Qəbir əzabı

wikishia saytından

Qəbir əzabı (ərəbcə: عذاب القبر), insanın ölümündən sonrakı sıxıntılar və çətinlikləridir ki, “Bərzəx aləmində” onunla qarşılaşır. Rəvayətlərə əsasən söz gəzdirmək, təharət və nəcasətdən qorunmamaq, ərin öz həyat yoldaşı ilə yaxşı rəftar etməməsi, ailədə əxlaqa riayət olunmaması və namazı yüngül saymaq kimi işlər qəbir əzabına səbəb olan amillərdən sayılmışdır; digər tərəfdən isə imam Hüseyni (ə) ziyarət etmək, Nəcəf şəhərində dəfn olmaq, peyğəmbər əhli-beytinə (ə) məhəbbət, dördüncü gün günorta vaxtından beşinci gün (cümə günü) günorta vaxtı arasında dünyadan köçmək və... qəbir əzabından amanda qalmağa səbəb olar.

Vasil ibn Ətanın şagirdi Zirar ibn Ömərdən başqa bütün müsəlmanlar qəbir əzabına inanırlar. Mütəkəllimlər qəbir əzabını isbat etmək üçün Ğafir surəsinin 11-ci ayəsinə istidlal edirlər. Əzabı dərk edəcək “misali bədəndir” yoxsa dünyəvi cism? Bu barədə ixtilaf vardır, amma mütəkəllimlərin əksəriyyət nəzəri bundan ibarətdir, qəbir əzabı bərzəx aləmindəki bədənə oluncaqdır.

Əhli-Sünnə alimlərindən olan Məhəmməd ibn İsmail Buxari, öz “Səhih” kitabında, Allahın rəsulundan (s) rəvayət nəql etmişdir ki, meyyit yaxınlarının onun qəbri üzərində ağladıqları üçün əzab olunar. “Səhih Müslüm” kitabının şərhçisi, Yəhya ibn Şərəf Nəvəvinin dediklərinə görə, Əhli-Sünnə alimləri bu hədisi təvil etmişlər; çünki diri insanların ağlaması səbəbindən ölülərə əzab verilməsi, Fatir surəsinin 18-ci ayəsi ilə (heç bir günahkar başqasının günahını daşımaz) müxalifdir. Bundan əlavə, Aişənin dediklərinə əsasən, bu hədis peyğəmbərdən (ə) olduğu kimi (səhih) düzgün şəkildə nəql edilməmişdir.

Mövqe və məfhumu

Qəbir əzabı, insanın ölümündən sonrakı sıxıntılar və çətinlikləridir ki, “Bərzəx aləmində” onunla qarşılaşır. Qəbir aləmi dedikdə, Bərzəx aləmi anlamındadır ki, meyyit dəfn edildiyi vaxtadan Qiyamət gününə kimi olan müddət nəzərdə tutulur.[1] Rəvayətlərdə, atəşin şiddəti, qəbirin sıxıntısı, həşəratlar və ilanların sancması, qəbir əzabının nümunəsi kimi bildirilmişdir.[2]

“Mən la yəhzuruhul fəqih” kitabında imam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, dünyasını dəyişən hər bir kəs qəbir əzabını dadacaqdır; yalnız torpaqa dəfn edilmədiyi halda.[3] O cümlədən “Biharul ənvar” kitabında imam Sadiqdən (ə) nəql olunan digər bir rəvayətə əsasən, insanların əksəriyyəti qəbir əzabına düçar olacaqlar.[4]

Məsumlardan (ə) nəql olunan duamünacatlarda, qəbir əzabından Allaha pənah aparılmışdır.[5] Misal üçün, Allahın rəsulu (s) qızı Rüqəyyəni dəfn etdiyində, qəbir əzabının ondan götürülməsi üçün dua etdi;[6] və yaxud Fatimə binti Əsədi dəfn etmədən öncə onun qəbrində uzandı, çünkü ona vədə vermişdi ki, onun qəbrində uzanacaq və Allah qəbir əzabından onu amanda saxlayacaq.[7] Həzrət Fatimeyi Zəhra (s.ə) da vəsiyyətində imam Əlidən (ə) istədi, dəfn olunduqdan sonra onun qəbri üstə Quran oxuyub dua etsin.[8]

Hədis mənbələrində, qəbir əzabı ilə bağlı olan hədislər müstəqil fəsillərdə toplanmışdır, Əllamə Məclisi, “Biharul ənvar” kitabının (Əhvalul bərzəx vəl qəbr və əzabuhu və sualuhu və sairu ma yətəlləqu bizalik) fəsilində bu barədə 128 rəvayət nəql etmişdir.[9]

Səbəblər

[10]اَللَّهُمَّ إِنِّی أَعُوذُ بِک مِنْ عَذَابِ الْقَبْرِ وَ مِنْ ضِیقِ الْقَبْرِ وَ مِنْ ضَغْطَةِ الْقبر

Tərcümə: İlahi, mən sənə qəbir əzabından, sıxıntısından və darlığından pənah aparıram.


