Qəsimun-nari vəl-cənnət hədisi
Nəql olunub | Peyğəmbər (s) və şiə imamları |
---|---|
Ravilər | Cabir ibn Abdullah Ənsari - Abdullah ibn Abbas - Abdullah ibn Məsud - Amir ibn Vasilə - Abdullah ibn Ömər |
Sənədin mötəbərliyi | Mütəvatir |
Şiə mənbələri | Bəsairud-dərəcat - Uyunu Əxbarir-Rza (ə) - Kifayətul-əsər - Bəşarətul-Mustafa li-şiətil-Mürtəza - Təfsiru Furat Kufi |
Sünni mənbələri | Mənaqibu ibn Məğazəli - Mənaqibu Xarəzmi - Fəraidus-simteyn - Yənabiul-məvəddə |
Qəsimun-nari vəl-cənnət hədisi (ərəbcə: حديث قسيم النار والجنة), İslam Peyğəmbərindən (s) İmam Əlinin (ə) fəziləti haqqında nəql olunan və o Həzrəti cənnət və cəhənnəmi bölən kimi tanıtdıran bir rəvayətdir. Bu hədis şiə və sünni mənbələrində müxtəlif ifadələrlə nəql edilmişdir.
Rəvayətlərdə və müsəlman alimlərinin sözlərində bu hədisə iki əsas təfsir verildiyini görmək olar: "Biri budur ki, Həzrət Əlinin (ə) dostu cənnətdə, düşməni isə cəhənnəmdə olacaq. Digəri isə budur ki, Qiyamət günü İmam Əli (ə) cənnət və cəhənnəm əhlini müəyyən edəcəkdir".
Bəzi şiə və sünni alimləri bu rəvayəti mütəvatir sayıblar; amma bəzi sünnilər rəvayəti xüsusi bir sənədlə qeyd edib və onu zəif hesab ediblər.
Qəsimun-nari vəl-cənnət hədisi ərəb və fars poeziyasında şairlər tərəfindən istifadə edilmişdir.
Hədisin mətni
"Qəsimun-nari vəl-cənnət" hədisi, İslam Peyğəmbərindən (s) İmam Əli (ə) haqqında zikr edilmiş bir hədisdir ki, müxtəlif ifadələrlə nəql olunmudur:
İmam Rzanın (ə) səhifəsində cəhənnəm, cənnətdən əvvəl qeyd olunub:
Bəzi mənbələrdə hədisin davamında belə gəlib:
İmam Əli (ə) də buna bənzər ifadələrlə özünü cənnət və cəhənnəmin bölücüsü kimi təqdim etmişdir.[6]
O cümlədən, buyurur:
"Qəsimul-cənnəti vən-nar", İmam Əlinin (ə) ləqəblərindən də hesab ediblər.[8] İmam Əlinin (ə) ziyarətində də bu hədisə işarə edilmişdir.[9]
Hədisin təfsiri
Müsəlman alimlərinin fikrincə, "cəhənnəm və cənnəti bölən" ifadəsinin iki əsas təfsiri var:
Biri odur ki, İmam Əlinin (ə) aşiqləri doğru yolda olanlardır və cənnətə gedəcəklər, onun düşmənləri isə yollarını azıblar və cəhənnəmə girəcəklər.[10] Sünni fəqihlərindən Əhməd İbn Hənbəl (hicri 241-ci ildə vəfat edib) "ənə qəsimun-nar" rəvayətini təkzib edən birinə cavab olaraq Peyğəmbərin (s) Əli (ə) haqqında nəql etdiyi "səni mömin şəxsdən başqası sevməz və münafiqdən başqası da sənə düşmən olmaz" rəvayətinə istinad edərək və "möminin cənnətdəki, münafiqin də cəhənnəmdəki məqamını" bildirərək, Həzrət Əlinin (ə) cəhənnəmi bölən olduğu qənaətinə gəlir.[11]
Başqa bir istifadə də budur ki, İmam Əli (ə) həqiqətən Qiyamət günü cənnət və cəhənnəmi böləndir və insanları cənnətə və ya cəhənnəmə göndərir.[12]
Bu iki şərhin məzmunu bəzi hədislərdə də qeyd edilmişdir.[13]
Bəziləri də deyiblər ki, İmam Əlinin (ə) imamət məqamı olduğu üçün onun əməlləri və sözləri dəlildir. Buna görə də onun ardıcılları cənnət əhli, digərləri isə cəhənnəm əhlidirlər.[14]
Hədisin mötəbərliyi və sənədi
