Məzmuna keç

Taslim:Valideynlərin haqqı

wikishia saytından
Valideynlərə yaxşılıq etmək məqaləsi ilə səh salınmasın.

Valideynlərin haqqı (ərəbcə: حقوق الوالدين) — ata və ananın övlad üzərində sahib olduqları hüquqlardır. Bu hüquqlara riayət etmək mühüm ilahi göstərişlərdən sayılır və Allahın haqqından sonra onu övladın boynunda olan ən böyük haqq kimi qeyd edirlər.

Dini mənbələrdə valideynlərə ehsan etmək, hörmət göstərmək, itaət etmək və onların maddi ehtiyaclarını ödəmək övladın valideynlər qarşısındakı əsas vəzifələri kimi göstərilmişdir. Quranda valideynlərə yaxşılıq etmə əmri verildikdən sonra övladlardan istənilir ki, ata və anaya qarşı pis rəftar və ən kiçik sərtlikdən çəkinərək onlara qarşı təvazökar davransınlar, həm onların sağlığında, həm də ölümlərindən sonra onlar üçün dua etsinlər. Məsum İmamların hədislərində də valideynlərlə yaxşı rəftar etmək Allah dərgahında ən üstün və sevimli əməllərdən biri və şiələrin əsas xüsusiyyətlərindən sayılmışdır.

Fəqihlər bildirirlər ki, valideynlərin inciməsinə səbəb olacaq itaətsizlik haramdır və bu hallarda onlara itaət vacibdir; yalnız onlar günaha əmr etdikdə itaət vacib sayılmır. Həmçinin onların fətvalarına əsasən, övlad imkanı olduqda ehtiyac içində olan ata və anasının xərclərini ödəməyə borcludur.

Valideynin haqqının yeri və əhəmiyyəti

وَاعْبُدُوا اللَّـهَ وَلَا تُشْرِ‌کُوا بِهِ شَیْئًا وَبِالْوَالِدَیْنِ إِحْسَانًا

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya layiqli şəkildə yaxşılıq edin... Nisa surəsi, 36-cı ayə

Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli

Valideynlərin haqqına riayət etmək mühüm ilahi göstəriş sayılır[1]Allahın haqqından sonra övladın boynundakı ən böyük haqq kimi qəbul edilir.[2] Valideynlərə yaxşılıq və ehsan etmək onların hüquqlarından biri hesab edilir.[3] Bu mövzu bir neçə dəfə Quranda vurğulanmışdır.[4] Bu tövsiyənin dəfələrlə və birbaşa Allaha ibadətşirkdən çəkindirmə əmrlərindən sonra gəlməsi[5] bu əxlaqi və dini göstərişin xüsusi əhəmiyyətini göstərir.[6]

Şiəsünni hədis məcmuələrində də valideynlərin mövqeyinə xüsusi yer verilmiş, bu mövzuya ayrıca bölmələr həsr edilmişdir.[7] Valideynə qarşı nankorluq və itaətsizlik haram sayılır və böyük günahlardan hesab edilir.[8] Valideynə hörmətin vacibliyi bəzi digər dinlərin kitablarında, məsələn, Əhdi-Ətiqdə (Tövrat) də qeyd olunmuşdur.[9]

Valideynlərin haqları nədir?

Dini mənbələrdə valideynlərə ehsan və ehtiram göstərmək,[10] onlara itaət etmək[11] və maddi ehtiyaclarını təmin etmək[12] ata və ananın hüquqları sırasında qeyd olunmuşdur.

İmam Kazim (ə)

Bir kişi Peyğəmbərdən (s) soruşdu: “Atanın övladı üzərində haqqı nədir ? Həzrət buyurdu: “Onu adı ilə çağırmasın, onun qabağında getməsin, ondan əvvəl oturmasın və elə bir iş görməsin ki, insanlar atasını söysünlər.

Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.158

Ehsan və ehtiram

Əsas məqalə: Valideynlərə yaxşılıq etmək

Valideynlərə ehsan və hörmət etmək onların əsas hüquqlarındandır.[13] Şeyx Hürr AmulininVəsailüş-şiə” adlı kitabında “Valideynlərin haqları” adlı bir bölmə yer alır və orada ata-anaya yaxşılıq, ehsan etmək, hörmət və ehtiram göstərmək barədə hədislər toplanmışdır.[14]

Məsum imamların hədislərində bildirilir ki, valideynlərlə gözəl rəftar etmək Allah yanında ən üstün[15] və ən sevimli əməllərdən sayılır[16] və bu, şiələrin əsas xüsusiyyətlərindən biridir.[17] Həmçinin nəql olunub ki, Allahın razılığı və qəzəbi, valideynlərin öz övladlarından razı və ya narazı olmasına bağlıdır;[18] habelə ata-ananın haqqını yerinə yetirməmək üçün heç bir üzr qəbul edilmir.[19]

Peyğəmbərin (s) həyat tərzi haqqında da bildirilir ki, o Həzrət, öz süd anasına böyük ehtiram göstərər[20] və valideynlərinə yaxşılıq edən şəxslərə hörmətlə yanaşardı.[21] Bu əsasla müsəlmanlara valideynlərinə yaxşılıq etmək və onlara qayğı göstərməyin çətinliklərinə dözmək əmr olunur;[22] hətta ata-anaları müşrik (Allaha şərik qoşan)[23] və ya günahkar olsalar belə.[24]

Ehsan etməyin nümunələri

“İsra” surəsinin 23 və 24-cü ayələrində valideynlərə ehsan etmək əmr olunduqdan sonra bu ehsanın bir neçə nümunəsi göstərilir. Ayədə qeyd olunur ki, övlad ata-anasına “uff” belə deməməli, onlara qarşı ən kiçik bir sərtlik göstərməməlidir.[25] Daha sonra buyurulur ki, ata və ana yaşlananda, övlad onlara qarşı nəinki kobud davranmamalıdır, əksinə, onların qarşısında təvazökar olmalı, onların onu böyütməkdə və tərbiyə etməkdə çəkdiyi əziyyətləri xatırlayaraq, yaşadıqları müddətdə və ölümlərindən sonra da onlar üçün dua etməlidir.[26]

Hədislərdə də valideynlərin hüquqlarının bir sıra nümunələri qeyd olunmuşdur. Məsələn: Övlad ata-anasını adı ilə çağırmamalı, Onlardan qabaq yeriməməli, Onlardan əvvəl oturmamalı, Onlara arxa çevirməməlidir.[27] Həmçinin valideynlər övladı səslədikdə, namazda olsa belə, dərhal cavab verməlidir.[28] Əgər ata-ananın davranışı və sözləri övladın xoşuna gəlməsə belə, o, qaşlarını çatmamalı və onlara qarşı nalayiq söz işlətməməlidir.[29] Bundan əlavə, valideynlərin məxfiliyini qorumaq[30] və onlara təşəkkür etmək,[31] ata-anaya ehsan etməyin digər nümunələrindəndir.

İtaət və Nəfəqə

وَقَضَیٰ رَ‌بُّکَ أَلَّا تَعْبُدُوا إِلَّا إِیَّاهُ وَبِالْوَالِدَیْنِ إِحْسَانًا إِمَّا یَبْلُغَنَّ عِندَکَ الْکِبَرَ أَحَدُهُمَا أَوْ کِلَاهُمَا فَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْ‌هُمَا وَقُل لَّهُمَا قَوْلًا کَرِ‌یمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّ‌حْمَةِ وَقُل رَّ‌بِّ ارْ‌حَمْهُمَا کَمَا رَ‌بَّیَانِی صَغِیرً‌ا

Tərcümə: Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de». Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de! İsra surəsi, ayə 23-24

Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli

Valideynlərə itaət onların haqlarından biri sayılmışdır,[32] yalnız onlar övladı şirklə və ya günahla bağlı bir işə çağırdıqları halda bu itaət vacib hesab olunmur.[33] Məsum İmamların hədislərində ata-anaya itaət iman əlamətlərindən biri[34] və ağıllı davranış[35] kimi dəyərləndirilmişdir.

