Ümmü Davud duası

wikishia saytından
(Ümmi-Davud duası səhifəsindən yönləndirilmişdir)
Ümmü Davud duası
İstiftah duası
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Sadiq (ə)
RaviÜmmi Davud
Şiə mənbələriFəzailul əşhuris-səlasə - Misbahul-Müttəhəccid - İqbalul-Əmal
Sünni mənbələriFəzailu şəhri Rəcəb (Hakim Həskani)
Zaman15 Rəcəb


Ümmü Davud duası (ərəbcə: دعاء أم داوود) və ya İstiftah duası İmam Sadiqdən (ə) nəql olunub. O, məsur (məsumlardan nəql olunan dua) dualardanÜmmü Davud əməllərindəndir. Ümmü Davud əməlləri Rəcəb ayının 15-də yerinə yetirilir və Ümmü Davud duası bu əməllərin son hissəsidir.

Bu duanı İmam Sadiqin (ə) süd anası Ümmü Davud ondan nəql etdiyi üçün bu dua, “Ümmü Davud duası” kimi məşhur olub. Şeyx Səduqun verdiyi məlumata əsasən, İmam Sadiq (ə) bu duanın çox dəyərli olduğunu bildirmişdir. Bəzi şiə alimləri də ehtiyacların təmin olunması və zülmün qarşısını almaq üçün onu oxumağı tövsiyə etmişlər.

Şeyx Səduqun yazdığı “Fəzailul əşhuris-səlasə”, Şeyx Tusinin yazdığı “Misbahul-Müttəhəccid” və Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabı Ümmü Davudun duasının hədis mənbələrindəndir. Bu dua sünni mənbələrinin birində də qeyd edilmişdir.

Ümmü Davud

Ümmü Davudun adı Fatimə və ya Həbibədir.[1] Oğlu Davud ibn Həsənin adına görə o, Ümmü Davud kimi tanınır.[2] Davudun İmam Baqir (ə) və ya İmam Sadiqin (ə) səhabələrindən biri olduğu bildirilir.[3] Ümmü Davud Həsən Müsənnanın həyat yoldaşı və İmam Sadiqin (ə) süd anası idi.[4]

Duanın bəyan olunma hekayəsi

Ümmü Davud duasının hekayəsi Şeyx Səduqun yazdığı “Fəzailul əşhuris-səlasə” (Üç ayın fəzilətləri) və Seyid İbn Tavusun yazdığı “İqbalul-Əmal” kitablarında təfsilatı ilə gəlmişdir ki, onların xülasəsi belədir:

Ümmü Davudun oğlu Davud, Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən əsir götürülərək İraqa aparıldı və uzun müddət ondan xəbər yox idi. Ümmü Davud oğlunun azad olunması üçün dəfələrlə dua edir və ibadət edənlərdən də kömək istəyir. Amma bir nəticə əldə etmir. Bir gün İmam Sadiqin (ə) yanına gedir və İmam, Davuddan nə xəbər olduğunu soruşur. Ümmü Davud əhvalatı nəql edir. İmam Sadiq (ə) ondan istəyir ki, Rəcəb ayının 13, 1415-ci günlərində oruc tutsun və 15-ci gün günorta isə sonralar Ümmü Davud əməlləri kimi tanınan əməlləri yerinə yetirsin. O əməllər arasında Ümmü Davud duası və ya İstiftah duası da var və o Həzrət, bunu ona öyrədir.[5]

Bu iki rəvayətdə deyilir ki, Ümmü Davud əməllərini yerinə yetirdikdən sonra gecə yuxusunda Peyğəmbəri (s) görür. O Həzrət də onu oğlunun azadlığı ilə müjdələyir və bir müddət sonra oğlu evə qayıdır və deyir ki, Rəcəb ayının yarısında azad edildi.[6]

Duanın fəziləti

Şeyx Səduqun rəvayətinə görə, İmam Sadiq (ə) Ümmü Davud duasını öyrətməzdən əvvəl onun fəzilətlərini də Ümmü Davud üçün bəyan etmişdir. O cümlədən buyurub ki, bu, Allahın cənnət qapılarını açdığı, mələklərin onun qəbul olunmasını müjdələdiyi və savabı cənnətdən az olmayan dualardandır.[7]

Şeyx Tusi, Seyid İbn TavusMəhəmməd Baqir Məclisi kimi bəzi şiə alimləri Ümmü Davud duasını problemlərin həllində, istəklərin yerinə yetirilməsində və zülmün aradan qaldırılmasında təsirli hesab etmişlər.[8]

Duanın oxunma qaydası

Ümmü Davud duası Rəcəb ayının 15-də yerinə yetirilən Ümmü Davud əməllərinin içində yer alıb. Bu dua Ümmü Davud əməllərinin son hissəsidir və digər əməlləri yerinə yetirdikdən sonra oxunur.[9] Ümmü Davud əməllərini yerinə yetirmək üçün ilk öncə Beyz günlərini (Rəcəb ayının 13,14 və 15-ci günləri) oruc tutmalı və 15-ci gün günorta qüsl edilməlidir. Zöhr və əsr namazlarını qıldıqdan və Quranın bəzi surələrini oxuduqdan sonra Ümmü Davud və ya İstiftah duasını oxumalıdır.[10]

