Bizə hədisi

wikishia saytından
Peyğəmbərin (s) canının bir parçası hədisi
Ğulam Möhsin Əmirxani tərəfindən xüsusi rəsm xətti ilə yazılmış "Peyğəmbərin (s) canının bir parçası" hədisi
Ğulam Möhsin Əmirxani tərəfindən xüsusi rəsm xətti ilə yazılmış "Peyğəmbərin (s) canının bir parçası" hədisi
Başqa adlarıBəz'ə və ya Biz'ə hədisi
MövzuHəzrət Fatimənin (ə) fəzilətləri
Nəql olunubİslam Peyğəmbəri (s)
Əsas raviİmam Əli (ə), İbn Abbas, Əbuzər Ğəffari
Şiə mənbələriƏl-Əmali (Səduq), Əl-Xisal, Kifayətul-əsər
Sünni mənbələriSəhih-Buxari


Əyyami Fatimədə (ə) İmam Hüseyn (ə)-ın hərəmində "Peyğəmbərin (s) canının bir parçası" hədisinin nümayişi

Bizə hədisi (ərəbcə: حديث البضعة) hədisi, Peyğəmbərin (s) Həzrət Fatimə (s) haqqında buyurduğu hədislərdəndir. Peyğəmbər (s) o hədisdə Fatiməni (s) "canının bir parçası" kimi təqdim etmişdir. Həmçinin onun sevincini öz (Peyğəmbər) sevinci, ona olan əziyyəti özünə qarşı əziyyət hesab edirdi. Bu hədis şiəsünni mənbələrində nəql olunmuşdur. Həzrət Fatimənin (s) məsum olması, Fədək hadisəsində haqq olması və Əhli-beytə (ə) ehtiramın vacibliyi kimi məsələləri isbat etmək üçün "Bizə" hədisinə istinad edilir.
Sünni mənbələrindəki bəzi xəbərlərə görə, bu hədis Həzrət Əlinin (ə) Əbu Cəhlin qızına etdiyi elçilik əhvalatı haqqında Peyğəmbər (s) tərəfindən nəql edilmişdir. Amma şiə alimlərinin fikrincə, bu xəbərlər saxtadır. Onun raviləri hədisləri saxtalaşdırmaqda və Əhli-beytlə (ə) düşmənçilikdə ittiham olunurlar.

Hədisin mətni və əhəmiyyəti

«فَاطِمَةُ بَضْعَةٌ مِنِّی ‏فَمَنْ آذَاهَا فَقَدْ آذَانِی و مَنْ سَرّها فَقد سَرّنی»

"Bizə" hədisində deyilir ki, Peyğəmbər (s) qızı Fatimə (s) haqqında belə buyurmuşdur: "Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incitmiş, onu sevindirən məni sevindirmişdir".[1] Bu hədisin mövzusu müxtəlif şiə və sünni mənbələrində nəql edilmişdir.[2] Həzrət Əli (ə),[3] İbn Abbas,[4] Əbuzər Qəffari[5]Həzrət Zəhranın (s)[6] özü bu hədisin ravilərilərindəndir.
Əhli-sünnə təfsirçisi Cəlaləddin Siyuti bunun şiə və sünni tərəfindən yekdil olaraq qəbul olunduğunu bildirmişdir.[7] Həmçinin sünni təfsirçisi Fəxr Razi Quranın bəzi ayələrinin təfsirində bundan istifadə etmişdir.[8]
"Bəzə" və ya "bizə" sözü canının bir parçası deməkdir.[9] Buna görə də "filankəs mənim canımın bir parçasıdır" deyildikdə, bu, həmin şəxsin danışanla çox yaxınlığına xatirdir. Sanki həmin şəxs onun canının bir parçasıdır.[10] "Mənim canımın bir parçasıdır" cümləsi, İslam Peyğəmbərinin (s) sözlərində Həzrət Əli (ə)[11]İmam Rza (ə)[12] haqqında da istifadə edilmişdir.

Hədisdən kəlam və fiqhdə istifadə edilməsi

فَاطِمَةُ بَضْعَةٌ مِنِّی ‏فَمَنْ آذَاهَا فَقَدْ آذَانِی و مَنْ سَرّها فَقد سَرّنی

"Fatimə (ə) mənim canımın bir parçasıdır, onu incidən məni incitmiş, onu sevindirən məni sevindirmişdir".

