Ərbəin yürüşü (Ayin)
- "Ərbəin (səhv salmamaq üçün)" adlı bölməyə baxın.
Keçirilmə zamanı | Səfər ayından Ərbəin gününə qədər |
---|---|
Keçirilmə məkanı | İraqın hər yerindən Kərbəlada bitən yollarda; Ən əsas yol, Nəcəf-Kərbəla yoludur. |
Dualar | Ərbəin ziyarəti |
Ərbəin yürüşü (ərəbcə: مسيرة الأربعين) Səfər ayının 20-si (ərbəin günü) günü keçirilən şiə mərasimlərindən biridir. Bu yürüş İraqın müxtəlif yerlərindən Kərbəlaya doğru və ərbəin ziyarətini etmək məqsədilə həyata keçirilir. Zəvvarların çoxu Kərbəlaya Nəcəfdən gedir. Bu yürüş boyunca zəvvarlara xidmət üçün mokəb adlanan yerlər də var.
Səddam Hüseyn höküməti dövründə bu yürüşün keçirilməsinə məhdudiyyətlər qoyulsa da, 2003-cü ildə İraqın BƏƏS partiyasının süqutu ilə bu yürüş yenidən canlanmış və hər il İraq şiələri ilə yanaşı, digər ölkələrin, xüsusilə də İran şiələri də Ərbəin yürüşünə qoşuldular. Məlumatlara görə, Ərbəin yürüşündə şiələrlə yanaşı, sünni, xristian və digər dinlərdən olan qruplar da iştirak edir. Son illərdə milyonlarla insan bu yürüşdə iştirak edir. Belə ki, bu tədbir, dünyanın ən böyük illik dini toplantısı kimi tanınır. Bu yürüşdə iştirak edənlərin sayı ilə bağlı on iki milyondan iyirmi milyona qədər insan arasında statistik rəqəmlər açıqlanıb.
Ərbəin ziyarətinə tövsiyə
İmam Həsən Əskəridən (ə) gələn hədisə əsasən Ərbəin ziyarəti möminin əlamətlərindən biri kimi təqdim edilmişdir.[1] Bəzi alimlər bu hədisi Ərbəinin qeyd olunmasının səbəbi olaraq hesab etmişlər.[2]
Həmçinin Ərbəin günü üçün İmam Sadiqdən (ə) ziyarətnamə nəql edilmişdir.[3] Şeyx Abbas Qumi bu ziyarətnaməni “Məfatihul-Cinan”da məşhur Aşura ziyarətindən sonra üçüncü babda, "Ərbəin ziyarəti” başlığı ilə nəql etmişdir.[4]
Ərbəinin tarixçəsi
2014-cü ildə keçirilən Ərbəin yürüşü zamanı Nəcəfdən Kərbəlaya gedən yolda 30 kilometrlik camaat namazı qılınıb və bu namazda minlərlə zəvvar iştirak edib.[5]
Bəzi tədqiqatçıların fikrincə, Ərbəin günü yürüş məsum imamların (ə) dövründən bəri şiələr arasında geniş yayılmışdır. Seyyid Məhəmməd Əli Qazi Təbatəbai Seyyiduş-şühədanın (ə) ilk ərbəini haqqında olan kitabda ərbəin günü imam Hüseynin (ə) ziyarət edilməsinin şiələr üçün imamların dövründən bəri davamlı bir ənənə olduğunu və onların da Əməvilər və Abbasilər dövründə də bu hərəkata sadiq qaldıqlarını qeyd etmişdir.[6]
Qeyd edilmişdir ki, Şeyx Ənsarinin dövründən sonra bu ənənə unudulmuş və Mühəddis Nuri onu yenidən dirçəltmişdir.[7] “Ədəbul-lütf” kitabının müəllifi Kərbəladakı Ərbəin mərasimi ilə bağlı verdiyi məlumatda buradakı cəmi Məkkə ziyarətində olan topluma bənzətmiş və türk, ərəb, fars və urdu dillərində mərsiyə oxunulan əzadarlıq heyətlərində buna qeyd etmişdir. “Ədəbul-lutf” hicri 1388/miladi 1967-ci ildə nəşr olunub və onun müəllifi Ərbəin yürüşlərinin sayını təxminən bir milyondan çox olduğunu qeyd etmişdir.[8]