Duanın mənbələri

Ümmü Davud duası müxtəlif şiə mənbələrində və sünni mənbələrindən birində qeyd edilmişdir. Ən qədim mənbə Şeyx Səduqun (hicri 381-ci ildə vəfat edib) “Fəzailul əşhurus-Səlasə” kitabıdır. Əlbəttə ki, bu kitabda yalnız duanın sənədi və onun bəyan olunma hekayəti qeyd edilmişdir. Duanın mətnini görmək üçün Şeyx Səduq özünün digər kitabı olan “Əməlus-Sünnə”yə müraciət etməyi tapşırıb ki, deyilənə görə, bu kitabdan əsər-əlamət qalmamışdır.[11] Başqa bir mənbə isə Şeyx Tusinin (hicri 460-cı ildə vəfat edib) “Misbahul-mütəhəccid” kitabıdır ki, əvvəlki kitabdan fərqli olaraq, orada duanın bəyan olunma hekayəsi gəlməyib. Lakin duanın mətni Rəcəb ayının yarısının əməllərindən biri kimi nəql edilmişdir.[12] Seyid İbn Tavusun “İqbalul-Əmal” əsərində həm duanın nəql olunma hekayəsi, həm də mətni qeyd edilmişdir.[13]

Sünni alimlərindən olan Hakim Həskani (h. 490-cı ildə vəfat edib) də “Fəzailu şəhri Rəcəb”[14] kitabında duanı qeyd etmişdir.

Kəfəminin “Bələdul əmin və misbah”,[15] Əllamə Məclisinin[16]Biharul ənvar” və Şeyx Abbas QummininMəfatihul Cinan[17] kitablarıda da duanın mətnini əvvəlki kitablardan nəql edilərək gətirən mənbələrdəndir.[18]

