Əli (ə) və Fatimənin (ə) evliliyi

wikishia saytından
Əli (ə) və Fatimənin (ə) evliliyi
İki tərəfİmam Əli (ə)Fatimə (ə)
ZamanHicrətin 1-i, 2-si və ya 3-ü
DövrəHicri-qəməri ilinin 1-ci əsri
MəkanMədinə


Əli (ə) və Fatimənin (s.ə) evliliyi (ərəbcə: زواج الإمام علي من فاطمة الزهراء عليهما السلام), Həzrət Əlinin (ə) Peyğəmbərin qızı Həzrət Fatimə (s.ə) ilə evlənməsinə aiddir. Hədis mənbələrinə görə, İmam Əlidən (ə) əvvəl başqa insanlar Fatiməyə (s.ə) evlilik təklif etmiş və Peyğəmbər onlara cavab olaraq Fatimənin (s.ə) evliliyinin Allahın əlində olduğunu söyləmişdir.

Əli (ə) və Fatimənin (s.ə) evlilik xütbəsini Peyğəmbər oxudu. Məşhur rəyə əsasən Həzrət Zəhranın (s) mehriyyəsi, 500 dirhəm (1500 qram xalis gümüşə bərabər) qeyd edilir və bu məbləğə “Məhrüs-sünnə” deyilir. Hədislərə görə, İmam Əli (ə) zirehini satmış, Peyğəmbər isə həmin pulla Həzrət Fatimənin cehizlərini almış, həmçinin İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) nikah gecəsində mədinəlilərə yemək ehsanı vermişdir.

Tarixi sənədlər və hədislərə görə, Əli (ə) ilə Fatimənin (s.ə) evliliyi ikinci və ya üçüncü qəməri ilində olub, lakin bu evliliyin hansı gün və ayda olması barədə ixtilaf var. Mənaqibul Ali Əbi Talibdə (qəməri təqviminin 6-cı əsrində yazılmışdır) qeyd edilənlərə əsasən, Fatimənin nikahı Zilhiccə ayının əvvəlində, toyu isə hicri qəməri təqviminin 2-ci ili, Zilhiccə ayının altısında olmuşdur. İran İslam Respublikasının təqvimində Zilhiccə ayının əvvəlii Həzrət Əli (ə) və Fatimənin (s.ə.) nikahlarının ildönümü münasibətilə evlilik günü kimi qeyd olunur.

Fatimənin elçiliyi

Mənbələrə görə, Həzrət Əli (ə) ona elçi düşməzdən öncə, Əbu Bəkr ibn Əbi Quhafə və Ömər ibn Xəttab kimi bəzi səhabələr Fatiməyə (s.ə) elçi düşmüşdülər. Peyğəmbər (s) onlara cavab olaraq Fatimənin (s.ə) evliliyinin Allahın qərarı ilə olacağını demişdi.[1] Həmçinin Həzrət Əlinin (ə) Fatimə (s.ə) ilə evliliyindən sonra, əvvəllər Fatiməyə (s.ə) elçi düşmüş mühacirlərdən bəziləri Peyğəmbərə (s) şikayət etdilər. Peyğəmbər (s) cavab olaraq Əli (ə) və Fatimənin (s.ə) Allahın əmri ilə evləndiklərini buyurmuşdu.[2]

Evlilik Xütbəsi

Mənaqibul Ali Əbi Talibdə İbn Şəhr Aşubun (hicri 588-ci ildə vəfat edib) rəvayətinə görə, Peyğəmbər (s) Fatimə (s.ə) və Əlinin (ə) nikah mərasimində minbərə çıxaraq xütbə oxuyaraq dedi: Allah Mənə Fatiməni (s) Əli (ə) ilə evləndirməyi əmr etdi və o da buna razılıq verdi.[3]

İmam Əlinin (ə) Fatimə (ə) ilə birlikdə yaşadığı müddətdə ondan başqa buri ilə evləndiyi qeyd edilməmişdir. Hicri 5-ci əsrin şiə alimlərindən olan Şeyx Tusi rəvayət edir ki, Allah Həzrət Fatimənin (s.ə.) sağlığında İmam Əlinin (ə) başqa qadınlarla evlənməsini haram buyurmuşdur.[4]

Evlilik tarixi

Əli (ə) ilə Fatimənin (s.ə) nikah tarixi haqqında fikir ayrılıqları var:

İslam tarixi tədqiqatçısı Məhəmməd Hadi Yusefi Qəravinin (1327-ci il h.ş təvəllüdlü) dediyinə görə, Fatimə və Əlinin (ə) nikahı ilə evliliyi arasındakı vaxt təxminən on aya yaxın olub. O ehtimal edir ki, Fatimənin əvvəlki elçiləri aydın cavab alsınlar deyə, Peyğəmbər nikah əqdinin icrasını tezləşdirib. Həmçinin toy mərasiminin gecikmə səbəbi isə Fatimənin fiziki cəhətdən böyüməsi və digər qadınların səviyyəsinə çatması idi.[13]

Fatimənin (s.ə) evlilik yaşı

Fatimənin (s.ə) evləndiyi zaman neçə yaşında olması ilə bağlı fikir ayrılığı var. Şiə tərcümə yazarı Seyid Möhsün Əminə (hicri 1371-ci ildə vəfat edib) görə, bu fərq onun doğum tarixi və eyni zamanda evlilik yaşı ilə bağlı fikir ayrılığı ilə əlaqədardır. Məşhur rəyə görə, Fatimə (ə.s) besətin beşinci ilində dünyaya gəlmişdir. Hicri qəməri birinci, ikinci və üçüncü ildə evlənməsi ilə bağlı fikir ayrılıqları olduğu üçün onun nikah zamanı doqquz, on və ya on bir yaşında olduğu deyilir.[14] Bəzi mənbələrdə Fatimənin (ə.s) evləndiyi zaman yaşı 18,[15] bəzilərində isə on beş yaş beş ay[16] kimi qeyd edilir. Həmçinin, hicri qəməri 5-ci əsrin səhabələrin həyatı ilə bağlı mənbələrdən biri olan “əl-İstiyab” kitabında İmam Əlinin (ə) izdivac zamanı 21 yaşı olduğu qeyd edilmişdir.[17]