Şeyx Səduq, Əl-Əmali, h.q 1417, s.165

"Bizə" hədisindən kəlam elminin bəzi mövzularını sübut etmək üçün istifadə edilmişdir:

  • Həzrət Fatimənin (s) məsumluğu: Mütəkəllimlər Həzrət Fatimənin (s) məsumluğunu sübut etmək üçün bu hədisə istinad ediblər.[13] Şiənin mərcəi-təqlidlərindən biri olan (şəmsi təqvimi ilə 1308-ci il təvəllüdlü) Ayətullah Sübhaninin fikrincə, "Bizə" hədisində Həzrət Fatimənin (s) razılıq və narazılığı Allah və Rəsulunun (s) razılıq və qəzəbinin meyarı hesab olunur. Allah ancaq saleh əməllərdən razıdır, günahı və əmrlərinə itaətsizlik etməyi bəyənmir. Əgər Həzrət Zəhra (s) günah etmiş olsa idi, o, Allahın narazı olduğu bir işdən razı olmuş olardı; Bir halda ki, "Peyğəmbərin (s) canının bir parçası" hədisi Allahın razılığını Fatimənin (s) razılığı ilə əlaqələndirmişdir.[14]
  • Həzrət Fatimənin (s.ə) dünyanın qadınlarından üstünlüyü: Sünni təfsirçisi Şəhabəddin Alusi (hicri 1270-ci ildə vəfat edib) bu ayəni "(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər, ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur"[15] təfsir edərkən, Həzrət Fatimənin (s) dünya qadınlarından, o cümlədən Həzrət Məryəmdən (s) də üstünlüyünə işarə etmişdir.[16]
  • Fədək hadisəsində Həzrət Fatimənin (s) haqq olmasına dəlil:[17]

Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhra (s) xəsatə yatağında Şeyxeynlə (birinci və ikinci xəlifə) müzakirəsində bu rivayətə istinad etmişdir.[18]Həmçinin Əhli-beytə (ə) ehtiramın göstərməyin vacib olması,[19] ata üçün övladın şahid olmasını qəbul etməmək və ya əksinə,[20] ana və qızla evlənməyin haram olması[21] valideynə ehtiramın zəruriliyi[22] və qadınların qəbirləri ziyarət etməsinə icazə verilməsi üçün[23] Bu rivayətə istinad edilmişdir.

Bu hədisdən Həzrət Əliyə (ə) qarşı istifadə edilməsi

Bəzi rivayətlərə görə, "Bizə" hədisi İmam Əlinin (ə) Əbu Cəhlin qızına evlənmək təklifi ilə bağlı hekayəti haqqındadır. İbn Hənbəlin (hicri 241-ci ildə vəfat edib) Abdullah ibn Zübeyrdən nəql etdiyi rivayətə görə, Əli (ə) Əbu Cəhlin qızı ilə evlənməkdən danışarkən və bu xəbər Peyğəmbərə (s) çatdıqda o həzrət belə buyurdu: "Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incitmişdir".[24] Bu hekayət başqa mənbələrdə də müxtəlif ibarələrlə qeyd edilmişdir.[25] Şiə mütəkəllimi Seyyid Mürtəza (hicri 355-436) bu xəbərləri saxta hesab etmişdir.[26] İmam Sadiqdən (ə) gələn rivayətə görə də bu əhvalat saxtadır.[27] Bu rivayətin ravilərindən olan Əbu Hureyrə hədisi saxtalaşdırmaqda ittiham olunur.[28] Həmçinin Hüseyn Kərabisi və Misvər ibn Məxrəmə Zöhəri bu xəbərin digər rəvayətçiləri arasındadır. Onlar "rical" elmində zəif və etibarsız şəxslər kimi təqdim edilirlər. Buna görə də onların rivayətləri qəbul edilməmişdir.[29] Seyyid Mürtəza, Kərabisini Əhli-beytlə (ə) düşmənçilik edən nasibilərdən hesab etmişdir.[30]

Onun fikrincə, əgər bu hekayə, doğru idisə, bəs nə üçün həzrət Əlinin (ə) bəni-Üməyyədən olan düşmənləri və onların tərəfdarları onun simasını məhv etmək və öz məqsədlərinə çatmaq üçün bundan bəhanə kimi istifadə etmədilər.[31]

İslam tarixi tədqiqatçılarından Cəfər Mürtəza Amuli (h.q. 1441-ci ildə vəfat edib) Həzrət Əlinin (ə) Əbu Cəhlin qızına evlənmə təklif etməsi ilə bağlı xəbərləri ziddiyyətli hesab edərək, bu əhvalatın doğru olmaması barədə on üç dəlil qeyd etmişdir.[32]