Duanın mətni

Ümmü Davud duası

Tərcümə Ərəbcə mətn
Böyük Allah doğru buyurmuşdur; o Allah ki, Ondan başqa heç bir tanrı yoxdur. O, diri, qəyyum, şövkət və kəramət sahibidir; bağışlayan, mehriban, həlim və kərimdir; Onun misli və tayı-bərabəri yoxdur. O, eşidən, bilən, görən və hər şeydən xəbərdardır. Allah şəhadət verir ki, Ondan başqa heç bir tanrı yoxdur. Mələklər və elm sahibləri də buna şəhadət verirlər. O ədaləti bərqərar edəndir. Ondan başqa heç bir tanrı yoxdur. O, izzət və hikmət sahibidir. Onun əziz elçiləri bunları çatdırdı və mən də onlara şəhadət verənlərdənəm. İlahi, həmd və böyüklük, izzət və fəxr, qəhr və nemət, əzəmət və rəhmət, heybət və hakimiyyət, ucalıq və bəxşiş, paklıq və müqəddəslik, yeganəlik və böyüklük, görünənlər və görünməyənlər, uca səmaların üstündə və yerin altında olanlar, aşağı yerlər, dünya və axirət, Sənin bəyəndiyin həmd, səna, şükür və nemətlər yalnız Sənə məxsusdur. İlahi, vəhyinin əmanətdarı, əmrinə itaətdə qüdrətli, səmalarında və kəramətinin nazil olduğu yerlərdə itaət olunan, kəlmələrini əxz edib qoruyan, peyğəmbərlərinə kömək edən, düşmənlərini həlak edən Cəbrailə salam yetir! İlahi, rəhmət mələyin, məhəbbətini (məxluqata) çatdırmaq üçün xəlq olunan və itaət əhli üçün məğfirət diləyən, onlara kömək edən Mikayıla salam yetir! İlahi, ərşini daşıyan, sur sahibi, əmrinin intizarında olan və Sənin xofundan qorxan İsrafilə salam yetir! İlahi, Sənin ərşini daşıyan pak-pakizə mələklərə, böyük və xeyirxah səfirlərə, (insanların əməllərini) yazan əziz mələklərinə, cənnət mələklərinə, cəhənnəmin keşikçilərinə, ölüm mələyinə və onun köməkçilərinə salam yetir, ey şövkət və ikram sahibi! İlahi, babamız Adəmə – misilsiz xilqətinə, mələklərin səcdə etməsi ilə ucaltdığın və cənnətini mübah etdiyin şəxsə salam yetir! İlahi, zahiri və batini çirkinliklərdən pak-pakizə, insanların fəzilətlisi, müqəddəs məkanlara gedib-gələn nənəmiz Həvvaya salam yetir! İlahi, Habil, Şeys, İdris, Nuh, Hud, Saleh, İbrahim, İsmail, İshaq, Yəqub, Yusif, Yəqubun övladları, Lut, Şüeyb, Əyyub, Musa, Harun, Yuşə, Mişa, Xızır, Zülqərneyn, Yunus, İlyas, Yəsə, Zulkifl, Talut, Davud, Süleyman, Zəkəriyya, Şəya, Yəhya, Turəx, Mətta, İrmiya, Həyquq, Danyal, Üzeyir, İsa, Şəmun, Circis, həvarilər və onların ardıcılları, Xalid, Hənzələ və Loğmana salam yetir! İlahi, İbrahim və onun övladlarına salam və rəhmət göndərdiyin və bərəkət verdiyin kimi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də salam yetir, Muhəmməd və Muhəmmədin Əhli-beytinə rəhm et, Muhəmməd və Muhəmmədin Əhli-beytinə bərəkət ver! Həqiqətən, Sən, tərifəlayiq və böyüksən. İlahi, vəsilər, səadətlilər, şəhidlər və hidayət imamlarına salam yetir! İlahi, salehlər zümrəsinə, (cəmiyyəti islah edən) böyük şəxsiyyətlərə, Allah yolunun yolçularına (və yaxud oruc tutanlara), abidlərə, ixlaslı bəndələrə, zahidlərə və ictihad (rəy) sahiblərinə salam yetir! Ən fəzilətli salamlarını, ən dəyərli kəramətlərini Muhəmməd və Muhəmmədin Əhli-beytinə məxsus et və bizim tərəfimizdən də onun (pak) ruhu və cəsədinə salam və salavat göndər. Onun fəzilət, şərəf və kəramətini o qədər artır ki, (onu) şərəf əhlinin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin, ən fəzilətli və Allah dərgahına ən yaxın bəndələrin ən yüksək dərəcəsinə çatdırasan. İlahi, Öz mələklərin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin və itaət əhlindən adlarını çəkdiyim və çəkmədiyim şəxslərin hamısına salam yetir, mənim salamımı onlara və onların ruhlarına çatdır və onları Sənin yolunda mənə qardaş, Sənə dua etməkdə köməkçilərim təyin et! İlahi, mən Səni, Sənin Öz dərgahına, kərəmini Öz kərəminə, ehsanını Öz ehsanına, rəhmətini Öz rəhmətinə və Sənə itaət edənləri Sənə şəfaətçi (vasitəçi) edirəm. İlahi, onlardan hər birinin Səndən istədiyi şərəfli və rədd olunmayan, qəbul olunan və ümidləri üzməyən duasını (mən də) Səndən istəyirəm. Ey Allah, ey bağışlayan, ey mehriban, ey həlim, ey kərim, ey böyük, ey ulu, ey bəxşiş edən, ey gözəl, ey qəyyum, ey vəkil, ey güzəşt edən, ey pənah verən, ey hər bir şeydən xəbərdar olan, ey işıqlandıran, ey həlak edən, ey məqamı uca olan, ey idarə edən, ey əvəz edən, ey böyük, ey qadir, ey görən, ey şükür edənlərə savab verən, ey xeyirxah, ey pak, ey pakizə, ey qəhr edən, ey zahir, ey batin, ey günahları örtən, ey hər bir şeyə əhatəsi olan, ey iqtidar sahibi, ey qoruyan, ey (məxluqata) yaxın, ey mehriban, ey tərifəlayiq, ey şövkət sahibi, ey vücuda gətirən, ey qaytaran, ey şahid, ey ehsan edən, ey gözəllik verən, ey nemət verən, ey artıran, ey alan, ey genişləndirən, ey hidayət edən, ey göndərən, ey yolgöstərən, ey qüvvətləndirən, ey əta edən, ey qarşısını alan, ey dəf edən, ey ucaldan, ey baqi, ey saxlayan, ey yaradan, ey əvəzsiz