Taslim:Müsəlmanların bazarı qaydası
Müsəlmanların bazarı qaydası (ərəbcə: قاعدة سوق المسلمين) — fiqhi bir prinsipdir ki, bu qaydaya əsasən müsəlmanların bazarında kəsilmiş heyvanların dərisini və ətini alıb-satmaq caizdir və həmin heyvanın pak və düzgün şəkildə kəsilmiş olduğuna hökm olunur. Bu halda onun təzkiyə (şərii kəsimə uyğun) olunub-olunmadığını araşdırmağa ehtiyac qalmır. Fiqh alimləri icmaya, sireyi mutəşərriə (dindarların davamlı praktik davranışına) və rəvayətlərə istinad edərək bu qaydanın höccət (etibarlı dəlil) olduğunu bildirmişlər. Bu qayda şərii “əmarə”lərdən (şəri əmarə əqli əmarə və ağlabatan (əqlə əsaslanan) əmarənin qarşısında dayanır və mənası budur ki, onu mötəbər sayan (etibarlı edən) şəxs Müqəddəs Şəriət qoyucusudur (Şəri-Müqəddəsdir)) hesab olunur və əməli prinsiplərdən (üsulul-əməliyyə) əvvəl gəlir. Üsul alimlərinə görə, ədalətli şəxsin xəbəri və ya bəyyinə (iki şahidin şəhadəti) bu qayda ilə toqquşduğu halda “soqul-müslimin” (müsəlmanların bazarı) qaydası işləmir və “əsli ədəmi təzkiyə” (heyvanın təzkiyə olunmamış sayılması) əsasında heyvanın əti və dərisinin halal olmadığına hökm verilir.
Qaydanın məzmunu
Soqul-müslimin ya müsəlmanların bazarı — fiqhi bir qaydadır ki, buna əsasən müsəlmanların bazarında halal-heyvanların dərisini, ətini və digər hissələrini almaq və satmaq caizdir və onların halal və pak olmasına dair araşdırma aparmaq lazım deyil.[1] Soqul-müslimindən məqsəd, satıcıların çoxunun və ya hamısının müsəlman olduğu bazardır.[2]
Yeri və əhəmiyyəti
Soqul-müslimin qaydası fiqh qaydaları barədə yazılmış əsərlərdə müzakirə olunmuşdur.[3] Həmçinin üsul elminin bəzi bölmələrində “əmarə”lərdən biri olaraq onun höcciyyəti haqqında pərakəndə formada bəhs edilmişdir.[4] Fiqh alimləri bu qaydadan namaz, təharət, ticarət, ətimə və əşribə (qida və içkilər), habelə seyd və zəbahə (ov və kəsim) kimi fiqhin müxtəlif bablarında hökm çıxarmaqda istifadə etmişlər.[5]
Bəzi fəqhilərin fikrincə, bəzi alış-verişlərin — məsələn, heyvan, ət, dəri və digər hissələrin alqı-satqısının — və həmçinin onların ətini yeməyin doğruluğu bu qaydaya əsaslandığı üçün, əgər bu qayda höccət sayılmasa, bu cür ticarətlər problemli hala gələcək və hər bir müsəlman heyvanı özü kəsməyə məcbur olacaqdır. Bu isə çətinliyə, məşəqqətə, müsəlmanların nizamının pozulmasına və bazarların zəifləməsinə səbəb olar.[6] Bu qaydaya əsasən İslam ölkələrində halal heyvanların ətini və digər hissələrini (yun, dəri, dəri materialı və s.)[7] almaq və satmaq mübahdır və onların pak və halal olduğuna hökm verilir.[8]
Qaydanın digər əmarələr qarşısındakı yeri
Soqul-Müslimin (müsəlmanların bazarı) qaydası ilə əməli prinsiplərdən (üsulul-əməliyyə) biri arasında ziddiyyət yaranarsa, müsəlmanların bazarı qaydası əmarə (dəlalət gücünə malik göstərici) olduğu üçün onlara nisbətən irəlidir;[9] çünki əməli prinsipdən istifadə etməyin əsası şəkkdir və əmarə mövcud olduqda artıq şəkkə yer qalmır.[10] Lakin digər əmarələr – məsələn, bəyyinə (iki adil şahidin şahadəti) və adil şəxsin xəbəri (mövzularda əgər onların höccət olması qəbul edilərsə) bu qayda ilə ziddiyyət təşkil etdikdə, həmin əmarələr müsəlmanların bazarı qaydasına üstün tutulur.[11]
Sənədlər və istinadlar
Fiqh alimləri icma, rəvayətlər və sireyi-mütəşərriəyə (möminlərin davamlı praktik davranışına) istinad edərək “Soqul-Müslimin” qaydasının höccət olduğuna inanmışlar.
