Kərbəla əsirləri

wikishia saytından
(Kərbəla üsərası səhifəsindən yönləndirilmişdir)

Kərbəla əsirləri (ərəbcə: سبايا كربلاء), Kərbəla hadisəsindən sağ çıxanlar, məsələn, Ömər ibn Sədin ordusu tərəfindən əsir götürülən şiələrin dördüncü imamı İmam Səccad (ə)həzrət Zeynəb (ə) kimi. Əsirlər Ömər ibn Sədin göstərişi ilə məhərrəm ayının 11-ci gecəsi Kərbəlada saxlandılar və 11-ci gündən sonra Kufəyə, Übeydullah ibn Ziyadın yanına aparıldılar. İbn Ziyad əsirləri Şimr və Tariq ibn Mühəffəzin də daxil olduğu bir qrupun müşayiəti ilə pərdəsiz və örtüksüz kəcavələrdə Şama, Yezid ibn Müaviyənin sarayına yola saldı. O, bəzilərinin, o cümlədən İmam Səccadın (ə) əl və ayaqlarını zəncirlədi.

İmam Səccad (ə) və həzrət Zeynəb (ə) əsirlikdə ikən söylədikləri sözlərlə bəzi insanların ruhən dəyişməsinə və peşman olmasına səbəb oldular. Hətta bir rəvayətə görə, Yezid (zahirən olsa da) tutduğu əməldən və törətdiyi cinayətdən peşman oldu.

Şeyx Müfid, Şeyx TusiMühəddis Nuri kimi alimlər bu qənaətdədirlər ki, Kərbəla əsirləri azad edildikdən sonra Kərbəlaya yox, Mədinəyə qayıtdılar. Amma Seyyid ibn Tavusun “Lühuf”da nəql etdiyinə görə, əsirlər Kərbəlaya qayıtdılar.

Əsirliyin başlanğıcı

İmam Hüseynin (ə) cənazəsinin yanından keçib gedərkən Xanım Zeynəbin (s.ə) söylədiyi sözlər:
یا محمداه، یا محمداه! صلی علیک ملائکة السماء، هذا الحسین بالعراء، مرمل بالدماء، مقطع الأعضاء، یا محمداه! و بناتک سبایا، و ذریتک مقتله، تسفی علیها الصبا قال: فابکت والله کل عدو و صدیق»

Ey Muhəmməd, ey Muhəmməd, səma mələkləri sənə salavat deyirlər, bu çöldə yatan, qan içində olan, əzaları kəsilmiş Hüseyndir! Ey Muhəmməd, qızların əsir, nəslini öldürülüb. Ravi nəql edir ki, vallah, bu sözlərə dostlar və düşmənlər ağlayırdılar.[1]

Aşura hadisəsindən sonra Ömər ibn Sədin ordusunun sağ qalanları məhərrəm ayının 11-də ölülərini dəfn edərək, İmam Hüseynin (ə) ailəsini və Kərbəla şəhidlərinin sağ qalanlarını Kufəyə apardılar.[2]

Ömər ibn Sədin məmurları Əhli-beyt (ə) qadınlarını şəhidlərin cənazələrinin yanından keçirdilər. İmam Hüseynin (ə) ailəsinin qadınları nalə edir, üzlərinə vururdular. Qurra ibn Qeysin rəvayət etdiyinə görə, Həzrət Zeynəb (ə) qardaşı İmam Hüseynin (ə) cənazəsinin yanından keçərkən, kədərin təsirindən dost və düşmənləri ağladan sözlər söylədi.[3]

Həzrət Zeynəbin (s) İmam Hüseynin (ə) cənazəsinin yanından keçərkən söylədiyi sözlər:

“Ey Məhəmməd, ey Məhəmməd! Səma mələkləri sənə salavat deyirlər. Bu, düzənlikdə yatan, kəsilmiş üzvlərinin qanına bulaşmış Hüseyndir! Ey Məhəmməd, qızların əsirdir. Övladların öldürülüb. İndi onların üzərindən külək əsir”. Rəvayətçi deyir ki, Allaha and olsun, dostlar və düşmənlər ağlayırdı.[4]

