Ziyarət namazı
Ziyarət namazı (ərəbcə: صلاة الزيارة) müstəhəb namazdır ki, məsumları ziyarət etmək zamanı qılınır. "Həmd" surəsindən sonra birinci rükətdə "Yasin" surəsini, ikinci rükətdə isə "Ər-Rəhman" surəsini oxumaq müstəhəb sayılır.
Şeyx Abbas Qumi "Məfatihul-Cinan" kitabında Həzrət Peyğəmbərin (s) ziyarət namazını qılmaq üçün ən yaxşı yeri o Həzrətin hərəminin rövzəsi (cənnət bağçası), digər məsumlar üçün isə başlarının üstündəki yer hesab etmişdir. Mərceyi-təqlidlərin fətvasına əsasən, qəbrə arxasını çevirərək ziyarət namazını qılmaq əgər camaatın nəzərində məsuma hörmətsizlik olarsa, haramdır.
Hədislərdə məsum olmayanlar üçün ziyarət namaz kimi bir namaz qeyd olunmayıb. Ona görə də belə bir namaz qılmaq düzgün deyil. Lakin ziyarət etdikdən sonra bir müstəhəb namaz qılıb onun savabını qəbir sahibinə hədiyyə etmək olar.
Ziyarət namazının qılınma qaydası
Ziyarət namazı iki rükətli bir namazdır ki, məsumları ziyarət edən zaman qılınır.[1] Müəyyən bir surənin oxunması bildirilməyən ziyarət namazında birinci rükətdə "Yasin", ikinci rükətdə isə "Ər-Rəhman" surəsini oxumaq daha yaxşıdır.[2]
Həzrət Peyğəmbərin (s) uzaqdan ziyarəti üçün dörd rükət ziyarət namazı (iki iki rükətli namaz) qılınması nəql olunmuşdur.[3] Digər məsumların uzaqdan ziyarəti üçün bir neçə iki rükətli namaz qılına bilər.[4]
Bəzi fəqihlər belə hesab edirlər ki, əgər ziyarət hərəmin və ya məsumların qəbrinin yanında edilirsə, ziyarət namazı ondan sonra qılınmalı, amma əgər ziyarət uzaqdan oxunursa, ziyarət namazı ziyarətdən əvvəl qılınmalıdır.[5]
Ziyarət namazını qılmaq üçün ən yaxşı yer
Şeyx Abbas Qumi "Məfatihul-Cinan" kitabında bildirmişdir ki, Həzrət Peyğəmbərin (s) ziyarət namazı üçün ən yaxşı yer onun hərəminin rövzəsi (cənnət bağçası), digər məsumlar üçün isə onların başlarının üstündəki yerdir.[6] Mərceyi-təqlidlərin fətvasına əsasən, qəbrə arxasını çevirərək ziyarət namazını qılmaq əgər camaatın nəzərində məsuma hörmətsizlik olarsa, haramdır.[7]
Qəbrin arxasında və önündə durub namaz qılmaq
Qəməri təqvimi ilə 13-cü əsrdə İmamların (ə) hərəmində namaz qılanda onların qəbrinin arxamızda və ya önümüzdə olması ilə bağlı bir mübahisə var idi. Şeyxiyyə firqəsi İmamların (ə) hərəmində namaz qılarkən elə dayanırdılar ki, İmamın qəbri onlarla qiblə arasında qərar tuturdu. Bununla da onlar "qəbrin arxasında duranlar" kimi tanındılar və qəbri qiblə qərar verməkdə günahlandırıldılar. Onların əksinə, bu işi qülüv hesab edən şiələr qəsdən İmamın başı tərəfdə (İmamın hərəminin sağ tərəfində) dayanıb namaz qılırdılar. Buna görə də onları "qəbrin yuxarı tərəfində duranlar" adlandırırdılar.[8]
İmamzadələrin ziyarət namazı
Hədislərdə məsum olmayanlar üçün ziyarət namazı kimi bir namaz qeyd olunmayıb. Lakin deyilib ki, ziyarət etdikdən sonra müstəhəb namaz qılıb və savabını qəbir sahibinə hədiyyə etmək olar.[9]
Naib olaraq ziyarət namazı qılmaq
Ziyarəti və ziyarət namazını diri və mərhum olanlardan naib olaraq qılınmaq olar.[10] Həmçinin hər kəsin adından və ya hər bir şəxs üçün ayrı-ayrılıqda ziyarət etmək və namaz qılmaq mümkündür.[11] Bəzi hədislərə görə, başqalarının adına edilən yaxşılığın savabı həm şəxsin özü, həm də naib olaraq edilən şəxs üçün yazılır. Onu qılanın mükafatından da heç bir şey azalmır.[12]
İstinadlar
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Adabe ziyarət" bölümündə, s.429
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Adabe ziyarət" bölümündə, s.430
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Ziyarəte Həzrət Rəsul (s)" bölümündə, s.447
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Ziyarəte hucəce Tahirə dər ruze Cümə" bölümündə, s.447
- ↑ Ələvi Amili, Təqəddome nəmaze ziyarət dər ziyarət əz bəid, s.339-345
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Adabe hifdəhhom" bölümündə, Məşər çapı, s.447
- ↑ İmam Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.629-633
- ↑ حائرینیا «فرقه شیخیه»، وبگاه شیعهنیوز، ۱۸ فروردین ۱۳۹۱ش، دیدهشده در ۹ اردیبهشت ۱۳۹۷ش., shia-news.com saytı
- ↑ «سؤالاتی در مورد نماز زیارت»، وبگاه گفتگوی دینی., askdin.com saytı
- ↑ İmam Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.1049-1051
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Adabe ziyarət" bölümündə, s.803
- ↑ Şeyx Abbas Qumi, Məfatihul-cinan, h.ş 1387, "Adabe ziyarət" bölümündə, s.804
Ədəbiyyat
- حائرینیا «فرقه شیخیه»، وبگاه شیعهنیوز، ۱۸ فروردین ۱۳۹۱ش، دیدهشده در ۹ اردیبهشت ۱۳۹۷ش., shia-news.com saytı
- «سؤالاتی در مورد نماز زیارت»، وبگاه گفتگوی دینی., askdin.com saytı
- İmam Xomeyni, Ruhullah, Tozihul-məsaile mərace, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.ş 1392
- Şeyx Abbas Qumi, Məfatihul-cinan, Tehran, h.ş 1387, Məşər çapı
- Ələvi Amili, Təqəddome nəmaze ziyarət dər ziyarət əz bəid, İsfahan, 1-ci çap, h.q 1429