“İləliş-Şəraye” kitabında imam Əlidən (ə) nəql olunan rəvayətə əsaəsən, qəbir əzabının səbəblərindən söz gəzdirmək, təharət və təmzliyə diqqətsizlik və kişinin öz zövcəsindən uzaq durması kimi hallara işarə edilmişdir.[11]

Şeyx Abbas Qumi, qeyd olunan rəvayətə işarə edərək, qəbir əzabına ən çox düçar olan bu üç dəstəni bilir.[12]

Bunlardan əlavə qəbir əzabına səbəb olan bəzi işlər isə ibarətdirlər:

  • Əxlaqsızlıq: Peyğəmbərdən (s) nəql olunan rəvayətə əsasən, Səd ibn Məazın qəbir əzabına düçar olmasının səbəbi, ailədə əxlaqsızıq və pis davranışı olmuşdur.[13]
  • Namaza diqqətsizlik: Əli Meşkininin yazdığı “Əl məvaizul ədədiyyə” adlı kitabında qeyd olunan hədisə əsasən, gecə namazında səhlənkarlıq etmək, qəbir əzabına səbəb olar.[14]
  • İlahi nemətləri[15] hədər etmək: Bir hədisə əsasən, möminin qəbir əzabı, hədər etdiyi nemətlərin kəffarəsidir.[16]

Qeyd olunanlardan əlavə rəvayətlərdə, qeybət,[17] məsum imamların (ə) vilayətini qəbul etməmək,[18] məzluma kömək etməmək,[19] dəstəmazsız namaz qılmaq[20] qəbir əzabının səbəbləri kimi bildirilmişdir. “Camiu-səadət” kitabında, anası narazı olan şəxsin çətin can verməsini və qəbir əzabının onun üçün daha ağır olacağını yazır.[21]

Qəbir əzabını yüngülləşdirən amillər

Hədis kitablarında, qəbir əzabından qurtarmaq və ya onun yüngül olması üçün bir sıra amillər zikr olunmuşdur ki, onlardan bəziləri ibarətdirlər:

  • Əhli-beyti (ə) sevmək: “Biharul ənvarda” peyğəmbərdən (ə) nəql olunan rəvayətə əsasən, peyğəmbəri (s) və o həzrətin əhli-beytini (ə) sevməyin yeddi yerdə faydası vardır; o cümlədən qəbir evində.[22]
  • Nəcəf şəhərində dəfn olmaq: Həsən ibn Məhəmməd Deyləminin “İrşadul qulub” kitabında yazdıqlarına görə, o cür ki, rəvayətlərdə gəlmişdir, Nəcəf torpğının xüsusiyyətləri budur, hər kəs onda dəfn olunsa qəbir əzabı və nəkir-munkir sorğu-sualı ondan götürülər.[24]
  • Quran oxumaq: Hədis mənbələrində, surələrin fəzilətləri bölməsində bir sıra rəvayətlər nəql olunmuşdur ki, onlara əsasən bəzi surələrin qiraət və oxunması, qəbir əzabından amanda qalmağa səbəb olar; o cümlədən hər cümə[25] günləri “Zuxruf”“Nisa” surələrini oxumaq və həmçinin yatmadan öncə “Təkasur” surəsini qiraət etmək.[26]
  • İki yaş çubuqu qəbirdə meyyitin kənarına qoymaq: “Əl-Kafi” kitabında imam Sadiqdən (ə) nəql edilən hədisə əsasən, iki yaş çubuğun meyyitlə birlikdə qəbirə qoyulmasının fəlsəfəsi, qəbir əzabından nicat tapmasıdır.[27] Həmçinin digər rəvayətə əsasən, meyyitin dəfnindən sonra qəbrin üzərinə su tökmək, qəbir əzabının ondan götürülməsinə səbəb olur.[28]