Əsirlərin sayı və adları

Hicrətin 60-cı ili
10 Məhərrəm Aşura hadisəsi, İmam Hüseyn (ə), Əhli-beyt (ə) və səhabələrinin şəhadəti
11 Məhərrəm Əsirlərin Kufəyə hərəkəti
11 Məhərrəm Bəni-Əsəd tayfası tərəfindən Kərbəla şəhidlərinin dəfni
12 Məhərrəm Başqa bir rəvayətə görə Kərbəla şəhidlərinin dəfni
12 Məhərrəm Kərbəla əsirlərinin karvanının Kufəyə gəlməsi
19 Məhərrəm Əsirlər karvanının Kufədən Şama hərəkəti
1 Səfər Əhli-beytin (ə)İmam Hüseynin (ə) mübarək başının Şama daxil olması.
20 Səfər Ərbəin
20 Səfər İmamın Əhli-beytinin (ə) Kərbəlaya daxil olması
20 Səfər Bəzi rəvayətlərə görə İmamın Əhli-beytinin (ə) Şamdan Mədinəyə qayıtması

Tarixçilərin Kərbəla əsirlərinin və İmam Hüseynin (ə) səhabələrinin sağ qalanlarının sayı və adları ilə bağlı verdiyi məlumatlar fərqlidir. Kişi əsirlərin sayı dörd, beş, on və on iki nəfər göstərilib. Qadın əsirlərin sayı isə dörd, altı və iyirmi olaraq[5] nəql olunub. Bəziləri əsirlərin sayını 25-ə qədər qeyd ediblər.[6] Ona görə də Kərbəla əsirlərinin sayı haqqında dəqiq fikir söyləmək mümkün deyil.[7]

Mənbələrdə qeyd olunan kişi əsirlərin bəzilərinin adları bunlardır: İmam Səccad (ə), İmam Baqir (ə), İmam Hüseynin (ə) iki oğlu Məhəmməd və Ömər, İmam Həsənin (ə)[8] oğlu Zeyd və nəvəsi Məhəmməd, Döyüşdə aldığı xəsarətlərdən huşunu itirmiş[9] Həsən Müsənna, Qasim ibn Abdullah ibn Cəfər, Qasim ibn Məhəmməd ibn Cəfər, Məhəmməd ibn Əqil.[10]“Tarixu-qiyam və məqtəlu-camei-Seyyidüş-şühəda” kitabında Kərbəla əsirləri və sağ qalanlar kimi on yeddi nəfər kişinin adı çəkilir.[11]

Kərbəlada əsir qadınların adları isə bunlardır: İmam Əlinin (ə) qızlarından Həzrət Zeynəb (ə), Fatimə, Ümmü-Gülsüm[12]Rüqəyyə,[13] İmam Hüseynin (ə) xanımı Rübab,[14] İmam Həsənin (ə) qızı Fatimə,[15] İmam Hüseynin (ə) Səkinə, Fatimə, Rüqəyyə və Zeynəb adlarında dörd qızı.[16]

Kərbəlada sağ qalan Bəni-Haşim olmayanların adları belədir: Mürəqqə ibn Sumamə Əsədi, Səvvar ibn Ümeyr Cabiri, Əmr ibn Abdullah Cündəi, Üqbə ibn Səman, Rübabın köləsi, Zəhhak ibn Abdullah Məşriqi, Müslim ibn Rəbah və Əbdürrəhman ibn Əbd-Rabbih Ənsarinin köləsi.[17] Bəni-Haşimdən olmayan və sağ qalanlar arasında Səvvar bin Ümeyr, Üqbə, Müslim bin Rəbah və Əbdürrəhman ibn Əbd-Rabbih Ənsarinin köləsi Kərbəla əsirlərindən sayılırlar.[18]

Əsirlərin hərəkət etdiyi yol

Kufəyə giriş

İbn Əbul-Hədidin “Nəhcül-bəlağə”nin şərhində yazdığına görə, Kərbəla əsirlərini açıq miniklərdə Kufəyə aparırdılar. Camaat onlara tamaşa edirdi. Eyni zamanda, Kufə qadınları əsirləri görəndə ağlayırdılar.[19]

Nəql olunduğuna görə, qədim məxəzlərdə əsirlərin Kufəyə girişinin tarixi haqqında aydın bir məlumat yoxdur.[20] Amma Şeyx Müfidin[21] sözlərinə görə, Kərbəla əsirlərinin Kufəyə girişini 12 məhərrəm hesab etmək olar.[22]