bəxşiş edən, ey tövbələri qəbul edən, ey fəth edən, ey bağışlayan, ey fayda verən, ey hər bir işin açarı əlində olan, ey mənfəət verən, ey mehriban, ey şəfqətli, ey kifayət edən, ey şəfa edən, ey sağlamlıq verən, ey mükafat verən, ey vəfadar, ey qoruyan, ey izzət sahibi, ey qüdrət sahibi, ey təkəbbür sahibi, ey salam (sağlamlıq verən), ey əmin-amanlıq verən, ey bir olan, ey ehtiyacsız, ey nur, ey idarə edən, ey tək, ey yeganə, ey müqəddəs, ey yardım edən, ey munis, ey ölüləri qaldıran, ey bəndələrin varisi, ey alim, ey hakim, ey bələdçi, ey yüksək, ey (məxluqata) surət verən, ey sağlamlıq verən, ey dost, ey qaim, ey əbədi, ey hər şeyi bilən, ey hikmət sahibi, ey bəxşiş sahibi, ey yaradan, ey xeyirxah, ey şadlıq verən, ey adil, ey ayıran, ey cəza verən, ey nemət verən, ey əta edən, ey eşidən, ey yaradan, ey sığınacaq verən, ey kömək edən, (ey dəyişdirən,) ey nəşr edən, ey bağışlayan, ey qədim, ey asan tutan, ey asanlaşdıran, ey öldürən, ey dirildən, ey fayda verən, ey ruzi verən, ey iqtidar sahibi, ey səbəb salan, ey fəryada yetən, ey ehtiyacsız edən, ey var-dövlət verən, ey xaliq, ey gözətçi, ey bir olan, ey hazır, ey əvəz verən, ey qoruyan, ey möhkəm, ey fəryada yetən, ey sərvət verən, ey alan, ey məqamı yüksək olan və uca nəzər sahibi, ey yaxın və daha yaxın olan, ey uzaq və daha uzaq olan, ey gizli və aşkar işlərdən xəbərdar olan, ey işləri idarə edən, ey ölçülərin Ona məxsus olduğu və ey çətinliklərin Ona asan olduğu kəs, ey hər bir şeyə qadir olan, ey küləkləri göndərən, ey sübhləri açan, ey ruhları qaldıran, ey ehsan və bəxşiş sahibi, ey əldən çıxanları geri qaytaran, ey ölüləri dirildən, ey dağınıqları toplayan, ey istədiyinə saysız-hesabsız ruzi verən, ey istədiyini istədiyi kimi yerinə yetirən, ey şövkət və kəramət sahibi, ey diri, ey qəyyum, ey heç kimin diri olmadığı vaxt diri olan, ey ölüləri dirildən, ey Səndən başqa heç bir tanrı olmayan diri! Sən yerləri və göyləri yaradansan, ey mənim məbudum və mövlam, İbrahim və onun övladlarına salam, bərəkət və rəhmət göndərdiyin kimi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də salam yetir, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də rəhm et, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də bərəkət ver! Həqiqətən, Sən tərifəlayiq və böyüksən. (İlahi,) mənim zəlil, əliboş, fəqir, yalqız, tək-tənhalığıma, Sənin dərgahındakı təvazökarlığıma, Sənə etimad və ah-nalə etməyimə rəhm et. Səni təvazökar, zəlil, təslim, qorxan, pərişan, dəyərsiz, kiçik, ac, fəqir, sığınacaq axtaran, günahlarını etiraf edən, Səndən məğfirət istəyən, Rəbbinin dərgahında ah-nalə edən bir bəndə və etimad etdiyi dostlarının vasitəsilə bəla və müsibətə düçar olan, dostlarından ayrılıb tək qalan və müsibətləri böyük olan bir şəxs kimi Səndən istəyir və qəm-qüssə içində yanan, zəif, zəlil, dəyərsiz, pərişan, kimsəsiz və Sənə sığınan bir kəsin duası kimi dua edirəm! İlahi, Səndən istəyirəm və həqiqətən, Sən maliksən, Sənin istədiyin hər bir iş (dərhal) vücuda gəlir, Sən istədiyin hər bir işə qadirsən. Səndən istəyirəm və Sənə and verirəm bu hörmətli (Rəcəb) ayını, hörmətli evini (Kəbəni), hörmətli şəhərini (Məkkəni), “Rükn” və “Məqam”ını və böyük şüar və məkanlarının haqqını! Sənə and verirəm Öz peyğəmbərin Muhəmmədin haqqını – ona və onun Əhli-beytinə salam olsun! Ey Adəmə Şeysi, İbrahimə İsmail və İshaqı əta edən, ey Yusifi Yəquba qaytaran, ey Yəqubun bəladan sonra qəm-qüssəsini aradan qaldıran, ey Musanı öz anasının qucağına qaytaran, ey Xızırın elmini artıran, ey Davuda Süleymanı, Zəkəriyyaya Yəhyanı, Məryəmə İsanı əta edən, ey Şüeybin qızını (Musanın zövcəsi) qoruyan, ey Musanın anasının oğlunu Öz himayəsinə alan! Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, mənim bütün günahlarımı bağışla, mənə əzabından aman ver, Öz razılığımı, amanını, ehsanını, məğfirətini və cənnətlərini mənə əta et! Səndən istəyirəm ki, mənimlə mənə əziyyət verən şəxsin arasındakı ədavət halqasını və mənim üçün hər bir qapını aç, hər bir çətinliyi mənə asan et, mənim əleyhimə şər danışan hər bir kəsi lal et, hər bir zalımı məndən dəf et, mənim hər bir düşmənimi və mənə həsəd edəni zəlil et, hər bir zalımı (onun zülmünü) məndən uzaqlaşdır, mənimlə hacətim arasında mane olan, Sənə itaət arasında fasilə salmağa çalışan və məni Sənə ibadətdən saxlayan hər bir maneə qarşısında mənə kifayət et! Ey üsyankar cinləri cilovlayan, həddini aşıb təkəbbür edən şeytanlara qəhr edən, zalımların boynunu əyib xar edən və (zülmkar) hakimlərin zəiflərə qarşı məkrli tədbirlərini (ifşa edib) dəf edən! (İlahi,) istədiyinə şamil olan qüdrətinə və istədiyini istədiyin kimi asanlaşdırdığına xatir, Səndən istəyirəm ki, mənim hacətimin rəva olunmasını istədiklərində qərar verəsən!