Digər bir sıra rəvayətlərə əsasən, qəbir əzabının götürülməsinin və ya yüngül olmasının səbəbləri ibarətdirlər:

  • Namazda rükunu kamil şəkildə yerinə yetirmək.[30]
  • Dördüncü gün zöhr vaxtı ilə beşinci gün (cümə günü) zöhr vaxtları arasında vəfat etmək.[33]
  • Qadının bədəxlaq əri ilə anlaşması.[34]
  • Ölümündən sonra övladın xeyir işləri.[36]

“Qırx hədis” kitabının şərhində, İmam Xomeyninin dediklərinə əsasən, Qəbirbərzəx aləminin uzun olmasının səbəbi, dünyaya məhəbət və dünyaya bağlı olmaqdır, bunun üçün də hər nə qədər insan dünyaya bağlanmasa, insanın qəbri və bərzəxi daha da nurlu və geniş olar, bu zaman orada qalma müddəti də azalar.[37]

Qohum-əqrəbanın ağlaması, qəbir sahibinə əzab olunmasına səbəb olur?

Əhli-Sünnə hədis mənbələrində, Allahın rəsuluna (s) nisbət verilən bir hədisə əsasən, qəbir sahibi onun qohumlarının qəbri üstə ağladıqlarında ona əzab edilir.[38] Bu hədisi nəql edən ravilər ikinci xəlifəAbdullah ibn Ömərdir. Aişənin sözlərinə əsasən, onu (olduğu kimi) səhih olaraq peyğəmbərdən (s) nəql etməmişlər;[39] çünki peyğəmbər (s) buyurdu: “meyyit öz günahlarına xatir qəbirdə əzab olunacaq, o halda ki, qohum-əqrabası isə qəbri üstündə ağlayacaqlar”.[40] “Səhih Müslim” kitabınını şərhçisi, Nəvəvinin sözlərinə əsasən, əhli-sünnə alimləri bu hədisin təvilində, nəzərləri ixtilaflıdır; Bəziləri bildirirlər, bu ağlamaq o şəxslər barəsindədir ki, vəsiyyət edib o öldükdən sonra onun üçün ağlasınlar, bəziləri isə deyirlər, dirilərin əməlləri qarşılığında ölülərin əzab olunmasını Quran (heç bir günahkar başqasının günahını daşımaz)[41] ayəsi ilə müxalif bilirlər.[42]

Dünyadakı bədən yoxsa Bərzəx aləminə aid bədən, əzab olunacaq?

Qəbir əzabını dünyadakı bədən yoxsa Bərzəx aləminə iaid olan bədən çəkəcəyi haqda, nəzəriyyələr ixtilaflıdır; deyilənlərə görə mütəkəəllimlər və filosofların nəzəri budur ki, insan öldükdən sonra onun ruhu “Misali bədənə” (dünyada olduğu kimi bir bədən, bu fərqlə ki, maddə kimi həcm və ağırlıq təşkil etmir) köçür.[43] Bunun kənarında, Şiə mütəkəllimlərindən olan Seyyid Mürtəza və Sədiduddin Həmsi Razi-yə nisbət verilmişdir ki, onlar inanırlar insan öldükdən sonra ruhu bədəninə qaytarılır və qəbir əzabını dünyəvi bədəni ilə dərk edir.[44] Əbdülrəzzaq Lahicinin dediklərinə əsasən isə, o şəxslər ki, deyirlər ruh əbədi deyil, qəbir əzabının yalnız bədənə aid olduğuna inanırlar, amma o şəxslər ki, ruhun əbədi qalacağına inanırlar, etiqadları budur, insan öldükdən osonra, ruh bədənə qayıdır və qəbir əzabı ruha məxsusdur və yaxud ruhla bədənin hər ikisinə şamil olacaqdır.[45]

Əşəri məzhəbinin banisi, Əbulhəsən Əşərinin dediklərinə əsasən, qəbir əzabı barəsində müsəlmanlar arasındı fikir ayrılığı vardır; o müsəlmanların əksəriyyətinin qəbir əzabına inandıqlarını və Mötəzilə ilə Xəvariclərin isə qəbir əzabına etiqadları olmadıqlarını bildirmişir.[46] İbn Əbil Hədid isə “Təbəqatul Mötəzilə” kitabında yazır: Vasil ibn Ətanın şagirdi Zirar ibn Ömərin qəbir əzabına inancı olmadığı üçün, onu bütün Mötəzilə məzhəbinə nisbət vermişlər, lakin Mötəzilə qəbir əzabına inanır baxmayaraq ki, əksəriyyəti qəbir əzabına inanmırlar; bu fərqlə ki, onun bədənlə deyil, ruhla əlaqəli olduğuna inanırlar.[47]