Ömər Sədin məmurları əsirləri Kufə küçələrindən keçirdikdən sonra onları Übeydullah ibn Ziyadın sarayına gətirdilər. Həzrət Zeynəb (ə) və Übeydullah arasında qızğın söhbətlər getdiyi bildirilir.[23] Həzrət Zeynəbin (s) məşhur “Gözəllikdən başqa bir şey görmədim” cümləsi bu məclislə bağlıdır. Həmçinin Übeydullah İmam Səccadın (ə) öldürülməsini əmr etdi, lakin Həzrət Zeynəbin (ə) etirazından və İmam Səccadın (ə) sərt sözlərindən sonra İbn Ziyad onu öldürməkdən vaz keçdi.[24]

Şam yolu

Übeydullah ibn Ziyad, Şimr və Tariq ibn Mühəffəz də daxil olmaqla bir qrupu Kərbəla əsirləri ilə birlikdə Şama göndərdi.[25] Bəzi tarixi məlumatlara görə, Zəhr ibn Qeys də onlarla birlikdə olub.[26] Əsirlərin Kufədən Şama dəqiq hansı yolla getməsi məlum deyil. Bəzilərinin fikrincə, İmam Hüseynə (ə) aid olan məkanlara nəzərən Kərbəla əsirlərinin hərəkət xəttini müəyyən etmək olar. Buraya Dəməşqdə[27] yerləşən “Rəsül-Hüseyn” və İmam Zeynülabidin (ə) məqamı, Hims,[28] Həma,[29] Bələbək,[30] Həcər[31] və Turh məqamları[32] daxildir.

Kərbəla əsirlərinin yol xəritəsi

İmam Hüseyn (ə) ensiklopediyasında oxuyuruq ki, o dövrdə Kufə və Şam arasında üç əsas yol var idi (Badiyə yolu, Fərat sahili yolu və Dəclə sahili yolu). Bu yolların hər birinin də fərqli qolları var idi.[33] Bu ensiklopediyanı yazanların fikrincə, aydın və qəti sübutlar olmadığı üçün bu haqda dəqiq bir fikir söyləmək olmaz. Amma şahidləri və nişanələri nəzərdən keçirdikdə əsirlərin Kufədən Şama Badiyə yolu ilə getməsi ehtimal olunur.[34]

Bəzi tarixi məlumatlara görə, – “Tarixi-Təbərinin, Şeyx Müfidin və “Tarixi-Dəməşq”in verdiyi məlumata görə, – öncə İmam Hüseynin (ə) və şəhidlərin başı, sonra isə əsirlər Şama göndərilib. Digər məlumatlara görə isə şəhidlərin başları Şama əsirlərlə birlikdə göndərilib.[35]

Məmurların davranışı

İbn Əsəm və Xarəzminin nəql etdiyinə görə, Übeydullah ibn Ziyadın məmurları Kərbəla əsirlərini kafir türk və Deyləm əsirləri kimi Kufədən Şama pərdəsiz və örtüksüz kəcavələrdə aparır, şəhərbəşəhər, evbəev gəzdirirdilər.[36] Şeyx Müfidin nəql etdiyi bir rəvayətə görə, İmam Səccad (ə) zəncirlənmiş halda əsirlər arasında görünürdü.[37]

İmam Səccada (ə) isnad edilən bir sıra rəvayətlərdə İbn Ziyadın məmurlarının davranışı belə nəql olunur: Əli ibn Hüseyni (ə) arıq və axsaq dəvəyə mindirmişdilər. Onun kəcavəsi taxtadan və döşəksiz idi. İmam Hüseynin (ə) başı nizədə, qadınlar isə arxada idilər. Nizələr onları əhatə etmişdi. Onlardan birinin gözündən yaş axsaydı, nizə ilə başına vururdular. Bu, Şama daxil olana qədər davam etdi.[38]

Əsirlərin Şamda olması

Dəməşqin Əməvi məscidində Kərbəla əsirlərinin dayandığı yerin şəkli

Tarixi mənbələrdə əsirlərin Şama daxil olması, onlarla necə davranılması, qaldıqları yer və bəzi əsirlərin xütbə oxuması haqqında bir sıra məlumatlar var. Bu məlumatlara görə, şəhidlərin başlarının Şama daxil olması səfər ayının birinə təsadüf edib.[39] Həmin gün əsirlər Tuma və ya Saat qapısından şəhərə daxil olublar. Səhl ibn Sədin nəql etdiyinə görə, Yezidin göstərişi ilə şəhəri heç görünməmiş şəkildə bəzəmişdilər.[40] Beş yüz min adam isə təzə paltar geyinib, dəf, təbil və şeypur çalaraq əsirləri seyr etməyə gəlmişdi.[41] Bəzi mənbələrə görə, əsirləri üç gün şəhərdən bayırda və şəhər qapısında saxladılar ki, şəhəri bəzəsinlər.[42]

Əsirlər şəhərə daxil olandan sonra onlara mərkəzi Əməvi məscidinin girişində səkidə yer verdilər.[43] Bu gün həmin məsciddə mehrabla əsas minbərin qarşısında daşdan və taxta məhəccərli bir yer var ki, Kərbəla əsirlərinin yerləşdiyi yer kimi məşhurdur.[44]

Bəzi mənbələrə görə, İmam Hüseynin (ə) ailəsi Şamda iki gün,[45] Şam xarabalığı kimi tanınan tavansız bir xarabalıqda qalıb.[46] Şeyx Müfid əsirlərin qaldığı yerin Yezidin sarayının yaxınlığında bir ev olduğunu bildirir.[47] Əsirlərin Şamda qalma müddəti haqqında məşhur fikir üç gündür.[48] Amma yeddi gün[49] və bir ay da deyənlər var.[50] Kərbəla əsirləri haqqında bəzi tarixi məlumatlar bunlardır:

Əsirlərin Yezidin sarayına daxil olması: Kərbəla əsirləri Şama daxil olandan sonra Zəhr ibn Qəys və ya Şimr ibn Zilcövşən[51] Kərbəla hadisəsinin təfərrüatını Yezidə məruzə etdi.[52] Yezid məruzəni dinləyəndən sonra sarayın bəzədilməsini əmr etdi. Sonra Şam böyüklərini dəvət edib, əsirlərin gətirilməsi əmrini verdi.[53] Tarixi məlumatlar göstərir ki, əsirləri Yezidin məclisinə gətirəndə kəndirlə bir-birinə bağlamışdılar.[54] Bu zaman İmam Hüseynin (ə) qızı Fatimə dedi: “Ey Yezid! Allah rəsulunun (s) qızları əsir olmağa layiqdirmi?” Bu zaman orada olanlar və Yezidin ev əhli ağladılar.[55]

Yezidin İmam Hüseynin (ə) pak başı ilə rəftarı: Yezid əsirlərin yanında İmam Hüseynin (ə) başını qızıl qaba qoyub,[56] əsa ilə ona vururdu.[57] İbn Əsirin yazdığına görə, İmam Hüseynin (ə) qızları Səkinə və Fatimə bunu görəndə elə fəryad qopardılar ki, Yezidin zövcələri və Müaviyə ibn Əbu Süfyanın qızları ağlamağa başladılar.[58] Şeyx Səduqun İmam Rzadan (ə) nəql etdiyi bir rəvayətə görə, Yezid İmam Hüseynin (ə) başını teştə qoyub, üzərinə yemək masası qurdu. Sonra yaxın ətrafı ilə yeməyə başladı. Bundan sonra şahmat taxtasını teştin üzərinə qoydu və yaxın ətrafı ilə şahmat oynamağa başladı. Rəvayətə görə, o, oyunu udanda arpa suyu piyaləsini qaldırıb içir, qalanını isə İmamın (ə) başı olan teştin yanında yerə tökürdü.[59] Səkinə (ə) Yezid haqqında deyib: “Allaha and olsun, Heç vaxt Yeziddən daha daşürək, daha kafir və daha cəfakar birini görməmişəm. O, qurduğu məclisdə atamın başına baxır və şeir oxuyurdu.[60]

Orada olanların etirazı: Yezidin məclisində olanların bəziləri onun davranışına etiraz etdilər. Onların arasında Mərvan ibn Həkəmin qardaşı Yəhya ibn Həkəm də var idi. Yezid yumruqla onun sinəsinə vurdu.[61] Əbu Bərzə Əsləmi də etiraz etdi və Yezidin əmri ilə məclisdən çıxarıldı.[62]

