Hüseynun minni və ənə min Hüseyn

wikishia saytından
(Hüseyn məndəndir səhifəsindən yönləndirilmişdir)
Hüseynun minni və ənə min Hüseyn
İmam Hüseynin (ə) hərəminin girişindəki görüntü və “Hüseynun minni və ənə min Hüseyn” hədisi
İmam Hüseynin (ə) hərəminin girişindəki görüntü və “Hüseynun minni və ənə min Hüseyn” hədisi
Başqa adlarıHüseyn məndəndir, mən də Hüseyndənəm
Mövzuİmam Hüseyn (ə)
Nəql olunubPeyğəmbəri-Əkrəm (s)
Əsas raviYə'ləl-Amiri
Sənədin mötəbərliyiSəhih
Şiə mənbələriKamiluz-Ziyarat - Şərhul-əxbar - Əl-İrşad
Sünni mənbələriƏl-Musənnəfu İbn Əbi Şibə - Musnədu Əhməd ibn Hənbəl - Sunənu ibn Macə - Sunənu Tirmizi - əl-Mustədrək


Hüseynun minni və ənə min Hüseyn (Hüseyn məndəndir, mən də Hüseyndənəm - ərəbcə: حسين مني وأنا من حسين), Həzrət Peyğəmbərdən (s) ​​İmam Hüseynin (ə) fəzilətləri haqqında şiə və sünni hədis mənbələrində nəql olunmuş bir hədisdir. Onun ən qədim mənbəyi sünni alimlərindən olan İbn Əbi Şibənin (vəfatı: 235 h.q.) Əl-Musənnəf kitabıdır. Şiə hədis mənbələrində də ilk dəfə İbn Qoləveyhin (vəfatı: 368 h.q.) yazdığı "Kamiluz-Ziyarat" kitabında qeyd edilmişdir.

Bəzilərinin fikrincə, bu hədis Peyğəmbərlə (s) İmam Hüseynin (ə) ruhi vəhdətini ifadə edir və Hüseynə (ə) olan məhəbbət Allah dərgahında sevilməyə səbəb olur. Həmçinin şiə imamlarının (ə) nəslinin İmam Hüseyndən (ə) davam etməsinə işarə edir. Habelə bəzi tarixçilər belə hesab edirlər ki, "ənə min Hüseyn" ifadəsi, İslam dininin İmam Hüseynin (ə) qiyamının vasitəsi ilə qalıcı olmasına işarə edir.

Bu hədis, İmam Hüseynin (ə) hərəminin giriş qapısında həkk olunub.

Məqam və tanıtımı

"Hüseynun minni" hədisi, Həzrət Peyğəmbərin (s) İmam Hüseynin (ə) fəzilətlərindən bəhs edən hədislərindəndir. Seyid Haşim Bəhraninin dediyinə görə, bu hədis Peyğəmbərin (s) İmam Hüseynə (ə) olan sevgisini göstərir. Həmçinin şiəsünni mənbələrində dəfələrlə təkrarlanıb.[1] İmam Hüseynin (ə) hərəminin giriş qapısında "Hüseynun Minni"  hədisi yazılmışdır.[2] Həmçinin bu rəvayət İmam Hüseynin (ə) zərihinin altıbucaqlı sütunlarının başlarında həkk olunmuşdur.[3]

Hədis mənbələrinin nəql etdiyinə əsasən[4] Həzrət Məhəmməd (s) ziyafətə gedərkən Hüseyni (ə) uşaqlarla oynarkən gördü. Peyğəmbər (s) Hüseynə (ə) tərəf getdi, qollarını açıb onu qucaqladı və sonra da buyurdu:

حُسَیْنٌ مِنِّی وَ أَنَا مِنْ حُسَیْنٍ، أَحَبَّ اَللَّهُ مَنْ أَحَبَّ حُسَیْناً، حُسَیْنٌ سِبْطٌ مِنَ اَلْأَسْبَاطِ

"Hüseyn məndəndir, mən də Hüseyndənəm, Allah Hüseyni sevəni sevir, Hüseyn Peyğəmbərin (s) övladlarından birinin oğludur".[5]

Hədisin məzmunu

İmam Hüseynin (ə) zərihinin üzərinə "Hüseyn (ə) minni..." hədisi həkk olunub.