Qurani-Kərimdən sübutlar

Əllamə Məclisinin, Şeyx Bəhaidən nəql etdiklərinə əsasən, etiqadi kitablarda, qəbir əzabını isbat etmək üçün bu ayəni “قالُوا رَبَّنا أَمَتَّنَا اثْنَتَيْنِ وَ أَحْيَيْتَنَا اثْنَتَيْن” (İlahi! Bizi iki dəfə öldürdün və iki dəfə diriltdin),[48] dəlil gətiririlər; bu açıqlama ilə ki, birinci ölüm dünyüda, ikinci ölüm isə qəbirdə və birinci dəfə dirilmək qəbirdə ikinci dəfə dirilmək isə qiyamət günüdür.[49] Əllamə Məclisinin dediklərinə görə bəzi təfsir alimləri o cümlədən Abdullah ibn Ömər Beyzavi və Fəzl ibn Həsən Təbərsi “Cəvamiul Came” təfsirində, ayədə zikr olunan iki ölüm və iki həyatı, sperma həyatından öncəki ölüm və ikinci ölümü isə dünyadakı ölüm bilir, spermadan sonra olan iki həyatı isə, sperma və Qiyamətdən sonrakı həyata işarə olunduğunu bildirir,[50] o birinci nəzəriyyəni “Məcməul bəyan” təfsirindən Fəzl ibn Həsən Təbərsi və Fəxri Razi-yə nisbət vermişdir.[51]

Əllamə Məclisi, bu “وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى” ayədə; ( Hər kəs məni yad etməkdən (Quranımdan) üz çevirsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar).[52] İşarə olunan “məişət sıxıntısını” qəbir əzabı olaraq təfsir etmişdir.[53]

“Məcməul Bəyan” təfsirində də (hicrətin 6-cı əsrində təlif olunmuş) bəzi təfsir alimlərindən nəql olunur, ayədə “سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ” (Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar);[54] işarə olunanan “Onlara iki dəfə əzab verəcəyik” ibarətindən məqsəd biri qəbir evində digəri isə Qiyamət gününün əzabı olaraq təfsir edilmişdir.[55] Şiə müfəssiri Əllamə Təbatəbainin (vəfat 1979) dediklərinə əsasən;

“النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّااعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ”

(Onlar səhər axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): Firon əhlini şiddətli əzaba salın!);[56] buna dəlalət edir ki, Firon əhli ilə iki rəftar olunacaq, əvvəl onlar odda yandırılıb sonra atəşə atılacaqlar. Odda yandırılmalarından məqsəd, Qiyamətədən əvvəl olan bərzəx aləmindəki (qəbir əzabı) əzabdır.[57]

Biblioqrafiya

Qəbir əzabı barəsində, Şeyx Abbas Qumi “Mənazilul axirət”; Məhəmməd Şücai “Üruce ruh” və Nemətullah Salehi Haciabadi “İnsan əz mərg ta Bərzəx” adlı kitablarında söz açmışlar. Müstəqil olaraq qəbir əzabı haqqında təlif olunmuş kitablardan bəziləri ibarətdir:

  • “Təhqiqe Qurani və rivayi dər bareye əzabe qəbr”, müəllif: Mehdi Fərbudi, 2007-ci ildə çapdan çıxmış və sonralar “əzabhaye qəbr: təhqiqe Qurani və rivayi dər bareye aləme qəbr” ünvanı altında yenidən çapdan çıxmışdır.[58]
  • “Aləme qəbr: Raze bozorg”; müəllif: Cabir Rizvani.[59]