Əsirlərin xütbə söyləməsi

Kərbəla əsirləri Kufəyə gələndən sonra İmam Səccad (ə)[63]həzrət Zeynəb (ə) camaatla danışdılar. Tarixi mənbələrə görə, kufəliləri Aşura hadisəsində İmam Hüseynə (ə) kömək etmədikləri üçün qınadılar.[64] Müasir tarixçi Seyid Cəfər Şəhidi hökumət məmurlarının sərt davranışını və kufəlilərin onlardan qorxmasını əsas gətirərək bu kimi sözlərin və xütbələrin Kufədə qəbul olunmasının çətin olduğunu bildirir.[65] Bir neçə xütbə də İmam Hüseynin (ə) qızı Fatimeyi-Suğraya[66]İmam Əlinin (ə) qızı Ümmü-Gülsümə isnad edilib.[67]

İmam Səccad (ə) və həzrət Zeynəb (ə) Şamda da xütbə oxudular. Bu xütbələrin məzmunu Yezidin İmam Hüseynin (ə) ailəsinə etdiyi zülmün və onları şəhərlərdə gəzdirməsinin[68] məzəmmət edilməsi, eləcə də Peyğəmbər (s) Əhli-beytinin və İmam Əlinin (ə) fəzilətlərinin bəyan edilməsi idi.[69] Bu sözlər İmam Səccadın (ə)həzrət Zeynəbin (ə) Şamda xütbəsi adı ilə məşhurdur.[70]

Şamdan qayıdış

Daha çox məlumat üçün bu məqaləni oxuyun: Ərbəin
Əsirlər karvanının Qum şəhərində simvolik hərəkətinin təsviri.

Kərbəla əsirlərinin Şamdan Mədinəyə və ya (fərz edək ki) Kərbəlaya qayıtmasının dəqiq tarixi (birinci ərbəin, ikinci ərbəin və ya başqa bir vaxt olması) haqqında fikir ayrılığı var.[71] Şeyx Müfid,[72] Şeyx Tusi[73] və Kəfəmi[74] bildiriblər ki, Əhli-beytin (ə) karvanı Şamdan qayıdandan sonra Kərbəlaya yox, Mədinəyə getdilər. Mühəddis Nuri,[75] Şeyx Abbas Qumi[76]Mürtəza Mütəhhəri[77] əsirlərin birinci ərbəində Kərbəlaya qayıtması fikrinə qarşı çıxıblar.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında hər iki ehtimalı, əsirlərin ərbəin günündə KərbəlayaMədinəyə qayıtması fikirlərini uzaq ehtimal hesab edir. Çünki onların Kərbəlaya və ya Mədinəyə qayıtması qırx gündən çox çəkib. Onun fikrincə, əsirlərin Kərbəlaya getməsi mümkün olsa da ərbəin günündə olmayıb.[78] Buna baxmayaraq, Seyid ibn Tavus “Lühuf”da nəql edir ki, Kərbəla əsirləri Şamdan qayıdarkən İraqa çatanda bələdçilərinə dedilər: “Bizi Kərbəla yolu ilə apar”. Onlar qətlgaha çatanda Cabir ibn Abdullah Ənsarini və Bəni-Haşimdən bəzilərini gördülər. Göz yaşları və kədər içində əza məclisi qurdular. Bir neçə gündən sonra isə Mədinəyə qayıtdılar.[79] Seyid ibn Tavus Kərbəlaya giriş tarixini qeyd etməyib. Seyid Məhəmmədəli Qazi Təbatəbai (hicri-şəmsi 1293-1358) də “Həzrət İmam Hüseynin (ə) ilk ərbəini (qırxı) haqqında tədqiq” kitabında əsirlərin Kərbəlaya qayıtmasını sübuta yetirib.[80] Mütəhhərinin “Həmaseyi-Hüseyni” kitabında yazdığına görə, əsirlərin Kərbəlaya qayıtmasına yalnız Seyid ibn Tavusun “Lühuf” kitabında rast gəlirik. Başqa heç bir kitabda bu haqda məlumat verilmir.[81]