Qahirədə Əl-Hüseyn məscidində "Hüseynun minni və ənə min Hüseyn" hədisinin daş üzərində oyulması

Bəzi tədqiqatçıların fikrincə, bu hədisin məzmunu aşağıdakı mövzuları ehtiva edir:

  • Peyğəmbər (s) və İmam Hüseynin (ə) ruhi vəhdəti
  • Hüseynə (ə) məhəbbət bəsləmək Allah yanında sevilməyin səbəblərindən biridir
  • Şiə imamlarının nəslinin Hüseyndən (ə) davam etməsi.[6]

Şafii alimlərindən olan Mənavi (vəfatı: 1031 h.q.) bu hədisin şərhində Qazi Vəkidən nəql edir ki, Elə bil, Peyğəmbər (s) Hüseyn (ə) ilə ümməti arasında nə baş verəcəyini bilirdi. Buna görə də bu rəvayətdə yalnız Hüseyni (ə) qeyd etmişdir və bu mətləbi xatırlatmışdır ki, Hüseyn (ə), məhəbbət bəsləmək, ona hücum və müharibə etməyin haramlığı məsələsində Peyğəmbərlə (s) eynidir. O, bu məsələni احب الله من احب حسینا (Hüseyni sevən Allahı sevib) ifadəsi ilə vurğulamışdır. Çünki Hüseynə (ə) məhəbbət bəsləmək, Allah Rəsuluna (s) məhəbbət bəsləməkdir və Peyğəmbərə (s) məhəbbət də Allaha məhəbbətdir.[7]

Əhli-beyt hövzəsi tarix üzrə tədqiqatçı Baqir Şərif Qərşinin (vəfatı: 1433-cü h.q.) dediyinə görə, «انا من حسین» "Mən Hüseyndənəm" ifadəsi buna işarə edir ki, İmam Hüseynin (ə) qiyamı və şəhid olması İslam dininin qorunub saxlanmasına səbəb olmuşdur. Buna görə də Peyğəmbərin (s) dininin qalıcı olması İmam Hüseynlə (ə) həyata keçmişdir.[8]

Hədislərin mənbələri və səhihliyi

"Hüseyn məndəndir" hədisini nəql edən ən qədim mənbə İbn Əbi Şibənin (vəfatı: 235-ci hicri) "Müsənnəf" əsəridir.[9] O, sünni alimidir ki,[10] ricalşünas alimləri onu müvəssəq (etibarlı) kimi tanıtdırıblar.[11] Şiə hədis mənbələrində də İbn Qoləveyhin (vəfatı: 368-ci hicri) "Kamiluz-Ziyarat",[12] Qazi Numan Məğribinin (vəfatı: 363-cü il) müəllifi olduğu "Şərhul-Əxbar"[13]Şeyx Müfid (vəfatı: hicri 413) tərəfindən yazılmış "Əl-İrşad"[14] kitablarında bu hədisə rast gəlinir. Digər rəvayət mənbələrində isə onlardan sonra qeyd edilmişdir.[15]

Əllamə Məclisi (vəfatı: hicri 1110) "Kamiluz-Ziyarat" kitabını şiə fəqihləri arasında ən etibarlı və məşhur əsərlərdən biri hesab edib.[16]

"Kamiluz-Ziyarat" kitabının nəqlinə əsasən, bu rəvayətin sənədinin silsilə raviləri bunlardır: Məhəmməd ibn Abdullah Cəfər Himyəri, Əbi Səid Həsən ibn Əli ibn Zəkəriyyə Ədəvi Bəsri, Əbdül-Əla ibn Həmmad Bursi, Vəhb, Abdullah ibn Osman, Səid ibn Əbi Raşid və Yəla Amiri.[17]

Bu hədisə sünni mənbələrindən Əhməd ibn Hənbəlin "Müsnədində",[18] "Sünəni İbn Macə"də,[19] "Sünən" Tirmizi"də[20] və Hakim Nişaburinin yazdığı "Əl-Müstədrək ələs-Səhihəyn"[21] əsərində rast gəlinir. Hakim Nişaburi bu hədisi "səhih",[22] Heysəmi[23] və Tirmizi[24] isə "həsən" hesab etmişdir.