Səddamın dövründə ərbəinin qadağan edilməsi
İmam Həsən Əskəri (ə) : "Möminin 5 əlaməti var : 1. 51 rəkət namaz qılmaq (17 rəkət gündəlik vacib namazlar, 34 rəkət müstəhəb nafilə namazlar). 2.Ərbəin ziyarəti. 3.Sağ əlinə üzük taxmaq. 4.Səcdədə alnını torpağa qoymaq. 5."Bismillahir-Rəhmanir-Rəhim" kəlməsini ucadan demək. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, cild 6, səh.52
14-cü əsrin sonlarında İraq Bəəs partiyası Ərbəin yürüşünə qarşı çıxdı və bəzən yürüş iştirakçılarına qarşı zorakılıqla rəftar edildi. Bu məsələ bu yürüşün daha da geniş yayılmasına səbəb oldu. Ayətullah Seyyid Məhəmməd Sədr bir zamanlar Kərbəlaya piyada getməyi vacib elan etmişdi.[9]
Ərbəinə qarşı genişmiqyaslı mübarizə
Hicri 1397-ci ildə (1355 şəmsi -1977-ci il miladi) İraq Bəəs partiyası dini mərasimlərin və mokəblərin qurulmasını və Kərbəlaya piyada getməyi qadağan etdi.[10] Lakin Nəcəf əhalisi həmin ilin Səfər ayının 15-də Ərbəin yürüşünü keçirməyə hazırlaşdı[11] və Kərbəla istiqamətində hərəkət etdilər. Bu hərəkat Səddam Hüseyn hökumətinin əks reaksiyası ilə qarşılandı və camaatın bir qismi öldürüldü və bir qismi isə həbs edildi.[12] Seyyid Məhəmməd Baqir Həkim bu mübarizədə ömürlük həbsə məhkum edildi[13] və Əllamə Əskəri, Seyid Məhəmməd Hüseyn Fəzlullah kimi alimlər İraqdan qaçdıqları üçün onlara qiyabi şəkildə ölüm hökmü də çıxarıldı.[14]
Ərbəin zəvvarlarının artması
Ayətullah Xamenei: “Son illərdə bənzərsiz və görünməmiş bir məsələ ortaya çıxdı və bu, Kərbəlaya qədər olan yürüşdür. Bu hərəkat sevgi və iman hərəkatıdır. Biz də bu hərəkata uzaqdan baxırıq və bu uğuru tapıb bu hərəkatı həyata keçirənlərə qibtə edirik”.[15]
İl | Zəvvarların ümumi sayı | İraqlı zəvvarlar | İranlı zəvvarlar |
---|---|---|---|
2024 | 21,480,525[16] | - | 3,658,889 |
2023 | 22,019,146[17] | - | 4,050,000 |
2022 | 21,198,640[18] | - | 3,500,000 |
2021 | 16,327,542[19] | - | 60,000 (Koronaya görə məhdudiyyətlər varidi) |
2020 | 14,553,308[20] | - | Koronaya görə sərhədlər bağlı idi |
2019 | 15,229,955[21] | - | 3,500,000 |
2018 | 15,322,949[22] | - | 2,000,000 |
2017 | 13,874,818[23] | - | 2,320,000 - 2,350,000 |
2016 | 11,210,367[24] | - | 2,200,000 - 2,500,000 |
2015 | 22,000,000[25] | - | 1,700,000 |
2014 | 22,000,000[26] | - | 1,200,000 |
2013 | - | - | 802,000 |
2012 | - | - | 480,000 |
2011 | - | - | 80,000 |
2010 | 16 milyondan çox[27] | - | 40,000 |