Seyid ibn Tavusun nəql etdiyinə görə, Əhli-beytin (ə) karvanı Mədinə yaxınlığına çatıb, şəhərin kənarında çadırları quranda Bəşir ibn Həzləm İmam Səccadın (ə) göstərişi ilə Mədinəyə getdi və Peyğəmbər (s) məscidinin yanında ağlayaraq şeirlər oxudu. Xalqa İmam Hüseynin (ə) şəhid olması xəbərini verdi. İmam Səccadın (ə) və İmam Hüseynin (ə) ailəsinin Mədinəyə girmək üzrə olduğunu elan etdi.[82] Seyid ibn Tavus o günü müsəlmanlar üçün Peyğəmbərin (s) vəfatından sonra ən acı gün sayır və nəql edir ki, bütün Mədinə qadınları küçələrə axışdılar, fəryad qopardılar. Kişiləri və qadınları heç bir gün o gün olduğu kimi ağlar görən olmamışdı.[83]

İmam Hüseyn (ə) ensiklopediyasının müəlliflərinin sözlərinə görə, İmam Hüseynin (ə) ailəsinin hərəkəti Mədinədən başlamışdı və Mədinədə də sona çatdı. Onların bu müddət ərzində qət etdikləri yol ən azı 4100 km idi (Əgər nəzərə alsaq ki, ən qısa yoldan gediblər və Kərbəlaya qayıtmayıblar): 431 km Mədinədən Məkkəyə, 1447 km Məkkədən Kərbəlaya, 70 km Kərbəladan Kufəyə, 932 km Kufədən Dəməşqə və 1229 km Dəməşqdən Mədinəyə.[84]

Monoqrafiya

  • “Əsiran və canbazani-Kərbəla”, Məhəmməd Müzəffəri və Səid Cəmşidi, Qum, Fərazi-əndişə nəşriyyatı, h. ş. 1383

