rəvayətdə isə sifariş olunur, ilk növbədə İslam peyğəmbəri (s) və əhli-beytinə (ə), sonra isə o peyğəmbərə salavat və salam göndərilsin.[46] Bəzi Şiə alimləri, peyğəmbərlərin adlarından sonra, “əla nəbiyyəna və alihi və ələyhis-salam” -Salam olsun bizim peyğəmbərə və əhli-beytinə (və adı zikr olunan peyğəmbərə) - ibarətindən istifadə edirlər.[47]
İxtisarlanmış şəkli
“Ələyhis-salam” və “Salamullah ələyha” ibarətləri (ə) və (s.ə) ixtisar şəklində yazılır.[48] Bəziləri isə bu ibarətlərin ixtisar şəklində yazılmasını yalnış və əhli-beytə (ə) ehtiramsızlıq olduğunu bilirlər.[49] Bu düşüncə qarşısında, Şiə şairi və yazıçısı, Fars dili və ədəbiyyatı filoloqu Məhəmməd Kazim Kazimi, “ələyhis-salam” ibarətinin ixtisar olaraq yazılmasını, onun təkrar olunmasından daha münasib olduğunu bilir; çünki bu işlə, bir tərəfdən mətnin gözəlliyi qorunub saxlanılır, digər tərəfdən isə, oxucuya bunu xatırladır ki, müəllif o şəxsə olan ehtiramdan qəflətdə deyil. Kazimi düşünür, böyük şəxsiyyətlərin təkrimi zamanı, Ərəb ibarətlərinin təkrar olunması bir növ adət halına çevrilir; bunun üçün də digər dilli dinləyici üçün onun təkrar edilməsindən uzaq olmaq daha önəmlidir.[50]
İstinadlar
- ↑ Lüğətnamə dəhxoda, Dəhxoda, Lüğətnamə dəhxoda, “Ələyhis-səlam” ibarəti
- ↑ Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.185; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.8
- ↑ Məhəmmədi Reyşəhri, Qozide şəhadətname İmam Hüseyn (ə), h.ş 1391; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.8
- ↑ Məhəmmədi Reyşəhri, Qozide şəhadətname İmam Hüseyn (ə), h.ş 1391; Zəhiri, Qisəsul-Hüseyn (ə), h.ş 1386, c.1, s.181
- ↑ Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.130; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.6
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, “ələyhima salam” sözü
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, “ələyhimus-salam” sözü
- ↑ Nizam Ərəc, Şərhun-nizam, Pavərəqi, s.25
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, “ələyhis-səlatu vəs-səlam” sözü
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, “ələyhi alafut-təhiyyəti vəssəna” sözü
- ↑ Ənuri, Fərhənge bozorqe soxən, “salamullah ələyha” sözü
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.11, s.88; Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.185
- ↑ Safi Qolpayqani, Hüseyn şəhide aqah və rəhbəre nicatbəxşe İslam, h.ş 1366, s.451; Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.166
- ↑ Safi Qolpayqani, Silsileye Məbahise İmamət və Məhdəviyyət, h.ş 1391, c.2, s.278; Fazil Müvəhhidi Lənkərani, Ayine keyfəri İslam, h.ş 1390, c.1, s.516
- ↑ Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.223
- ↑ Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.7, s.394; Safi Qolpayqani, Silsileye Məbahise İmamət və Məhdəviyyət, h.ş 1391, c.2, s.278; Fazil Müvəhhidi Lənkərani, Ayine keyfəri İslam, h.ş 1390, c.4, s.190
- ↑ Haşimi Rəfsəncani, Fərhənge Quran, h.ş 1385, c.16, s.247; Məzahiri, Əxlaqiyyətul-əlaqətiz-zəvciyyə, h.q 1414, s.240
- ↑ Lüğətnamə dəhxoda, Dəhxoda, Lüğətnamə dəhxoda, “səlləllahu ələyhi və alih” ibarəti
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.61 və 129; Fəxri Razi, Təfsiru Kəbir, h.q 142, c.1, s.136
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.350; Fəxri Razi, Təfsiru Kəbir, h.q 142, c.1, s.83, c.22, s.171
- ↑ Siyuti, Əd-durrul-mənsur, Darul-fikr, c.4, s.524
- ↑ İbn Kəsir, Təfsir, h.q 1412, c.3, s.524
- ↑ Mücahid ibn Cəbr, Təfsiru Mücahid, h.q 1410, s.684; Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.1, s.136
- ↑ İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.6, s.478
- ↑ Əl-Münəccid, Məvqiul-İslam sual və cavab, h.q 1430, c.9, s.101
- ↑ Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.8, s.116; İbn Cuzeyy, Ət-Təshilu li-ulumit-tənzil, h.q 1416, c.2, s.467
- ↑ Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.8, s.116; İbn Cuzeyy, Ət-Təshilu li-ulumit-tənzil, h.q 1416, c.2, s.467
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.2; Fəxri Razi, Təfsiru Kəbir, h.q 1420, c.1, s.175
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1416, s.15, Müqəddimə hissəsi
- ↑ Şəhid Sani, Munyətul-murid, h.q 1409, s.346 və 347
- ↑ Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
- ↑ Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
- ↑ İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.6, s.478
- ↑ İbn Baz, Əbdül-Əziz ibn Abdullah, Məcmuu fətava və məqalati mutənəvvəə, c.6, s.399
- ↑ Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
- ↑ Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.32-33
- ↑ Saffat surəsi, ayə 130
- ↑ Süleyman, Məqatilu ibn Süleyman, h.q 1423, c.3, s.618; Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.8, s.716
- ↑ Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.356; Şeyx Səduq, Əl-Əmali, s.472
- ↑ Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.33
- ↑ Saffat surəsi, ayə 181
- ↑ Saffat surəsi, ayə 79, 109
- ↑ Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.33
- ↑ Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.380
- ↑ Tusi, Əmali, h.q 1414, s.424
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.7, s.208
- ↑ Safi Qolpayqani, Muntəxəbul-əsər fil-İmamis-Sani Əşər (ə), h.q 1422, c.2, s.356; İştihardi, Həqiqəte mocize əz ənbiya və Əimme (ə), h.ş 1389, c.1, s.75
- ↑ Sübhani Təbrizi, Ayine Vəhhabiyyət, h.ş 1386, s.274; Məzahiri, Məzhəre həqq, h.ş 1388, s.46
- ↑ Fərəhzad, آیا در نوشتهها نوشتن(ص) به جای(صلی الله علیه و آله) صحیح است, iqna.ir saytı
- ↑ Kazimi, دلیل استفاده از علایم اختصاری برای تعظیم و تکریم امامان, khabaronline.ir saytı
Ədəbiyyat
- Əbül-Qasim Məhəmməd ibn Əhməd, التسهیل لعلوم التنزیل, Təhqiq: Abdullah Xalidi, h.q 1416
- İbn Həcər, İsmail ibn Ömər, الفتاوی الحدیثیه, Darul-fikr
- İbn Kəsir, İsmail ibn Ömər, تفسیر القرآن العظیم, h.q 1420
- İbn Kəsir, İsmail ibn Ömər, تفسیر ابنکثیر, Beyrut, Darul-mərifə, h.q 1412
- Əbu Mənsur, Əbu Mənsur Məhəmməd ibn Əhməd, Əz-Zahiru fi ğəribi əlfaziş-Şafei, h.q 1431
- İştihardi, Əli Pənah, حقیقت معجزه از انبیاء و ائمه(ع), Qum, Nəşre Zair, h.ş 1389
- Əl-Münəccid, Məhəmməd Salih, موقع الاسلام سؤال و جواب, h.q 1431
- Ənuri, Həsən, Fərhənge bozorqe soxən, Tehran, Soxən, h.ş 1381
- İbn Baz, Əbdül-Əziz ibn Abdullah, مجموع فتاوی و مقالات متنوعة, h.q 1431