İstinadlar

  1. Əllamə Təbatəbai, h.q 1417, c.15, s.68; Ərdəbili, Təqriratu Fəlsəfə, h.ş 1385, c.3, s.239-240
  2. Qumi, Mənazilul-axirət, s.137-149
  3. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.279
  4. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.261
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.526; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.338-439
  6. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.261
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.454
  8. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.79, s.27
  9. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.282
  10. Təbərsi, Məkarimul-əxlaq, Hər sübh və gecə duası, h.ş 1370, s.279
  11. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.310
  12. Qumi, Mənazilul-axirət, s.138
  13. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.261
  14. Meşkini, Təhrirul-məvaizil-ədədiyyə, h.ş 1382, s.232-233
  15. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.309
  16. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.50
  17. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.245
  18. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.262
  19. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.58
  20. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.58; Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.309
  21. Nəraqi, Cameus-saadat, h.ş 1383, c.2, s.263
  22. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.7, s.247
  23. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.629, 664, 656, 665, 683, 723
  24. Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.439
  25. Qumi, Səfiynətul-bihar, h.ş 1378, c.2, s.397
  26. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.89, s.336
  27. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.103
  28. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.200
  29. İbn Quləveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.142-143
  30. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.321
  31. Qumi, Səfiynətul-bihar, h.ş 1378, c.2, s.397
  32. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.651
  33. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.83
  34. Meşkini, Təhrirul-məvaizil-ədədiyyə, h.ş 1382, s.75
  35. Meşkini, Təhrirul-məvaizil-ədədiyyə, h.ş 1382, s.75
  36. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.3-4
  37. İmam Xomeyni, Şərhe çehel hədis, h.ş 1380, s.124
  38. Buxari, Səhih-Buxari, h.q 1422, c.2, s.80, hədis 1291-1292
  39. Nəvəvi, Əl-Minhac şərhu Səhih Muslim, h.q 1392, c.6, s.228
  40. Nəvəvi, Əl-Minhac şərhu Səhih Muslim, h.q 1392, c.6, s.228
  41. Ənam surəsi, ayə 164
  42. Nəvəvi, Əl-Minhac şərhu Səhih Muslim, h.q 1392, c.6, s.228
  43. Məlayiri, Nəzəriyyehaye bədəne bərzəxi - bərresi və nəqd, s.109-115
  44. Məlayiri, Nəzəriyyehaye bədəne bərzəxi - bərresi və nəqd, s.1113-115
  45. Lahici, Qohəre murad, h.ş 1383, s.649-650
  46. Əşəri, Məqalatul-İslamiyyin, h.q 1400, s.430
  47. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.6, s.273
  48. Ğafir surəsi, ayə 11
  49. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.211
  50. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.214
  51. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.214
  52. Taha surəsi, ayə 124
  53. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.215
  54. Tövbə surəsi, ayə 101
  55. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.100
  56. Ğafir surəsi, ayə 46
  57. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.335
  58. «عالم قبر», ghbook.ir saytı
  59. «عالم قبر، راز بزرگ»

Ədəbiyyat

  • Quran
  • Ərdəbili, Seyyid Əbdül-Ğəni, Təqriratu Fəlsəfə, Tehran, h.ş 1385
  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Düzəliş: Məhəmməd Əbül-fəzl, Qum, h.q 1404
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
  • İbn Quləveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, h.ş 1356
  • Əşəri, Əbül-Həsən, Məqalatul-İslamiyyin, h.q 1400
  • İmam Xomeyni, Seyyid Ruhullah, Şərhe çehel hədis, Qum, h.ş 1380
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, h.q 1422
  • Deyləmi, Həsən ibn Məhəmməd, İrşadul-qulub, Qum, h.q 1412
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Tehran, Ketabçi, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Tehran, Səduq nəşri, h.ş 1367
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385
  • Təbərsi, Həsən ibn Fəzl, Qum, Məcməul-bəyan, h.ş 1372
  • Təbərsi, Həsən ibn Fəzl, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Tehran, Nasir Xosrov nəşri, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Düzəliş: Besət müəssisəsi, Qum, h.q 1414
  • Qumi, Şeyx Abbas, Səfiynətul-bihar, Qum, İslami nəşriyyat
  • Qumi, Şeyx Abbas, Mənazilul-axirə, Təhqiq: Seyyid Yasin Musəvi, İslami nəşr müəssisəsi
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Lahici, Əbdür-Rəzzaq, Qohəre murad, Müqəddimə: Zeynulabidin Qurbani, Tehran, h.ş 1383
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Meşkini Ərdəbili, Əli, Təhrirul-məvaizil-ədədiyyə, Qum, h.ş 1382
  • Məlayiri, Nəzəriyyehaye bədəne bərzəxi - bərresi və nəqd, h.ş 1389
  • Nəraqi, Məhəmməd Mehdi, Cameus-saadat, Qum, h.ş 1383
  • Nəvəvi, Əl-Minhac şərhu Səhih Muslim, Beyrut, h.q 1392