İmam Hadinin (ə) oğlu Cəfər

wikishia saytından
İmam Hadinin (ə) oğlu Cəfər
İmam Hadinin (ə) oğlu və İmamət iddiası edən şəxs
LəqəbƏbu Əbdillah
Məşhur qohumlarİmam Həsən Əskəri (ə) (qardaşı)
Doğum günüHicrətin 232-ci ilindən sonra
VəfatıSamirra, Hicrətin 271-ci ili
Dəfn edildiyi yerKazimeyn hərəmində
Fəaliyyətləriİmam Zamanın (ə.f) doğulduğunu inkar etmək və İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra imamət iddiası
ƏlaqəliCəfəriyyə firqəsi


Cəfər Kəzzab (ərəbcə: جعفر الكذّاب) adı ilə tanınan Cəfər ibn Əli (vəfat 271 h.q) İmam Hadinin (ə) oğlu olmuş və qardaşı imam Həsən Əskərinin şəhadətindən sonra imamət iddiası etmişdir, bunun üçün də Şiələr ona “Kəzzab” (çox yalançı) ləqəbi vermişlər.

Cəfər öz imamətini sübuta yetirmək üçün, imam Zamanın (ə.c) doğulduğunu inkar edərək, imam Həsən Əskərinin (ə) varisi oluduğunu iddia etdi. Həmçinin istəyirdi onbirinci imama cənazə namazını qılsın, lakin imam Zaman (ə.c) mane oldu.

Cəfərin davamçılarını, “Cəfəriyyə” adlandırırlar. Onların, Cəfərin kimdən sonra imamət məqamına çatması barədə də ixtilafları vardır. Bəziləri onu imam Hadinin (ə) canişini, bəziləri seyyid Məhəmmədin və digərləri isə imam Həsən Əskərinin (ə) canişini olduğunu düşünürlər.

Nəsəb və ləqəbləri

Cəfər, onuncu imam, imam Hadinin (ə) oğlu və onbirinci imam[1], imam Həsən Əskərinin (ə) qardaşıdır. Onun doğum taririxi haqda mənbələrdə bir məlumat yoxdur; amma bəziləri dəlillər əsasında, imam Həsən Əskərinin (ə) ondan böyük olduğunu isbat edərək yazırlar, hicrətin 232-ci ilindən sonra dünyaya gəlmişdir.[2] O, hicrətin 271-ci ilində Samirra şəhərində vəfat etmiş və ata evində dəfn olunmuşdur.[3] Onun qəbri imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) hərəmində yerləşir.[4]

Şiələr, ona imamət iddiası etdiyi üçün Kəzzab (çox yalançı) ləqəbi vermişlər.[5] Bəzi rəvayətlərə əsasən, peyğəmbər (s) onu imamət məqamı üçün etdiyi yalan və iddialarına görə Kəzzab adlandırmış və onun doğulacaq və edəcəyi işlərdən xəbər verərək altıncı imam Sadiq adlandırdı ki, onunla adları bir-birindən fərqlənsin.[6]

Bəziləri isə bildirirlər, onun Kəzzab ləqəbi ilə tanınmasının səbəbi, onbirinci imamın varisi olduğu və imam Həsən Əskərinin (ə) övladının olmadığı iddiası olmuşdur.[7] Bütün bunlara baxmayaraq, onun davamçıları onu “Zəki” (pak və təmiz) adlandırırlar.[8]

Cəfərin künyəsi, Əbu Əbdullah idi;[9] lakin onun nəslindən 120 uşaq dünyaya gəldiyi üçün ona “Əbu Kərrəyn” ləqəbi də verilmişdir.[10]

Cəfərə “Zuqqul xəmr” (şərab müşkü) ləqəbi də verilmişdi, çünki o şərab içməkliklə ittiham olunurdu.[11] Bəziləri isə bu ləqəbin oniki imami Şiələrlə Cəfərilərin arasında olan düşmənçilikdən qaynaqlandığını ehtimal verirlər;[12] o cür ki, Cəfərin davamçıları da imam Həsən Əskəriyə (ə) nalayiq nisbətlər verirdilər.[13]

İmamət iddiası

İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra Cəfər imamət iddiası etdi.[14] Onun hansı imamın canişini olduğu barədə, öz tərəfdarları arasında ixtilaflar olmuşdur.[15] Bəziləri imam Hadinin (ə)[16] canişini olduğunu, bəziləri isə atası həyatda olduğu zaman vəfat edən qardaşı seyyid Məhəmmədin canişini olduğunu bilirdilər. Onların fikrincə, imam Hadidən (ə) sonra seyyid Məhəmməd imam olacaqdı.[17] Digər bir dəstə isə imam Həsən Əskərinin (ə) canişini olduğuna inanırdılar.[18]

