Taslim:Hər gün Aşura
Hər gün Aşura, hər yer Kərbəla (ərəbcə: كل يوم عاشوراء وكل أرض كربلاء) ifadəsi məşhur bir deyimdir ki, İmam Sadiqə (ə) nisbət verilir. Bəzi din alimləri də bu ifadəni öz mühazirələrində istifadə ediblər. Bununla belə, araşdırmaçılar deyiblər ki, bu cümlə heç bir şiə hədis mənbəyində yer almayıb.
İmam Xomeyni (r.ə) deyib ki, bu ifadə zülmə qarşı daim mübarizə aparmağın vacibliyini bildirir. Şəhid Mürtəza Mütəhhəri bunu tarix boyu zülmə qarşı mübarizənin və haqqın dirçəlişinin davam etməsi kimi şərh etmiş, Seyid Əli Xameneyi isə vurğulamışdır ki, əgər insanlar hər dövrdə öz rollarını düzgün yerinə yetirsələr, hər şey düzgün olacaqdır.
Tarixi
Bu ifadənin ilk dəfə hansı mənbədə istifadə edildiyi dəqiq məlum deyil, amma Məhəmməd ibn Səid Sənhaci Busi̇ri̇ (694‑cü hicri ilində vəfat edib) özünün “Həmziyə” adlı məşhur qəsidəsində belə bir ifadə işlətmişdir:
(yəni: Hər gün və hər məkan mənim hüznüm üçündür; lakin onların içində ən çoxu Kərbəla və Aşuradır).[1] Həmçinin Əbdül-Hüseyn Əsəm (1247‑ci hicri ilində vəfat edib) tərəfindən yazılmış “Raiyə” qəsidəsində də eyni məzmuna işarə edən bir beyt vardır:
(yəni: Sanki hər bir məkan gözümün önündə Kərbəladır və hər bir zaman Aşura günüdür).[2]
Əli Şəriəti (h.ş. 1312-1356) “Hüseyn, Adəmin varisi” adlı kitabında bu ifadəni İmam Sadiqə (ə) aid edib.[3] Bundan əlavə, bu ifadə bəzi din alimlər tərəfindən də istifadə edilmişdir; İmam Xomeyni (r.ə) öz çıxışlarında və mesajlarında bu ifadəni işlədib,[4] həmçinin Seyid Əli Xamenei, onu hədis olaraq qəbul etmədən bu ifadəyə işarə edib.[5] Şəhid Mürtəza Mütəhhəri isə (bu ifadənin hədis olub-olmamasına işarə etmədən) analiz edərkən deyir ki, İmam Hüseyn (ə) İslam düşüncəsini dirçəltmək üçün döyüşüb və bu düşüncəni dünyada yaşatmağa müvəffəq olub. O, 1300 ildir ki, Hüseynin hərəkatı hər il yeni bir zəfər qazanır; yəni hər il Aşura günü olur. “Hər gün Aşuradır” ifadəsinin mənası o deməkdir ki, hər gün İmam Hüseynin (ə) adına zülm və batilə qarşı mübarizə aparılır və bir haqq və ədalət bərpa olunur.[6]
Mənbəyi
İmam Hüseyn (ə) haqqında bir sıra əsərlərin müəllifi olan Məhəmməd Səhhəti Sərdərudi, bu inanca sahibdir ki, hesab edir ki, “Hər gün Aşuradır və hər yer Kərbəla” ifadəsi nə hədislərdə gəlmişdir, nə də məzmun etibarilə şiə inancları ilə uyğunluq təşkil edir. çünki heç bir yer Kərbəla ilə müqayisə oluna bilməz və heç bir gün Aşura günü ilə eyni dərəcədə qiymətli deyil.[7] Bu səbəbdən, o, bu sözün Zeydiyyə məzhəbindən gəlmiş olmasını ehtimal edir.[8]
Təfsiri