Əllamə Məclisi[15] və bəzi əhli-sünnə alimlərinin fikrincə, "Qəsimun-nari vəl-cənnəti" hədisi mütəvatir hədisdir.[16] Cabir ibn Abdullah,[17] Abdullah ibn Abbas,[18] Abdullah ibn Ömər,[19] Abdullah ibn Məsud,[20] Əbut-Tufeyl[21] və Əbasəlt Hirəvi[22] bu hədisin ravilərindəndir. Buna baxmayaraq, bir qrup əhli-sünnə bu hədisi Musa bibn Tərif və Əbayə ibn Ribidən nəql etmiş və həmin iki ravini zəif hesab ediblər.[23]
Şeirlərdə
Qəsimun-nar hədisi ərəb[24] və farsca[25] şeirlərdə də işlənmişdir. Məsələn, aşağıdakı beytlər Şafii məzhəbinin rəhbəri Məhəmməd ibn İdris Şafiiyə (hicri 204-cü ildə vəfat edib) aid edilir.
Tərcüməsi: "Əlini (ə) sevmək qalxandır. O, cəhənnəm və cənnəti bölən, Peyğəmbərin (s) haqq vəsisi, cinlərin və insanların imamıdır."
Həmçinin aşağıdakı beytlər şiə mühəddisi Qütbuddin Ravəndiyə (hicri 573-cü ildə vəfat edib) nisbət verilmişdir:
Tərcüməsi: "Cəhənnəmi bölən xeyir sahibidir və xeyirlidir. Sabah (Qiyamət günü) cəhənnəm odundan xilas olacağıq. Deməli, Həzrət Muhəmməd (s) dində günəş kimidir, ondan sonra Əli (ə) isə nur saçan ay kimidir".
İstinadlar
- ↑ Şeyx Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.2, s.27; İbn Uqdə Kufi, Fəzailu Əmiril-Muminin (ə), h.q 1424, s.102; Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.56, 102, 164
- ↑ Səhifeye İmam Rza (ə), h.q 1406, s.56 və 57
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.151 və 152
- ↑ Şeyx Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.2, s.86; Kufi, Təfsiru Furati-Kufi, h.q 1410, s.511, hədis 667
- ↑ İbn Məğazəli, Mənaqibul-İmam Əli ibn Əbi Talib (ə), h.q 1424, s.107; Xarəzmi, Mənaqib, h.q 1411, s.295; Həmmui Cuviyni, Fəraidus-simteyn, h.q 1400, c.1, s.325
- ↑ Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.415; İbn Əsakir, Tarixe Dəməşq, h.q 1415, c.42, s.298; Həmmui Cuviyni, Fəraidus-simteyn, h.q 1400, c.1, s.326; İbn Mərdvəyh İsfahani, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1424, s.133
- ↑ Kufi, Təfsiru Furati-Kufi, h.q 1410, s.511, hədis 67
- ↑ Xarəzmi, Mənaqib, h.q 1411, s.41, 42; Həmmui Cuviyni, Fəraidus-simteyn, h.q 1400, c.1, s.308
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.570; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.29
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.19, s.139; Mazandarani, Şərhul-kafi, h.q 1382, c.11, s.289, c.12, s.172; Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.210; Həmmui Cuviyni, Fəraidus-simteyn, h.q 1400, c.1, s.326
- ↑ İbn Əbi Yəla, Təbəqatul-Hənabilə, Darul-mərifə, c.1, s.320
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.19, s.139; İbn Məğazəli, Mənaqibul-İmam Əli ibn Əbi Talib (ə), h.q 1424, s.107; Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.210
- ↑ Şeyx Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.2, s.86; Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.162; İbn Əbi Yəla, Təbəqatul-Hənabilə, Darul-mərifə, c.1, s.320
- ↑ Hüseyni Tehrani, Emamşenasi, h.q 1426, c.1, s.150
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.210
- ↑ İbn Məğazəli, Mənaqibul-İmam Əli ibn Əbi Talib (ə), h.q 1424, s.107
- ↑ Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.415, 416
- ↑ Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.102 və 153
