Yezidin Məkkəyə hücumu
Zaman | Hicrətin 64-cü ili |
---|---|
Məkan | Məkkə |
Səbəb | Abdullah ibn Zübeyrin devrilməsi |
Səbəbkarlar | Yezid ibn Müaviyə - Müslim ibn Üqbə - Husayn ibn Nümeyr |
Zərərlər | Kəbənin yandırılması |
Yezidin Məkkəyə hücumu 64-cü hicri ilində baş vermiş hadisələrdən biridir. Bu hücum, Abdullah ibn Zübeyrin Yezid ibn Müaviyyəyə beyət etməməsinə görə onu məğlub etmək məqsədilə həyata keçirilmişdir.[1] Bu hücum zamanı Kəbə yandırılmış və onun bir hissəsi dağıdılmışdır.[2]
Yezidin Məkkəyə hücumu və Kəbəni yandırması, Kərbəla faciəsi və Hərrə hadisəsi ilə birlikdə onun üç il səkkiz aylıq hakimiyyəti dövründə törətdiyi üçüncü ən böyük cinayət sayılmışdır.[3] Hərrə hadisəsi və Mədinənin talan edilməsindən sonra baş verən bu hadisədə Yezidin ordusu Abdullah ibn Zübeyrə qarşı mübarizə aparmaq üçün Məkkəni mühasirəyə almışdır. İbn Zübeyr Məscidül-Hərama sığınmış və Yezidin ordusu Məscidül-Harama hücum edərək Kəbəni atəşə çəkmişdir.[4]
Təbərinin tarixinə (303-cü hicri ilində yazılıb) görə, bu hadisə Hüsayn ibn Nümeyrin komandanlığı altında baş vermişdir.[5] Üçüncü hicri əsr tarixçisi Yəqubi isə əvvəlcə bu hücuma Müslim ibn Üqbənin rəhbərlik etdiyini, lakin onun ölümündən sonra Hüsayn ibn Nümeyrin yerinə keçdiyini qeyd edir.[6] İbn Nümeyr Məkkəni mühasirəyə alaraq ətrafdakı yüksəkliklərdə mövqe tutmuş, mancanaqlar qurduraraq evlərə və Kəbəyə odlu toplar atmışdır.[7] Yezidin Məkkəyə hücumu zamanı Muxtar ibn Əbu Übeyd Səqəfi də Abdullah ibn Zübeyrin tərəfində Yezidin ordusuna qarşı döyüşmüşdür.[8]
Şeyx Abbas Qummi (vəfatı: 1359-cu h.q.) "Vəqayiul-əyyam" kitabında bu hücumun 64-cü hicri ilinin Məhərrəm ayının 27-də başladığını qeyd etmişdir.[9] Təbəriyə görə, bu hücum Rəbiül-əvvəl ayında Yezid ibn Müaviyyənin ölüm xəbəri ilə başa çatmışdır.[10]
İstinadlar
- ↑ Qumi, Vəqayeul-əyyam, s.306
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.338
- ↑ Rüstəm Nejad və Davudi, Aşura: Rişeha, əngizeha, ruydadha, peyamədha, h.ş 1384, s.218-222
- ↑ Rüstəm Nejad və Davudi, Aşura: Rişeha, əngizeha, ruydadha, peyamədha, h.ş 1384, s.222
- ↑ Təbəri, Tarixut-Təbəri, m.1879, c.4, s.383
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.251
- ↑ Qumi, Vəqayeul-əyyam, s.306
- ↑ Müqəddəsi, Əl-Bida vət-tarix, c.6, s.15
- ↑ Qumi, Vəqayeul-əyyam, s.306
- ↑ Təbəri, Tarixut-Təbəri, m.1879, c.4, s.383
Ədəbiyyat
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, h.q 1417
- Rüstəm Nejad və Davudi, Aşura: Rişeha, əngizeha, ruydadha, peyamədha, Qum, İmam Əli (ə) mədrəsəsi, 1-ci çap, h.ş 1384
- Təbəri, Məhəmməd ibn Cərir ibn Yezid, Tarixut-Təbəri, Beyrut, m.1879
- Qumi, Abbas, Vəqayeul-əyyam, Qum
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix
- Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru sadir