İmam Xomeyni (r.ə) öz söhbətlərində “Hər gün Aşura, hər yer Kərbəla" ifadəsinin məqsədinin yalnız İmam Hüseyn (ə) üçün həmişə ağlamaq olmadığını, əksinə bu cümlənin, zülmə qarşı daim mübarizə aparmağın vacibliyini ifadə etdiyini bildirmişdir.[9] Şəhid Mürtəza Mütəhhəri də Aşura hərəkatının real zəfərləri barədə izah edərkən deyir ki, bu hərəkat daim yeni zəfərlər qazanır və “Hər gün Aşura” ifadəsi o deməkdir ki, hər gün İmam Hüseynin (ə) adına zülmə və batilə qarşı mübarizə aparılır, bir haqq və ədalət bərpa olunur.[10] Seyid Əli Xamenei isə bu ifadəni belə təfsir edir: “Hər dövrdə insanların öz rolları var və əgər o rolları düzgün şəkildə, vaxtında və yerində yerinə yetirərlərsə, hər şey düzələcək, millətlər inkişaf edəcək, insanlıq genişlənəcək”.[11]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Qətifi, Ər-Rəsailul-Əhmədiyyə, h.q 1419, c.2, s.273; Əmin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, c.1, s.652
- ↑ Şübbər, Ədəbut-Təff, h.q 1409, c.1, s.12
- ↑ Şəriəti, Hüseyn varize Adəm, h.ş 1380, s.49
- ↑ İmam Xomeyni, Səhifey İmam, h.ş 1389, c.9, s.445; c.10, s.10, 122, 191, 315; c.16, s.151
- ↑ Bəyanat dər mərasime müştərək daneşamuxtegiye daneşcuyan daneşqahe İmam Hüseyn (ə), İmam Xamaneinin rəsmi internet adresi
- ↑ Mütəhhəri, Həqq və batil (Məcmue asar c.3), h.ş 1375, s.434-435
- ↑ Məhəmməd Səhhəti Sərdərudi, Çənd hədise məruf dərbareye Aşura, s.136-137
- ↑ Məhəmməd Səhhəti Sərdərudi, Çənd hədise məruf dərbareye Aşura, s.137
- ↑ İmam Xomeyni, Səhifeyi İmam, h.ş 1389, c.9, s.445; c.10, s.10, 122, 315
- ↑ Mütəhhəri, Həqq və batil (Məcmue asar c.3), h.ş 1375, s.434-435
- ↑ Bəyanat dər mərasime müştərək daneşamuxtegiye daneşcuyan daneşqahe İmam Hüseyn (ə), İmam Xamaneinin rəsmi internet adresi
Ədəbiyyat
- İmam Xomeyni, Seyid Ruhullah, Səhifeyi İmam, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1389,
- Əmin, Seyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, Darut-taaruf lil-mətbuat, tarixsiz
- Bəyanat dər mərasime müştərək daneşamuxtegiye daneşcuyan daneşqahe İmam Hüseyn (ə), İmam Xamaneinin rəsmi internet adresi
- Şübbər, Cavad, Ədəbut-Təff, Beyrut, Darul-Mürtəza, h.q 1409
- Şəriəti, Əli, Hüseyn varize Adəm (Dər məcmue asar, nömrə 9), Tehran, Qələm nəşriyyatı, h.ş 1380
- Məhəmməd, Səhhəti Sərdərudi, Çənd hədise məruf dərbareye Aşura, Dər məcəlle ulume hədis, nömrə 26
- Qətifi, Əhməd Ali Təəan, Ər-Rəsailul-Əhmədiyyə, Təhqiq: Darul-Msutafa (s) li-ihayit-turas, Qum, Darul-Msutafa (s) li-ihayit-turas, h.q 1419
- Mütəhhəri, Mürtəza, Nəbərde Həqq və batil (Məcmue asar c.3), Tehran, Sədra nəşriyyatı, h.ş 1375