Şiə fəqihlərindən Mirzayi Qumi bildirir ki, bəzi hallarda ata-anaya itaətin vacibliyi fəqihlər arasında icma (yekdil rəy) ilə qəbul olunmuşdur.[36] O, valideynlərin razı olmadığı mübah (yəni nə vacib, nə də haram olmayan) bir işi görməyi caiz saymır, yalnız həmin işi görməmək övlad üçün zərərli olarsa, bu istisna olunur.[37] Sahibi Cəvahir, Seyid Möhsin HəkimNasir Məkarim Şirazi kimi bəzi fəqihlər isə hesab edirlər ki, ata-anaya itaət o zaman vacib olur ki, övladın itaətsizliyi onların incidilməsinə səbəb olsun.[38]

Valideynlərin digər hüquqlarından biri də onların maddi ehtiyaclarının ödənilməsidir.[39] Fəqihlərin sözlərinə görə, əgər ata və ana ehtiyac içində olsalar, övlad maddi imkana sahib olduğu təqdirdə onların nəfəqəsini (xərclərini) təmin etməyə borcludur.[40] Həmçinin Qurandakı bəzi ayələrdə[41] övladlara tövsiyə olunur ki, maliyyə vəsiyyətlərində valideynlərinin payını nəzərə alsınlar və öz mallarından onlara infaq etsinlər.[42]

Valideynlərin vəfatlarından sonra onların hüquqları

Dini mənbələrdə övladlara tövsiyə olunmuşdur ki, valideynləri vəfat etdikdən sonra da onlara ehsan etsinlər;[43] məsələn, onlar üçün Quran oxumaq, bağışlanma diləmək və dua etmək, sədəqə vermək, onların borc və maliyyə öhdəliklərini yerinə yetirmək, valideynlərin dostlarına hörmət göstərmək və onların qohumları ilə əlaqəni davam etdirmək,[44] eləcə də ata və ananın yerinə namaz, oruc və həcc əməllərini yerinə yetirmək.[45]

Fiqh kitablarında qeyd olunur ki, atanın qəza namaz və oruclarını böyük oğulun yerinə yetirməsi vacibdir.[46] Bəzi mərcəyi-təqlidlər — o cümlədən Ayətullah Xamenei, Məkarim ŞiraziNuri Həmədani — bu hökmə ananı da daxil etmişlər.[47]Səhifeyi-Səccadiyyə”də isə övladın valideynlər qarşısında olan vəzifələri dua formasında bəyan edilmişdir.[48]

Valideynlərin hüququna riayət etməyin təkid olunmasının səbəbi

Əllamə Təbatəbai (vəfatı: 1360 h.ş.) Quranın valideynlərə ehsan etmək barədə təkidinin səbəbini belə izah etmişdir: Valideynlər və uşaqlar arasındakı duyğu əlaqəsi yeni nəslin keçmiş nəsillə möhkəm bağlanmasına səbəb olur və ailənin möhkəmlənməsinə təsir göstərir. Ailənin davamlılığı da ictimai münasibətlərdə ən mühüm məsələlərdən biri kimi, insan cəmiyyətinin sabitliyinə səbəb olur.[49]

Şiə alimi İbn Miskəveyh (vəfatı: 420 h.q.) dini təlimlərdə nə üçün ata-anasına ehsan etmək və onların hüquqlarına riayət etmək tövsiyə olunduğu, lakin valideynlərə övladları barəsində belə bir tövsiyənin verilmədiyini təhlil edərkən qeyd edir ki, valideynlər övladlarını özlərindən ayrı bir şey hesab etmirlər. Buna görə də onu özlərini sevdikləri kimi sevir və onun irəliləyişini öz irəliləyişi hesab edirlər; lakin uşaqlar valideynlərinə qarşı belə bir hiss daşımırlar.[50]