- Sələbi, Əbu İshaq Əhməd ibn Məhəmməd, الکشف و البیان عن تفسیر القرآن, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1422
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1409
- Dəhxoda, Əli Əkbər və digərləri, لغتنامه, Tehran, Daneşqahe Tehran, h.ş 1390
- Zəməxşəri, Məhmud ibn Əmr, الکشاف عن حقائق غوامض التنزیل, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407
- Sübhani Təbrizi, Cəfər, آیین وهابیت, Tehran, h.ş 1386
- Sədi, Muslihud-din, بوستان+سعدی+از+روی+نسخه+تصحیحشده+مرحوم+محمدعلی+فروغی بوستان, Düzəliş: Məhəmməd Əli Furuği, Tehran, h.ş 1366
- Səhrəndi, Əhməd ibn Əbdül-Əhəd Faruqi, رسالة رد الروافض, h.q 1432
- Siyuti, Cəlalud-din Əbdür-Rəhman ibn Əbi Bəkr, Əd-Dürrül-mənsur, Beyrut, Darul-fikr, h.q 1431
- Şəhid Sani, Zeynud-din ibn Əli, منیة المرید فی آداب المفید و المستفید, Qum, Təhqiq və düzəliş: Rza Muxtari, h.q 1409
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, الارشاد فی معرفة حجج الله علی العباد, Beyrut, h.q 1416
- Safi Qolpayqani, Lütfullah, منتخب الاثر فی الامام الثانی عشر(ع), Məktəbətu Ayətullah Əs-Safi, Qum, h.q 1422
- Safi Qolpayqani, Lütfullah, حسین(ع) شهید آگاه و رهبر نجاتبخش اسلام, Məşhəd, h.ş 1366
- Safi Qolpayqani, Lütfullah, Silsileye məbahise İmamət və Məhdəviyyət, Qum, Dəftəre nəşre asare Ayətullah Safi Qolpayqani, h.ş 1391
- Sanei, Nire Sadat, پاسخ به شبهات در شبهای پیشاور, Tehran, h.ş 1385
- Təbərsi, Fəzl ibn Həsən, مجمع البیان, Düzəliş və təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati və Seyyid Fəzlullah Yəzdi Təbatəbai, Beyrut, Darul-mərifə, h.q 1408
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Təhqiq və düzəliş: Besət müəssisəsi, Qum, h.q 1414
- Zəhiri, Əli Əsğər, قصص الحسین(ع), Qum, h.ş 1386
- Fazil Müvəhhidi Lənkərani, Məhəmməd, Ayine keyfəri İslam, Qum, Mərkəze fiqhi Əimme Əthar (ə), h. 1390
- Fəxri Razi, التفسیر الکبیر, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1420
- Fəxrul-Mühəqqiqin, Məhəmməd ibn Həsən, İyzahul-fəvaid fi şərhi işkalatil-qəvaid, Düzəliş: Əli Pənah İştihardi, Qum, İsmailiyyan, h.q 1387
- Fərəhzad, Həbibullah, آیا در نوشتهها نوشتن(ص) به جای(صلی الله علیه و آله) صحیح است, İqna saytı
- Kazimi, دلیل استفاده از علایم اختصاری برای تعظیم و تکریم امامان, khabaronline.ir saytı
- Kufi, Furat ibn İbrahim, Furatul-Kufi təfsiri, Tehran, Təhqiq və düzəliş: Məhəmməd Kazim, h.q 1410
- Mucahid ibn Cəbr, تفسیر مجاهد, Misir, Təhqiq: Məhəmməd Əbdüs-Səlam, h.q 1410
- Məhəmmədi Reyşəhri, Məhəmməd və digərləri, گزیده شهادتنامه امام حسین(ع) بر پایه منابع معتبر, Qum, Darul-hədis, h.ş 1391
- Məhəmmədi Reyşəhri, Məhəmməd və digərləri, دانشنامه امیرالمؤمنین(ع) بر پایه قرآن، حدیث و تاریخ, Qum, Darul-hədis, h.ş 1389
- Müdərrisi, Məhəmmədtəqi və Məhəmməd Şüştərizadə, حضرت علیاکبر(ع), h.ş 1379
- Məzahiri, Hüseyn, مظهر حق, Qum, h.ş 1388
- Məzahiri, Hüseyn, اخلاقیات العلاقة الزوجیة, Beyrut, h.q 1414
- Məkarim Şirazi və bir qrup yazıçı, تفسیر نمونه, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1380
- Nizam Ərəc Nişaburi, شرح النظام علی الشافیه, 1-ci çap, Qum, Təhqiq: Məhəmməd Zəki Cəfəri
- Haşimi Rəfsəncani, Əkbər və Quran Mədəniyyəti və Təhsil Mərkəzinin tədqiqatçıları, فرهنگ قرآن: کلید راهیابی به موضوعات و مفاهیم قرآن کریم, Qum, Bustane ketabe Qum, h.ş 1385