İstinadlar

  1. Şeyx Səduq, "Əl-Əmali", hicri 1417, səh.165.
  2. Şeyx Səduq, Əl-eteqadat, h.q 1414, s.105; Şeyx Mufid, Əl-Əmali, h.q 1414, s.260; Şeyx Tusi, Əl-əmali, h.q 1414, s.24; İbn Məğazili, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1426, s.289; İbn Cibriil, Ər-ruzətu fi fəzaili Əmirəl-Möminin (ə), h.q 1423, s.167, Buxari, Səhih Buxari, h.q 1401, c.4, s.210-219
  3. Şeyx Səduq, Əl-xisal, h.q 1403, s.573; Nişaburi, Ruzətul-vaizin, Mənşuratuş-şərifir-rəzi, s.149
  4. Şeyx Səduq, Əl-əmali, h.q 1417, s.175 və 575
  5. Qummi Razi, Kifayətul-əsər, h.q 1401, s.37
  6. Qummi Razi, Kifayətul-əsər, h.q 1401, s.64; Məclisi, Buharul-ənvar, h.q 1403, c.36, s.308
  7. Syuti, Əs-suğurul-basimə, h.q 1431, s.67
  8. Fəxr Razi, Ət-təfsirul-kəbir, 3-cü çap, c.9, s.160, Əraf surəsinin 189-cu ayəsinin şərhi, c.27, s.200, Zuxruf surəsi 15-ci ayənin şərhi, c.30, s.126, Məaric surəsinin 19-cu ayəsinin şərhi
  9. İbn Mənzur, Lisanul-ərəb, h.q 1405, c.8, s.12; İbn Əsir, Ən-nəhayə, h.ş 1364, c.1, s.261
  10. Rağib İsfahani, Mufrədat, h.q 1427, s.129
  11. Bəhrani, Əl-burhan, Muəssisətul-besə, c.1, s.261
  12. Şeyx Səduq, Mən la yəhzurul fəqih, Muəssisətun-nəşril-İslami, c.2, s.583 və 588; Nişaburi, Ruzətul-vaizin, Mənşuratuş-şərifir-rəzi, s.233
  13. Seyid Mürtəza, Əş-şaqi fil-imamə, h.q 1410, c.4, s.95; İbn Əbil-Hədid, Nəhçül bəlağənin şərhi, Muəssisətu İsmailiyyan, c.16, s.273
  14. Sünhani, Pejuheşi dər şenaxt və isməte İmam, h.ş 1389, s.27
  15. Ali-İmran surəsi, ayə 24
  16. Alusi, Ruhul-məani, c.3, s.155
  17. İbn Əbil Hədid, Nəhçül bəalğənin şərhi, Muəssisətu İsmailiyyan, c.16, s.278
  18. Əli Qummi, h.q 1401, s.65
  19. Fəxr Razi, Ət-təfsirul-kəbir, 3-cü çap, c.27, s.166
  20. İbn Ərəbi, Əhkamul-Quran, Darul-fekr, c.1, s.638; İbn Qudamə, Əl-muğni, Darul-kutubil-ərəbi, c.12, s.66
  21. Fəxr Razi, Ət-təfsirul-kəbir, 3-cü çap, c.10, s.26
  22. Fəxr Razi, Ət-təfsirul-kəbir, 3-cü çap, c.20, s.185
  23. Şəhid Əvvəl, Zikra, h.q 1419, c.2, s.63
  24. İbn Hənbəl, Musnəd Əhməd, Daru Sadir, c.4, s.5
  25. Nişaburi, Səhih Muslim, Darul-fekr, c.7, s.141; Buxari, Səhih Buxari, h.q 1401, c.6, s.158; İbn Macə, Sunənu ibn Macə, Darul-fikr, c.1, s.644; Sicistani, Sunənu Əbi Davud, h.q 1410, c.1, s.460; Numan, Şərhul-əxbar, Muəssisətun-nəşril-İslami, c.3, s.61; İbn Bitriq, Umdətu uyuni sihahil-əxbar, h.q 1407, s.385
  26. Seyyid Murtəza, Tənziyhul-ənbiya, h.q 1250, s.167
  27. Şeyx Səduq, Əl-əmali, h.q 1417, s.165
  28. İbn Şazan, Əl-izah, h.ş 1363, s.541; Şuştəri, Qamusir-rical, h.q 1419, c.9, s.111
  29. Fəzli, Usulul-hədis, h.q 1421, s.139
  30. Seyyid Mürtəza, Tənzihul-ənbiya, h.q 1250, s.167-168
  31. Seyyid Mürtəza, Tənzihul-ənbiya, h.q 1250, s.169
  32. Cəfər Mürtəza, Əs-səhih mən siyrətil-İmam (ə), h.q 1430, c.3, s.61-74