İstinadlar

  1. Əbu Mixnəf, Vəqəətut-təff, h.q 1417, s.259; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.456
  2. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455-456
  3. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.114; Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.5, s.455-456
  4. Əbu Muxnəf, Vəqətut-Təff, hh.q 1417, s.259; Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.5, s.455-456
  5. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.204
  6. Mühəddisi, Fərhənge Aşura, h.q 1417, s.49
  7. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.204
  8. Qazi Numan, Şərhul-əxbar, c.3, s.198-199; Əbül-Fərəc İsfəhani, Məqatilut-Talibin, h.q 1385, s.79
  9. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.205
  10. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.206
  11. Tarixçilərdən bir qrup, “Tarixu-qiyam və məqtəli-camei-Seyyidüş-şühəda”, h.ş 1391, c.2, s.497, 498
  12. Bəyzun, Musuətu Kərbəla, Beyrut, c.1, s.528
  13. Məhəllati, Rəyahinuş-şəriə, h.ş 1373, c.4, s.255
  14. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.283
  15. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.70, s.261
  16. İbn Şəddad, Əl-Əlaqul-Xətirə, m.2006, s.48-50
  17. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.214-217
  18. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.214-217; Tarixçilərdən bir qrup, “Tarixu-qiyam və məqtəli-camei-Seyyidüş-şühəda”, h.ş 1391, c.2, s.498
  19. İbn Əbul-Hədid, “Nəhcül-bəlağə”nin şərhi, h.q 1404, c.15, s.236
  20. Tarixçilərdən bir qrup, “Tarixu-qiyam və məqtəli-camei-Seyyidüş-şühəda”, h.ş 1391, c.2, s.39
  21. Şeyx Müfid, İrşad, h.q 1413, c.2, s.114
  22. Tarixçilərdən bir qrup, “Tarixu-qiyam və məqtəli-camei-Seyyidüş-şühəda”, h.ş 1391, c.2, s.39
  23. Şeyx Müfid, İrşad, h.q 1413, c.2, s.115-116; Təbəri, Tarixu Təbəri, h.q 1387, c.5, s.457
  24. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.5, s.123; Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1367, c.2, s.43
  25. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.416
  26. Dinəvəri, Əxbarut-Tival, h.q 1411, s.384-385
  27. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1421, c.2, s.304; Nəimi, Əd-Darisu fi tarixi mədaris, h.q 1367
  28. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.4, s.82
  29. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.4, s.82
  30. Muhacir, Karvane ğəm, h.ş 1390, s.36-38
  31. İbn Şəddad, Əl-Əlaqul-Xətirə, m.2006, s.178
  32. Muhacir, Karvane ğəm, h.ş 1390, s.30
  33. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.226-228
  34. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.234
  35. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.225
  36. İbn Əsəm, Kitabul-Futuh, h.q 1411, c.5, s.127; Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1367, c.2, s.55-56
  37. Şeyx Müfid, Əmali, h.q 1403, s.321
  38. Seyyid ibn Tavus, Əl-İqbal, h.ş 1376, c.3, s.89
  39. Əbu reyhan Biyruni, Asarul-baqiyə, h.ş 1386, s.527
  40. Şeyx Səduq, Əmali, h.q 1417, məclis 31, s.230
  41. Şerani, Dəmus-sucum, h.q 1374, s.242
  42. Qumi, Nəfsul-Məhmum, s.394
  43. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.5, s.129-130
  44. «محل حضور اسرای کربلا در مسجد اموی»،, iqna.ir saytı
  45. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.339
  46. Şeyx Səduq, Əmali, h.q 1417, məclis 31, s.231, hədis 4
  47. Şeyx Müfid, İrşad, h.q 1413, c.2, s.122
  48. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.462; Xarəzmi, Məqtəl, h.q 1367, c.2, s.74; İbn Kəsir, Əl-Bidayə vən-Nəhayə, h.q 1398, c.8, s.195;
  49. Təbəri, Kamilun Bəhayi, h.q 1334, c.2, s.302
  50. Seyyid ibn Tavus, Əl-İqbal, h.ş 1376, c.3, s.101
  51. Qumi, Nəfsul-məhmum, s.396
  52. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.460
  53. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.461
  54. İbn Tavus, Lühuf, h.q 1417, s.213
  55. İbn Nəma, Musirul-Əhzan, h.q 1406, s.99
  56. Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1367, c.2, s.64
  57. Yəqbui, Tarix, c.2, s.64
  58. İbn Əsir, Əl-Kamilu, h.q 1405, c.2, s.577
  59. Səduq, Uyunu Əxbarir-Rza, h.q 1404, c.1, s.25, hədis 50
  60. Qumi, Nəfsul-məhmum, s.396
  61. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.465
  62. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.416
  63. İbn Nəma, Musirul-Əhzan, h.q 1406, s.89-90
  64. İbn Tayfur, Bəlağətun-Nisa, h.ş 1378, s.26
  65. Şəhidi, Zendeqani Əli ibn Hüseyn (ə), h.ş 1385, s.57
  66. Təbərsi, İhticac, h.q 1416,c.2, s.108-140
  67. İbn Tavus, Lühuf, h.q 1417, s.198
  68. İbn Tavus, Lühuf, h.q 1417, s.198
  69. Rəbbani Qolpayqani, İfşagəriye İmam Səccad (ə) dər qiyame Kərbəla, s.119<
  70. İbn Nəma, Musirul-Əhzan, h.q 1406, s.89-90; İbn Tayfur, Bəlağətun-Nisa, h.ş 1378, s.26
  71. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.393
  72. Şeyx Müfid, Məsarruş-şiə, h.q 1413, s.46
  73. Tusi, Misbahul-Mutəhəccid, h.q 1411, c.2, s.787
  74. Kəfəmi, Əl-Misbahu lil-Kəfəmi, h.q 1405, s.510
  75. Mühəddis Nuri, Lulu və Mərcan, h.q 1420, s.208-209
  76. Qumi, Muntəhal-əmal, h.ş 1372, s.524-525
  77. Mürtəza Mütəhhəri, Həmase Hüseyni, Sədra, c.1, s.71
  78. Seyyid ibn Tavus, Əl-İqbal, h.ş 1376, c.3, s.100, 101
  79. İbn Tavus, Lühuf, h.q 1415, s.225, 226
  80. Seyid Məhəmmədəli Qazi Təbatəbai, “Həzrət İmam Hüseynin (ə) ilk ərbəini (qırxı) haqqında tədqiq”, h.ş 1383, s.608
  81. Mütəhhəri, Həmaseyi-Hüseyni, Sədra, c.1, s.71
  82. İbn Tavus, Lühuf, h.q 1417, s.226-227
  83. İbn Tavus, Lühuf, h.q 1415, s.227
  84. Məhəmmədi Reyşəhri, Daneşname İmam Hüseyn (ə), h.ş 1388, c.8, s.235