- İcma: Şiə fəqihlərinin icmasına görə, müsəlman bazarı höccətdir və müsəlmanların bazarından alınan ətin və heyvan hissələrinin halal və pak olmasına dəlalət edir.[12] Bəzi alimlər isə bu icmanın dəlilə əsaslandığını və bu səbəblə müstəqil höccət hesab olunmadığını bildirmişlər.[13]
- Sireyi-mütəşərriə: Müsəlmanların imamların (ə) dövründən indiyədək davam edən adəti belə olmuşdur ki, onlar müsəlmanlardan və müsəlman bazarlarından ət və əti halal olan heyvan hissələrini, heyvanın necə kəsildiyini araşdırmadan almışlar.[14]
- Rəvayətlər: Hürr Amuli “Vəsailuş-Şiə” kitabında təharət, ov və zibh, qida və içkilər, həmçinin ticarət bablarında müxtəlif rəvayətlər zikr etmişdir[15] ki, bu qaydanın höccət olmasını göstərir.[16]
Qaydının əhatə dairəsi
Bu qaydada nəzərdə tutulan “müsəlman” geniş mənadadır və yalnız imamiyyə şiələrinə aid deyil, bütün İslam firqələrini əhatə edir.[17] “Müsəlman bazarı” ifadəsi isə İslam ölkələrindəki bazar və məkanlara aiddir və orada yaşayanların hamısının müsəlman olması şərt deyil; əsas olan əhalinin çoxluğunun müsəlman olmasıdır.[18]
Şəhid Saniyə görə, əgər müsəlman və qeyri-müsəlmanlar sayca bərabərdirlərsə və ya qeyri-müsəlmanlar çoxluqdadırlarsa, belə yer “müsəlman bazarı” hesab edilmir; istisna odur ki, ət birbaşa müsəlmanın əlindən alınsın. O həmçinin hesab edir ki, müsəlman bazarının yaranması üçün hökmdarın (hakimin) müsəlman olması şərt deyil.[19] Lakin Ayətullah Burucerdi “çoxluq” meyarını hökmdarın müsəlman olmasına bağlayır; hətta əhalinin çoxu müsəlman olmasa belə, hökmdar müsəlmandırsa, belə məkan müsəlman bazarı sayılır.[20]
Seyid Əli Təbatəbai “Riyazul-məsail” kitabında müsəlman bazarını müəyyənləşdirməyin meyarını ürfə həvalə etmiş və demişdir ki, müsəlman bazarı o yerdir ki, oranın sakinlərinin hamısı və ya çoxu müsəlman olsun.[21]
İstinadlar
- ↑ Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1377, c.4, s.160; Burucerdi, Tibyanus-səlat, h.q 1426, c.4, s.17
- ↑ Muəssisətu dairətil-məarifil-fiqhil-İslami, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.ş 1387, c.2, s.43
- ↑ Nümunə üçün baxın: Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1377, c.4, s.155; İrəvani, Durusun təmhidiyyə fil-qəvaidil-fiqhiyyə, h.q 1432, c.2, s.77
- ↑ Nümunə üçün baxın: Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1428, c.3, s.20
- ↑ Nümunə üçün baxın: Mühəqqiq Hilli, Əl-Mötəbər, h.q 1407, c.2, s.78; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1432, c.12, s.233
- ↑ Seyfi Mazandarani, Məbaniyul-fiqhil-fəaal, h.q 1425, c.1, s.181; İrəvani, Durusun təmhidiyyə fil-qəvaidil-fiqhiyyə, h.q 1432, c.2, s.77
- ↑ Rizayinəsəb, Yəzdanbəxş, Bərresiye məbaniye fiqhi və hüquqi qaideye souqul-muslimin, s.85
