Məzmuna keç

Təmizlik imandandır

wikishia saytından
Təmizlik imandandır
MövzuTəmizlik
Əsas raviRavisiz
RavilərRavilərsiz
Sənədin mötəbərliyiMürsəl
Şiə mənbələriTibbun-Nəbi (s)
Quran dəstəkləyibBəqərə surəsi, ayə 125
Rəvayət dəstəkləyibالطُّهْرُ نِصْفُ الْإِيمَان - Ət-Tuhru nisful-iyman


Təmizlik imandandır (ərəbcə: النَّظَافَةُ مِنَ الْإِيمَانِ) hədisi İslam peyğəmbərinə (s) nisbət verilən bir hədisdir və mənası budur ki, təmizlik imanın nişanələrindəndir. Bu hədis Əbul-Abbas Mustəğfiriyə (vəfat: 422 h.q.) aid edilən "Tibbün-Nəbi" kitabında nəql olunmuşdur.[1] "Tibbün-Nəbi" kitabı, Əllamə Məclisinin yazdığı "Biharül-Ənvar" əsərinin mənbələrindən biri olmuş və orada tam şəkildə nəql edilmişdir.[2]

"Təmizlik imandandır" hədisi Peyğəmbər Əkrəmə (s) aid edilir və daha uzun bir hədisin bir hissəsidir. Hədisin tam mətni belədir:

"Təxəlləlu fə innəhu minən-nəzafəti vən-nəzafətu minəl-iman vəl-imanu məə sahibihi fil-cənnəti". "Dişlərinizin arasında qalan yemək qalıqlarını təmizləyin (dişlərinizi fırçalayın), çünki bu, təmizliyin bir hissəsidir. Təmizlik isə imandandır və iman sahibiylə birlikdə cənnətdədir".[3]

"Tibbün-Nəbi" kitabında Peyğəmbər Əkrəmdən (s) nəql edilən bütün tibbi və sağlamlıqla bağlı hədislər sənədsiz qeyd edilmişdir,[4] bu isə mütəxəssislər arasında bəzi müzakirələrə səbəb olmuşdur.[5]

Bununla belə, bu hədisin məzmunu qəbul edilmişdir.[6] birincisi, Quranda çirkinliklərdən pak olmağa dair vurğulara görə, o cümlədən, "Əhzab" surəsinin 33-cü ayəsi"Bəqərə" surəsinin 125-ci ayəsində bu qeyd olunub.[7] İkincisi, hədislərdə təmizliyə və sağlamlığa dair çoxsaylı tövsiyələrə görə, məsələn, təharətin imanın yarısı olması,[8] köynəyin təmiz saxlanılmasının tövsiyə edilməsi,[9] evin təmizliyinə dair sifarişlər[10] və qabların yuyulmaması və evin süpürülməməsi kimi gigiyenik olmayan işlərdən çəkinmək.[11] Üçüncüsü, bu hədisə çox oxşar bir hədisin qədim sünni mənbələrində Peyğəmbərdən (s) bu məzmunda hədisin nəql edilməsi: "Təxəlləlu fə innəhu nəzafətun vən-nəzafətu təduu iləl-iman vəl-imanu məə sahibihi fil-cənnəti".

"Diqqətlə dişlərinizi təmizləyin, çünki bu, təmizliyin bir hissəsidir. Təmizlik imana çağırır və iman sahibi ilə birlikdə cənnətdədir".[12] Əllamə Məclisi "Tibbün-Nəbi (s)" kitabının Mustəğfiriyə aid olduğunu bilmişdir.[13] Lakin bu hədisə və onun yer aldığı kitaba etimad göstərmiş və bütün kitabı "Biharül-Ənvar"da nəql etmişdir.[14] Bu hədis Məclisidən və "Biharül-Ənvar"dan sonra Mühəddis Nuri tərəfindən də etibarlı olaraq qəbul edilmiş və "Müstədrəkül-Vəsail"ə daxil olmuşdur.[15]

Qədim zamandan ki, gigiyena mövzusuna fiqhi və ya ümumi baxımdan yanaşan bəzi kitablar və məqalələrdə "ənnəzafətu minəl-iman" hədisi haqqında ilk hədis kimi bəhs edilmişdir.[16] Həmçinin İslam ölkələrində təmizliyi yaymaq və təbliğ etmək üçün bu hədis divar yazıları və lövhələr şəklində istifadə edilir.[17]

İstinadlar

  1. Müstəğfiri, Tibbun-Nəbi (s), 1362, s.21
  2. Məclisi, Biharul-ənvar, h.q 1404, c.59, s.290-301
  3. Müstəğfiri, Tibbun-Nəbi (s), 1362, s.21
  4. Mahmudi, Abbas, Bərresiye təhliliye etibar və cayeqahe kitabe Tibbun-Nəbi (s), s.111-142
  5. Hüseyni Karnami, Etibare sənci möhtəvayi və sənədi əhadise tibbi kitabe Tibbun-Nəbi (s) Müstəğfiri, s.27-40; Mahmudi, Abbas, Bərresiye təhliliye etibar və cayeqahe kitabe Tibbun-Nəbi (s), s.111-142
  6. Hüseyni Karnami, Etibare sənci möhtəvayi və sənədi əhadise tibbi kitabe Tibbun-Nəbi (s) Müstəğfiri, s.27-40
  7. Hüseyni Şirazi, Əl-Fiqhun-Nəzafət, Qum, c.1, s.12
  8. Təmimi Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, c.1, 1385, s.100
  9. Kuleyni, Əl-Kafi, 1365, c.6, s.441
  10. Kuleyni, Əl-Kafi, 1365, c.6, s.531
  11. Şəiri, Cameul-əxbar, 1363, s.124
  12. Təbərani, Əl-Mucəmul-əvsət, Darul-hərəmeyn, c.7, s.215
  13. Məclisi, Biharul-ənvar, h.q 1404, c.59, s.290
  14. Məclisi, Biharul-ənvar, h.q 1404, c.59, s.290-301
  15. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.16, s.319
  16. Hüseyni Şirazi, Əl-Fiqhun-Nəzafət, Qum, c.1, s.16
  17. «زیباسازی مدارس محروم توسط جهادگران دانشجو», iscanews.ir saytı; «موضوع تعبیر عن النظافه من الایمان», aljawab24.com saytı

Ədəbiyyat

  • Təmimi Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Misir, Darul-məarif, 1385
  • Hüseyni Şirazi, Seyyid Məhəmməd, Əl-Fiqhun-Nəzafət, Qum, Ayətullah Seyyid Məhəmməd Hüseyni Şirazinin dəftəri
  • Hüseyni Karnami, Seyyid Hüseyn, Etibare sənci möhtəvayi və sənədi əhadise tibbi kitabe Tibbun-Nəbi (s) Müstəğfiri, h.ş 1393
  • Şəiri, Tacuddin, Cameul-əxbar, Qum, Rəzi nəşriyyatı, 1363
  • Təbərani, Əbül-Qasim süleyman ibn Əhməd ibn Əyyub, Əl-Mucəmul-əvsət, Darul-hərəmeyn, Təhqiq: Tariq ibn İvəzullah ibn Məhəmməf, Qahirə
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 1365
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa, h.q 1404
  • Mahmudi, Abbas, Bərresiye təhliliye etibar və cayeqahe kitabe Tibbun-Nəbi (s), h.ş 1392
  • Müstəğfiri, Əbul-Abbas, Tibbun-Nəbi (s), Qum, Rəzi nəşriyyatı, h.ş 1362
  • Nuri, Hüseyn, Mustədrəkul-vəsail, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1408