- ↑ Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.56
- ↑ Təbəri Amuli, Bəşarətul-Mustafa, h.q 1383, s.164
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.151
- ↑ Şeyx Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.2, s.86
- ↑ Darəqutni, Əl-İləlul-varidə fil-əhadisin-Nəbəvi, h.q 1405, c.6, s.273; Zəhəbi, Mizanul-itidal, h.q 1382, c.2, s.387 və c.4, s.208; İbn Əsakir, Tarixe Dəməşq, h.q 1415, c.42, s.298-301; İbn Həcər Əsqəlani, Lisanul-mizan, h.q 1390, c.3, s.247 və c.6, s.121; İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.355; Albani, Silsilətul-əhadisiz-zəifə, h.q 1412, c.10, s.597
- ↑ İbn Şəhr Aşub, Ali Əbi Talib (ə), h.q 1379, c.2, s.159 və 160
- ↑ نگاه کنید به: «قسیم النار و الجنة», Heyəte şeir saytı
- ↑ Qunduzi, Yənabiul-məvəddət, Darul-üsvə, c.1, s.254
- ↑ Nuri, Müstədrəkul-vəsail, h.q 1408, c.3, s.80
Ədəbiyyat
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, Düzəliş: Məhəmməd Əbül-fəzl İbrahim, 1-ci çap, h.q 1404
- İbn Əbi Yəla, Məhəmməd ibn Məhəmməd, Təbəqatul-Hənabilə, Təhqiq: Məhəmməd Hamid, Beyrut, Darul-mərifə
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Beyrut, 2-ci çap, h.q 1390
- İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Ali Əbi Talib (ə), Qum, Əllamə, 1-ci çap, h.q 1379
- İbn Əsakir, Əli ibn Həsən, Tarixe Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
- İbn Uqdə Kufi, Əhməd ibn Məhəmməd, Fəzailu Əmiril-Muminin (ə), Qum, Dəlile ma, 1-ci çap, h.q 1424
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.q 1407
- İbn Mərdvəyh İsfahani, Mənaqibu Əli ibn Əbi Talib, Qum, Darul-hədis, 2-ci çap, h.q 1424
- İbn Məğazəli, Əli ibn Məhəmməd, Mənaqibul-İmam Əli ibn Əbi Talib (ə), 3-cü çap, h.q 1424
- Albani, Məhəmməd Nasiruddin, Silsilətul-əhadisiz-zəifə, Riyaz, Darul-məarif, 1-ci çap, h.q 1412
- Hüseyni Tehrani, Seyyid Məhəmməd Hüseyn, Emamşenasi, Məşhəd, Əllamə Təbatəbai, 3-cü çap, h.q 1426
- Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar, h.q 1401
- Həmmui Cuviyni, Fəraidus-simteyn, h.q 1400
- Xarəzmi, Mənaqib, Təhqiq: Şeyx Malik Əl-Mahmudi, 2-ci çap, h.q 1411
- Darəqutni, Əli ibn Ömər, Əl-İləlul-varidə fil-əhadisin-Nəbəvi, Riyad, h.q 1405
- Zəhəbi, Şəmsuddin, Mizanul-itidal, Beyrut, Darul-mərifət, 1-ci çap, h.q 1382
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza (ə), Tehran, 1-ci çap, h.q 1378
- Səhifeye İmam Rza (ə), Təhqiq: Məhəmməd Mehdi Nəcəf, 1-ci çap, h.q 1406
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, 2-ci çap, h.q 1404
- Təbəri Amuli, İmaduddin Məhəmməd ibn Əbil-Qasim, Bəşarətul-Mustafa, Nəcəf, 2-ci çap, h.q 1383
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddət, Darul-üsvə
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Kufi, Furat ibn İbrahim, Təfsiru Furati-Kufi, Təhqiq: Məhəmməd Kazim, Tehran, 1-ci çap, h.q 1410
- Mazandarani, Məhəmməd Saleh ibn Əhməd, Şərhul-kafi, Tehran, Məktəbətul-İslamiyyə, 1-ci çap, h.q 1382
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Nuri, Hüseyn ibn Məhəmməd Təqi, Müstədrəkul-vəsail, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1408