2003-cü ildə İraq Bəəs partiyasının süqutu ilə İraqda Ərbəin yürüşü yenidən canlandı və bundan sonra hər il əvvəlki ilə nisbətən daha çox insan iştirak edir. Bu hərəkatın əvvəlində iki-üç milyon insan iştirak edirdi.[28] Lakin sonrakı illərdə bu yürüşdə iştirak edən zəvvarların sayı on milyondan çox insana çatdı[29] və bu say o qədər artdı ki, dünyanın ən böyük dini yürüşlərindən və ya toplantılarından biri hesab olundu.[30]
2016-cı ildə Həzrət Abbasın (ə) hərəm kompleksi bir elanda on üç gün ərzində (yəni Səfər ayının 7-dən 20-ə qədər) ərbəinə gedən, on bir milyon iki yüz mindən çox insanın Kərbəlaya daxil olduğunu bildirdi.[31]
2018-ci ildə İmam Hüseyn (ə) hərəm kompleksi bir bəyanatda Ərbəinə gedən on gündə (Səfərin 10-dan 20-nə kimi) on bir milyon səkkiz yüz əlli mindən çox insanın şəhərə daxil olduğunu bildirdi. Kərbəlaya ara küçələrdən daxil olanlar və ya hər hansı səbəbdən şəhər mərkəzinə daxil olmayanlar (hərəmdən təxminən üç kilometr məsafədə olan ərazi) bu statistikada nəzərə alınmayıb.[32]
Xəbər saytlarında və mediada zəvvarların sayı ilə bağlı bir çox başqa statistik məlumatlar dərc olunmuşdur. Bəzi məlumatlarda bu yürüşdə 15 milyon şiə zəvvarın iştirak etdiyi bildirilir.[33] Başqa məlumatlara əsasən isə bu rəqəm 20 milyonu keçmişdir.[34]
Yürüşdə əcnəbilərin iştirakı
İraq Daxili İşlər Nazirliyinin statistikası göstərir ki, şəmsi 1392-ci ildə İraqa ən azı bir milyon 300 min əcnəbi zəvvar gəlib və Ərbəin yürüşündə iştirak edib.[35]
İraq dövlətinin statistikında qeyd edildiyi kimi şəmsi 1397-ci ildə (2018) bu rəqəm 1 milyon 800 min nəfərdən çox olmuşdur.[36]
Ərbəin yolu və məsafəsi
- Əsas məqalə: Ərbəin ziyarəti
İraqlı zəvvarlar öz şəhərlərindən Kərbəla istiqamətindən hərəkət edirlər. Amma əksər iranlı zəvvarlar, eləcə də İran vasitəsilə İraqa daxil olan başqa ölkələrin zəvvarları piyada getmək üçün Nəcəfdən Kərbəlaya gedən yolu seçirlər. Əsas yol üzrə piyada məsafəsi təxminən 80 km-dir ki, bu da adətən iki-üç gün çəkir. Nəcəfdən Kərbəlaya gedən yolda 1452 sütun var.[37]
Həmçinin, Nəcəfdən Kərbəlaya Tariqul-Ülama və ya Tariqul-Fərat kimi tanınan başqa bir yol var və bəzi Ərbəin zəvvarları bu yoldan Kərbəlaya gedirlər. Tariqul-Ülama Fərat çayının yanındakı meşəliklərdən keçir və onun məsafəsi 89 km-dir. Keçmişdə Nəcəf alimləri Ərbəin yürüşü üçün bu yoldan istifadə edirdilər. Alimlərin bu yoldan istifadə etmələrinin səbəblərindən biri İraqın Bəas rejimi dövründə Ərbəin ziyarəti və Kərbəla ziyarətinə qoyulan qadağalar idi.[38]
Ərbəinin adət-ənənələri
Ərbəin yürüşünün özünəməxsus adət və ənənələri vardır. O cümlədən, Fərat çayının ətrafında yaşayan tayfalar tərəfindən rəcəz oxumaq və zəvvarlara xidmət göstərməyin.