- ↑ Ənsari, Bərresiye qaideye souqul-muslimin və mizane hoccəte an, s.7
- ↑ Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1377, c.4, s.169
- ↑ Seyfi Mazandarani, Məbaniyul-fiqhil-fəaal, h.q 1425, c.1, s.197
- ↑ Seyfi Mazandarani, Məbaniyul-fiqhil-fəaal, h.q 1425, c.1, s.197
- ↑ Seyfi Mazandarani, Məbaniyul-fiqhil-fəaal, h.q 1425, c.1, s.185
- ↑ Seyfi Mazandarani, Məbaniyul-fiqhil-fəaal, h.q 1425, c.1, s.185
- ↑ Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1377, c.4, s.155
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.24, s.70 və c.27, s.292 və c.3, s.490 və c.4, s.455
- ↑ Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1370, c.2, s.108-111
- ↑ İrəvani, Durusun təmhidiyyə fil-qəvaidil-fiqhiyyə, h.q 1432, c.2, s.87
- ↑ Cəvahiri, Buhusun fil-fiqhil-muasir, h.q 1419, c.2, s.259
- ↑ Şəhid Sani, Haşiyətu Şəraiil-İslam, h.ş 1380, c.1, s.119
- ↑ Burucerdi, Tibyanus-səlat, h.q 1426, c.4, s.19-20
- ↑ Təbatəbai, Riyazul-məsail, h.q 1412, c.12, s.118
Ədəbiyyat
- Burucerdi, Seyid Əli, Tibyanus-səlat, Qum, Gənce İrfan lit-təbəə vən-nəşr, 1-ci çap, h.q 1426
- Cəvahiri, Həsən, Buhusun fil-fiqhil-muasir, Beyrut, Daruz-zəxair, 1-ci çap, h.q 1419
- Ənsari, Əzəm, Bərresiye qaideye souqul-muslimin və mizane hoccəte an, Tehran, Nəşre Kanune Sərdəftəran və Dəftəryaran, Mahiname Kanun, nömrə 67, h.ş 1385
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Enteşarate Muəssiseye Alul-beyt, h.q 1414
- İrəvani, Məhəmməd Baqir, Durusun təmhidiyyə fil-qəvaidil-fiqhiyyə, Qum, Darul-fiqh lit-təbaəti vən-nəşr, 5-ci çap, h.q 1432
- Məkarim Şirazi, Nasir, Əl-Qəvaidul-fiqhiyyə, Qum, İmam Əli ibn Əbi Talib (ə) mədrəsəsi, 3-cü çap, h.ş 1370
- Muəssisətu Dairətil-Məarifil-Fiqhil-İslami, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), Qum, Enteşarate Muəssiseye Dairətul-Məarif əl-Fiqhul-İslami, h.ş 1387
- Mühəqqiq Hilli, Nəcmuddin ibn Əl-Həsən, Əl-Mötəbər fi şərhil-muxtəsər, Qum, Enteşarate Muəssiseye Seyyidüş-Şühəda, 1-ci çap, h.q 1407
- Musəvi Bocnurdi, Seyid Həsən, Əl-Qəvaidul-fiqhiyyə, Qum, əl-Hadi nəşri, h.ş 1377
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-islam, Qum, Muəssiseye Nəşre İslami, h.q 1432
- Rizayinəsəb, Ənsiyə və Haniyə Yəzdanbəxş, Bərresiye məbaniye fiqhi və hüquqi qaideye souqul-muslimin, Şiraz, Fəslnameye Təxəssusi Fiqhi və Hüquqi Ərşiyane Fars, 1-ci il, nömrə 4, h.ş 1401
- Seyfi Mazandarani, Əli Əkbər, Məbaniyul-fiqhil-fəaal fi qəvaidil-fiqhiyyətil-əsasiyyə, Qum, Dəftəre Enteşarate İslami, 1-ci çap, h.q 1425
- Şəhid Sani, Zeynuddin ibn Əli, Haşiyətu Şəraiil-İslam, Qum, Enteşarate Bustane Kitab, h.ş 1380
- Şeyx Ənsari, Mürtəza, Fəraidul-üsul, Qum, Məcməul-Fikril-İslami, 9-cu çap, h.q 1428
- Təbatəbai, Seyid Əli, Riyazul-məsail, Qum, Muəssiseye Enteşarate İslami, 1-ci çap, h.q 1412