Cəfər öz imamət iddiasını isbat etmək üçün bəzi işlərə əl atmışdı; lakin Şeyx Mofidin dediklərinə görə heç biri nəticə verməmişdir.[19] O işlərdən bəziləri ibarətdir:

  1. İmam Həsən Əskərinin (ə) cənazəsinə, meyyit namazı qılmaq istədi, amma imam Zaman (ə.c) ki, kiçik yaşlarında idi, onu kənarlaşdıraraq, atasının cənazəsinə meyyit namazını özü qıldı.[20] Bəzi tarixçilər, Cəfərin bu işini, onun öz imamət iddiasını isbat etmək üçün etdiyini bildirirlər.[21]
  2. Cəfər, Mötəmid Abbasini, imam Zamanı (ə.c) tapmaq üçün, imam Həsən Əskərinin (ə) evinə girməyə təhrik etdi və onun həmkarlığı ilə imam Həsən Əskərinin (ə) kənizi həbs olundu.[22] Cəfərin bu hərəkəti, Qum şəhərindən bir dəstənin Samirra şhərində imam Həsən Əskəriylə (ə) görüş məqsədilə gedib lakin imamın şəhadətilə qarşılaşdıqları hadisədən sonra baş vermişdir;[23] bu zaman Cəfəri, imam Həsən Əskəridən sonra, imam olaraq onlara tanıtdırılır. Şeyx Səduq yazır: Onlar Cəfərdən suallarını soruşduqda, onun imamətə layiq olmadığını görüb, öz cavablarını imam Mehdidən (ə.c) aldılar.[24]
  3. İmam Həsən Əskərinin (ə) dəfnindən sonra, baxmayaraq ki, anası həyatda idi, imamın varisi olduğunu iddia etdi;[25] bir halda ki, Şiə fiqhinə əsasən irs məsələsində ana kimi birinci dərəcəli yaxın şəxslər olduğu halda, qardaş kmi ikinci dərəcəli yaxınlara miras çatmır.[26]
  4. Cəfər öz imamətinin təyid olunması üçün, dövrünün hakimiyyətinə illik müəyyən məbləği ödəməyi qəbul etdi.[27]



Şiələrin mövqeyi

Şeyx Səduqun dediklərinə əsasən, Şiələr, Cəfəri müxtəlif yollarla sınaqa çəkdilər.[28] Onlar, Cəfərin imamət iddiasını rədd edərək onun imamət məqamına layiq olmadığını gördülər.[29] Həmçinin onlar, Cəfərin iddiasını rədd etmək üçün, “Fətəhiyyə”-nin haqqında olan hədislərə istinad edirdilər.[30] Bu rəvayətlərə əsasən, imamət məqamı yalnız “Həsənəyn” bu iki qardaş barəsində düzgündür.[31]

Xüsusiyyətləri

Tarixi mənbələrdə, Cəfər xətakar və fasiq bir şəxs kimi tanıtdırılmışdır.[32] Şeyx Tusinin “Əl-Ğeybə” kitabında verdiyi məlumatlara görə, imam Hadi (ə) o dünyaya gəldiyində, insanların onun vasitəsilə yollarını azacaqlarından xəbər vermişdir.[33]

İmam Zamandan (ə.c), Şiələrdən birinə cavab olaraq nəql olunan bir rəvayətə əsasən, Cəfər şəriət hökmlərindən xəbərsiz və halalı-haramdan ayıra bilməyəcək bir şəxs kimi bildirilmişdir. Bu rəvayətə əsasən, Cəfər, sehr öyrəmək məqsədi ilə 40 gecə-gündüz öz namazını tərk etmişdir.[34]

Həmçinin, deyilənlərə görə Faris ibn Hatəm (fasiq və imansız) kimi bir şəxsdən himayət edirdi; bir halda ki, imam Hadi (ə) Faris lənətləyib onun ölüm hökmünü vermişdi.[35]

Tövbə

Deyilənlərə görə, Cəfər ölümündən əvvəl tövbə etmişdir.[36] Bu barədə imam Zamandan (ə.c) nəql olunan bir sənədə əsasən, Cəfərin işlərinin, həzrət Yusifin (ə) qardaşlarının etdiklərinə bənzədiyi,[37] isbat edilmişdir.[38] Əlbətdə bəziləri, Cəfərin imamət iddiası barəsində, Şeyx Mofidin sözlərinə əsaslanaraq,[39] imam Zamanın (ə.c) bu sənəddəki məqsədini, sadəcə peyğəmbərlərin övladları arasında yolunu azmışlara işarə edildiyini bildirmişlər.[40]