Rəcəz oxumaq: Ərbəin günü iraqlıların adətlərindən biri də kərbəlaya gedən yolda rəcəz oxumaqdır. Cənubi İraqın ərəb qəbilələrinin xüsusi qəsidələri və şeirləri rəcəz adlanır. Bu şeirlər qəhrəmanlıq və igidliyi ifadə edir və kişiləri ağır və böyük işlər görməyə sövq etmək üçün istifadə olunur. Şair oxuduqdan sonra tamaşaçılar ondan bir misra təkrarlayır və dairəvi hərəkət edirlər.[39]
Mərasimin başlanğıcı: Əzadarlıq mərasimi Ərbəinə beş gün qalmış səhnəcik və mərsiyə oxuyanların girişi ilə başlayır. Bundan sonra sinəvurma və zəncirvurma qrupları daxil olurlar və əsl mərasim Ərbəin günü günorta namazından iki saat sonra başlayır. Zəvvarlar İmam Hüseynin (ə) hərəminin girişinin yaxınlığında dayanıb sinələrinə vuraraq mərsiyə oxuyur və bunu təkrar edirlər və sinəvurmanın sonunda salam əlaməti olaraq əllərini yuxarı qaldırırlar.[40]
Zəvvarlara xidmət: Fərat çayının kənar tayfaları ərbəin yürüşünda böyük çadırlar qururlar ki, onlara “mokəb” deyirlər və zəvvarlara xidmət və onların istirahəti üçün orada yerlər verirlər.[41] İraq dini icmaları çoxlu mokəblər quraşdırırlar və zəvvarlara pulsuz xidmət göstərirlər. Mokəblərin idarə edilməsi hökumətdən asılı olmayaraq və xalq tərəfindən həyata keçirilir. “Əl-Ərbəinul-Hüseyniyyə” – Mirzə Məhəmməd Ərbab Qumi (vəfatı hicri 1341-ci ildə) tərəfindən 1328-ci ildə fars dilində yazılmış bir kitabdır. O, bu kitabda, ilk olaraq bəzi əzadarlıq mərasimlərində bəzi fiqhi qaydalara riayət edilməməsini, bəzi məqtəllərdə "Qasimin toyu" kimi təhriflərin nəqlini tənqid etmişdir. Sonra Aşura hadisəsi, İmam Hüseyn (ə), Kərbəla şəhidləri və Məhərrəm ayı haqqında olan 40 hədisin şərhini izah etmişdir.[42]
Altı cildlik "Başlanğıc" kitab toplusu
Ərbəin yürüşü anlayışı, İran İslam Respublikasının rəhbərinin baxışında Seyyid Əli Xameneinin qlobal hərəkatın beş əsas missiyasına işarə edən sözlərinə şamil olur: vəhdət, Kərbəla hadisəsinin dirçəlişi, haqqın batilə qarşı mübarizəsi, Ərbəin yürüşü hadisəsi və nümunə götürmə. [32] Bu mövzuların hər biri Seyid Məhəmməd Sadiqi Arman tərəfindən bir cilddə toplanmış və 1398-ci şəmsi ilində Şəhid Kazimi Nəşriyyatında çap edilmişdir. [33]
Beynəlxalq "Liqaul-Hüseyn(ə)" Konqresi və ixtisaslaşdırılmış iclasları. Qum, Cəmkəran nəşrləri, 1395 şəmsi ili.
