Qusalə

wikishia saytından
(Ğusalə səhifəsindən yönləndirilmişdir)

Qusalə (ərəbcə: الغسالة) - nəcis şeyləri yuyarkən onlardan ayrılan sudur. Şiə fəqihləri qusalə və onunla bağlı hökmlər haqqında əhkamın təharət bölməsində danışmışlar. Fəqihlərin fikrincə, kür su, yağış suyu və bu kimi çox həcmli sularda qusalə pakdır, lakin az həcmli sularda qusalə ilə bağlı nəzərlər müxtəlifdir, bu nəzərlərin çox hissəsinə görə az həcmli sularda qusalə nəcisdir.

Tərifi

Qusalə - fiqh elmində yuyunarkən bədəndən, nəcis paltardan və ya başqa nəcis əşyanı yuyarkən ayrılan suya deyilir.[1] Şiə fəqihləri əməli risalələrinin təharət bölməsində qusalənin hökmlərindən bəhs etmişlər.[2]

Fiqhi cəhətdən hökmü

Bütün şiə fəqihlərinin nəzərindən çox həcmli qusaləsi pakdır, az həcmli suyun qusaləsinin paklığı ilə bağlı isə nəzərlət müxtəlifdir. Bununla bağlı bəzi fikirlər bunlardır:

  • Qusalənin nəcis olması: Əllamə Hilli kimi bəzi fəqihlər az həcmli suyun qusaləsini nəcis hesab edir və nəzərləri budur ki, nə qədər ki, nəcis bir şey təmizlənməyib, ondan ayrılan su da nəcisdir.[3] Fəqihlərin əksəriyyətinin rəyi budur.[4]
  • Qusalənin pak olması: Mühəqqiq Kərəki bu hökmü Seyyid Mürtəza, İbn İdrisŞeyx Tusiyə aid etmiş və qədim fəqihlərin əksəriyyətinin bu fikirdə olduğunu bildirmişdir.[5] Sahibi - Cəvahir də bu hökmü daha doğru hesab etmişdir.[6]
  • Ətraflı: Seyid Kazım Yəzdi kimi bəzi fəqihlər nəcasətin özünü təmizləyən suyu nəcis hesab etmişlər, lakin nəcasətin özünü aradan aparmayan su barəsində ehtiyat etməyi və ondan çəkinmək hökmünü buyurmuşdular.[7]

Qusalə ilə bağlı hökmlər

İnsanın ayaqyolunda paklanması üçün istifadə edilən suyun qusaləsi pakdır, bu şərtlə ki, qusalədə dəyişiklik olmasın, qusalə nəcisin üstünə sıçramasın, nəcislə qarışmasın, sidiklə və ya başqa bir nəcis şeylə qarışmasın.[8] Əgər qusalənin rəngi, qoxusu və dadı dəyişibsə, o, nəcisdir.[9]

Bəzi şiə fəqihləri qusalənin pak olması zənninə əsasən, onunla dəstəmazqüslün caiz olmadığını demişlər.[10] Həmçinin, onunla nəcasəti aradan qaldırmaq mümkün olub-olmaması barədə də nəzərlər müxtəlifir.[11]

Monoqrafiya

Qusalə haqqında bəzi xüsusi əsərlər yazılmışdır; Bunlardan Məhəmməd Saleh Hairi Mazandarani tərəfindən yazılmış “Hokmul-Qusalə” və Seyid Sədrəddin Sədrin qusalənin hökmləri haqqında yazdığı risaləsi.[12]

İstinadlar

  1. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.1, s.310
  2. Nümunə üçün baxın: Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.1, s.344; Xoyi, Fiqhuş-şiə, h.q 1418, c.2, s.167
  3. Əllamə Hilli, Müntəhul-mətləb, h.q 1412, c.1, s.141
  4. Həkim, Müstəmsəkul-ürvə, h.q 1416, c.1, s.229
  5. Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.1, s.128
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.348
  7. Seyyid Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.1, s.47
  8. Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.1, s.129; Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.1, s.344
  9. Əllamə Hilli, Müntəhul-mətləb, h.q 1412, c.1, s.141
  10. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.1, s.342
  11. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.1, s.342
  12. Rzayi, Seyyid Sədruddin Sədr Qulee təvazo, s.58

Ədəbiyyat

  • Həkim, Seyyid Möhsin, Müstəmsəkul-ürvə, Qum, Darut-təfsir müəssisəsi, h.q 1416
  • Xoyi, Seyyid Əbül-Qasim, Fiqhuş-şiə, Qum, Afaq müəssisəsi, h.q 1418
  • Rzayi, Məhəmməd, Seyyid Sədruddin Sədr Qulee təvazo, h.ş 1377
  • Seyyid Yəzdi, Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Dəftəre enteşarate İslami, h.q 1419
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, h.q 1410
  • Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, h.q 1415
  • Əllamə Hilli, Həsən ibn Əli, Müntəhul-mətləb, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
  • Mühəqqiq Kərəki, Əli İbn Hüseyn, Cameul-məqasid, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404