Ananın haqqına xüsusi diqqət

İmam Səccad (ə)

Bir kişi Peyğəmbəri Əkrəmin (s) yanına gəldi və dedi: “Elə bir çirkin iş yoxdur ki, etməmiş olum. Mənim üçün tövbə və qayıdış yolu varmı?” Peyğəmbər (s) buyurdu: “Ata-anan arasında sağ olan varmı?” Dedi: “Atam.” Peyğəmbər (s) buyurdu: “Get və ona yaxşılıq et.” Həmin kişi gedəndən sonra Rəsulullah (s) buyurdu: “Kaş anası sağ olaydı.”

Kufi Əhvazi, Əz-Zöhd, h.q 1399, s.35

Rəvayətlərdə anaya xüsusi diqqət yetirilməsi təkid edilmiş[51] və ən çox hüququn ona aid olduğu göstərilmişdir;[52] hətta ana hüququnun yerinə yetirilməsinin mümkünsüz olduğu qeyd olunmuşdur.[53] Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir ki, anaya yaxşılıq etmək keçmiş günahlara kəffarədır.[54]

“Əhqaf” surəsinin 15-ci ayəsində valideynlərə ehsan etmək tövsiyə edildikdən və onun fəlsəfəsi bəyan edildikdən sonra, yalnız ananın çəkdiyi əziyyətlər xatırlanmışdır. Müsəlman alimlərin inancına görə, bu məsələ ananın hüququna təkid və ona qarşı daha çox tövsiyədir.[55] İmam Səccad (ə) "Risalətul-hüquq" əsərində ananın hamiləlik dövründə və ondan sonra uşağın uşaqlıq dövründə çəkdiyi çətinlikləri xatırlatmış və xüsusi olaraq övladı ananın əziyyətlərinin qiymətini bilməyə tövsiyə etmişdir.[56]