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Muhəmməd Əbul-fəzl İbrahim, Darul-ihyail-kutubil-ərəbiyyə
  • İbn Əsir, Məcid-din, Ən-nəhayətu fi-ğəribil-hədis vəl-əsər, Təhqiq: Mahmud Muhəmməd, Qum, İsmailiyyan, 4-cü çap, h.ş 1364
  • İbn Bitiriq, Yəhya, Umdətu uyuni sihhahil-əxbar fi mənaqibi imamil-əbrar, Qum, Ən-nəşrul-İslami, h.q 1407
  • İbn Hənbəl, Əhməd, Musnəd Əhməd, Beyrut, Daru sadir
  • İbn Sicistan, Səlman, Sunənu Əbi Davud, Beyrut, Darul-fikr, h.q 1410
  • İbn Şazan, Fəzl, Əl-izah, Təhqiq: Cəlaləddin Hüseyni, Tehran, Muəssisətu enteşarat, h.ş 1351
  • İbn Şahin, Ömər, Fəzailu-seyyidətin-nisa, Təhqiq: Əbu İshaq, Qahirə, Məktəbətut-tərbiyyətil-İslamiyyə, h.q 1411
  • İbn Ərəbi, Muhəmməd, Əhkamul-Quran, Beyrut, Darul-fikr
  • İbn Qudamə, Abdullah ibn Əhməd, Əl-muğni, Beyrut, Darul-kutubil-ərəbi
  • İbn Macə, Muhəmməd, Sunənu ibn Macə, Təhqiq: Muhəmməd Fuad, Darul-fikr
  • İbn Məğazili, Əli, Mənaqibu Əli ibn Əbi Talib, Nəşr: Sibtun-nəbi, h.q 1426
  • İbn Mənzur, Muhəmməd ibn Mukrim, Lisanul-ərəb, Neyrut, Daru sadir
  • Buxari, Muhəmməd ibn İsmail, Səhih Buxari, Beyrut, Darul-fikr, h.q 1401
  • Şüştəri, Muhəmməd Təqi, Qamusur-rical, Təhqiq: Muəssisətun-nəşril-islami, Qum, Ən-nəşrul-İslami
  • Qummi Razi, Əli, Kifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər, Təhqiq: Əbdül-lətif Hüseyni, Qum, h.q 1401
  • Rağib İsfəhani, Huseyn ibn Muhəmməd, Mufrədatu əlfazil Quran, h.q 1426
  • Sübhani, Cəfər, Pejuheşi də şenaxt və ismət İmam, Məşhəd, Bunyade pejuheşhaye İslami, h.ş 1389
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-şaqi fil-imamə, Tehran, Muəssisətus-Sadiq (ə), 2-ci çap, h.q 1410
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Tənzihul-ənbiya, Qum, Əş-şərifur-rəzi, h.q 1250
  • Syuti, Cəlaləddin, Əs-suğurul-basimə fi mənaqibis-seyyidəti Fatimə (ə), Cəmiyyətul-ali vəl-əshab, 1-ci çap, h.q 1431
  • Şəhid Əvvəl, Muhəmməd ibn Məkki, Zikruş-şiyəti fi əhkamiş-şəriə, Təhqiq: Muəssisətu Alil-Beyt (ə), Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1419
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-əmali, Qum, Muəssisətul-besət, h.q 1417
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-eteqadat, Təhqiq: Əbdus-seyyid, Beyrut, Darul-mufid, 2-ci çap, h.q 1414
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-Xisal, Təhqiq: Əli-əkbər Ğəffari, Cəmaətul-mudərrisin fil-hozətil-elmiyyə
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul fəqih, Təhqiq: Əli-Əkbər Ğəffari, Qum, Cameə mudərrisin, h.q 1404
  • Şeyx Tusi, Muhəmməd ibn Həsən, Əl-əmali, Beyrut, Qum, Daruls-səqafə, h.q 1414
  • Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-əmali, Beyrut, Darul-mufid, h.q 1414
  • Nişaburi, Muhəmməd, Ruzətul-vaizin, Qum, Mənşuratur-rəzi
  • Fəxr Razi, Muhəmməd ibn Ömər, Ət-təfsirul-kəbir, Tehran, Darul-kutubil-elmiyyə
  • Fəzli, Əbdul-həmid, Usulul-hədis, Beyrut, Muəssisətu ummil-qura lit-təhqiqi vən-nəşri, 3-cü çap, h.q 1421
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Muəssisətul-vəfa, h.q 1403
  • Mürtəza Amili, Cəfər, Əs-səhihu min siyrətil-İmam Əli (ə), Qum, h.q 1430
  • Numan ibn Muhəmməd, Şərhul-əxbar fi fəzailil-əimmətil-əthar, Təhqiq: Muhəmməd Hüseyni Cəlali, Qum, Muəssisətun-nəşril-İslami
  • Nişaburi, Muslim ib Həccac, Səhih Müslim, Beyrut, Darul-fikr
  • Bəhrani, Haşim, Əl-burhan fi təfsiril-Quran, Qum, Muəssisətul-besət
  • İbn Şəhraşub, Muhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, 1-ci çap, h.q 1379

Xarici keçid