İlahi, yalnız Sənin üçün səcdə etdim və yalnız Sənə iman gətirdim. Mənim zəlilliyimə, fəqirliyimə, əliboşluğuma, çalışqanlığıma, ah-naləmə, çarəsizliyimə və Sənə möhtac olmağıma rəhm et, ey Rəbbim!

صَدَقَ اللهُ الْعَظِیمُ الَّذِی لا إِلهَ إِلَّا هُوَ الْحَی الْقَیومُ ذُو الْجَلالِ وَ الْإِكرامِ الرَّحْمنُ الرَّحِیمُ الْحَلِیمُ الْكرِیمُ الَّذِی لَیسَ كمِثْلِهِ شَیءٌ وَ هُوَ السَّمِیعُ الْعَلِیمُ الْبَصِیرُ الْخَبِیرُ شَهِدَ اللهُ أَنَّهُ لا إِلهَ إِلَّا هُوَ وَ الْمَلائِكةُ وَ أُولُوا الْعِلْمِ قائِماً بِالْقِسْطِ لا إِلهَ إِلَّا هُوَ الْعَزِیزُ الْحَكیمُ وَ بَلَّغَتْ رُسُلُهُ الْكرَامُ وَ أَنَا عَلَی ذَلِك مِنَ الشَّاهِدِینَ اللهُمَّ لَك الْحَمْدُ وَ لَك الْمَجْدُ وَ لَك الْعِزُّ وَ لَك الْفَخْرُ وَ لَك الْقَهْرُ وَ لَك النِّعْمَةُ وَ لَك الْعَظَمَةُ وَ لَك الرَّحْمَةُ وَ لَك الْمَهَابَةُ وَ لَك السُّلْطَانُ وَ لَك الْبَهَاءُ وَ لَك الِامْتِنَانُ وَ لَك التَّسْبِیحُ وَ لَك التَّقْدِیسُ وَ لَك التَّهْلِیلُ وَ لَك التَّكبِیرُ وَ لَك مَا یرَی وَ لَك مَا لَا یرَی وَ لَك مَا فَوْقَ السَّمَاوَاتِ الْعُلَی وَ لَك ما تَحْتَ الثَّری وَ لَك الْأَرَضُونَ السُّفْلَی وَ لَك الْآخِرَةُ وَ الْأُولَی وَ لَك مَا تَرْضَی بِهِ مِنَ الثَّنَاءِ وَ الْحَمْدِ وَ الشُّكرِ وَ النَّعْمَاءِ اللهُمَّ صَلِّ عَلَی جَبْرَئِیلَ أَمِینِك عَلَی وَحْیك وَ الْقَوِی عَلَی أَمْرِك وَ الْمُطَاعِ فِی سَمَاوَاتِك وَ مَحَالِّ كرَامَاتِك الْمُتَحَمِّلِ لِكلِمَاتِك النَّاصِرِ لِأَنْبِیائِك الْمُدَمِّرِ لِأَعْدَائِك اللهُمَّ صَلِّ عَلَی مِیكائِیلَ مَلَك رَحْمَتِك وَ الْمَخْلُوقِ لِرَأْفَتِك وَ الْمُسْتَغْفِرِ الْمُعِینِ لِأَهْلِ طَاعَتِك اللهُمَّ صَلِّ عَلَی إِسْرَافِیلَ حَامِلِ عَرْشِك وَ صَاحِبِ الصُّورِ الْمُنْتَظِرِ لِأَمْرِك الْوَجِلِ الْمُشْفِقِ مِنْ خِیفَتِك اللهُمَّ صَلِّ عَلَی حَمَلَةِ الْعَرْشِ الطَّاهِرِینَ وَ عَلَی السَّفَرَةِ الْكرَامِ الْبَرَرَةِ الطَّیبِینَ وَ عَلَی مَلَائِكتِك الْكرَامِ الْكاتِبِینَ وَ عَلَی مَلَائِكةِ الْجِنَانِ وَ خَزَنَةِ النِّیرَانِ وَ مَلَك الْمَوْتِ وَ الْأَعْوَانِ یا ذَا الْجَلالِ وَ الْإِكرامِ* اللهُمَّ صَلِّ عَلَی أَبِینَا آدَمَ بَدِیعِ فِطْرَتِك الَّذِی كرَّمْتَهُ بِسُجُودِ مَلَائِكتِك وَ أَبَحْتَهُ جَنَّتَك اللهُمَّ صَلِّ عَلَی أُمِّنَا حَوَّاءَ الْمُطَهَّرَةِ مِنَ الرِّجْسِ الْمُصَفَّاةِ مِنَ الدَّنَسِ الْمُفَضَّلَةِ مِنَ الْإِنْسِ الْمُتَرَدِّدَةِ بَینَ مَحَالِّ الْقُدْسِ اللهُمَّ صَلِّ عَلَی هَابِیلَ وَ شَیثٍ وَ إِدْرِیسَ وَ نُوحٍ وَ هُودٍ وَ صَالِحٍ وَ إِبْرَاهِیمَ وَ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ وَ یعْقُوبَ وَ یوسُفَ وَ الْأَسْبَاطِ وَ لُوطٍ وَ شُعَیبٍ وَ أَیوبَ وَ مُوسَی وَ هَارُونَ وَ یوشَعَ وَ مِیشَا وَ الْخِضْرِ وَ ذِی الْقَرْنَینِ وَ یونُسَ وَ إِلْیاسَ وَ الْیسَعِ وَ ذِی الْكفْلِ وَ طَالُوتَ وَ دَاوُدَ وَ سُلَیمَانَ وَ زَكرِیا وَ شَعْیا وَ یحْیی وَ تُورَخَ وَ مَتَّی وَ إِرْمِیا وَ حَیقُوقَ وَ دَانِیالَ وَ عُزَیرٍ وَ عِیسَی وَ شَمْعُونَ وَ جِرْجِیسَ وَ الْحَوَارِیینَ وَ الْأَتْبَاعِ وَ خَالِدٍ وَ حَنْظَلَةَ وَ لُقْمَانَ اللهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ وَ بَارِك عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كمَا صَلَّیتَ وَ رَحِمْتَ [وَ تَرَحَّمْتَ] وَ بَارَكتَ عَلَی إِبْرَاهِیمَ وَ آلِ إِبْرَاهِیمَ إِنَّك حَمِیدٌ مَجِیدٌ اللهُمَّ صَلِّ عَلَی الْأَوْصِیاءِ وَ السُّعَدَاءِ وَ الشُّهَدَاءِ وَ أَئِمَّةِ الْهُدَی اللهُمَّ صَلِّ عَلَی الْأَبْدَالِ وَ الْأَوْتَادِ وَ السُّیاحِ وَ الْعُبَّادِ وَ الْمُخْلِصِینَ وَ الزُّهَّادِ وَ أَهْلِ الْجِدِّ وَ الِاجْتِهَادِ وَ اخْصُصْ مُحَمَّداً وَ أَهْلَ بَیتِهِ بِأَفْضَلِ صَلَوَاتِك وَ أَجْزَلِ كرَامَاتِك وَ بَلِّغْ رُوحَهُ وَ جَسَدَهُ مِنِّی تَحِیةً وَ سَلاماً وَ زِدْهُ فَضْلًا وَ شَرَفاً وَ كرَماً حَتَّی تُبَلِّغَهُ أَعْلَی دَرَجَاتِ أَهْلِ الشَّرَفِ مِنَ النَّبِیینَ وَ الْمُرْسَلِینَ وَ الْأَفَاضِلِ الْمُقَرَّبِینَ اللهُمَّ وَ صَلِّ عَلَی مَنْ سَمَّیتُ وَ مَنْ لَمْ أُسَمِّ مِنْ مَلَائِكتِك وَ أَنْبِیائِك وَ رُسُلِك وَ أَهْلِ طَاعَتِك وَ أَوْصِلْ صَلَوَاتِی إِلَیهِمْ وَ إِلَی أَرْوَاحِهِمْ وَ اجْعَلْهُمْ إِخْوَانِی فِیك وَ أَعْوَانِی عَلَی دُعَائِك اللهُمَّ إِنِّی أَسْتَشْفِعُ بِك إِلَیك وَ بِكرَمِك إِلَی كرَمِك وَ بِجُودِك إِلَی جُودِك وَ بِرَحْمَتِك إِلَی رَحْمَتِك وَ بِأَهْلِ طَاعَتِك إِلَیك وَ أَسْأَلُك اللهُمَّ بِكلِّ مَا سَأَلَك بِهِ أَحَدٌ مِنْهُمْ مِنْ مَسْأَلَةٍ شَرِیفَةٍ غَیرِ مَرْدُودَةٍ وَ بِمَا دَعَوْك بِهِ مِنْ دَعْوَةٍ مُجَابَةٍ غَیرِ مُخَیبَةٍ یا اللهُ یا رَحْمَانُ یا رَحِیمُ یا حَلِیمُ یا كرِیمُ یا عَظِیمُ یا جَلِیلُ یا مُنِیلُ یا جَمِیلُ یا كفِیلُ یا وَكیلُ یا مُقِیلُ یا مُجِیرُ یا خَبِیرُ یا مُنِیرُ یا مُبِیرُ یا مَنِیعُ یا مُدِیلُ یا مُحِیلُ یا كبِیرُ یا قَدِیرُ یا بَصِیرُ یا شَكورُ یا بَرُّ یا طُهْرُ یا طَاهِرُ یا قَاهِرُ یا ظَاهِرُ یا بَاطِنُ یا سَاتِرُ یا مُحِیطُ یا مُقْتَدِرُ یا حَفِیظُ یا مُتَجَبِّرُ یا قَرِیبُ یا وَدُودُ یا حَمِیدُ یا مَجِیدُ یا مُبْدِئُ یا مُعِیدُ یا شَهِیدُ یا مُحْسِنُ یا مُجْمِلُ یا مُنْعِمُ یا مُفْضِلُ یا قَابِضُ یا بَاسِطُ یا هَادِی یا مُرْسِلُ یا مُرْشِدُ یا مُسَدِّدُ یا مُعْطِی یا مَانِعُ یا دَافِعُ یا رَافِعُ یا بَاقِی یا وَاقِی یا خَلَّاقُ یا وَهَّابُ یا تَوَّابُ یا فَتَّاحُ یا نَفَّاحُ یا مُرْتَاحُ یا مَنْ بِیدِهِ كلُّ مِفْتَاحٍ یا نَفَّاعُ یا رَءُوفُ یا عَطُوفُ یا كافِی یا شَافِی یا مُعَافِی یا مُكافِی یا وَفِی یا مُهَیمِنُ یا عَزِیزُ یا جَبَّارُ یا مُتَكبِّرُ یا سَلَامُ یا مُؤْمِنُ یا أَحَدُ یا صَمَدُ یا نُورُ یا مُدَبِّرُ یا فَرْدُ یا وِتْرُ یا قُدُّوسُ یا نَاصِرُ یا مُونِسُ یا بَاعِثُ یا وَارِثُ یا عَالِمُ یا حَاكمُ یا بَادِی یا مُتَعَالِی یا مُصَوِّرُ یا مُسَلِّمُ یا مُتَحَبِّبُ یا قَائِمُ یا دَائِمُ یا عَلِیمُ یا حَكیمُ یا جَوَادُ یا بَارِئُ یا بَارُّ یا سَارُّ یا عَدْلُ یا فَاصِلُ یا دَیانُ یا حَنَّانُ یا مَنَّانُ یا سَمِیعُ یا بَدِیعُ یا خَفِیرُ یا مُعِینُ [مُغَیرُ] یا نَاشِرُ یا غَافِرُ یا قَدِیمُ یا مُسَهِّلُ یا مُیسِّرُ یا مُمِیتُ یا مُحْیی یا نَافِعُ یا رَازِقُ یا مُقْتَدِرُ [مُقَدِّرُ] یا مُسَبِّبُ یا مُغِیثُ یا مُغْنِی یا مُقْنِی یا خَالِقُ یا رَاصِدُ یا وَاحِدُ یا حَاضِرُ یا جَابِرُ یا حَافِظُ یا شَدِیدُ یا غِیاثُ یا عَائِدُ یا قَابِضُ یا مَنْ عَلَا فَاسْتَعْلَی فَكانَ بِالْمَنْظَرِ الْأَعْلَی یا مَنْ قَرُبَ فَدَنَا وَ بَعُدَ فَنَأَی وَ عَلِمَ السِّرَّ وَ أَخْفَی یا مَنْ إِلَیهِ التَّدْبِیرُ وَ لَهُ الْمَقَادِیرُ وَ یا مَنِ الْعَسِیرُ عَلَیهِ سَهْلٌ یسِیرٌ یا مَنْ هُوَ عَلَی مَا یشَاءُ قَدِیرٌ یا مُرْسِلَ الرِّیاحِ یا فَالِقَ الْإِصْبَاحِ یا بَاعِثَ الْأَرْوَاحِ یا ذَا الْجُودِ وَ السَّمَاحِ یا رَادَّ مَا قَدْ فَاتَ یا نَاشِرَ الْأَمْوَاتِ یا جَامِعَ الشَّتَاتِ یا رَازِقَ مَنْ یشَاءُ بِغَیرِ حِسَابٍ وَ یا فَاعِلَ مَا یشَاءُ كیفَ یشَاءُ وَ یا ذَا الْجَلَالِ وَ الْإِكرَامِ یا حَی یا قَیومُ یا حَیاً حِینَ لَا حَی یا حَی یا مُحْیی الْمَوْتَی یا حَی لا إِلهَ إِلَّا أَنْتَ بَدِیعُ السَّمَاوَاتِ وَ الْأَرْضِ یا إِلَهِی وَ سَیدِی صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ وَ بَارِك عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كمَا صَلَّیتَ وَ بَارَكتَ وَ رَحِمْتَ [تَرَحَّمْتَ] عَلَی إِبْرَاهِیمَ وَ آلِ إِبْرَاهِیمَ إِنَّك حَمِیدٌ مَجِیدٌ وَ ارْحَمْ ذُلِّی وَ فَاقَتِی وَ فَقْرِی وَ انْفِرَادِی وَ وَحْدَتِی وَ خُضُوعِی بَینَ یدَیك وَ اعْتِمَادِی عَلَیك وَ تَضَرُّعِی إِلَیك أَدْعُوك دُعَاءَ الْخَاضِعِ الذَّلِیلِ الْخَاشِعِ الْخَائِفِ الْمُشْفِقِ الْبَائِسِ الْمَهِینِ الْحَقِیرِ الْجَائِعِ الْفَقِیرِ الْعَائِذِ الْمُسْتَجِیرِ الْمُقِرِّ بِذَنْبِهِ الْمُسْتَغْفِرِ مِنْهُ الْمُسْتَكینِ لِرَبِّهِ دُعَاءَ مَنْ أَسْلَمَتْهُ ثِقَتُهُ [نَفْسُهُ] وَ رَفَضَتْهُ أَحِبَّتُهُ وَ عَظُمَتْ فَجِیعَتُهُ دُعَاءَ حَرِقٍ حَزِینٍ ضَعِیفٍ مَهِینٍ بَائِسٍ مُسْتَكینٍ بِك مُسْتَجِیرٍ اللهُمَّ وَ أَسْأَلُك بِأَنَّك مَلِیك وَ أَنَّك مَا تَشَاءُ مِنْ أَمْرٍ یكونُ وَ أَنَّك عَلَی مَا تَشَاءُ قَدِیرٌ وَ أَسْأَلُك بِحُرْمَةِ هَذَا الشَّهْرِ الْحَرَامِ وَ الْبَیتِ الْحَرَامِ وَ الْبَلَدِ الْحَرَامِ وَ الرُّكنِ وَ الْمَقَامِ وَ الْمَشَاعِرِ الْعِظَامِ وَ بِحَقِّ نَبِیك مُحَمَّدٍ عَلَیهِ وَ آلِهِ السَّلَامُ یا مَنْ وَهَبَ لِآدَمَ شَیثاً وَ لِإِبْرَاهِیمَ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ وَ یا مَنْ رَدَّ یوسُفَ عَلَی یعْقُوبَ وَ یا مَنْ كشَفَ بَعْدَ الْبَلَاءِ ضُرَّ أَیوبَ یا رَادَّ مُوسَی عَلَی أُمِّهِ وَ زَائِدَ الْخِضْرِ فِی عِلْمِهِ وَ یا مَنْ وَهَبَ لِدَاوُدَ سُلَیمَانَ وَ لِزَكرِیا یحْیی وَ لِمَرْیمَ عِیسَی یا حَافِظَ بِنْتِ شُعَیبٍ وَ یا كافِلَ وَلَدِ أُمِّ مُوسَی [عَنْ وَالِدَتِهِ] أَسْأَلُك أَنْ تُصَلِّی عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لِی ذُنُوبِی كلَّهَا وَ تُجِیرَنِی مِنْ عَذَابِك وَ تُوجِبَ لِی رِضْوَانَك وَ أَمَانَك وَ إِحْسَانَك وَ غُفْرَانَك وَ جِنَانَك وَ أَسْأَلُك أَنْ تَفُك عَنِّی كلَّ حَلْقَةٍ بَینِی وَ بَینَ مَنْ یؤْذِینِی وَ تَفْتَحَ لِی كلَّ بَابٍ وَ تُلَینَ لِی كلَّ صَعْبٍ وَ تُسَهِّلَ لِی كلَّ عَسِیرٍ وَ تُخْرِسَ عَنِّی كلَّ نَاطِقٍ بِشَرٍّ وَ تَكفَّ عَنِّی كلَّ بَاغٍ وَ تَكبِتَ [عَنِّی] كلَّ عَدُوٍّ لِی وَ حَاسِدٍ وَ تَمْنَعَ مِنِّی كلَّ ظَالِمٍ وَ تَكفِینِی كلَّ عَائِقٍ یحُولُ بَینِی وَ بَینَ حَاجَتِی وَ یحَاوِلُ أَنْ یفَرِّقَ بَینِی وَ بَینَ طَاعَتِك وَ یثَبِّطَنِی عَنْ عِبَادَتِك یا مَنْ أَلْجَمَ الْجِنَّ الْمُتَمَرِّدِینَ وَ قَهَرَ عُتَاةَ الشَّیاطِینِ وَ أَذَلَّ رِقَابَ الْمُتَجَبِّرِینَ وَ رَدَّ كیدَ الْمُتَسَلِّطِینَ عَنِ الْمُسْتَضْعَفِینَ أَسْأَلُك بِقُدْرَتِك عَلَی مَا تَشَاءُ وَ تَسْهِیلِك لِمَا تَشَاءُ كیفَ تَشَاءُ أَنْ تَجْعَلَ قَضَاءَ حَاجَتِی فِیمَا تَشَاء. پس سجده کن بر زمین و بر خاک بگذار دو طرف روی خود را و بگو: اللهُمَّ لَک سَجَدْتُ وَ بِک آمَنْتُ فَارْحَمْ ذُلِّی وَ فَاقَتِی وَ اجْتِهَادِی وَ تَضَرُّعِی وَ مَسْکنَتِی وَ فَقْرِی إِلَیک یا رَب.