Əlaqəli Məqalələr

İstinadlar

  1. Sepahe pasdaran, Məarife Quran, h.ş 1378, c.2, s.78
  2. Rəşid Rza, Təfsiru Əl-Mənar, h.q 1414, c.8, s.186; Fəzlullah, Min vəhyil-Quran, h.q 1419, c.7, s.259
  3. Əbus-Səud, Təfsiru Əbis-Səud, m.1983, c.3, s.198
  4. Baxın: Ənkəbut surəsi, ayə 8; Əhqaf surəsi, ayə 15
  5. Bəqərə surəsi, ayə 83; Nisa surəsi, ayə 36; Ənam surəsi, ayə 151; İsra surəsi, ayə 23
  6. Şah Əbdül-Əzimi, Təfsiru İsna əşəri, h.ş 1363, c.7, s.355
  7. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.157; Məclisi, Biharul-ənvar, h.q 1403, c.71, s.22; Buxari, Səhih-Buxari, h.q 1422, c.8, s.2; Müslim ibn Həccac, Səhih-Müslim, c.8, s.1
  8. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.278; Buxari, Səhih-Buxari, h.q 1422, c.8, s.4
  9. Müraciət edin: Müqəddəs kitab, Səfəre laviyan, fəsl 19, ayə 3; Xüruce səfər, fəsl 20, ayə 12; Səfəre təsniyə, fəsl 5, ayə 16
  10. Əbus-Səud, Təfsiru Əbis-Səud, m.1983, c.3, s.198
  11. Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81
  12. Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81
  13. Əbus-Səud, Təfsiru Əbis-Səud, m.1983, c.3, s.198; Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81
  14. Şeyx Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.21, s.505
  15. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.158
  16. Buxari, Səhih-Buxari, h.q 1422, c.8, s.2
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.74
  18. Tirmizi, Sunənut-Tirmizi, h.q 1403, c.3, s.207; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.428
  19. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.162
  20. Əbu Davud, Sunənu Əbu Davud, h.q 1410, c.2, s.507-508
  21. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.161
  22. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.162; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.407-408
  23. Buxari, Səhih-Buxari, h.q 1422, c.8, s.4
  24. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.162
  25. Fəxri Razi, Məfatihul-ğeyb, h.q 1420, c.20, s.324
  26. İsra surəsi, ayə 23-24
  27. Müraciət edin: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.158-159; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.372; Buxari, Əl-Ədəbul-müfrəd, h.q 1409, s.30
  28. Məclisi, Biharul-ənvar, h.q 1403, c.71, s.37
  29. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.349; Şeyx Tusi, Ət-Tibyan, Dari ihyait-turas, c.6, s.467
  30. Müraciət edin: Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.503; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.372
  31. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.258
  32. Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81
  33. Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81; Ənkəbut surəsi, ayə 8; Loğman surəsi, ayə 13-14
  34. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.158
  35. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.22
  36. Mirzaye Qumi, Camiuş-şətat, h.q 1413, c.1, s.240
  37. Mirzaye Qumi, Camiuş-şətat, h.q 1413, c.1, s.240
  38. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.21, s.23; Həkim, Müstəmsəkul-ürvətil-vüsqa, h.q 1416, c.7, s.169; Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.1, s.494
  39. Abbasnejad, Rəvanşenasi və ulume tərbiyəti, h.ş 1384, s.81
  40. Nümunə üçün baxın: İmam Xomeyni, Nəcatul-ibad, h.q 1422, s.382; Safi Qolpayqani, Cameul-əhkam, h.q 1417, c.2, s.104
  41. Bəqərə surəsi, ayə 180 və 215
  42. Şeyx Tusi, Ət-Tibyan, Dari ihyait-turas, c.2, s.108
  43. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.159 və 163
  44. Müraciət edin: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.159 və 163; Təbərsi, Məcməul-bəyan, h.ş 1382, c.6, s.632
  45. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.159, hədis 7
  46. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.19
  47. Müraciət edin: Bəni Haşimi, Tozihul-məsaile mərace, h.q 1424, c.1, s.761 və 162; Xamanei, Əcvəbətul-istiftaat, h.q 1424, s.110
  48. İmam Səccad (ə), Səhifeyi-Səccadiyyə, h.ş 1376, s.116-118
  49. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.374 və c.13, s.80
  50. Miskəveyh, Təhzibul-əxlaq, h.q 1426, s.233
  51. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.159-160
  52. Hakim Nişaburi, Əl-Müstədrəku ələs-səhiheyn, Darul-mərifət, c.4, s.150
  53. İbn Əbi Cümhur, Əvailul-ləali, h.q 1405, c.1, s.269
  54. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.162
  55. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.40; İbn Müflih, Əl-Ədəbuş-şəriyyə vəl-minəhul-məriyyə, h.q 1424, c.1, s.338
  56. Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.621