Cəfəriyyə firqəsi

Cəfərin davamçıları, tarixdə “Cəfəriyyə” olaraq tanınırlar.[41] Əlbətdə bu ünvandan öncə, ən çox imam Cəfər Sadiqin (ə) davamçıları haqqında məruf olmuşdur.[42] Bundan əlavə, Cəfər Təyyarın övladlarına və həmçinin Hərb ibn Həmdaninin (Mötəzilə firqəsinin rəhbərlərindən olmuş, vəfat 236 h.q) davamçılarına və o cümləədən Cəfər ibn Mübəşşir SəqəfininSəmani, keçmiş dövrlərdə, Bağdadda olan Mötəzilə firqəsinin rəhbərlərində olmuşdur, vəfat 234 h.q) davamçıları da bu adla tanınmışlar.[43]

Fətəhiyyə firqəsi ki, yalnız iki imamın imamətini qəbul edirdilər, Cəfərə inanaraq ondan itaət etdilər.[44] Bunun üçün də, Şeyx Səduq, Cəfərə ikinci ləqəb olaraq “Fətəhiyyə imamı” ləqəbini vermişdir.[45]

Cəfərin ölümündən sonra, onun davamçılarından bəziləri onun oğlu Əbul Həsən Əli ki, Bağdadın böyük şəxsiyyətlərindən sayılırdı,[46] üz tutdular.[47] Bəzilərinin etiqadı isə bu idi, imamət məqamı Əbul Həsən Əli ilə bacısı Fatimə arasında bölünmüş və onlardan sonra Cəfərin digər vərəsələrinə çatacaq.[48] Səd ibn Abdullah Əşəri, Cəfəriyyə firqəsinin bu cür təfəkkürünü rədd etmək məqsədilə “Kitabuz-ziyai fil-rəddi ələl-Muhəmmədiyyə vəl-Cəfəriyyə” kitabını yazmışdır.[49] Əli əl-Tahən, Cəfəriyyə firqəsinin rəhbərlərindən olduğu bildirilir.[50]

Cəfərin övladlarının, imam Rzaya nisbətləri olduğu üçün, “Bənur-Riza”[51] və ya “Rizəviyyun”[52] adlandırdılar. Şeyx Mofid yazır, əsərlərinin təlifi zamanı, Cəfərin övladlarından elə bir şəxs görməmişdir ki, on iki imami məzhəbinə qoşulmasın.[53] Qumun “Çehel əxtəran imamzadə” məzarlığında dəfn olunan Məhəmməd ibn Musa Mübərqənin həyat yoldaşı Büreyhə, Cəfərin qızıdır.[54]

Kitablar

“Tohri-Mütəhhər” Cəfərin təmiz və pak insan olduğunu isbat və yolundan azdığı iddiasını rədd etmək məqsədilə yazılmışdır. Kitabın müəllifi, Cəfərin məqamı haqda olan hədislərin saxta hədislər olduğunu bilir. Bu kitabda Cəfərin bəzi iddialarını, imam Zamanın (ə.c) düşməndən qorunması və təqiyyə etməsi kimi dəyərləndirilmişdir.[55]