Ədəbiyyat

  • İbn Əbil-Hədid, İzəddin Əbdül-Həmid, Nəhcül-Bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, 2-ci çap, Qum, h.q 1404
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, h.q 1405
  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1405
  • İbn Şəddad, Məhəmməd ibn Əli, Əl-Əlamul-Xətirə, Dəməşq, m.2006
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli Mazandarani, Mənaqibu Ali Əbi Talib (ə), Əllamə, Qum, h.q 1379
  • İbn Tayfur, Əbül-fəzl ibn Əbi Tahir, Bəlağətun-Nisa, Qum, Məktəbətul-Heydəriyyə, h.ş 1378
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Aşur, h.q 1421
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, h.q 1398
  • İbn Nəma, Cəfər ibn Məhəmməd, Musirul-əhzan, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1406
  • Əbu Reyhan Biyruni, Məhəmməd ibn Əhməd, Asarul-baqiyə,
  • Əbül-Fərəc İsfəhani, Məqatilut-talibin, Qum, h.q 1385
  • Əbu Muxnəf, Lut ibn Yəhya, Vəqətut-Təff, Qum, h.q 1417
  • Bəlazuri, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, h.q 1417
  • Bəyzun, Ləbib, Musuətu Kərbəla, Beyrut
  • Təmimi Məğribi, Əbu Hənifə Numan ibn Məhəmməd, Şərhul-əxbar, Təhqiq: Seyyid Məhəmməd Hüseyni Cəlali, Qum
  • Xarəzmi, Müvəffəq ibn Əhməd Məkki, Məqtəlul-Hüseyn, Təhqiq: Məhəmməd Səmavi, Nəcəf, h.q 1367
  • Dinəvəri, Əbu Hənifə Əhməd ibn Davud, Əxbarut-tival, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1421
  • Rəbbani Qolpayqani, Əli, İfşagəriye İmam Səccad (ə) dər qiyame Kərbəla, h.ş 1371
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Lühuf, Təhqiq: Fars Təbriziyan, Qum, h.q 1417
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-İqbal, Təhqiq: Cavad Qəyyumi İsfəhani, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.ş 1376
  • Şəhidi, Seyyid Cəfər, Zendeqaniye Əli ibnil-Həsən(ə), Tehran, Dəftəre nəşre fərhənge İslami, 13-cü çap, h.ş 1385
  • Səduq, Uyunu Əxbarir-Rza, Beyrut, h.q 1404
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Qum, h.q 1417
  • Səffar Qumi, Məhəmməd ibn Həsən, Bəsairud-dəracat, Qum, h.q 1404
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Qum, Üsvə, h.q 1416
  • Təbəri, Əmadud-din Həsən ibn Əli, Kamilun Bəhayi, Qum, h.ş 1334
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mutəhəccid, Beyrut, 1-ci çap, h.q 1411
  • Qazi Təbatəbai, Seyyid Məhəmməd Əli, “Həzrət İmam Hüseynin (ə) ilk ərbəini (qırxı) haqqında tədqiq”, Tehran, h.ş 1388
  • Qumi, Şeyx Abbas, Muntəhal-amal, Tehran, h.ş 1372
  • Qumi, Şeyx Abbas, Nəfsul-məhmum, Qum, Əl-Məktəbətul-Heydəriyyə
  • Kəfəmi, İbrahim ibn Əli Amili, Əl-Misbahu lil-Kəfəmi, Qum, Darur-Rza, 2-ci çap, h.q 1405
  • Mühəddis Nuri, Lulu və Mərcan, Qum, Konqre din pejuhane keşvər, h.q 1420
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, 2-ci çap, h.q 1417
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşname İmam Hüseyn (ə) bər paye Quran, Hədis və Tarix, Qum, Darul-hədis, h.ş 1388
  • Müfid, Məhəmməd ibn Məhəmməd, İrşad, Qum, h.q 1413
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Qum, Came Mudərrisin, h.q 1403
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Məarruş-şiə, Qum, 1-ci çap, h.q 1413
  • Muhacir, Cəfər, Karvane ğəm, Seyyid Hüseyn Mərəşi, Tehran, Musafir nəşriyyatı, h.ş 1390
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixu Yaqubi, Beyrut, Daru Sadir
  • محل حضور اسرای کربلا در مسجد اموی، در خبرگزاری بین المللی قرآن، تاریخ درج مطلب : ۲۴ اردیبهشت ۱۳۹۳، تاریخ بازدید ۲۴ مرداد ۱۳۹۷., iqna.ir saytı

Xarici keçid