İstinadlar

  1. Əmin, Əyanuş-şiə, h.q 1406, c.3, s.476
  2. Əmin, Əyanuş-şiə, h.q 1406, c.3, s.476
  3. Əmin, Əyanuş-şiə, h.q 1406, c.6, s.468
  4. Əmin, Əyanuş-şiə, h.q 1406, c.6, s.368
  5. Səduq, Fəzailul əşhuris-səlasə, h.q 1396, s.33 və 34; Seyid İbn Tavus, İqbalul-Əmal, c.3, s.241 və 242
  6. Səduq, Fəzailul əşhuris-səlasə, h.q 1396, s.33 və 34; Seyid İbn Tavus, İqbalul-Əmal, c.3, s.250 və 251
  7. Səduq, Fəzailul əşhuris-səlasə, h.q 1396, s.34
  8. Əkbəri və başqaları, Kavəşi dər duaye Ümmu Davud, s.82
  9. Qumi, Məfatihul-cinan, Ümmü Davud əməlləri
  10. Qumi, Məfatihul-cinan, Ümmü Davud əməlləri
  11. Əkbəri və başqaları, Kavəşi dər duaye Ümmu Davud, s.88
  12. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.807-812
  13. Seyid İbn Tavus, İqbalul-Əmal, c.3, s.242-248
  14. Əkbəri və başqaları, Kavəşi dər duaye Ümmu Davud, s.88-91
  15. Kəfəmi, Bələdul əmin və misbah, h.q 1418, s.180-183
  16. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.95, s.400-403
  17. Qumi, Məfatihul-cinan, Ümmü Davud əməlləri
  18. Əkbəri və başqaları, Kavəşi dər duaye Ümmu Davud, s.90-91

Ədəbiyyat

  • Əkbəri, Zəhra və Seyyid Əli Əkbər, Kavəşi dər duaye Ümmu Davud, Tehran, h.ş 1391
  • Əmin, Seyyd Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, Darut-taaruf, h.q 1406
  • Seyid İbn Tavus, Əli ibn Musa, İqbalul-Əmal, Təhqiq: Cavad Qəyyumi İsfahani, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.ş 1376
  • Səduq, Məhəmməd ibn Əli, Fəzailul əşhuris-səlasə, Təhqiq və düzəliş: Ğulamrza İrfaniyan, Qum, 1-ci çap, h.q 1396
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, h.q 1411
  • Qumi, Abbas, Məfatihul-cinan, Üsvə, Qum
  • Kəfəmi, İbrahim ibn Əli Amili, Bələdul əmin və misbah, Beyrut, 1-ci çap, h.q 1418
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403