Əlaqədar məqalə

İstinadlar

  1. Uməri, Əl-Məcdi, h.q 1409, c.134-135
  2. Huşəngi, Cəfər ibn Əli, s.169
  3. Uməri, Əl-Məcdi, h.q 1409, c.134-135
  4. Qaidan, Ətəbate aliyate İraq, h.ş 1387, s.206
  5. İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.180; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.95
  6. Səduq, Kəmaluddin, h.q 1395, s.319-320
  7. Bəhrani, Hilyətul-əbrar, h.q 1411, c.6, s.90
  8. Ərəşi, Buluğul-məram, m. 1939, s.51
  9. Nobəxti, Firəquş-şiə, h.q 1404, s.95
  10. İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.180; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.95
  11. Uməri, Əl-Məcdi, h.q 1409, c.131
  12. Səidi, Cəfər ibn Əli, c.1, s.4700
  13. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.113; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.199-200
  14. Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.319
  15. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.102-116
  16. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.101
  17. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.112
  18. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.101
  19. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.337
  20. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.475
  21. Əbül-Hüseyni, Mehdi əz neqahe Əhli-Sünnət, s.84
  22. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.475
  23. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.475
  24. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.475
  25. Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.43
  26. Nəsirəddin Tusi, Cəvahirul-fərayiz, h.q 1426, c.1, s.19
  27. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.43-44
  28. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.426
  29. Tusi, Əl-Ğeybə, h.q 1411, s.84-85
  30. Tusi, Əl-Ğeybə, h.q 1411, s.84
  31. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.414-417; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.285-286
  32. Uməri, Əl-Məcdi, h.q 1409, c.131-136
  33. Tusi, Əl-Ğeybə, h.q 1411, s.226-227
  34. Məclisi, Biharul-ənvar, h.q 1403, c.50, s.228-231
  35. Razi, Ən-Nəqz, h.ş 1375, s.200; Səidi, Cəfər ibn Əli, c.1, s.4700
  36. Uməri, Əl-Məcdi, h.q 1409, c.130
  37. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.484
  38. İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.180; Bəhrani, Hilyətul-əbrar, h.q 1411, c.6, s.90; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.95
  39. Şeyx Müfid, Əl-Fusulul-əşərə, h.q 1413, s.61-62
  40. Səidi, Cəfər ibn Əli, c.1, s.4700
  41. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.101, Fəxr Razi, Etiqadatu fərqil-muslimin vəl-muşrikin, h.q 1413, s.43
  42. Müdərrisi Təbatəbai, Məktəb dər fərayənde təkamol, s.115; Səidi, Cəfər ibn Əli, c.1, s.4700
  43. Səmani, Əl-Ənsab, h.q 1382, c.3, s.290
  44. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.110
  45. Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403, s.65
  46. Fəxr Razi, Əş-Şəcərətul-mübarəkə, h.q 1419, s.93
  47. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.200
  48. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.200
  49. Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.177
  50. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.199-200
  51. Uməri, Əl-Məcdi, h.q 1409, c.134
  52. İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.180
  53. Şeyx Müfid, Əl-Fusulul-əşərə, h.q 1413, s.65
  54. Bəhrul-ulum Gilani, Məhəmməd Mehdi, Ənvare pərakənde dər zikre əhvale İmamzadeqan bə bəqae mutəbərrekeye İran, c.1, s.437
  55. ««طُهر مُطهر در دفاع از عموی امام زمان(عج)», iqna.ir saytı

Ədəbiyyat

  • İbn İnəbh Həsəni, Umdətut-talib, Umdətut-talib fi ənsabi Ali Əbi Talib, Qum, Ənsariyan, h.q 1417
  • İbn Razi, Ən-Nəqzu, Ən-Nəqz, h.ş 1375
  • Əbül-Həsən Əşəri, مهدی (علیه‌السلام) از نگاه اهل سنت, noormags.ir
  • Səidi, جعفر بن علی
  • Əşəri, Səd ibn Abdullah, Əl-Məqalat və firəq, h.ş 1360
  • Bəhrani, Seyyid Haşim ibn Süleyman, Hilyətul-əbrar, Qum, h.q 1411
  • Səmani, Əndül-Kərim ibn Məhəmməd, Təhqiq: Əbdür-Rəhman ibn Yəhya, h.q 1382 \ m. 1962
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Qum, h.ş 1364
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, h.q 1395
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1403
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Düzəliş: Alul-Beyt (ə) müəssisəsi, Qum, h.q 1413
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-əşərə, Qum, h.q 1413
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Düzəliş: İbadullah Tehrani, QUm, Darul-məarifil-İslamiyyə, h.q 1411
  • Tusi, Nəsirəddin, Cəvahirul-fərayiz, Qum, h.q 1426
  • Ərəşi, Hüseyn ibn Əhməd, Buluğul-məram, Qahirə, m. 1939
  • Uməri, Əli ibn Məhəmməd, Əl-Məcdi, Qum, h.q 1409
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Əş-Şəcərətul-mubarəkə, Qum, h.q 1419
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Etiqadatu fərqil-muslimin vəl-muşrikin, Qahirə, h.q 1413
  • Qaidan, Əsğər, Ətəbate aliyate İraq, Tehran, h.ş 1387
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Müdərrisi Təbatəbai, Hüseyn, Məktəb dər fərayənde təkamol, h.ş 1375
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-nəcaşi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365
  • Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404
  • ««طُهر مُطهر در دفاع از عموی امام زمان(عج)»، خبرگزاری ایکنا، انتشار ۲۲ خرداد ۱۳۹۶ش، بازبینی ۱۴ آذر ۱۳۹۷ش, iqna.ir saytı

Xarici keçid