Ədəbiyyat

  • Abbasnejad, Möhsin, Quran, Rəvanşenasi və ulume tərbiyəti, Məşhəd, Bunyade Pejuheşhaye Qurani hoze və daneşqah, 1-ci çap, h.ş 1384
  • Əbu Davud, Süleyman ibn Əşəs, Sunənu Əbu Davud, Səid Məhəmməd nəşri, Beyrut, h.q 1410
  • Əbus-Səud, Məhəmməd ibn Məhəmməd, Təfsiru Əbis-Səud, Beyrut, Daru İhyait-turasil-ərəbi, 1-ci çap, m. 1983
  • Bəni Haşimi, Xomeyni, Tozihul-məsaile mərace, Qum, Dəftəre Enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Buxari, Məhəmməd ibn İsmail, Əl-Ədəbul-müfrəd, Təhqiq: Fuad Əbdül-Baqi, Beyrut, Darul-bəşairil-İslamiyyə, 3-cü çap, h.q 1409
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr, Dəməşq, Daru təvqin-nəcat, 1-ci çap, h.q 1422
  • Fəxri Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, Daru İhyait-turasil-ərəbi, 3-cü çap, h.q 1420
  • Fəzlullah, Məhəmməd Hüseyn, Min vəhyil-Quran, Beyrut, Darul-məlak, 1-ci çap, h.q 1419
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Müstədrəku ələs-səhiheyn, Beyrut, Darul-mərifət, tarixsiz
  • Həkim, Seyid Möhsin, Müstəmsəkul-ürvətil-vüsqa, Qum, Muəssiseye Darut-təfsir, 1-ci çap, h.q 1416
  • İbn Əbi Cümhur, Məhəmməd ibn Zeynuddin, Əvailul-ləalil-əziziyyə fi əhadisid-diyniyyə, Təhqiq və düzəliş: Müctəba İraqi, Qum, Daru Seyyidüş-Şühəda lin-nəşr, 1-ci çap, h.q 1405
  • İmam Səccad (ə), Əli ibn Hüseyn, Səhifeyi-Səccadiyyə, Qum, Dəftəre nəşre Əl-Hadi, 1-ci çap, h.ş 1376
  • İmam Xomeyni, Ruhullah, Nəcatul-ibad, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, 1-ci çap, h.q 1422
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1401
  • Kufi Əhvazi, Hüseyn ibn Səid, Əz-Zöhd, Təhqiq: Ğulamrza İrfaniyan, Qum, Əl-Mətbəətul-elmiyyə, h.q 1399
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru İhyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Məkarim Şirazi, Nasir, İstiftaate cədid, Təhqiq: Əliyannejadi, Əbul-Qasim, Qum, Enteşarate Mədrəseye İmam Əli ibn Əbi Talib (ə), 2-ci çap, h.q 1427
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Mirzaye Qumi, Əbul-Qasim, Camiuş-şətat fi əcvəbətus-suaalat, Təhqiq: Mürtəza Rəzəvi, Tehran, Kiyhan müəssisəsi, 1-ci çap, h.q 1413
  • Miskəveyh, Əhməd ibn Məhəmməd, Təhzibul-əxlaq və təthirul-əraq, Təliyyətun-nur, 1-ci çap, h.q 1426
  • Müslim ibn Həccac, Səhih-Müslim, Beyrut, Darul-fikr, tarixsiz
  • Mühəqqiq Hilli, Nəcmuddin, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Təhqiq: Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqal, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-islam, Təhqiq: Abbas Quçani, Əli Axundi, Beyrut, Daru İhyait-turasil-ərəbi, 7-ci çap, h.q 1404
  • Qurani-Kərim, Müqəddəs kitab
  • Rəşid Rza, Məhəmməd, Təfsiru Əl-Mənar, Livan, Darul-mərifət, 1-ci çap, h.q 1414
  • Safi Qolpayqani, Lütfullah, Cameul-əhkam, Qum, Həzrət Məsumə (ə) nəşriyyatı, 4-cü çap, h.q 1417
  • Sepahe pasdarane inqilabe İslami, Məarife Quran, Tehran, Pejuheşkəde təhqiqate İslami, 4-cü çap, h.ş 1378
  • Şah Əbdül-Əzimi, Hüseyn, Təfsiru İsna əşəri, Tehran, Miqat, 1-ci çap, h.ş 1363
  • Şeyx Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Müəssiseye Alul-beyt (ə), 1-ci çap, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Mən la yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre Enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), Təhqiq: Mehdi Lacavərdi, Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Təhqiq: Əhməd Qəsir Amili, Beyrut, Daru İhyait-turasil-ərəbi, tarixsiz
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1382
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənut-Tirmizi, Beyrut, Əbdül-Vəhhab Əbdül-Lətif çapı, h.q 1403
  • Xamanei, Seyid Əli, Əcvəbətul-istiftaat, Qum, Dəftəre müəzzəm ləh, 1-ci çap, h.q 1424