Monoqrafiya

Ağa Bozorq Tehraninin nəqlinə əsasən, "Hüseynun minni və ənə min Hüseyn hədisinin şərhi" adlı iki kitab, Seyid Hüseyn ibn Seyid Dildar  Əli Nəqəvinin tələbələrindən olan Seyid Dildar Əli Nəqəvinin oğlu Seyid Məhəmməd və Mirzə Məhəmməd ibn Kazım Hindi (vəfatı: 1289 h.q.) tərəfindən yazılmışdır.[25] Həmçinin bəzi mündəricat yazanların verdiyi məlumata görə, Məhəmməd Xalisizadə (vəfatı: 1342) Nəcəfdə nəşr olunan "Hüseynun minni və ənə min Hüseyn hədisi" adlı bir kitab yazmışdır.[26]

İstinadlar

  1. Bəhrani, Hilyətul-əbrar, h.q 1411, c.4, s.127
  2. Zəncəbir Hüseyni və Hairi, Bərresiye etibar və dəlaləte hədise Nəbəvi: Hüseyn minni və ənə min Hüseyn, s.7
  3. farsnews.ir
  4. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.53
  5. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.53
  6. Zəncəbir Hüseyni və Hairi, Bərresiye etibar və dəlaləte hədise Nəbəvi: Hüseyn minni və ənə min Hüseyn, s.8
  7. Mənavi, Feyzul-qədir, h.q 1356, c.3, s.387
  8. Qərəşi, Həyatul-İmamil-Hüseyn, h.q 1398, c.1, s.94; Musəvi, Fərhənge Aşura, h.ş 1368, s.163
  9. İbn Əbi Şibə, Əl-Musənnəf, h.q 1409, c.6, s.380
  10. Zəncəbir Hüseyni və Hairi, Bərresiye etibar və dəlaləte hədise Nəbəvi: Hüseyn minni və ənə min Hüseyn, s.9
  11. Zəncəbir Hüseyni və Hairi, Bərresiye etibar və dəlaləte hədise Nəbəvi: Hüseyn minni və ənə min Hüseyn, s.9
  12. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.53
  13. Qazi Numan, Şərhul-əxbar, h.q 1409, c.3, s.112
  14. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.127
  15. Zəncəbir Hüseyni və Hairi, Bərresiye etibar və dəlaləte hədise Nəbəvi: Hüseyn minni və ənə min Hüseyn, s.8
  16. Məclisi, Biharul-ənvar, h.q 1403, c.1, s.27
  17. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.53
  18. İbn Hənbəl, Müsnəd, h.q 1421, c.29, s.103
  19. İbn Macə, Sünən, h.q 1418, c.1, s.101
  20. Tirmizi, Sünən, h.q 1419, c.5, s.658
  21. Hakim Nişaburi, əl-Mustədrək, h.q 1411, c.3, s.194
  22. Hakim Nişaburi, əl-Mustədrək, h.q 1411, c.3, s.194
  23. Heysəmi, Məcməuz-zəvaid, h.q 1414, c.9, s.185
  24. Tirmizi, Sünən, h.q 1419, c.5, s.658
  25. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.13, s.196
  26. Mişar, Fehreste kitabhaye çapiye ərəbi, h.ş 1344, s.311

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, h.q 1403
  • İbn Əbi Şibə, Abdullah ibn Məhəmməd, Əl-Musənnəf, Riyad, h.q 1409
  • İbn Hənbəl, Əhməd, Müsnəd, Beyrut, Muəssisətur-risalə, h.q 1421
  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, h.q 1356
  • İbn Macə, Məhəmməd ibn Yəzid, Sünən, h.q 1418
  • Bəhrani, Seyyid Haşim, Hilyətul-əbrar, Qum, h.q 1411
  • Tirmizi, Məhəmməd ibn İsa, Sünən, Qahirə, h.q 1395
  • Hakim Nişaburi, Əbu Əbdillah, əl-Mustədrək, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-İrşad, Qum, h.q 1413
  • Qərəşi, Baqir Şərif, Həyatul-İmamil-Hüseyn, h.q 1398
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Mişar, Xanbaba, Fehreste kitabhaye çapiye ərəbi, h.ş 1344
  • Mənavi, Zeynuddin Məhəmməd, Feyzul-qədir, Misir, h.q 1356
  • Heysəmi, Əli ibn Əbi Bəkr, Məcməuz-zəvaid, h.q 1414,