Mehriyyə və cehiz

Rəvayətlərdə Həzrət Fatimənin (s.ə) mehriyyəsinin on iki yarım oqiyə (bir oqiyə 40 dirhəmdir),[18] 500 dirhəm, 480 dirhəm və ya 400 misqal gümüş[19] olduğu bildirilir. Mühəddis İbn Şəhr Aşuba (h.q 488-588) görə daha düzgün rəvayət 500 dirhəmdir.[20] O, bu fərqin səbəbinin Həzrət Fatimənin (s.ə) mehriyyəsinin Yəmən kətanı, aşılanmamış dəri, ətirli bitki, başqalarına görə isə zireh və aşılanmamış qoyun yaxud dəvə dərisi olaraq qeyd olunduğu rəvayətlərdə görürdü.[21]Peyğəmbərin (s) zövcələri və qızlarının mehriyyəsi olan 500 dirhəm Məhrüs-sünnə adlanır. Mehrüs-sünnə[22] təxminən 1500 qram xalis gümüşə bərabərdir.[23]

Şeyx Tusi "Əmali" kitabında nəql etdiyinə görə, İmam Əli (ə) zirehini satdı[24] və Peyğəmbər (s) pulun bir hissəsini Bilal Həbəşiyə verdi ki, Fatiməyə ətir hazırlasın.[25] Yerdə qalan pulu isə gündəlik yaşayış üçün lazım olan əşyaları alması üçün, Əmmar Yasir və bir neçə səhabəyə verdi.[26][qeyd 1] Həmçinin Həzrət Fatimənin (s.ə) cehizləri arasında Həzrət Zəhranın (ə) toy gecəsi bir kasıbın xahişi ilə ona hədiyyə etdiyi, özünün də işlənmiş, köhnə bir libas var idi.[27]

Vəlimə və yaşayış yeri

Şeyx Tusinin “Əmali” əsərində nəql etdiyi rəvayətə əsasən, Peyğəmbər (s) və Əli (ə) vəlimə verdilər. Peyğəmbər ət və çörək, Əli isə xurma və yağ hazırladı. Vəlimədən sonra Peyğəmbər (s) Fatimənin (s.ə) əlini, Əlinin (ə) əlinə qoydu və hər ikisini öz evlərinə göndərdi. Sonra onların yanına gedib dua etdi ki, Allah onların nəslinə bərəkət versin.[28]
Tarixi mənbələrə görə, İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) evi onların evliliyindən bir neçə gün sonra Peyğəmbərin (s) evinin qoşuluğuna köçürülmüşdür. Çünki Peyğəmbərin (s) Fatimədən (s.ə) uzaq olması çətin idi. Peyğəmbər (s) əvvəlcə ikisini öz evində yerləşdirməyə çalışdı, lakin səhabələrdən olan Harisə ibn Numan Peyğəmbərin qonşuluğunda olan evini Əli (ə.s) və Fatimənin (s.ə) evi olaraq onların ixtiyarına verdi.[29]

İstinadlar

  1. İbn Səd, Ət-təbəqatul-Kübra, h.q 1410, c.8, s.16; Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.40; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.160-161
  2. Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.41
  3. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.350
  4. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.43
  5. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.357
  6. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.514
  7. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.410
  8. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.18; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.597
  9. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.364
  10. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.584
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.192-193
  12. Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.193
  13. Yusifi Ğərəvi, Tarixe təhqiqi İslam, h.ş 1383, c.2, s.250
  14. Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.313
  15. Təbəri, Tarixul-uməmu vəl-muluk, h.q 1387, c.11, s.598
  16. İbn Əbdür Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1893
  17. İbn Əbdür Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1893
  18. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.160-161
  19. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
  20. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
  21. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
  22. Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.302
  23. Məsudi, Pejuheşi dər bareye Mehrüs-sünnə, s.114
  24. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.40
  25. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.41
  26. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.41
  27. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.10, s.401
  28. Tusi, Əl-Əmali, h.q 1414, s.42-43
  29. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.18

Ədəbiyyat

  • İbn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410\m.1990
  • İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, h.q 1379
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
  • İbn Əbdül-Berr, Yusif ibn Abdullah, Əl-İstiab fi mərifətil-əshab, Beyrut, h.q 1412\m.1992
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə fi mərifətil-Əimmə, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, Bəni Haşim, h.q 1381
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Seyyid Həsən Əmin, Beyrut, h.q 1403
  • Həsəni, Haşim məruf, Siyrətu-əimmətil-İsna əşər, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə, h.q 1382
  • Şüştəri, Nurullah ibn Şərifud-din, İhqaqul-həqq və izhaqul-batil, Qum, h.q 1409
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1415
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-Beyt (ə), h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, h.q 1387\m.1967
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbah, Qum, Darur-Riza, 2-ci çap, h.q 1405
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Məsudi, Əbdü-Hadi, Pejuheşi dərbareye Mehrus-sunnə, Quran və Hədis baxımından ailənin möhkəmlənməsi toplusunda, Qum, Darul-hədis, 2-ci çap, h.ş 1389
  • Yəqubi, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir
  • Yusifi Ğərəvi, Məhəmməd Hadi, Tarixe təhqiqe İslam, Qum, Enteşarate Muəssise İmam Xomeyni, h.ş 1383