Həddad Adil, Qulam Əli, Ərbəin yürüşündən xəbər, getdim səhraya, eşq yağırdı... Tehran, İslam Mədəniyyəti nəşriyyatı, üçüncü çap 1397 şəmsi ili [34]
İstinadlar
- ↑ Şeyx Tusi, "Təhzibul-əhkam" cild 6, səh.52
- ↑ Cəfəriyan, Dəlile bozorqdaşte ərbein çist ?, h.ş 1386, no. 84
- ↑ Şeyx Tusi, "Təhzibul-əhkam" cild 6, səh.113
- ↑ Məfatihul-cinan, Ərbəin ziyarəti, Ziyarat babı, s.642
- ↑ «تعداد زائران اربعین اعلام شد»، خبرگزای ایسنا؛ «رکوردهایی که در اربعین ۱۴۰۱ش به دست آمد, İsna və farsnews.ir saytı»
- ↑ Məhəmməd Əli Qazi Təbatəbai, Təhqiq dərbareye əvvəle ərbəine Seyyidüş-Şühəda, h.ş 1368, s.2
- ↑ «زندگینامه میرزا حسین نوری», balagh.ir saytı
- ↑ Şübbər, Ədəbut-təff, c.1, s.41
- ↑ Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.102
- ↑ Əl-Mumin, Sənəvatul-cəmər, m. 2004, s.165
- ↑ Əl-Əsədi, Mucizu tarixil-İraqis-siyasil-hədis, m. 2001, s.101
- ↑ Vəyli, Nehzəte İslami Şieyane İraq, h.ş 1373, s.81
- ↑ Əl-Əsədi, Mucizu tarixil-İraqis-siyasil-hədis, m. 2001, s.103
- ↑ Vəyli, Nehzəte İslami Şieyane İraq, h.ş 1373, s.82
- ↑ پیادهروی اربعین؛ بزرگترین گردهمایی عالم, khamenei.ir saytı
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://alkafeel.net
- ↑ https://fa.alalam.ir/news
- ↑ https://alkafeel.net
- ↑ Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.102
- ↑ http://www.tasnimnews.com/Home/Single/226301 «اربعین، شکوه بیعتی مجدد با امام حسین»], tasnimnews.com saytı
- ↑ گزارش روزنامه فرانسوی لوموند از مراسم اربعین در کربلا, lemonde.fr saytı
- ↑ أعداد الزائرین المشاة نهاراً فی أربعینیة الإمام الحسین(علیهالسلام), alkafeel.net saytı
- ↑ الکشف عن الاحصائیة الاولیة لاعداد الزائرین بحسب ما رصدته کامیرات العتبة الحسینیة, imamhussain.org saytı
- ↑ «۱۵ میلیون شیعه در حال رسیدن به کربلا», fardanews.com saytı
- ↑ اجتماع ۲۰ میلیونی اربعین حسینی دنیا را متحول خواهد کرد», ilna.ir saytı
- ↑ «تعداد زائر غیرعراقی در اربعین», fardanews.com saytı
- ↑ دخول أکثر من ملیون وثمانمائة الف زائر عربی واجنبی حتی یوم ۱۹ من صفر الخیر, c-karbala.com saytı
- ↑ «چرا پیادهروی اربعین ثواب دارد», isna.ir saytı
- ↑ پیاده روی اربعین از مسیر طریق العلما به کربلا, isna.ir saytı
- ↑ Əbazəri, Piyadərəvi Ərbəine Hüseyni dər siyre və soxəne bozorqan, s.146
- ↑ Əbazəri, Piyadərəvi Ərbəine Hüseyni dər siyre və soxəne bozorqan, s.147
- ↑ Əbazəri, Piyadərəvi Ərbəine Hüseyni dər siyre və soxəne bozorqan, s.163
- ↑ Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.100
Ədəbiyyat
- Əbazəri, Əbdür-Rəhim, Piyadərəvi Ərbəine Hüseyni dər siyre və soxəne bozorqan, h.ş 1393
- Əl-Əsədi, Mucizu tarixil-İraqis-siyasil-hədis, m. 2001
- Əl-Mumin, Əli, Sənəvatul-cəmər, Beyrut, m. 2004
- Cəfəriyan, Rəsul, Dəlile bozorqdaşte ərbein çist ?, Qum, h.ş 1386
- «زندگینامه حاج محمد ارباب قمی», hawzah.net saytı
- «سرآغاز؛ الگوى مفهومى پیادهروی اربعین از نگاه رهبر معظم انقلاب», mizan.news saytı
- Şübbər, Seyyid Cavad, Ədəbut-təff, Beyrut, Darul-mürtəza
- Şeyx Tusi, Məhəmməd ibn Əl-Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Qazi Təbatəbai, Seyyid Məhəmməd Əli, Təhqiq dərbareye əvvəle ərbəine Seyyidüş-Şühəda, Qum, h.ş 1368
- Qumi, Abbas, Məfatihul-cinan
- Məzahiri, Möhsin Həssam, Fərhənge suge şii, Tehran, Xeymə nəşri, h.ş 1395
- Vəyli, Nehzəte İslami Şieyane İraq, Tərcümə: Ğulami, Ettelaat müəssisəsi, h.ş 1373